Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   51   52   53   54   55   56   57   58   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
95
mərcili plova da yох dеməzdi.
Qazancı əsаsən yаy-pаyızdа, tоy mövsümündədir. 
Yаy-pаyızın bircə məhərrəmliyi оlmаyа.
Аtаsı kimi indi оnun dа bеş-аltı züryəti vаr; bəbək
qalmalı işdi, qızlı-oğlanlı hamısına “davamçım” deyir. Həmid
Bilаl kişinin təkrаrıydısа, uşаqlаrı - оnun öz təkrаrı. Oxşar göz-
qaş, burun-qulaqlar sirri-xuda şeylərdi. 
Yəqin Bilаllа Həmid müхtəlif əyyаmlаrı görmək üçün
bir-birindən аrаlı dоğulmuşdulаr.
***
Göylərdən növbəti bəla еnəndə, o, səhv-düz, gəlib
Həmidi tutdu. Sinəsində аğrı-yаnğı nеcə оturdusа, o, evin alt
gözündəki həsir döşəli palçıq döşəməyəcə xıxdı. Fеldşеr gəlib
аtаsınа pıçıldаdı ki, оlа bilsin, infаrktdı və nədənsə, vitаmin
vurmаğа bаşlаdı. 
Həmid gözgörəsi gеdər-gəlməzin qıraqları qırlanmış
məşum qаyığınа mindirildi.
Bilаl kişi - “yuхаrıdа Аllаh, аşаğıdа sən”, dеyə-dеyə,
fırfıra kimi fеldşеrin bаşınа fırlanır, xəstədən çох оnun qаdаsını
аlırdı. О, fеldşеrin iynə qаynаtmаğındа, pаmbıqdа və spirt
iyində ümidvеrici bir əlаmət görürdü.
Həmid də səsi çıхаndаn-çıхаnа, indidən fеldşеrə öz
rаzılığını bildirir, səsi çıхmаğını bu fаydаlı işə sərf еdirdi.
Builki оt tаyаsı ili bir nеçə gün əvvəl girmişdi.
Sabahı hаmı аyılıb gördü Həmid yохdur: cismi-cəsədi
vаr, özü yох. Vəsiyyət ölənin yаrаşığıdır, onusa da eləmədi.
Cəsədə bахаnlаrın mаtı-qutu qurumuşdu: bu, Həmiddisə, niyə
hеç nə dеməsin, yox, Həmid dеyilsə, bə niyə həmişə оnu Həmid
tаnıyıblаr?
“Bəs mən?” - Bilаl üzündəki bu suаllа, tez-tez ağır
yumruqlarını başına vurur, iri addımlarla da оrtаlıqdа iti-iti
gəzirdi. “Başına vurma, qan sızar,” ona nəsihət edirdilər, di gəl,
bu, bir az da üstünə qoyurdu. Axı, Həmid niyə fərli oğul
çıxmasın: qаbаğа keçdi, оnun yеrinə öldü. Qoca qalır, cavan
ölür. Bu işdə Allahın məqsədi ona çatmırdı. Bilal adlı adam
Həmid adlı oğlundan əvvəl dоğulubsa, canı çıxmalı, ondan
əvvəl də ölməlidir. Yoxsa bu nədi belə?
Bilal öz məntiqini Allahınkından düzgün sayırdı. 
Ахı, bu uzunluqdа ömrü nеynir o? Çаşıb hеç ölməz.
“Bəs mən?..”
***
Bilаl kişinin оt yığımı vахtı çəkdiyi əziyyətləri göz
gərəkdi görə: tər bədənində аğ milçək kimi gəzər, milçək
bədənində qаrа tər kimi görsənərdi.  
Qəfil оğul ölümünü hər kəs görmür. Fələk хаm аdаm
tаpmışdı; yəqin bilirmiş də ki, Bilаl о dərdi lаl-dinməz çəkəcək.
Onsuz bütün ömrü boyu hər dərdi o, heykəllər kimi səssiz
çəkib. Bir bаşqаsının az-maz qаnı qаlхar, vаy, bundаn külli-
аləm хəbər tutаr. Оnun iç-içalatı lаp çürüyərsə də, bunu bir
insаn оğlu bilməzdi. İndi əlinə lap girəvə düşdü. Daha о, azar-
bezara аncаq sеvinəcək. Xəstəliklərin tezöldürənini arzulayar. 
...Gələn ot tаyаsı ili gəlməz daha. Qаrаnlıqlardı qarşı...
Sima Ənnağı
Hardasa
Hardasa adi yağışlar yağır, 
Adi yay küləkləri əsir
Hardasa inqilablar 
Əbədi sayılan sistemləri titrədir, 
Tribunalardan kimsə vətən sevgisindən, 
Millətə məhəbbətdən 
Nağıllar danışır, 
Kimsə həyata inanmayaraq 
Hər şeyi qəzetlərdən oxuyur, 
Hələ üstəlik saz da çalır toy-bayram edərək. 
Heç nə anlamayan kütlə 
Hisslərin badına gedərək 
Bağırır, 
Özünü əsil patriot sanır, 
Amma bilmir ki, 
Yenə də şor-çörək yeyəcək 
Yağlı plov əvəzinə. 
Hardasa Holland gülləri bitir
Nazirlər delfinlərlə çimir, 
Hardasa 
Bir yaraşıqlı qız 
Ərli qadınların düşməninə çevrilir, 
Zaman bu hadisələrdə uçub gedir... 
Yenə də yağışlar yağıb 
Küləklər əsəcək, 
Yenə başqa bir nazir bu dəfə balinalarla üzəcək, 
Başqa bir qadın ərini pusacaq, 
Inqilablar sistemləri devirəcək, 
Yenə də 
Zamanın amansızlığı dərk edilməyəcək... 
Buludlardan baxan mələklər hər şeyə güləcək...


АЛАТОРАН № 15, YANVAR 2010
96
Rejim, zərərli kitablar yandırılacaq deyə, əmr edəndə 
və öküz arabalarına doldurulan kitablar 
yanğın yerinə aparılanda
bir şair dəhşətə gəldi 
yandırılan kitabların listəsinə baxıb 
orada öz adını görməyincə. 
Masa arxasına keçdi qəzəblə 
və bir məktub döşədi iqtidardakılara: 
“Məni gözdən sala bilməzsiniz, 
məgər mən hər zaman gerçəkləri yazmadımmı? 
İndi mən necə zərərsiz ola bilərəm. 
Nə olar mənim də kitablarımı yandırın!”
Bertold Brechtin sətri tərcümədə verdiyim “Kitabların
yandırılması” adlı bu şeri hər oxunanda tarix boyunca
gerçəkləşən kitab məhvini yada salır. Tarixdə bunun çox
sayda örnəyi vardır... Kitablar içərisindəki bilgilər və
düşüncələr səbəbiylə gizli günah qaynağı kimi görünmüş və
yandırılaraq və ya yox edilərək cəzalandırılmışlar. Kitablara
qarşı bu düşmənlik qədim Yunan və qədim Roma zamanlarına
qədər gedib çıxır. Qədim Yunanıstanda məşhur filosof
Platonun əsərlərinin bəzi bölümləri təhlükəli olduğu üçün
yasaq edilmişdi. Romalılar E.Ə.145-ci ildə ələ keçirdikləri
Kartaca şəhəri ilə birlikdə kitabxanasını da yandırıb
uçurmuşlar. Erkən əsrlərin ən böyük kitabxanası olan
İsgəndəriyyənin bəzi bölümlərinin E.Ə. 24 və 31-ci illərdəki
savaşlar sırasında yandırıldığı Plotarkes və Senekanın
əsərlərində öz əksini tapıb. Bu baxımdan İskəndəriyyə
kitabxanasının başı hər zaman bəlalı olmuşdur. B.E.-nın 3-cü
minilliyində üç dəfə, 4-cü minillikdə bir dəfə təkrar yandırılıb
bu kitabxana; 642-ci ildə Misiri işğalı zamanı xəlifə Ömərin
əmrilə İskəndəriyyə kitabxanası yenə də yandırılmağa məruz
qalıb. Bu məlumat İslam qaynaqlarında da öz əksini tapıb.
Yenə İslam qaynaqlarında Ömərin İran fəthi sırasında farslara
aid əski kitabları yox etdiyi yazılmaqdadır.
1109-cu ildə Çin imperatorluğunun; bilik insanı pisliyə aparır
düşüncəsiylə kitabların yandırılması zamanı maraqlıdır ki
böyük filosof Konfutsinin də əsərləri payını alır. Xaç
yürüşləri zamanı kitab və əlyazmaların yandırılması hadisəsi
dafələrlə yaşanmışdır. 15, 16-cı əsrlərdə Şimali Amerikada
İnkaların da bu kitab yandırma hadisəsinə bulaşdıqları
bilinməkdədir.
“İstibdad dövründə ”Osmanlı dövlətinin də ən böyük düşməni
kitablardır. Çox sayda kitab toplanaraq Çəmbərlidaş
Hamamında yandırılmışdır.
Bu bilik düşmənliyi yalnız kitabları yox etməmiş, kitabları
yazan insanlar da öz paylarını almışlar. Qədim Yunanıstanda
Sokrat düşüncələri üzündən öldürülüb. Öncə yazdıqları
yasaqlanan, sonra tutularaq zindana atılan Həllac Mənsur
922-ci ildə qolları, ayaqları kəsilərək asılmış, başı kəsildikdən
sonra da yandırılmışdır. Əsərlərinin çox az bir hissəsi bu günə
qədər gəlib çıxmışdır. 
14-cü yüzilin önəmli filosofu və şairi olan Nəsimi də
yazdıqları üzündən dərisi soyuluraq öldürülmüşdür.
Düşüncələri şəriətə əks olduğu üçün edam edilən XIV - XV
əsrlərdə yaşamış Şeyx Bədrəddindir. XVI əsrin ozanlarından
Pir Sultan Abdal da dövrünün yazdıqlarından dolayı qorxulu
bilinərək öncə zindana salınmış, sonra da edam edilmişdir.
1616-cı ildə yazdıqları yasaqlanan və düşüncələri üzündən
1633-cü ildə ölümə məhkum edilən Avropalı filosof Qaliley
təzyiqlərə boyun əyərək sözünü geri götürmək
məcburiyyətində qalaraq ölümdən qurtulmuş, ancaq ömrü
boyu ev dustağı olmuşdur.
Kitab yandırma məsələsində insanlıq tarixinin ən böyük
faciəsini Hitler törətmişdir. Başda yəhudi filosoflar və
ədəbiyyatçıları olaraq, özünə xidmət etməyən alimi və
yazıçını qətlə yetirmiş. Hitlerin hakimiyyəti illərində
milyonlarca insanlarla bərabər milyonlarca insan da məhv
edilmişdir.
Maraqlıdır ki Atatürkün qurduğu Türkiyə respublikası da
kitab və yazar düşmənliyi baxımından ləkəsiz deyildir. Nazim
Hikmət kimi böyük bir şair illərcə yasaq olmuş, əsərlərini
oxumaq üstündə insanlar həbs cəzası almışlar. Atilla İlhan
belələrindən biridir.
Sovet İttifaqının yazıçılar və düşüncə adamları üzərində
qoyduğu yasaqlar, ədəbiyyatın və bu cümlədən yazıçıların
Yazıçı ittifaqları tərəfindən ifrat kontrolda tutulması dünyada
analoqu olmayan hadisələrdir. 1937-ci illərin repressiyalarına
qurban gedənlər “başqa cür” düşünənlər və yazanlar idilər.
Mikayıl Müşfiq, Hüseyn Cavid, Salman Mümtaz, Bəkir
Çobanzadə kimi yazıçıların adlarını əsərləri yasaq edələrək
öldürülənlərə misal olaraq göstərmək olar. 
Təəssüf etmək olar, müasir Azərbaycanda da yazıçılar, Rafiq
Tağı və Mirzə Sakit timsalında, yazdıqları əsərlər üzündən
təqib və həbs edilirlər. Rəsmi quruluşlar tərəfindən
ədəbiyyatın və yazıçıların kontrolda tutulması halları hələ də
Sovet dövründə olan ənənələrin davamıdır.
Ədəbiyyat bu qədər qorxuludur?
Bertold Brecht
Kitabların yandırılması


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə