Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   53   54   55   56   57   58   59   60   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
99
Ləman Rənanın ən yaxın rəfiqəsidir. Bir dizayn
şirkətində dizayner işləyir. 
İndi gedib, yoxsa yanındadı? – bu sualın cavabı mənim
üçün bir o qədər əhəmiyyətli olmasa da soruşdum.
Yox, burdadı. Mətbəxdə qurdalanır – Rəna bir də əsnədi.
– Sənin planın nədi? İstəyirsən gəl bir yerdə nahar edək. 
Yox əşi, çox sağ ol. Sizə nuş olsun – səsimdəki
qətiyyətsizliyi Rəna da sezmişdi.
- Naz eləmə - dedi ağzını əyə-əyə. – Gəlirsən gəl də.
Bu dəfə daha qəti idim:
Yox, yox zarafatsız. İstəmirəm. Sizə nuş olsun. Ləmana
da salam deyərsən. Şəhərə çıxası olsan xəbər ver, görüşək.
Çətin ki, bu gün vaxtım olsun. Kalan görüşüm var.
Bazar günü nə görüş? – təəccüblə soruşdum.
Rəna neft və inşaat şirkətləri üçün avadanlıq satan fir-
mada satış müdiri işləyirdi. Gündə bir neçə müştəri ilə
görüşmək, onlara yeni kataloqları göstərmək və təkliflər vermək
vəzifəsi idi. Məndən 10 qat artıq pul qazanırdı və bu fakt nə
onu, nə də məni hələlik narahat etmirdi. Əslində edə də
bilməzdi, çünki biz heç vətəndaş nikahında da deyildik və bir-
birimizin qarşısında öhdəlik götürməmişdik. 
İş görüşü deyil. Xalam qızı məni sevdiyi oğlanla tanış
eləmək istəyir. Kafeyə gedəcəyik. Sonra da işdəki bir qızın ad
günüdür, ora baş çəkməliyəm. Hə, yaxşı yadıma düşdü, istəsən
sən də gələ bilərsən.
Tanımadığım bir qızın ad günü mərasiminə getmək
həvəsində deyildim. Ümumiyyətlə səs-küylü məclisə düşmək,
halımı daha da pisləşdirə bilərdi.
- Yox, çox sağ ol. Amma ad günündən tez çıxsan, zəng
vur görüşək. Şəhərdə olacam... Möhkəm yağır. İsti geyinərsən. 
- Yaxşı canım, oldu. Ləman da çağırır, mən gedim.
Öpürəm səni. Özünə yaxşı bax.
- Mən də səni. 
Telefonu söndürmədən öncə, gözlənilməz suallar vermək
onun adətidir.
- Səsin nəsə birtəhər gəlir. Yaxşısan? – Rənanın səsində
doğrudan da səmimiyyət notlarını sezdim. Bu məni sevindirdi.
- Hə, narahat olma. Bir az başım ağrıyır. 
- Yaxşı, oldu – dedi. Səsində şübhə qırıntıları vardı.
- Görüşərik canım, sağ ol.
Bax belə. Boşanmış kişinin göylərdən göndərilmiş
təsəllisi - Rəna... Nə zaman ehtiyac duysam, hər an tələbatlarımı
ödəməyə hazır, öz gələcəyinin konturları mənimkilər qədər
bulanıq və qeyri-müəyyən olan, fədakar sevgilim. Yenə də
məndən fərqli olaraq ailə qurmamış, dünyaya övlad gətirməmiş
gənc qadın. 
Rəna
Rəna Toğrulun 29-cu ad gününə tək gəlmişdi və gələn kimi
yanımdakı boş stula əyləşmişdi. Əvvəl başı ilə salam vermişdi,
mən də salamını almışdım. On dəqiqə sonra isə artıq əlli illik
dostlar kimi nəyəsə qəşş edib gülürdük. Bu qəribə idi -
azərbaycanlı qızlara xas olmayan rahatlığı, sakitliyi məni
çaşdırmışdı. Özünü sıxmırdı, ən əsası isə vulqar və sırtıq
deyildi. Mən dayanmadan içdiyimə görə, o gün nə
danışdığımızı xatırlamıram. Rəna məndən az içsə də, öz
dediyinə görə onun da yadında heç nə qalmayıb. Görünür heç
birimizin məqsədi danışmaq deyildi o gün. Biz bir-birimizi
tanımaqla məşğulduq. 
Toğrul sevdiyi qızı rəqsə dəvət edəndə, başı ilə mənim də
Rənanı rəqsə qaldırmağıma işarə vurmuşdu. Deyəsən buna
ehtiyac da yox idi. Böyük həvəslə, cəld ayağa sıçrayıb, Şarl
Aznavurun lirik mahnısı fonunda rəqs etmişdik.
Bir-birimizə baxıb gülümsəyirdik. Üzündəki cizgilərə,
gülümsəyən gözlərinə baxır, ətirli saçlarını qoxulayırdım.
Ürəyim tez-tez döyünürdü və içim qızırdı. Qəlbimin hərarəti
nəfəsimi kəsirdi. Qollarımda bir qadın vardı və mənə başqa heç
kim lazım deyildi. Bu nə idi elə? Məhəbbət? Yenə məhəbbət?
Ürəyim qəfildən sancdı. Biruzə vermədim. Bu qorxu əlaməti
idi. Məhəbbətin nə olduğunu yaxşı bilirəm mən. Ağrı, ancaq
ağrı. Bəlkə də bilməmişəm, dadmamışam mən əsl sevgini?
Bəlkə mənimki yalnız ötəri həvəs olub, ya da asılılıq...
Yerimizə oturub növbəti araq qədəhlərini boşaldandan
sonra, masanın altında yumşaq əlini tutmuşdum nəvazişlə.
Toğrul siyasətdən danışmadığıma görə xoşbəxt görünürdü.
Təkcə Toğrul yox, bu məclisdə oturan hər kəs yenə ənənəvi
söhbəti açacağımdan qorxurdular elə bil. “Onsuz da dediklərini
bilirik də, daha qanımızı niyə qaraldırsan? Hə, bu hakimiyyət
pisdir, biz əminliklə diktaturaya doğru addımlayırıq. Ölkə
uçuruma gedir. Amma imkan ver bu gün rahat oturaq da, bunları
fikirləşməyək...”
İllərdir hamı məndən “bunu” düşünməməyi tələb edir.
“Heç olmasa bir gün” danışmamağı, susmağı. “Onsuz da
danışmağın xeyri yoxdur. Başını sal aşağı, işini gör” eşitdiyim
ancaq bunlardır. 
Yəni, o axşam Toğrula da sərf edirdi Rənaya maraq
göstərməyim – həm susub, “boş-boş” danışmadığıma, həm də
ki, qadınsızlıq dövrümə son qoyacaq bir yaxınlaşmanın ilk
addımları atıldığına görə. Düşünürdü ki, bu yaxınlaşma baş
verərsə, onun yaxın dostu depressiyadan çıxacaq və “bu
zəmində” yaşanan mübahisələrimizə, daimi narahatçılığıma son
qoyulacaqdı. Toğrul belə hesab edirdi. Mən isə bir yandan
bağlandıqca bağlanır, bir yandan da dalğa-dalğa üstümə gələn
bu gizildədici duyğudan dəhşətə qapılırdım. 
Sonrakı günlər qorxularımı daha da artırdı. Doğrudan da
bu dərdsiz-qəmsiz, daim gülümsər qıza mübtəla olurdum. 
Tək yaşadığı iki otaqlı mənzilinin qonağı olurdum və o,
heç soruşmurdu nə üçün onu öz tənha, qadınsız və səliqəsiz
evimə dəvət etmirəm. Əslində bu sualın cavabını, sualın özündə
axtarmaq lazımdır. Dəvət etmirdim, çünki evim tənha, qadınsız
və səliqəsiz idi. Sevil çıxıb getdiyi gündən bu yana, heç nəyə
toxunulmamışdı o evdə. Heç nəyə.
Rənanın yataq otağından sonra, mənzilində ən sevdiy-
imiz məkan mətbəx idi. Sevişəndən sonra o mənə türk üsulu
qəhvə dəmləyirdi mən isə soyuducuya hücum çəkib, əlimə
keçən pendir, kolbasa, badımcan kürüsündən eklektik
buterbrodlar hazırlayırdım. Dizlərinə qədər uzanan mavi
gecəliyində Rəna olduğundan daha qısa boylu görünürdü və bu
görkəmi adam kimi qəhvə içməyimə, buterbrod yeməyimə
mane olurdu. Tez-tez onu möhkəmcə qucaqlayıb boynundan
öpür, incə, vanilli yanaqlarından kiçik dişləmlər alırdım. Sonra
da dözə bilməyib döşlərinə sürüşdürəndə dilimi: “İmkan ver
çörəyimizi yeyək də” deyib qəşş edirdi. 
O gün səni görəndə, başa düşdüm ki, vurulmuşam.
Qəribədir...
Rəna başını sinəmdən qaldırıb:


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə