Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   56   57   58   59   60   61   62   63   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
102
Ernst Yandl
Konkret poeziya
Kimdir axı indi bunu itirib-axtaran
aydın məsələdir, onlar nəyisə axtarıblar
öz zamanlarında.
Indi kimdir soruşan, nə axtarıblar
onları yağışda islanıb
küləklə kürünüblər.
Indi kimdir soruşan, axı nə üçün
onların da sevinci olub
onların da kədəri olub
indi kimdir soruşan, nəyə görə
olub ki dalaşıblar
olub ki gülüşüblər
indi kimdir soruşan, nə səbəbə.
Yol qeydləri
Bir dəfə gecə vaxtı
Venadan çıxıb Parisə getdim
özümlə sağollaşmadan
Parisə çatıb 
qatardan çıxanda 
elə buradaca perronda 
dayanmışdı mən 
əlini uzatdı mənə 
londona varıb 
qatardan enəndə 
arxadan çatıb 
mindi belimə
o taksiçi də mənə baxıb 
başını buladı
mən də utanıb 
başımı aşağı saldım
o vaxatdan bəri
oturmuşam özümlə üz-üzə
sankı yarımçıq qalmış
günorta yeməyi kimi
məktub yazaraq
zamanı veririk yola
və məktubları
mənə göndəririk, evə.
Onun şeirləri bir köpüklük deyil
əvvəlcə
mən onlarla öz keçəlimi sildim
faydası olmadı, başıma tük gəlmədi
sonra
onları öz çibanlarımın üstünə qoydum
çibanlar böyüyüb kartof boyda oldular
həkimlərin gözü kəlləsinə çıxdı
sonra
bir-ikisini tavaya vurdum
özüm yeməyə ürək eləmədim
ancaq itim yeyib gəbərdi
sonra
mən onlardan dölə qarşı yararlandım
ancaq aborta nə qədər pul xərcləməli oldum
sonra 
onlardan birini 
gözümün üstünə qoydum
və elitar bir kluba yollandım
qapıçı mənə badalaq vurdu və mən yerə sərildim
bundan sonra mən
yuxarıda dediyim həmin o nəticəyə gəldim
Parkda
bağışlayın, bura boşdur
yox, burada oturan olacaq
sağ olun
bağışlayın, bura boşdur
yox, burada oturan olacaq
sağ olun
bağışlayın, bura boşdur
yox, burada oturan olacaq
sağ olun
bağışlayın, bura boşdur
yox, burada oturan olacaq
sağ olun
bağışlayın, bura boşdur
yox, burada oturan olacaq
sağ olun
bağışlayın, bura boşdur
yox, burada oturan olacaq
sağ olun
bağışlayın, bura boşdur
yox, burada oturan olacaq
sağ olun
bağışlayın, bura boşdur
yox, burada oturan olacaq
sağ olun
bağışlayın, bura boşdur
yox, burada oturan olacaq
sağ olun
bura boşdur
yox, oturan olacaq
sağ olun
bura boşdur
təəsüf edirəm, burada oturan olacaq
sağ olun
bağışlayın, bura boşdur
yox, burada oturan olacaq
sağ olun
bağışlayın, bura boşdur
buyurun
sağ olun
tərcümə: rq
a v a n q a r d


АЛАТОРАН № 15, YANVAR 2010
103
ÖLÜMÜN ƏDALƏTİ
Biri vardı, biri yoxdu, yer üzündə bütün canlıların
yaradıcısı olan Həyat adlı hökmdar vardı. Bu hökmdarın Ölüm
adlı xidmətçisi yer üzünün təmizliyinə, təzəliyinə, gözəlliyinə
cavabdeh idi, ona görə də harda solan, qocalan, xəstələnən,
çirklənən, çirkinləşən görürdüsə
hökmdarı Həyatın
əmri ilə onu
özünün Yoxluq Aləminə aparırdı.
Yer üzünün bütün diriləri yaradıcıları Həyatı sonsuz bir
məhəbbətlə sevir, Ölümə isə şiddətli nifrət bəsləyirdilər. Ölüm
dirilərin ona olan nifrətindən sarsılır, əzab çəkirdi. Bir gün daha
dözə bilmədi, üzünü Yer üzünün bütün dirilərinə tutub dedi:
– Ay dirilər, nə olar mənə belə nifrət etməyin. Mən
günahsız bir əmr quluyam. Demirəm məni Həyat qədər sevin,
amma məndən bu qədər zəhləniz getməsi ədalətsizlikdir. Sizi
solduran, qocaldan, xəstələndirən, gərəksizləşdirən,
çirkinləşdirən, köhnəldən mən deyiləm. Mən sonam. Mənim
önümdə sizin xəstəliyiniz, qocalığınız, solğunluğunuz durur.
Siz səbəbkarı görmürsünüz. Sizi mənim həddimə yaxınlaşdıran
elə Həyatın özüdür. O, özündən başqa əbədi tanımır, məni də
özünə xidmətçi kimi əbədiləşdirib. Həyatı günahlandırmırsınız,
onun günahını da mən daşıyıram. Mən sizin sevginizi
istəmirəm, istədiyim odur ki, anlayasınız: Mən bu qədər nifrətə,
töhmətə, qarğışa, lənətə layiq deyiləm.
Ölümün xofundan dirilər sanki, hissiyatlarını itirmişdilər.
Onlar ölümün nə demək istədiyini anlamadan qorxudan əsə-əsə
qaldılar.
Ölüm qəzəbləndi. Hökmdarın yanına gəlib acıqlı-acıqlı
dedi:
– Sən oldurduğundan bəri mən öldürməyə məhkum
olmuşam. Mənim vəzifəm sənin soldurduğunu, qocaltdığını,
yararsızlaşdırdığını aradan götürməkdir. Qismətim isə dirilərin
nifrəti, lənətidir. Əmrlər səndən gəlir, amma onlar səndən şirin
və səndən gözəl heç nə tanımırlar!
Həyat Ölümə mənalı-mənalı baxıb soruşdu:
– İstədiyin nədir?
– Mən ədalət istəyirəm!
– Yəni istəyirsən dirilər səni də sevsinlər, ya mənə də
nifrət etsinlər?
– Yox. Bu heç vaxt mümkün olan şey deyil. Dirilər kar
və kordurlar. Mənim istədiyim odur ki, sən suyun, havanın,
torpağın, odun və canlıların damarına daxil olmağa arada bir
mənə icazə verəsən.
Həyat uzun müddət fikrə getdi. O, özünə olan sevgini və
Ölümə olan nifrəti paylaşmaq istəmirdi. Və o, Ölümün
arzusunu yerinə yetirdi.
O gündən Yer üzünün ahəngi pozuldu. Dünyanın hansı
bir nöqtəsindəsə torpaq silkələnir, zəlzələ minlərlə canlını bir
anda yox edirdi, gah qorxunc qasırğalar, tufanlar qopur, gah
hardasa yanğınlar törənir, gah da başqa bir yerdə sel-su aləmi
yuyub aparırdı. Bunlar olmasa da dünyanın hər yerində canlılar
gah tək-tək, gah da kütləvi şəkildə bir-birlərini məhv edirdilər.
Dirilər yenə də Həyatı sonsuz məhəbbətlə sevir, Ölümə
isə şiddətlə nifrət edirdilər.
Ölüm artıq rahatlanmışdı.
İndi dirilərin nifrəti onu qıcıqlandırmırdı.
DİV ÜRƏYİ
Biri vardı,  biri yoxdu, əhalisi divlərdən ibarət böyük
bir məmləkət vardı. Bu məmləkətin bütün divləri bir-birinə
oxşayırdı; eyni görkəmdə, eyni xasiyyətdə.
Divlərin qəribə bir adətləri vardı, balaları bir az böyüyüb
ağıllanan kimi yığışıb əcaib bir mərasim keçirərdilər
balaca
divin 
bağırtısına fikir vermədən ürəyini çıxarıb qoyardılar bir
şüşəyə və həmin andan da artıq xasiyyətdə də onlara bənzəyən
yeni bir div – divlər cərgəsinə qoşulardı.
ALOV 
a.eyvazova@yahoo.com
İKİ NAĞIL


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə