Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   64   65   66   67   68   69   70   71   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
116
bəyanatın bir bəndi belə idi. Belə bir açıqlama yazıçı
müstəqilliyinə bir çağırış idi. Bir cəmiyyətdə yazıçı müstəqil
deyilsə, bu və ya digər mənada hakimiyyətin yanındadırsa, bu
çox pis göstəricidir. Bizim bəyanatla əlbəttə ki, heç nə
dəyişməyib; yenə də yazıçılar parlamentdə, hakimiyyətin ön
sıralarındadır. Guya eyni zamanda müstəqilliklərini qoruyub
saxlayıblar, ürəklərinin dərin qatlarında öz etirazlarını da
bildirirlər. Bu məsələnin içində çox guyalar var. Müstəqil yazıçı
anlayışı Avropa maarifçilik dövrünün meyvəsidir. Yazıçı
cəmiyyətə təsir edən bir fiqur kimi oyanış dövrünün məhsuludur.
Məsələn, Erasmus haqqında deyirlər ki, yazıçı adının mötəbərlik
qazanmasında ilk dəfə bilavasitə onun rolu olub. Bu adamdan
sonra yazıçılıq sənəti prestijli sayılmağa başlayıb. Dünya üzündə
isə ən çox bizim ölkədə yazıçı adı dəyərini itirib. 
- Bəs bu gün vəziyyət necədir?
- Müstəqil düşüncəli yazarları Azad Yazarlar Ocağı
sıralarında görə bilərsiniz. 1501 üzvü olan Yazıçılar Birliyində
müstəqil düşüncəli yazıçıya rast gəlinməz. Bu ola da bilməz,
çünki dövlətdən təltif alan və ya almaqdan ötrü növbə gözləyən
yazıçı müstəqil sayıla bilməz. Hindistanlı filosof İnayət Xanın
bir cümləsini sitat gətirmək istəyirəm: «İnsanı qanadlandıran iki
şey vardır - azadlıq və təmənnasızlıq». Sözün təsiri o zaman olur
ki, o, sənin iradəndən və azadlıq düşüncələrindən qaynaqlanır. 
- Məlum bəyanatınız da azadlıq düşüncələrindən qay-
naqlanmışdı?
- Bütün sahələrdə, nəhayət, köhnə dövrün sona çatdığı
şərti zaman nöqtəsinin göstərilməsi zəruridir. Yoxsa bütün siyasi-
ictimai dəyişmələrin nə üçün baş verdiyinin bir mənası olmazdı.
Biz öz bəyanatımızla yazıçılar qarşısında belə bir zaman ayrıcını
elan etdik. Bəyanat, əlbəttə, çox şeyi dəyişmir, ancaq nəzəri
cəhətdən bu lazımdır. 
- Məgər 2003-cü ilə qədər siyasətlə məşğul olmur-
dunuz?
- Siyasətlə məşğul olmamaq imkan xaricindədir. 40 qəpik
verib qəzet almağın özü siyasi bir aksiyadır. Lakin yazıçının
vəzifəsi başqadır, necə olursa-olsun, öz səsini satmamalıdır. 
- Rasim bəy, bəs ölkədəki problemlərə münasibət
bildirmək borcunuz?
- Mən hesab etmirəm ki, problemlərə münasibət
bildirməklə insan öz borcunu bitirmiş olsun. Əməli fəaliyyət
önəmlidir. Belə bir deyim var: qaranlığa münasibət
bildirməkdənsə, bir şam yandırmaq daha
yaxşıdır. Deyə bilərsizmi «Alatoran»
jurnalının buraxılması dolayısı ilə
problemlərə qarşı deyil, ən azından
ədəbiyyat sahəsində? Mən «münasibət
bildirməkdə» özümü borclu saymıram,
bizimki münasibət bildirməkdən keçib,
durumumuz mənə görə daha fəcidir...
İnsanı iş, zəhmət xilas edəcək - mən buna
inanıram. 
- Məgər «60-cılar»la toqquşmanız
bir siyasət deyildimi?
- Ola bilsin, siyasət idi, mən bunu
ölçə bilmərəm. Hər halda, toqquşma
xatirinə bir toqquşma deyildi. «60-cılar»
ədəbiyyat təkəli (inhisarı) yaratmaq
istəyirdilər, təqribən 15 il ərzində Anar
başda olmaqla yeni gələnlərin yaradıcılıq təşəbbüsünü boğmağı
bacardılar, lakin 2001-ci ildən etibarən bu mümkün olmadı. Azad
Yazarlar Ocağı timsalında onlar ciddi maneəyə rast gəldilər və
nəticədə demək olar, mənəvi iflasa uğradılar. Tarixi baxımdan
yanaşsanız, bəli, bunun siyasi bir anlamı var idi. Sovet ideologiya
maşını olan Yazıçılar İttifaqı müstəqilliyimizin yalnız 10-cu
ilində neytrallaşdırılırdı. Bəlkə də siyasi partiyaların eləmədiyini
biz elədik. Ən azı məlum adamlar ifşa olundu, müstəqil
düşüncəli bir qrup gənc yazıçı yetişdi ki, bu günün əsərlərini
yaradan onlardır. 
- Bəlkə sizin addımlarınız hakimiyyətdə kiməsə lazım
idi?
- Fala baxmaq istəmirəm. Bunlar spontan olan hadisələr
idi. 
- Ona görə bu sualı verdim ki, Anarın özünü də
hakimiyyətdə sevməyənlər var…
- Bu məni maraqlandırmır. Hər halda, indiki hakimiyyət
Anarı vursa belə o, pozitiv bir fiqura çevrilmir. Bu adamın adını
çox çəkirsiniz, böyük ədəbiyyat baxımından ona qiymət
versəniz, inanıram düşüncələrinizi çox da məşğul etməyəcək.
Anar, Elçin, Əkrəm - sosializm romantikasının efemer
nümayəndələridir. Dünya çapında bunların dəyəri belədir.
Seymur Baycanın bir romanında olan həyat gerçəkliyi bu üç
yazıçının bütün əsərlərində yoxdur. Bu adamlar yaradıcılıq
mübahisəsini sıfırlaşdırıb və ədəbiyyat aliçiliyinə çox böyük
ziyanlar vurublar. Yaxşı olar ki, onlar haqqında danışmayaq.
- «60-cılar»la mübarizə bitdi, yoxsa davam edir?
- «60-cılar»la məsələ həll olundu. Artıq bundan sonrakı
ədəbiyyatda sərbəst üfüq var, «60-cılar» isə unuduldu və tarixə
qovuşdu. Canlı olsalar da, onlar artıq tarixdirlər. Get-gedə tarix
səhifəsində də onların yeri daralacaq və tamamilə silinib yox
olacaqlar. 
- Bəs Siz özünüz ədəbiyyat tarixində qalacaqsınızmı?
- Mən öz missiyamı tamamlayıb çəkiləcəm. Bu missiya
mənim şəxsi iradəmdən qaynaqlanır. Ədəbiyyat tarixində qalmaq
məsələsinə isə soyuqqanlı baxıram. Olmaya da bilər, ancaq
bunun əksi də istisna deyil. 
- Rusiyalı yazıçıları - Pelevini, Sorokini Azərbaycana
sizlər tanıtdınız. Bəs özünüz necə, Rusiyada yaşadığınız
illərdə bu ölkənin ədəbi ictimaiyyəti ilə təmas yarada
bilməzdinizmi?
- Təəssüf ki, arzum olsa da, imkanlarım
buna uyğun deyildi. Həm də mən Moskvanın
mərkəzində deyildim, bir az kənarda idim.
Amma cəhd edirdim, özümün tanıdığım,
görüşdüyüm adamlar vardı. Açığı, Moskvada
olduğum illərdə ezoterik ədəbiyyata aludə
olmuşdum, həyatın mənasını tapmağa
çalışırdım. Daha sonra Rusiyanın ucqarlarına
köçdüyümə görə belə imkanlarım olmayıb.
- Bəs rus ədiblərinin Rusiyada açdığı
cığırı AYO Azərbaycanda edə bildimi?
- Bilirsiniz, biz özümüzü onlara
bənzədib nəsə etməmişik. Sadəcə,
bacardığımızı etmişik. Əlbəttə, çox az iş
görülüb, ancaq nələrəsə can atılıb, gücümüzün
yetdiyi qədər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə