Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   61   62   63   64   65   66   67   68   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
110
O
nları tapmışam... tapdım onları - Kərim çağırırdı.
İndicə hirsindən beli götürüb yenə yer belləməyə
getmişdi. Anamla deyişmişdilər, yenə o ləçər Nəcibənin
üstündə. Qadının iki qızı vardı ətəyində. Gədəni dadandırmışdı
özünə. İt əl çəkirdi, motal əl çəkmirdi. Kərimin adəti idi hirsini
torpaqdan çıxmaq. Əvvəlcə aldırmadım. Amma- cəsədlər
burdadı, həm də hamısı-bağıranda diksindim. Bu nə deməkdir?
Oğlanın başına hava gəlib, nədir?- düşündüm bir an. Bağçaya
çatanda gördüm ki, dünən yarımçıq qoyduğu yer qalıb, tutun
altından başlayıb qazmağa. Anamın deyinəcəyini yenə də
aldırmamışdı. – Min dəfə demişəm, madam ki, o zəhməti
çəkirsən, adam balası kimi çək də. Əkin əkiləcək yerləri qaz -
anam həmişə azaylanırdı.
Heyrətdən gözlərim böyüdü. Cəsədlər olduğu kimi
qalmışdı. Mumiyalar kimi. Amma biz onları
mumiyalamamışdıq. Sadiq on beş il əvvəlki kimi görünürdü.
Saçları palçıq idi. Burnunun iriliyini də palçıq gizləmişdi.
Fındıq boyda görünürdü. Gözünün biri yumulu idi, o biri
yarıaçıq. Yarıyumulu gözünə torpaq dolmuşdu. Nağıllardakı
kimi deyəsən işıqlı dünyadan doymamışdı. Qar qızın paltarı
çürümüşdü bircə. Cəngavərləri, qorxunc və zalım padşahı sıra
ilə ard-arda düzmüşdü Kərim. Acımasızca qətl edilmiş və izi
tez –bazar ört-basdır edilmiş qurbanların üzündə adamı
vahimələndirən kədər, qorxu və ümidsizlik vardı. 
-Neyləyək onları?- Kərim bığ altı gülümsündü təəssüf
hissi ilə.
Çiynimi atdım. 
-İstəyirsən təzədən basdıraq? Amma bu dəfə yadda
saxlayaq bu yeri. -Bəlkə -əlini uzadıb tutun dibindən quru bir
budaq götürdü –bunu da baş daşı qoyum bunlara- dedi.
Günün günortasında, havada 36 dərəcə istilik, qəfil
üşüdüm. Tüklərim biz-biz oldu. 
- Eləmə, qoy qalsınlar –deyə mızıldandım. Hamısını-
cəmi 7 nəfər idilər, üç cəngavər, qorxunc və zalım padşah (bu
hamının tanıdığı Şaxta baba idi ), Qar qız, Sadiq və Sadiqin iti
Bobi- (qardian öz iti ilə)  ətəyimə yığıb gətirdim. Əvvəlcə
çimizdirdim, on beş il əvvəl olduğu kimi. Gətirib anamın köhnə
dəbli cehizlik servantına, atamın şəklinin yanına qoydum. 
Kərim cəsədləri öz doğma yerlərində görcək, qaşları
düyünləndi. Əsəbi bir hal aldı. Qorxdum ki, on beş il öncə anam
onları elə bu yerdən alıb üstümüzə fırlatdığı kimi Kərim də
götürüb vızıldadacaq. Amma o, sadəcə:
- Apar onları. Orda durmasınlar, xahiş edirəm- pıçıldadı
az qala. 
On beş il əvvəl atam Rusiyadan evimizə yeni il bayra-
mını qeyd etməyə gəlmişdi. Hələ o vaxtlar idi ki, atamın bir rus
qadınıyla münasibətdə olduğunu Rusiyadakı yerlilərimiz gəlib
kənddə danışırdılar.Kişiləri kəndə çatar-çatmaz arvadları
yüyürürdü anamın üstünə. Anam inanmırdı. –Nə oldu, kim
gedirsə, adını rus qancıqları ilə çıxarırlar-deyirdi. Bir dəfə də
Şapikə xalanı əməlli –başlı qapıdan qovdu. 
– Sən mənim ərimin rus gözəlçəsi olduğunu deyirsən,
mən də eşitmişəm ki, öz ərin gəzir orda. Hələ uşaq da
peydahlayıb. Xayınlığından uydurursan bütün bunları. 
Yeni il axşamına bir gecə qalırdı. Atam gəldi, bizim
cəngavərlərimiz, qorxunc və zalım padşah, Qar qız, Sadiq və
onun itiylə. Həmin gecə yedik, içdik. Yeni dostlarımızı isə
anamın servantına düzüb yatmağa getdik. Gecənin bir aləmi
atamın bağırtısına, anamın hönkürtüsünə oyandıq. Mən bir neçə
saat əvvəl mehribanca bayramı qeyd elədiyimiz otağa keçəndə
bir onu gördüm ki, atam anamı bərk itələdi. Anam servanta
dəydi, qablar töküldü. Saçları öyləsinə üzünə dağıldı, onu heç
vaxt bu qədər gözəl görməmişdim. Gözləri böyümüş, dodaqları
şişmişdi, azca titrəyirdi. Bənizi bəmbəyazdı. Yanaqları
pörtmüşdü. Əliylə salamat qalan qabları və cəngavərləri,
qorxunc və zalım padşahı, Qar Qızı, Sadiq və Sadiqin itini
siyirib yerə tökdü. Sağ əlini qan apardı. Aldırmadı. Həmin
əlinin şəhadət barmağını silkələyib dedi: 
Bu gündən atanız öldü, uşaqlar. Atanızın Rusiyətdə özgə
arvadı da var, uşaqları da. Sizin kimi. Bir qızı, bir oğlu. 
Səhər hələ doyunca oynamadığımız oyuncaqları ağlaya-
ağlaya bağçada basdırdıq. Sonra itirdik oyuncaqların yerini.
Heç xatırlamadıq da. Beş il öncə atamın ölüm xəbərini aldıq.
Kirli işlərlə məşğulmuş. Oysa onun təkcə bazarda alverlə
məşğul olduğunu zənn edirdik. Həbs olunubmuş. Türmədə
vəfat edib.
Cənazəni anama göndərdi rus gözəli. Yas bitdikdən sonra
atamın sonuncu dəfə bizə alıb gətirdiyi oyuncaqlar yadımıza
düşdü. Kərimlə əlimizdə bel bütün bağçanı ələk –vələk elədik.
Oyuncaqları tapa bilmədik. Artıq çürüyüblər, çoxdan torpağa
qarışıblar zənn etdik. Amma onlar gözlənilmədən xortdadılar.
Bilmirdim sevinim, yoxsa beş il öncə ağlamaq istədiyim
oyuncaqları indi ağlayım. 
Oyuncaqları servantın gözündən alıb küçəyə çıxdım.
Əqlim mənə deyirdi hara gedirəm. Amma hissim bunu
edəcəyimdən əmin deyildi. Dayımgilə çatdım nəhayət.
Həmişəki kimi çardağın altında oynayırdı dayımın kiçik oğlu.
Oyuncaqları verdim ona. Sevindi uşaq əməlli –başlı.
Bunların adı nə?-soruşdu.
Özün ad qoyarsan-deyib həyətdən çıxacaqdım ki, dayım
arvadı evin kandarında göründü. 
- Bıy. Xoş gəlmisən Könül. Bə niyə bəri gəlmirsən. Gəl
dayınla görüş. Elə indicə gəlib. Sabah axşam da
qayıdır.Balacanın xəstələndiyini eşidib tüpərək gəlib. İşləri də
ala-yarımçıq qalıb. 
Dayım arvadına nə dediyim, darvazadan necə çıxdığım
yadımda deyil. Amma evə çatıb özümü çarpayıya atdım.
Doyunca ağladım. Beş il əvvəlin əvəzinə də.
Mumyalar
h e k a y ə
Sevinc Pərvanə


АЛАТОРАН № 15, YANVAR 2010
111
Rasim Qaraca
rasim.karaca@gmail.com
Çağdaş Azərbaycan şeri haqqında açıqlama
( Ş i m a l i   K i p r   T ü r k   R e s p u b l i k a s ı n d a   k e ç i r i l ə n   I I   U l u s l a r a r a s ı   ş e i r   f e s t i v a l ı n d a   m ə r u z ə   e d i l m i ş d i r )
ə d ə b i   x r o n i k a
A
zərbaycan çağdaş poeziyasının bu günkü
mənzərəsini tək bir cümləylə ifadə ehtiyacı
yaransaydı - “o, yuxudan oyanma dövrünü
yaşayır” demək məncə ən doğru tanımlama olardı.
Məcazi anlamda söylədiyim bu fikri bir az daha
açıqlamağa çalışım. Yenə çox uzaqlardan bir misal
gətirərək mövzuya girmək istəyirəm: hər birimizin
əsərlərini sevərək oxuduğumuz Məhəmməd Fizuliylə
eyni əsrlərdə yaşamış yapon şairi Matsuo Basyonun
haykularını oxuyarkən o dövrün detaylarını gö-
zlərimiz önündə canlandıra bilirik, bu şeirlərdə hər
şey konkretdir; onları oxuyarkən yüzillərin pərdəsi
gözlərimiz önündən yox olur, bir anda şairin yaşadığı
zamanla təmas qura bilirik, bu şeirlərə tutunaraq o
dövrün insanları, onların duyğu və düşüncələri
haqqında net olaraq bilgi əldə edə bilirik. Basyonun
şeirlərində hər şey açıq və birbaşadır, şeylər öz
adıyla adlanıb, məcazlar burada əsas deyil, yalnız
yardımçı vasitədir, şairin duyğuları gözəl sözlərin
şərbətiylə ballandırılmayıb. Bu şeirləri oxuyaraq yüz
illər öncə yaşamış insanların könül dünyasına dala
bilirik, bəlkə dolayısıyla, özümüzün bəşəri say-
dığımız hisslərimizin tarixi təsdiqini tapırıq. Poeziya
qeyri-adiliklərdəki gözəlliklər deyil, tam əksinə,
sadəliklərdəki gözəlliklərdir. Müasir sənət an-
layışında bu cəhət çoxdan öz təsdiqini tapıb. Lakin
bunların əksinə olaraq, Fizuli də daxil olmaqla, bütün
şərq ədəbiyyatının dumanlı bir pərdə içərisində
olduğunu müşahidə etməkdəyiz. Yüz ilə yaxın bir
dövr ərzində həyat gerçəklərinin realistik bir biçimdə
təsvir olunması, dolayısıyla deyil, birbaşa ifadə
təcrübəsi Azərbaycan şeirində özünü göstərməkdədir.
Özəlliklə Nazim Hikmətin təsiriylə Azərbaycan
şerində yeni bir xətt gəlişməyə başlamış, klassik
şeirlə paralel bir şəkildə öz varlığını sürdürmüşdür.
Sovetlər dönəmində bu axının ən güclü nümayəndəsi
Əli Kərim olmuşdur. Fəqət, qapalı bir quruluş olduğu
üçün Sovetlər Birliyi bünyəsində yenilikçi (aykırı)
bir şair barına bilməzdi, bu şairimizə basqılar sonu-
cunda 39 yaşında həyatdan köçmüşdür. Əli Kərimin
ölümündən sonra Azərbaycan realistik şeirində tənəz-
zül başlayır, melanxolik şairlər önə çıxır, klassik şərq
şeirindən və folklordan gələn axın üstünlük qazanır.
70-80-ci illərdə realistik şeiri basdıraraq ədəbiyyat
ortamında təsir gücü qazanan melanxolik poetlər
Ramiz Rövşən və Vaqif Bayatlıdır.Bu zamandan
başlayaraq yenə qondarma şərq kədəri, mücərrəd eşq
təzahürləri, ölüm və qara paltarlı qadın motivləri,
allah və mələklər Azərbaycan şeirində pərvaz etməyə
başlayır, yenə şairlərin ayağı yerdən qopur, göy üzü
və ay işığı şeirin daimi komponentinə çevrilir.
Maraqlıdır, rəsmi ədəbiyyat sözçüləri Azərbaycan
şeirindəki melanxolik xətti dəstəkləmiş, bu illərdə
təkrarən klassik qəzələ və aşıq folkloruna qayıdış
başlamışdır. 90-cı illərdə melanxolik şeirin ən parlaq
ismi (bu şairlər haqqında danışarkən “parlaq” sözü
yerinə düşməsə də) Salam Sarvandır.Bu şair məzarlıq
və ruhlar aləmindən gətirdiyi vəhylərlə bir müddət
məşhur olmuşdur.
Azərbaycan şeirinin yuxudan oyanma dövrü 2000-ci
illərin əvvəllərinə təsadüf etməkdədir. Ölkənin
bağımsızlıq qazandığı 1991-ci ildən keçən tam 10 il
ərzində Azərbaycan ədəbiyyatı tamamən durğunluq
yaşamış, bu illər ərzində Sovetlərdən qalma, ədəbiyy-
atın kontrol altında tutulması hadisəsi hələ də təsirini
sürdürmüşdür. 2000-ci illərdən başlayaraq, azad mət-
buatla bağlı bəzi rəsmi qərarnamələr nəticəsində bu
təsir ortadan qalxmış, gənc yazarlar artıq bağımsız
şəkildə öz qurumlarını və mətbuat orqanlarını yarada
bilmişlər. Bu hadisə yazıçılıq işində canlanmaya
səbəb olmuş, get-gedə ədəbiyyat və bu cümlədən şeir
daha da aktuallıq qazanmışdır.
Yeni dövr ədəbiyyatını yaradanlar kimlərdir: Rafiq
Tağı, Həmid Herisçi, Azad Yaşar, Nərmin Kamal,
Seymur Baycan, Aqşin, Sevinc Pərvanə, Orxan Eyp,
Şərif Ağ, və daha 20 ad. Bu yazarların əsərlərini oxu-
yarkən Azərbaycan ədəbiyyatının melanxoliyadan
artıq tamamən qurtulduğunu söyləmək olar. 
Azərbaycan şeirinin ən qısa icmalına dair mənim sub-
yektiv görüşlərim bunlardır. 
Not: Böyük bir gəlişmə sərgiləyən çağdaş Güney Azərbaycan
şeri haqqında tam bilgim olmadığına görə burada söylənən-
lər yalnız Guzey Azərbaycan şeirinə şamil edilməlidir.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə