Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   58   59   60   61   62   63   64   65   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
106
sürücüləri bezikdirirlər, ya da özlərini veriblər mərkəzdəki
parkın qazonluğuna. 
O yazıqların da heç düz əməlli otlaqları yoxdur. Yazıq
heyvanlar da məcburən qazonlara, parklara, binanın ətrafındakı
yaşıllıqlara hücum çəkirlər.
Şəhərdə vecsiz dolaşan bu inəklərin arxa ətrafları
həmişə poxa bulaşmış olur. Adam baxanda lap qusmağı gəlir.
Heyvan olanda nə olar, tay bu qədər də poxlu olmaq olmaz axı. 
Binalara su verilməyən ərəfələrdə mən də bax lap bu in-
əklər kimi dalıpoxlu olmuşdum.
Mirab düz iki həftəydi ki, su vurmurdu. Çimə
bilməməyim bir yana dursun, heç düz əməlli tualetə də gedə
bilmirdim. Bütün günü işim götümü büzə - büzə gəzmək idi.
Bu iş sizə asan gəlməsin. Adamı lap sancı basır. Bütün günü
gərgin vəziyyətdə gəzirsən, elə bil indicə ştanq qaldırmısan. Son
iki günü yeməyimi tamamilə azaltdım ki, bəlkə daha sıçmağım
gəlməyə. Xeyri olmadı. 
Atamın deməyinə görə Sovet dönəmində belə deyildi.
Mənzillərə su vaxtı – vaxtında verilərdi. Heç kəs də sudan
şikayətlənməzdi. Heç əvvəllər su çəninə də ehtiyac yox idi.
Kimin işinə qalmışdı kalan xərc çəkib həyətdə çən düzəltdirsin.
İndi isə binanın ətrafında çən əlindən bir çimdik yer qalmayıb.
Elə bil buralar elmi – tədqiqat laboratoriyasıdır; hər tərəfdə
kubşəkilli, konusşəkilli, kürəşəkilli dəmir çənlər, ayaq altıyla,
göylə mənzillərə gedən düzünə, şaquli, üfüqi, çəpəki, əyri - üyrü
plastik – dəmir borular, elektrik naqilləri, dəmir dayaqlar
üzərinə qaldırılmış çənlər, oğurlamasınlar diyə   ağzı kilidli
dəmir dolabçaların içinə qoyulmuş kiçik nasoslar, cırtdan dax-
malarına bənzəyən, binanın ən yöndəmsiz yerlərində daşdan
tikilmiş kiçik çənlər.  Yaxşı ki, heç olmaya məhəlləyə su ver-
iləndə bu ikrah doğurucu  səhnə məhəllənin karnaval sevinci
içində bir qədər yox olur. Su veriləndə bizim məhəllə o qədər
gözəl olur ki! Pəncərələrdən uzanan zivələrdən göy, qırmızı,
yaşıl, sarı, qara, ağ, bənövşəyi, çəhrəyı rənglərdə allı – güllü,
şəkilli, bəzəkli paltarlar asılır. Zivədən asılmış bu yaş paltarlar-
dan isə boz asfaltın üstünə narın – narın su damcılayır. Bu vaxt
binalardan tinində dayanıb bu səhnəyə baxsan elə bilərsən bu-
ralar tavanından qirlyandalar asılmış karnaval meydançasıdır.  
Bir də ki, atamın nə vecinə su verildi, ya yox. Suyun ver-
ilməməsindən bir az anam narahatdır, vəssəlam. O da qab – qa-
cağı yumağa su tapa bilmədiyi üçün. Atamgilin idarələri təmir
olunandan sonra demək olar ki, heç evdə tualetə getmir. Anam
da həmçinin. Onlar öz tualet ehtiyaclarını iş yerlərində ödəyirlər. 
Dərd mənim dərdimdi. Heç bilirsiz uşaq vaxtı məni necə
çağırırdılar? Tırtakoviç. Uşaqkən qarnım yaman gedərmiş, tez-
tez tırığa getdiyim üçün də hamı məni belə çağırırmış. Özüm də
körpəykən arıq, sısqa bir uşaq olmuşam. Heç düz - əməlli
yemək də yemirmişəmmiş. İndisə maşallah, lap gomuş kimi
yeyirəm. 
Tırtakoviçliyim indi də qalıb. Həftə ərzində gündə azı
iki dəfə olmaq şərti ilə  beş dəfədən çox tırığa gedirəm. Anam
hərdən ürək- dirək verib deyir ki, bu yaxşı əlamətdir, bağır-
saqlarım təmizlənir, nə bilim daha nələr. Atam isə deyir ki, saat-
larla tualetdə oturduğum üçün qarnıma soyuq olur, buna görə də
ishal oluram. 
Hə, mənim tualetdə oturub kitab oxumaqdan yamanca
xoşum gəlir. İnanmayassınız, amma mən “Səfillər”i elə tualetdə
oxuyub qurtarmışam. Jan Valjanın Paris kloakalarında polisdən
qaçmaq hissəsi varha, bax həmən o hissəni tualetdə oxuyarkən
Jan Valjanın çirkab borusu içində boğula - boğula qaçmağını
əməllicə hiss edə bilirsən. Üfunət iyi eynilə sənin burnunda da
tovlanır.
Dedim axı, mirab düz iki həftəydi ki, su vurmurdu.
Hərçənd ki, bütün məhəllə sakinləri iy verib iylənirdilər, amma
mən yenə də utandığımdan məhəlləyə də çıxa bilmirdim.
Qarnım ağrısına isə dözməyə çalışırdım. Yalnız qarnımın ağrısı
həddini aşanda, daha dözməyə taqətim qalmayanda gedirdim
tualetə. 
Özü də su olmayanda tualetə getməkdən lap zəhləm
gedir. Nə qədər çalışsan da murdarçılıq olur. Bina evində isə
tualet lazımınca təmiz qalmayanda üfunət iyi bütün mənzilə
yayılır. Bu da xoşagələn deyil. Bütün qüvvəmlə çalışırdım ki,
dözüb özümü bir təhər su verilənə saxlayım. 
Bizim mirab suyu adətən səhərlər özü də sübh tezdən
vurur. Mən heç tezdən durmağa alışıq olmasam da bu ərəfələrdə
səhərlər tezdən qalxıb  suyun verilib verilmədiyini yoxlayırdım.
Sonra isə axşama kimi tez-tez kranları yoxlayır, nasosxanaya
zəng edirdim.
Nasosxanaya da zəng edirsən mirab özünü qoyur dağ
başına. Adama lap dilinin ucuyla cavab verir. Çoxlu bəhanə
gətirib axırda da dedi ki, kimə istəyirsən şikayət elə. Hirsimdən
telefonun dəstəyini gəmirirdim. Cavabını vermək məqsədilə var
gücümlə mirabın üstünə çığırdım. Elə çığırmağımla da bağır-
saqlarımın boşalmağı bir oldu. Bağırsaqlarım boşaldıqca tur-
sikim dolurdu. Daha iş işdən keçmişdi. İslanmışın yağışdan nə
qorxusu. Mən də qarnım təmiz boşalanacan tursikə sıçdım.
Sonra da bunun bədəlini miraba ödətmək üçün əynimi dəy-
işməmiş, elə poxlu - poxlu həyətə düşüb yollandım nasosx-
anaya. 
Qapı bağlı idi. Mirab nahara getmişdi. Şalvar - tumanımı
əynimdən çıxarıb içi poxla dolu tursikin mümkün qədər təmiz
tərəfindən tutaraq poxu dər - divara, qapıya, qapını dəstəyinə,
nə bilim daha hara sürtdüm. Axırda da poxlu tursiklə qapının
üstünə içinə  “A” hərfi yazılmış dairə çəkib  – televizorda
əcnəbi nümayişçilərin elədiyi kimi  - tursiki nasosxananın
paslanmış dəmir barmaqlıqlı kiçik nəfəsliyindən içəri atdım.
Bundan sonra baş verənləri isə siz bilirsiniz.


АЛАТОРАН № 15, YANVAR 2010
107
-Bu, mənə başqa bir qətli xatırladır – Qoudek dedi. – O
da ya
xşı düşünülmüş və hazırlanmışdı. Ancaq qorxuram mənim
hekayəm sizin xoşunuza gəlməyə, çünki onun sonu yoxdur və sirr
açılmamış qalır. Maraqlı olmasa, deyin, davamını danışmayım.
Məncə Siz mənim Albalılıq tərəfdə Kruçemburski küçəsində
yaşadığımı bilirsiniz. Bu həmən qısa və köndələn küçələrdəndir ki,
orda nə meyxana, nə camaşırxana, heç nə də məhəllə dükanı var. Saat
ondan saat on birə qədər radioya qulaq asan avaralardan başqa bütün
küçə sakinləri yatır. Burada əsasən sakit vergiödəyiciləri, kiçik
məmurlar (ən yüksək ranq yeddinci sinif idi) yaşayır. Onların sırasında
bir neçə həvəskar ixtioloq, sitra ifa edən bir musiqiçi, iki filatelist, bir
vegeterian, bir spirit və bir də sufi-kommivoyajör var idi. Küçənin
qalan sakinləri bu adamların kirayələdiyi və elanlarda deyildiyi kimi
“gündəlik səhər yeməyi də daxil olan və təmiz, zövqlə döşənmiş
otaq”ların sahibləri idilər. Həftədə bir dəfə, dördüncü günlər sufi-
kommivoyajör evə gecə yarısı qayıdırdı, çünki hansısa ruhu xilas edən
söhbətlərə qatılırdı. İkinci günlər naturalistlər gec qayıdardılar –
onların “Akvarium” dərnəyinin toplantısı olurdu. Adətən onlar küçə
fənərinin altında dayanıb canlılar və qızıl balıqlar barədə mübahisə
edərdilər. Bir dəfə 3 il bundan qabaq bizim küçəmizdə hətta sərxoş da
görüblər, ancaq deyirlər o, Koşirjdən imiş, sadəcə azıbmış. 
Lakin bir rus hər gün saat on ikiyə 15 dəqiqə işləmiş
qayıdırdı. O, seyrək saqqallı, orta boylu adam idi, soyadı da ya
Kovalenko idi, ya da Kopıtenko. O, pan Yanskinin evində kirayəşin
idi. 7 nömrəli evdə. 
Onun nəylə dolandığını heç kim bilmirdi. Ancaq axşam saat
beşə qədər o, evdə girlənir, sonra portfelini götürüb ən yaxın tramvay
dayanacağına yollanır, ordan da şəhərin mərkəzinə gedirdi. Axşamlar
da düz saat on ikiyə on beş dəqiqə işləmiş orda tramvaydan düşüb
Kruçemburski küçəsinə dönürdü. Sonralar kimsə dedi ki, bütün bu vaxt
ərzində o, kafedə oturub başqa ruslarla söyüşürmüş. Bir də deyirlər ki,
o, rus ola bilməzdi, çünki ruslar heç vaxt evə belə tez qayıtmırlar. 
Keçən ilin fevralı idi. Artıq yuxuya gedirdim ki, pəncərəmin
arxasından beş kəskin zərbə səsi eşitdim. Yuxuda mənə elə gəldi ki,
mən hələ balacayam və həyətdə qamçı şaqqıldadıram və hər dəfə
qamçı şaqqıldayanda onun səsinə sevinirəm. Birdən mən ayıldım və
başa düşdüm ki, bu, revolvyer atəşinin səsidir. Qaçıb pəncərəni açdım
və gördüm ki, aşağıda, 7 nömrəli evin qarşısındakı səkidə əlində portfel
olan bir kişi üzüqoyulu yıxılıb qalıb. Bu zaman ayaq səsləri eşidildi,
küçənin küncündən polis işçisi qaçıb gəldi, yerdəki adama yaxınlaşdı,
onu qaldırıb baxdı, ancaq “Ax, zəhrimar!” deyib onu yenə yerə uzatdı
və fit çaldı. O dəqiqə küçənin o biri başından daha bir polis göründü
və cəld birinciyə yaxınlaşdı. 
Mən əlbəttə tezcənə ayaqqabını ayağıma keçirib paltonu
çiynimə saldım və aşağı şığıdım. O biri evlərdən vegeterian, musiqiçi,
ixtioloqlardan biri, dalandarlar və filatelist də qaçıb gəldilər. Qalanları
pəncərədən baxıb qorxudan çənələri əsə-əsə düşünürdülər: “Cəhənnəm
olsun, başıma iş açaram”. Bu vaxt polislər adamın üzünü çevirdilər. 
Bu ki, pan Yanskinin evində yaşayan rusdur. Kopıtenko, ya da
Kovalenko. – mən titrək səslə dedim. – O, ölüb?
Bilmirəm. – Polis qaş-qabaqla cavab verdi. – Həkim çağırmaq
lazımdır. 
Siz onu bu vəziyyətdə qoyacaqsınız? – musiqiçi əsəbiliklə
kəkələdi. – Onu xəstəxanaya aparın. 
Küçədə artıq on iki nəfər toplanmışdı, hamı soyuqdan və
qorxudan titrəyirdi, polislər isə zərərçəkənin yanında çömbəlib
nədənsə onun varatnikini açırdılar. Bu vaxt əsas küçənin başında taksi
dayandı, sürücü nə baş verdiyini öyrənmək üçün maşından düşdü.
Yəqin fikirləşib ki, bu, sərxoş adamdır və onu evinə aparıb pul
qazanmaq olar. 
Qardaş, nolub? – o, dostcasına bizdən soruşdu. 
Adam vurublar. – veqeterian dişi dişinə dəyə-dəyə cavab verdi.
– Onu maşına qoyub təcili yardıma aparasınız, bəlkə hələ sağdır. 
Lənətə gələsən! – sürücü deyindi. – Belə işləri heç
xoşlamıram. Yaxşı, gözlüyün, indi dönüb gəlirəm. 
O, tələsmədən maşınına tərəf gedib, onu bizim yanımıza sürdü. 
- Onu maşına qoyun – dedi. 
İki polis rusu qaldırıb çətinliklə maşına qoydular. O, əslində
belə ağır deyildi, ancaq ölüləri idarə etmək çətin olur axı. Siz onunla
gedin, kolleqa, mən də şahidlərin adlarını yazım.
– Bir polis o birinə dedi. 
– Sürücü, siz “Təcili yardım”a sürün, özdə bir az tez. 
Bir az tez. – sürücü donquldandı. – Bəlkə heç mənim əyləcim
işləmir.
Və getdi. 
Qalan polis cibindən bloknotunu çıxarıb dedi:
Adlarınızı deyin, cənablar. Bu, sadəcə şahid ifadələri üçündür. 
Və bir-bir hamımızın adını yazdı. O, xeyli qurdalandı. Deyəsən
əlləri donmuşdu. Elə biz özümüz də buzlamışdıq. Mən otağıma
qayıdanda on ikiyə iyirmi beş dəqiqə işləmişdi. Deyəsən hər şey on
dəqiqə çəkmişdi. 
Bilirəm, siz deyəcəksiniz ki, bu hadisədə qeyri-adi heç nə
yoxdur. Ancaq qulaq asın, pan Taussiq, bizim küçəmiz kimi sakit
küçədə bu, böyük hadisə idi. Qonşu küçələr bizim şöhrətimizin
işığında qızınırlar. Çünki, onlar “o hadisə bu tində olub” deyə bilirlər.
Bizdən uzaqda olan küçələrin sakinləri laqeyd görünməyə çalışırlar,
ancaq bu, bilmək istəyirsinizsə, ancaq hikkədən və həsəddən irəli gəlir
– axı hadisə onların küçəsində olmayıb. Daha uzaqda yaşayanlar isə
əllərini yellədib deyirlər: “Deyəsən orda kimisə vurublar, Allah bilir,
düzdü, ya yox”. Ancaq bu yalnız və yalnız paxıllıqdandır. 
Təsəvvür edirsiniz də, sabahsı gün bizim küçənin bütün
sakinləri axşam qəzetlərinə necə hücum çəkdilər? Əvvəla biz bizim
qətl haqqında yenilikləri öyrənmək istəyirdik. İkincisi, hamı öz
küçəsində baş vermiş hadisə haqqında oxuyacağından həzz alırdı.
Karel Çapek 
(
1890

1938
) XX əsr çex nəsrinin məşhur adlarındandır. Nasir, drammaturq. “Makropolus vasitəsi”, “Ana”, “R.U.R.”
pyeslərinin, “Absolyut fabriki”, “Krakatit”, “Qordubal”, “Meteor”, “Adi həyat” romanlarının və bir çox hekayə, esse, felyeton və oçerklərin
müəllifidir. Müasir Fransız poeziyasının tərcüməçilərindəndir. 1917-ci ildən Národní listy (Milli Qəzet) journalist-tənqidçi, 1921-ci ildən
həyatının sonuna qədər Lidové noviny (Xalq Qəzeti) qəzetində mədəniyyət və siyasət redaktoru kimi işləyib. 
1916-cı ildən ədəbiyyatla məşğul olub. Hələ sağkən öz ölkəsində və kənarda məşhur olub. 1936-cı ildə ədəbiyyat üzrə Nobel mükafatı
nominantı olub. Çexoslovakiya Pen Klubunun yaradıcısı və rəhbəri olub (
1925

1933
). 
Çapek qatı antifaşist idi. 1938-ci ildə ölümündən qabaq cəmiyyətdən tamamilə təcrid edilməyinə baxmayaraq ölkəni tərk etməyə razı
olmamışdı. Ölümündən sonra arxivi dul qalan xanımı tərəfindən son 3 ilini yaşadığı bağ evinin həyətində gizlədilmiş, yalnız müharibədən
sonra aşkar edilmişdir. Sosializmə də rəğbət bəsləməyən (“Mən niyə kommunist deyiləm” adlı məşhur məqaləsi) Çapekin əsərləri kommunist
Çexoslovakiyasında ilk illər qadağan edilmiş, 50-60-cı illərdə yenidən çap edilib oxunmağa başlamışdır. 
Oğurlanmış qətl


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə