Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   57   58   59   60   61   62   63   64   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
104
Şüşə sındırılmayana qədər bu divlərə ölüm yox idi.
Bu
məmləkətdə heç kəs heç kəsi ürəkdən sevməzdi.
Birinin ayağına dəyən daş o birinin ürəyinə ağrı
verməzdi. Heç kəsin heç kəsə ürəyi yanmazdı.
Heç kəs heç kəsə ürək qızdırmazdı, ona görə də ürəyini
açmazdı. Heç kəs ürəklənib qəhrəmanlıq göstərməzdi.
Kimsənin  ürəyi yaralı deyildi, ürəyinə dağ çəkilmiş bir div belə
yox idi.
Bu divlər ürəkdən gülüb ürəkdən ağlamazdılar.  Heç kəs
ürəyində danışmazdı, hamı fikirləşərdi.
Heç kəsin ürəyi heç kəsi tutmazdı; bu üzdən də çox nadir
hallarda evlənmələr olardı – ürəksiz.
Bu divlərin ürəkləri heç vaxt ağrımazdı, ona görə də
infarkt sözünü eşitməmişdilər. Onlar ürəklərini gücə
salmazdılar, ona görə çox güclü idilər. Onların heç nə üçün
ürəkləri getməzdi, onlar üçün əvəzedilməz heç nə yox idi.
İçərilərində nə ürəyi düz olan var idi, nə də ki, ürəyi xain.
Onların ürəklərinin götürmədiyi heç nə yox idi, hər şeyi qəbul
edərdilər. Onların ürəyi bulanmazdı, hər şeyi yeyərdilər. Onların
ürəyi döyünməzdi, daha çox daşa bənzərdi.
Bir dəfə necə oldusa balaca bir divin böyüməsindən
illərlə bir-birindən xəbərsiz qalan valideyn divlərin xəbəri
olmadı və bu div ürəyi ilə birgə böyüməyə başladı.
Ürəksizlər içində yaşayan ürəkli div  elə bil cəhənnəmdə
idi.
– Axı ürək bizim nəyimizə lazımdır? O, bizə mane
olardı. Orqanların ən gərəksizi ürəkdir. Ona görə biz onu
özümüzdən kənarlaşdırırıq. 
Ürəklə yaşamaq özündə ölüm
gəzdirməkdir. Ürəyimizi özümüzlə gəzdirmirik, ona görə də
ölmürük.
Sakit, həyəcansız, laqeyd, ağıllı, rahat bir ömür
sürürük. Məqsəd budur. Divlər onu başa salmağa çalışırdılar.
Ürəkli divin o anda az qalırdı ürəyi ağzına gəlsin,
ürəyinin qanı vururdu beyninə. Çığıra-çığıra soruşurdu:
– Axı ürəksiz yaşamaq da ölü kimi yaşamaqdır! Siz
yaşamırsınız, mövcud olursunuz! Həm də əgər  ürək belə
gərəksizdirsə, niyə ürəyinizdən ölürsünüz?
Divlər əvvəl bu sualı mənasız adlandırıb uzun-uzun
çərənləyirdilər. Son nəticədə də heç biri ona cavab verməzdi.
Ürəkli divi heç kəs duymurdu, lakin ona qulaq asar, onu
anladıqlarını bildirərdilər, sonra gülümsəyərək laqeyd-laqeyd
hərə gedərdi öz işinin dalınca. Div də qalardı ürəyi partlaya-
partlaya. O, divləri ürəkdən sevirdi, ona görə də onlara ürəkdən
nifrət edirdi. Div dərdləri ilə birgə böyüyə-böyüyə sürətlə
qocalmağa başladı. Əvvəllər onu dinləyənlər qısa müddətli
təəccüblənirdilər, indi daha onu görənlər o cür təəccüblənirdilər:
divlər ölkəsində ondan başqa qocalan yox idi.
Ürəkli div axırda o qədər qəzəbləndi ki, bütün divlərin
şüşələrini sındırmaq qərarına gəldi. Lakin elə yoldaca ürəyi
yumşaldı, elə peşman oldu ki, yazıq, hönkür-hönkür ürəkdən
ağlamağa başladı. Ağlaya-ağlaya divin ürəyi partlayıb öldü.
Divlər bir neçə gün sonra ürəkli divin ölümündən xəbər
tutdular. Xeyli fikirləşib yüngülvari qəmlənmək qərarına
gəldilər. Və yenidən rahat, şad-xürrəm yaşamağa başladılar.
Babi
Cokonda
Parij, Parij
Fransanın baş kəndi
dünyanın kültür mərkəzi
turistlərin sevimli şəhəri 
snoblar məskəni
Luvrla fəxr edirsən
s.kilmiş Cokondayla
zirehli şüşə arxasında
əbədi oturmuş vəziyyətdə
maygülü sifət
pul makinası 
muzey pulkəsəni
xadiməsi
nəzarətçisi
işçisi
ancaq sənə
hər şeydən çox
bilet satmaq yaraşar
əbədi baxırsan
yuxulu gözlərinlə
dünyanın hər yerindən
milyonlarla insana
bilet satırsan
sənin mızmırıqlı üzünə
baxmağa gəliblər
indisə
deyilənə görə
sənin ərinin -
Leonardonun anasını
Azərbaycandan qaçırdıblar
İtaliyabaycana
o qadın sənin ərini doğub
bu o deməkdir ki
əziz Cokonda 
sən özün də azərbaycankasan
elə bil bazarda oturmusan
pul yığırsan
fransalılara


АЛАТОРАН № 15, YANVAR 2010
105
Mirmehdi Ağaoğlu
Seyyid_2001@yahoo.ca
İçinə  “A” hərfi yazılmış dairə
h e k a y ə
E
lə bilirsiz mən dəliyəm? Ya da mənim başıma
hava gəlib? Axı məni niyə gətirib bu sarsaq dəlix-
anaya salmısınız? Burda heç adamla düz - əməlli
salamlaşmırlar da. İçəri girmişəm, əl verib görüşmək yerinə
sizin o qolları arxaya sarınan iyrənc xalatınızı əynimə
geyindirirlər. Məni burda uzun müddət saxlamaq fikriniz varsa
heç olmasa icazə verərsiz kitablarımı bura gətirdərəm. 
Nə istəyirsiz axı məndən? Nədə günahkaram? Mən axı
dedim sizə ona xəbərdarlıq etmişdim. O isə mənim xəbərdar-
lıqlarımı dinləmədi, hətta bir - iki dəfə məni təhqir də etdi,
hədələdi. Bəs  bu məmur özbaşınalığı deyilmi? Göt boyda
idarədə mirab – qədimdə su işlərinə baxanlara deyərdilər –
işləyir, amma digəl ki, öz hoqqabazlığı ilə beş binanın camaatını
daşşağına sarıyıb.
Axı neyləyəydim? ANS - ə zəng vurdum mənə
bildirdirlər ki, yol çox uzaq olduğu üçün gələ bilməzlər, sərf
eləmir, bizim rayona gəlmək üçün gərək heç olmaya bir dənə
ciddi hadisə baş verə. Sonra da telefonçu qız mənə nə desə
yaxşıdır? “Heç bu yaxınlarda sizin rayonda qətl filan olmayıb
ki? Qətl olsa mütləq gələrik. Çalışın qətl hadisəsi namus
üstündə olsun. Bu daha cəlbedici gəlir izləyicilərə. Bu yaxın
ərəfələrdə elə bir hadisə baş versə dərhal bizə zəng edin, həm
gəlib o qətli çəkərik, həm də sizin su probleminizi işıq-
landırarıq”.
Bu qonşuları deyirəme. Başqa vaxt məhəllədə azca o yan
bu yana qaçan kimi, ya da kiminsə maşınının ətrafında dolanan
kimi gözüm çıxdıya salırlar. “Ay dəli qaç ordan, maşını
cızarsan” nə bilim daha nə. Bir dəfə hətta qonşumuz Mehman
səhər təzə maşının böyründə cızıq gördüyü üçün məni altına
salıb döymüşdü ki, guya onun təzə maşınının mən cızmışam.
Heç kəs də uşağını mənimlə oynamağa  qoymur. Guya mən
dəliyəm. Özü də zırından. Heç mən özüm də məhəllə uşaqları
ilə oynamağı sevmirəm. İşləri məni ələ salmaq, bir də kənara
uçan topun dalınca yollamaqdır. 
Bu qonşular təkcə mənim üzərimə xoruzlanmağı bilirlər.
Bunların əlindən bayıra da çıxa bilmirəm. Mənim başıma min
oyun açırlar, amma di gəl ki miraba bir söz də deyə bilmirlər.
Başqa vaxt məhəllədə əlləri ciblərində zağar-zağar o tərəf bu
tərəfə gəzən dümbəyqarın kişilər hava qaralcağın bir də gördün
əllərinə vedrə alıb düşdülər məhəlləyə və başladılar evlərinə su
daşımağa. Sonra da hər iki əllərində  vedrə osdura – osdura
mərtəbələri dırmaşırlar. Bu dümbəyqarınların biri də mirabdan
şikayət etmək fikrinə düşmür. Bəlkə qorxurlar mirabdan? Qorx-
urlarsa bə niyə bir yerə yığışan kimi başlayırlar bir – birlərinə
hərbə - zorba gəlməyə, öz “qəhrəmanlıq”larından danışmağa,
əsgərlikdə filankəsi döyməklərindən, işdə bəhmənkəsin başına
min oyun açmaqlarından dəm vurmağa?
Bizim mirab da çox qəribə oğlandır. Onu heç məhəllədə
görməzsən. Yalnız binalara su vuranda gözə dəyir.  Məhəlləyə
gəlib bir - bir mənzillərin qapılarını döyəcləyib su pullarını
istəyir.  Bax onda əsl mərəkə düşür məhəllədə. Özü də bu dava
- dalaşları salan yalnız qadınlardıya. Bizim məhəllənin də
qadınlarından keçməyəsən,  hamısı ataman şeylərdir. Heç
məhəllənin kişiləri onların əllərinə su tökməyə də yaramazlar. 
Bu mirabın şakəridir. Suyu bir həftə qaydasında verəndə,
bir ay gecikdirər. Həftələrlə mənzillərdə içməyə bir stəkan su
tapılmaz, əlüzyuyanlarda çirkli qab-qacaqlar qalaqlanar, hamam
ləyənlərində paltarlar aşıb – daşar, sakinlərin sir- sifətlərindən
kir - kərmə yağar.  Nasosxanaya da zəng edib soruşanda o qədər
bəhanələr gətirər ki, adamın əli üzündə qalar. 
Bir dəfə deyir ki, nasoslar xarab olub. O biri dəfə deyir
ki, nasosxananın işıq idarəsinə borcu olduğu üçün işığı kəsiblər.
Başqa birində deyir ki, məhəllənin kanalizasiyanın axdığı nəcis
anbarı dolduğuna görə su verilişi anbar boşaldılana qədər
müvəqqəti dayandırılıb. Keçən dəfə də nə desə yaxşıdır? “Su
çənlərinə gecə şəhərdə dolaşan inəklərdən biri düşüb boğulduğu
üçün onu çıxartmaqla məşğuluq”.
Bizim inəklərdən də heç olmaz. Elə bil başlarına yer
qəhətdir. Ya gərək binaların ətrafında otlayalar, ya da zibillikdə.
Bir də görürsən ki, budur bir sürü inək icra hakimiyyətinin bi-
nasının qabağından keçən asfalt yolun ortasında oynaşır,


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə