Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   54   55   56   57   58   59   60   61   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
100
Niyə? - soruşdu.
Azacıq əyilib alnından öpdüm. 
Belə tez vurulan adam deyiləm çünki.
Gülümsündü. Təzədən başını sinəmə qoydu. Mən onun
yumşaq, şabalıdı saçlarını sığallayırdım. Uzandığımız
çarpayının bəyaz mələfəsi yarıyacan yerə süzülmüşdü.
- O qədər tənha görünürdün ki, o axşam... – dedi.
Özümdən asılı olmadan sənə sığınmaq istədim. Açığı mən
özüm də vurulmaqdan qorxan adamam. Bilirəm ki, çox
təhlükəlidir. Həyat hər şeyə, hətta duyğularıma da nəzarəti
öyrədib mənə. Amma hərdən özümü dalğalara təslim etmək
istəyirəm. İstəyirəm üzərimə gələn sevgi selinə qapılım, heç nə
düşünməyim. Deyəsən belə də etmişəm.
Daha Rənaya demirəm ki, Sevildən sonra bu hissləri
yenidən yaşamaq, bu əzabı təzədən dadmaq qorxusu var içimdə.
Özümdən arxayın deyiləm. Öz çılğınlıqlarımdan, ehtirasımdan
qorxuram. Halbuki hər ikimiz də bilirik ki, çox gecikmişik – iş
işdən keçib. Onun gerçəkdən hansı hissləri keçirdiyini bilə
bilmərəm, ancaq məndən söhbət gedirsə - qəlbimin məhrəm
guşəsində Sevili hələ də yaşadaraq sevirəm Rənanı. 
Rənada ən çox bəyəndiyim keyfiyyətlərdən biri də,
siyasi mövzulara maraq duymasıdır. Bu, bizim qızlara xas
olmayan cəhətdir. Mən danışanda diqqətlə qulaq asmaq bir
yana, öz sözünü deməyi, təhlil yürütməyi də bacarır. Çoxsaylı
stomatoloq həmkarlarımla yalnız işdə görüşsəm və demək olar
ki, Toğrul istisna olmaqla, onların heç biri ilə yaxın dostluq
əlaqəm olmasa da, ətrafımda bir qayda olaraq Rənanın da çox
sevdiyi, hörmət bəslədiyi müxalif fikirli yazıçı, jurnalistlər olur.
Köhnə həyat yoldaşım Sevildən fərqli olaraq, Rəna onların
bütün söhbətlərinə diqqətlə qulaq asmağı bacarır, kitablarını,
yazılarını müntəzəm oxuyur. Sanki illərdən bəri axtardığı, yaxın
olmaq istədiyi çevrəni nəhayət tapdığı üçün mənə dəfələrlə
minnətdarlıq etməsinə cavab olaraq, “Onda mən də Toğrula
təşəkkür borcluyam, çünki səni, onun sayəsində əldə etmişəm”
deyirəm. 
Uşaqlar isə hər fürsətdə Rənaya giley edirlər:
“Murada nə qədər deyirik sən də yaz, yazmır. İstəsə
bəlkə də roman yazar.” 
“Yüz faiz yazar!”
Mən də təvazökarlığıma salıb, başımı bulayıram:
“Məndən nə yazıçı? Diş qurdalamaqdan başqa əlimdən heç nə
gəlmir. Heç onu da fərli bacarmıram...”
Rəna onları tez-tez heyrətləndirir. Dağüstü parkda
yığışdığımız ənənəvi çay məclislərindən birində, Rənanın
ölkənin tanınmış publisistlərindən Sənan Qurbanovla
mübahisəyə girişməsi, mənim üçün də gözlənilməz olmuşdu.
Söhbət xalqın laqeydliyindən düşəndə: 
Ağız-ağıza verib xalqı söyürsünüz neçə ildir – demişdi
gözlənilmədən. - Xalqın tənəzzülündə hakimiyyətin oynadığı
rolu görməyəcək, danacaq qədər gözləriniz kordur? Xalqın
bütün bəlalarının baiskarı onlardır. Alçaldılmış, zəlil günə
qoyulmuş insandan nə gözləmək olar? Bütün tarixinin 1969-cu
ildən başlandığına inandırılmış xalq bundan artıq neyləməlidir? 
Evli olduğum dövrlərdə tez-tez evimizə toplaşan reak-
sionist dostlarımın söhbətlərinə Sevilin sadəcə qulaq asmaqla
kifayətlənməsinə, heç bir reaksiya bildirməməsinə Sənan da,
Cavid də, Araz da öyrəşmişdilər. Sevil üçün evimizdə ən
sevimli qonaq, məclislərdə isə ən əziz masa yoldaşı siyasətdən
uzaq Toğrul və bizim amorf həkim həmkarlarımız idi. İndi isə
yanımda oturan qadın, cəmiyyət üçün “təhlükəli”, “qorxulu”
mövzulara toxunur, üstəlik mübahisə də edirdi.
Sözü yarımçıq qalan Sənan əvvəl gözlərini bərəldib
Rənaya baxmış, sonra da özünə gələrək, ən sevdiyi idman növü
olan mübahisəyə girişmişdi.
Əşi xalq bəs niyə qalxmır ayağa? Niyə qorxur? Neftdən
gələn milyonlarla pulu mənasız bayramlara, kütləvi tədbirlərə,
camaatı sürü kimi meydanlara toplayıb onları ən axmaq, ən
zövqsüz aktyorlarla əyləndirməyə sərf edirlər. Günün günorta
çağı ölkədə insanlar qətlə yetirilir, qatilləri heç vaxt
tapılmayacaq cinayətlər işlənilir. Rüşvət baş alıb gedir. Təhsil,
səhiyyə çöküb. Bəs xalq niyə susur?
Başqa vaxt olsaydı Sənanla razılaşardım, amma bu gün
Rənamı müdafiə etməliydim.
- Məncə də xalqı bu qədər təhqir etmək düzgün deyil.
Başa düşün – sizin bu xalqa qoyun, axmaq, bivec deməyiniz
hakimiyyətə də sərf edir. O gün də televizorda biri çıxıb
danışırdı ki, azadlığı hakimiyyət yox, Azərbaycan xalqının
mədəniyyəti, dünyagörüşü məhdudlaşdırır. Xalqın
mədəniyyətinə və mentalitetinə qarşı çox həssas olan
hakimiyyət isə, xalqın sifarişi ilə onun azadlığını çərçivəyə
salır. Yəni demək istəyir ki, bu xalqa azadlıq lazım deyil. Belə
adamlar sizin kimilərin yazılarından ruhlanır da! Siz xalqı
söydükcə, bütün bəlalarımızın səbəblərini xalqın özündə
gördükcə, onu qabiliyyətsiz, fərasətsiz adlandırdıqca həm xalqı
ruhdan salırsınız, həm də bu cinayətkar hakimiyyətə bəraət
qazandırırsınız. Özünüz də fərqində olmadan...
Sənana nəyisə sübut etmək mümkün deyil. Həmişəki
kimi, öz dəmir arqumentlərini işə salır:
Xalq apriori pis olduğuna görə yox, sadəcə olaraq öz
zəlil vəziyyəti ilə razılaşıb, barışıb dizləri üstə çökdüyünə görə
layiqdir nifrətə. Biz buna görə söyürük xalqı...
Başını çiynimə yaslayıb Sənanı dinləyən Rəna etiraz
etmişdi: 
Qırx il Musa, öz xalqının içindəki köləni boğmaqdan
ötrü yəhudiləri çöllərdə süründürmüşdü. Bununla belə, böyük
uğur əldə edə bilməmişdi. Amma bizdə tam tərsi olub - düz qırx
il bu xalqa köləlik aşılanıb. Qırx il bəlkə də tarix üçün
əhəmiyyətsizdir, amma fərdin, millətin həyatında çox ciddi
rəqəmdir. Hələ mən 37-də repressiyaya uğramış ziyalılarımızı
demirəm.
Mən sevgilimlə fəxr edirdim. Gülümsəyib profilinə
baxdım. Baxışlarımız qarşılaşdı. Cəsur, sözünü çəkinmədən
deyə bilən bir qadınım var. Xoşbəxtlik üçün bundan artıq nə
lazımdır kişiyə? Fürsət tapanda pasientlərimlə demokratiyadan,
insan haqlarından, korrupsiyanın baş alıb getməsindən
danışanda hər dəfə sözlərim beton divara çırpılır: “Onsuz da
heç nə düzələn deyil, başını sal aşağı, işini gör”. Toğruldan da
bunu eşidirəm. Sevildən də bunu eşidirdim. Düzdür, əzizdir
mənə hər ikisi də, amma bütün fikirlərimi mənimlə bölüşən, hər
məsələdə mənimlə həmrəy olan bir qadınla tanış olmağım,
mənim üçün əlahiddə bir hadisədir.
Toğrulun ad günündə, Toğruldan tamam fərqli dünya
duyumuna mənsub bir qızla tanış olmaq ehtimalı nə qədər zəif
olsa da, o gün bu tanışlıq baş verdi. Deməli dünyamız
möcüzələrdən xali deyil. Bir yetmiş boyunda, şabalıdı saçları,
gözəl, dümdüz burnu, kiçicik qulaqları, iri alnı və badam gözləri
olan gözəl bir xanımla rəqsə qalxanda, münasibətlərimizin vur-
tut beş-altı cümləlik keçmişi var idi. Hardan biləydim ki, qısa


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə