Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   55   56   57   58   59   60   61   62   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
101
müddət ərzində ürəyimi fəth edəcək bir insanla ilk rəqsimi
edirəm? 
Yağış artıq kəsmişdi. Qüruba hazırlaşan göy üzündə yer-
yer, səliqəsiz ləkələrə bənzər maviliklər görünürdü. Bir az sonra
onlar da itəcək və bircə ulduzu olmayan səma, daha da
bozaracaqdı. Əlində kulyoklarla marketdən çıxan ana, bir
əlindən tutduğu körpə oğlu ilə, qaça-qaça yolu keçirdi. Tez-tez
ayaqları yerdən qopan balaca isə, görünür mağazadan istədiyi
şirniyyatı, ya da oyuncağı almayan anasına etiraz olaraq
gözlərini yumub, dodaqlarını dördbucaq formaya salıb bərkdən
ağlayırdı.
İnsanları başa düşmək çətin deyil. Xeyr, bəraət
qazandırmalıyıq demirəm, sadəcə başa düşməkdən danışıram.
Əslində mən də gücsüzəm, acizəm bu qeyri-insani sistemin
hüdudsuz imkanları qarşısında. Repressiv aparata tuşlaya
biləcəyimiz hansı silahımız var axı? Odur ki, bu qəddar
rejimdən qorxanları qınamalı da deyil. Hər kəsdən özünü
qurban verməsini, fəda etməsini gözləyənlər, hətta bunu tələb
edənlər var. Halbuki buna haqqımız yoxdur. Bu sistem ondan
narazı olanları, etiraz səsini yüksəldənləri qaçırdan, öldürən,
işgəncə verən, ailəsinə, uşağına qarşı zorakılıq törədən, malını-
mülkünü talan eləyən, evini yandıran, partladan, sübh tezdən
ya da alaqaranlıqda evinin qarşısında alnından güllə ilə vuran,
cibinə narkotik maddə atıb həbs edən bir sistemdir. Nə qədər
danışsam da, susmağı özümə ar bilsəm də - mən də bu
sistemdən qorxuram.
Sənanla razı olduğum məqamlar var - xalqın mentaliteti
bizi təslimiyyətə, boyun əyməyə, susmağa səsləyir. Bu
“dəyərlər toplusu” da sistemi qane etdiyinə görə, aparat onu
maksimum dərəcədə kultivasiya edir. Mentalitet cilalanır, ona
parlaqlıq qatılır, inkişaf etdirilir və mümkün olan bütün kanallar
vasitəsilə kütlə arasında təbliğ olunur. Təslim olan, boyun əyən
xalqı sevmək çətindir, bilirəm, bəs bizləri bu ağır, dözülməz
rəftara məruz qoyanların heçmi günahı yoxdur?
İndi Rəna öz evində Ləmanla nahar edir. Mən isə ora
getmək istəmirəm. Rəna tək olsaydı da getməzdim – ovqatım əl
vermir. Bu gün işə də getməyəcəm. Deməli vərdiş etdiyim, artıq
iyrənməkdən yorulduğum ağız boşluğu, tüpürcək, qan, irin də
görməyəcəm. Pasientlərim beş ildir diş həkimi peşəsinə yovuşa
bilməyən, işindən zövq almayan, xəstələrindən zəhləsi gedən
bir stomatoloqun kreslosuna əyləşdiklərini bilsəydilər, görəsən
reaksiyaları necə olardı? Mənə nifrətlərini qusardılar, yoxsa
peşəsini sevməsə də, işini yüksək səviyyədə görən stomatoloqa
heyran qalardılar? 
Hər bir insanın uşaqlıq arzusu olur - özü də bir yox, bir
neçə. Onlardan bəziləri uzaq, geri dönüşü olmayan keçmişdə
ilişib qalsa, zaman dəhlizlərində yox olub getsə, aktuallığını
itirsə də - qəlbimizdə, yaddaşımızda yaşatdığımız və müxtəlif
səbəblərdən nə tam, nə də qismən reallaşdıra bilmədiyimiz
arzularımız da var. Bu arzularla bağlı xatirələrə dalanda, yüngül
bir hüzn saplanır ürəyimizə və biz, bu mütəmadi kədərlə,
peşmançılıq hissi ilə yaşamağa məhkum olduğumuz üçün,
özümüzü bağışlaya bilmirik.
Mən atamın təlqinləri ilə diş həkimi oldum. İndiyə qədər
də bu peşəmi, pul qazanmağın başqa üsulları mənə məlum
olmadığı üçün icra edirəm. Ola bilsin yazıçı, publisistlərlə
ünsiyyətim də, içimdəki realizə olunmamış arzuların doğurduğu
kompleksdən irəli gəlir. 
Atam tez-tez olmasa da, məni anasız böyütdüyünü, həy-
atımı ona borclu olduğumu vaxtaşırı yadıma salardı.
Konstruktorlara, suvenir avtomobillərə marağımdan tutmuş,
məktəbdəki ilk məhəbbətimə qədər - həyatdakı bütün cəhdlərim
onun ülgüc kimi kəsici ironiyası ilə toqquşurdu. Uşaq olanda
mənə ən əziz, ən doğma insan idi atam. Zaman keçdikcə
anladım ki, qan qohumluğu sən demə heç nə ifadə etmirmiş bu
həyatda, çünki bu qohumluq, bu bağ - mənim seçimim deyil.
Tibb Universitetinə qəbul olunmağım - bütün başlanğıclarımı
rüşeymdəcə boğan atamın qarşısındakı son təslimçiliyim oldu. 
Gözlərimi yumub alnımı ovuşdurmağa başladım. Rəna
yanımda olsaydı yarım saat, hətta bir saat alnımı, gicgahlarımı
zərif barmaqları ilə yorulmadan masaj edərdi. Ola bilsin
başımın ağrısı heç keçməzdi də, amma mən bunu ona
bildirməzdim. 
Şiddətli baş ağrılarımın, müdhiş qorxularımın, günü-
gündən böyüyən narahatçılığımın, əndişələrimin məni bir gün
dəli edəcəyini düşünüb, bu ehtimaldan vahiməyə qapılıram. Hər
şeyini itirmiş pərişan, pəjmürdə bir məcnun obrazında görmək
istəmirəm özümü. Psixiatriya kitablarında əzab çəkən insanların
çırpınışlarına və sonradan xoşbəxtliyi tapdıqlarına dair pafoslu
hekayələrə rast gəlmək olur. İnsanlar, biz stomatoloqlara pul
ödəyib əvəzində sağlam dişlər əldə edirlər, son dövrlər dəbə
minən psixiatrlara dünyanın pulunu xərcləyənlər isə bir qayda
olaraq: “Problem sənin özündədir, dərdinin dərmanı öz
içindədir, ancaq özün özünə kömək ola bilərsən” kimi səfeh-
səfeh məsləhətlər eşidirlər. Bütün psixiatrlar buna oxşar
diaqnozlar qoyub, bir-iki əsəb sakitləşdirici, hərdən də
psixotrop dərmanlar yazırlar. Yenicə formalaşmağa başlayan
milli, feodal burjuaziyamız dəniz sahilində milyonluq villalarla,
“super car” avtomobillərlə yanaşı, psixiatrlara da meyl salıb.
Bu səbəbdən, ölkədə həmişə ögey övlad münasibəti görən bu
sahə, indilərdə uğurla inkişaf edir. Bəlkə də belə olması daha
yaxşıdır.
Görəsən mən dəli olsam, necə dəli olacağam – mülayim,
həlim təbiətli yoxsa aqressiv? Tələbəlik illərində, sahəmizə
aidiyyəti olmasa da, sırf maraq xətrinə psixiatriya kafedrasında
oxuyan yoldaşlarımızla ruhi dispanserə, “praktikaya”
getmişdik. Orada mən, dəlilərimizin bir qayda olaraq qəzəbli,
hiyləgər, namərd xislətli olduğunu, ambisiya və iddialarında
sərhəd tanımadıqlarını aşkarladım. Kinolardan, sənədli
filmlərdən gördüyüm Qərb ölkələrinin dəliləri isə mənə həmişə
səxavətli, mülayim, şirindil görünüb. Deməli dəlilər xalqın
güzgüsü, iç üzü, onun keyfiyyətinin göstəricisidir. Ola bilsin
yanılıram, amma bu mənim müşahidələrimdir.
Rənagilə getməsəm də, heç olmasa küçəyə çıxım. Bəlkə
təmiz havada bir az özümə gələrəm. Tünük gödəkcəmi hara
tullamışam görəsən?


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə