Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   59   60   61   62   63   64   65   66   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
108
Məlumdur ki, insanlar qəzetdə şahidi olduqları hadisə haqqında
oxumağı daha çox sevirlər. Deyək ki, Uyezddə at yıxılıb və bu,
nəqliyyatın hərəkətini on dəqiqə iflic edib. Əgər bu barədə heç nə
yazılmayıbsa, şahid əsəbləşir və qəzeti stolun üstünə tullayır, çünki
orda oxumağa heç nə yoxdur. Onun özünün də birbaşa iştirak etdiyi
hadisənin jurnalistləri maraqlandırmaması onu demək olar ki, təhqir
edir. Məncə hadisələr bölməsi məhz bu cür hal şahidləri üçün yaradılıb
ki, onlar inciyib qəzet almaqdan əl çəkməsinlər. 
Hadisə haqqında heç bir qəzetdə heç nə yazılmaması bizi
təhqir etmişdi. “Lənət şeytana! – biz donquldanırdıq. – Burda hər cür
siyasi hadisədən, müxtəlif fırıldaqlardan, hətta tramvayın əl arabasını
əzməsindən də yazırlar, ancaq bizim qətl haqqında bir kəlmə də
yazmayıblar. Bu qəzetlər necə də satqındırlar!”
Sonra filotelistin ağlına gəldi ki, bəlkə polis qəzetlərdən
xahiş edib ki, istintaq bitənə qədər heç nə yazmasınlar. Bu bizi həm
sakitləşdirdi, həm də bir az da həyəcanlandırdı. Biz belə bir küçədə
yaşadığımızla fəxr edirdik və əmin idik ki, bu sirli hadisə ilə əlaqədar
şahid kimi polisə çağırılacağıq. Ancaq ikinci güç də qəzetlərdə heç nə
yazılmadı və polisdən istintaqı aparmaq üçün heç kim gəlmədi, ən
təəccüblüsü isə o idi ki, heç kim mərhumun yaşadığı evin sahibigilə
gəlib onun otağına baxmadı və onu möhürləmədi. 
Bu artıq bizə möhkəm toxunmuşdu. Musiqiçi dedi ki, bəlkə
polis işi itirmək istəyir, Allah bilir bu işdə kimin barmağı var. 
Üçüncü gün də qəzetlər susanda bütün küçə hirslənməyə
başladı və hamı bir ağızdan iddia etdi ki, biz bunu belə qoymayacağıq,
necə olsa mərhum bizim qonşumuz idi və biz bütün bu fırıldağın
üstünün açılmasına nail olacağıq. Bizim küçəyə onsuz da xor baxırlar
– səkimiz pis gündədi, işıqlandırma çox pisdir, ancaq burda hansısa
parlamentari, ya da jurnalist yaşasaydı, yəqin ki, hər şey başqa cür
olardı. Əməlli-başlı küçədi, ancaq müdafiə edəni yoxdur. 
Qısası, küçədə qarşısıalınmaz narazılıq yaranmışdı. Qonşular
yaşlı və hörmətli adam kimi mənə müraciət etdilər ki, bölməyə gedim
və qətlə bu qədər pis münasibət bəslənməsini kimossara danışım.  
Mən də əvvəldən bir az tanıdığım komissar Bartoşekin yanına
getdim. O, elə qaraqabaq adam idi ki. Deyirlər o, hələ də hansısa
nakam məhəbbətin iztirablarını çəkir. Polis xidmətinə də məhz bu
dərdin ucbatından başlayıb. 
Pan komissar, - ona dedim. – Gəldim öyrənəm ki, Kruçembur
küçəsindəki qətl hadisəsinin istintaqı necə gedir. Bu iş haqqında bu
qədər susulması bizi təəccübləndirir. 
Hansı qətl? – komissar soruşdu. – Orda heç bir qətl hadisəsi
olmayıb. Mən dəqiq bilirəm, axı bu, bizim rayondur. 
Necə yəni? Bəs küçədə güllələnən o rus? Kovolenko, ya da
Kopıtenko? – mən xatırlatmağa çalışdım. – Orda iki polis var idi. Biri
şahidlərin adlarını yazdı, o biri mərhumu “Təcili Yardım”a apardı. 
Bu, mümkün deyil. – komissar bəyan etdi. – Bizdə heç bir qətl
qeydə alınmayıb. Yəqin səhv edirsiniz. 
Ah, pan komissar, - mən artıq əsəbləşməyə başladım. – bu
hadisənin ən az əlli şahidi var, hamısı da bunu təstiq edə bilər. Biz loyal
vətəndaşlarıq, pan komissar və əgər dilimizi saxlamaq lazımdırsa, elə
də deyin, bilək. Ancaq heç nədən qətli görməməzlikdən gəlmək olmaz
axı. Biz qəzetlərə yazacağıq. 
Dayanın! – komissar sifətinə elə ciddi ifadə verdi ki, mən hətta
qorxdum. – Xahiş edirəm, hər şeyi başdan danışın. 
Mən hər şeyi olduğu kimi danışmağa başladım və komissar
elə həyəcanlandı ki, hətta hirsindən yamyaşıl oldu. Ancaq elə ki mən
bir polisin o birinə “Siz onunla gedin, kolleqa, mən isə şahidləri yazım”
dediyi yerə çatdım, o, rahatca köksünü ötürdü və dilləndi:
Ay Allah, axı onlar bizim işçilər olmayıblar! Bəs siz niyə bu
“polislərə” qarşı əsl polisləri çağırmadınız?! Axı sizin necə ağlınıza
gəlmədi ki, polislər heç vaxt bir-birinə “kolleqa” demirlər? Xəfiyyələr
bəlkə belə danışa bilərlər, ancaq polis – heç vaxt! Eh, məsum sivil,
“kolleqa”, axı siz niyə onların həbsi üçün heç bir tədbir görmədiniz? 
Axı nəyə görə? – mən kədərlə soruşdum. 
Sizin qonşunuzu öldürdüklərinə görə! – komissar qışqırdı. –
Ən azı qətdə əlbir olduqlarına görə. Siz neçə ildir Kruçemburski
küçəsində yaşayırsınız? 
Doqquz – mən dedim. 
Onda siz bilməli idiniz ki, saat on bir on beşdə ən yaxın polis
patrulu Krıtov bazarının yaxınlığında olur. İkinci patrul bu zaman
Silezski və Perunova küçələrinin kəsişməsində, üçüncüsü nizami
addımlarla 1388 nömrəli evin qarşısında addımlayır. Sizin polisinizin
qaçdığı küçədən bizim polisimiz ya saat on qırx səkkizdə, ya da on iki
iyirmi üçdə qaça bilər, başqa heç bir saatda bu mümkün deyil, çünki
orda olmur. Lənət şeytana, axı bunu hər oğru bilir, vicdanlı vətəndaşın
isə bu haqda anlayışı da yoxdur! Bəlkə siz düşünürsünüz ki, mənim
hər tinin dalında polisim var? Əgər sizin dediyiniz vaxtda o lənətə
gələsi tindən bizim polis qaçsaydı, bu, çox fövqəladə hadisə olardı.
Əvvəla ona görə ki, on bir on beşdə o, əmrə uyğun olaraq Krıtov
bazarının yanında olmalıdır, ikincisi, ona görə ki, o, bizə qətl haqqında
vaxtında xəbər verməyib. Bu, təbii ki, çox ciddi pozuntu olardı. 
Ay Allah! – mən dedim. – Bəs qətl necə olsun?
Qaranlıq məsələdir – açıq-aydın sakitləşmiş komissar dedi. –
Bu, pan Qoudek, çox xoşagəlməz hadisədir. Bunun arxasında çox
hiyləgər cani və böyük bir fırıldaq dayanır. Hər şey bicliklə düşünülüb:
əvvəla, onlar qurbanın evə nə vaxt gəldiyini bilirlərmiş, ikincisi,
polislərin patrul marşurutunu və vaxtını bilirmişlər, üçüncüsü, onlara
lazım imiş ki, polis ən az iki gün qətldən xəbər tutmasın. Yəqin ki, bu
vaxt onlar gizlənmək və izlərini itirmək üçün lazım imiş. İndi sizə hər
şey aydındır?
O qədər də yox – mən dedim. 
İş belə olub – polis komissarı səbrlə mənə başa salmağa
başladı. – İki cani polis paltarı geyinib rusu izləyiblər. Onlar, ya da
hansısa üçüncü adam ona atəş açıb. Əlbəttə siz bizim nümunəvi polisin
dərhal hadisə yerinə gəlməsini görüb sakitləşmisiniz. Yadınıza salın,
birinci polisin fiti necə səslənirdi?
Bir az boğuq – təhər. – mən dedim. – Mən elə bildim ki, bu,
onun tənginəfəs olduğundandır. 
Aha! – komissar razılıqla bildirdi. – Qısası, onlar elə eləmək
istəyirdilər ki, siz qətl haqqında polisə xəbər verməyəsiniz. Bu yolla
onlar xaricə qaçmaq üçün vaxt qazandılar. Başa düşürsünüz? Sürücü
də yəqin onların dəstəsindən olub. Maşının nömrəsini xatırlamırsınız?
Etiraf edirəm ki, biz maşının nömrəsinə fikir vermədik. – mən
pərtliklə dilləndim. 
Eybi yox, onsuz da nömrə saxta olub... Beləliklə, onlar o rusun
meyidini də aradan götürə biliblər. Yeri gəlmişkən, o, rus deyildi,
makedoniyalı idi, soyadı da başqa cür idi: Protasof. Yaxşı, çox sağ
olun, cənab. İndi isə sizdən doğurdan da istintaqa görə bu barədə
danışmamanızı xahiş edirəm. Sözsüz ki, bu, siyasi qətl imiş. Onun
təşkilatçısı, yəqin ki, çox fərasətli adamdır, çünki, pan Qoudek, siyasi
qətllər, adətən çox pis icra olunur. Siyasət qarışdığı yerdə, heç fərli
cinayət də olmur, orda ancaq kobud davalara rast gəlmək olar. –
komissar nifrətlə qeyd etdi. 
Sonradan iş bir az aydınlaşdı. Düzdü,
qətlin səbəbi bilinmədi, ancaq üç qatilin adını
polis öyrənə bildi. Hər üçü bu vaxt ərzində
xaricə qaça bilmişdi. Beləcə bizim küçəmizdən
necə qətl oğurlandığını gördünüz. Elə bil onun
tarixindən ən şanlı səhifəni cırdılar. Foşa, ya da
Vrşoviç prospektindən kimsə təsadüfən bizim
küçəmizə gələndə yəqin fikirləşir ki, “Nə
darıxdırıcı küçədir!” Və biz küçəmizdə bu qədər
sirli bir cinayətin baş verdiyini danışanda, heç
kim inanmır. Özünüz bilirsiniz də - başqa
küçələr bizim paxıllığımızı çəkirlər...
Sənubər Heydərova
Ruscadan çevirən


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə