Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   48   49   50   51   52   53   54   55   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
88
Başım ayrıldı bədəndən
Üzünü çevirdin yana,
Başım heç,
Üzün ayrıldı məndən. 
...Allahım eşitdi məni,
Baxdı mənə, baxdı sənə, 
bircəcə anda çiynimdən
Başımı cücərtdi yenə. 
Bax belə. Əlavə şərhə lüzum yox.
Növbəti əcayib ideyalar yığını: “ De: Sevdir, sev – ol!”
sözündən əvvəl söz dünyada yoxdu”. Bu şeirdə şair pis-
liklərə yaxşılıqla cavab verməkdən, ilahi sevginin
önəmli olmasından söz açsa da, yenə də mövzunu tam
aça bilməyib, mənanı bayağı ifadələrlə məhv edib:
Düşmənə də eşq dilədin,
Sevdikcə, doğma elədin,
Tikanı gülə bələdin (?)
...tikanlar da gül qoxudu. 
Hələ bu şeir – “Başsız duraq, işıqlıdı”. Uşaqlıqda Mayn
Ridin “Başsız atlı” macəra romanını oxumuşdum, amma
Odər bəyin sevgilisiylə nədən başsız durmaq arzusunu
heç anlamadım ki...
“Ujastiklər” davam edir:
* Xanım! Xanım!
Canıma canlar qarışıb;
* Üzündə görünür üzüm;
* Söz ancaq vurmaq üçündü,
Lap bərk istəsən, bir-iki
Söz de, vuraq, işıqlıdı.
* ...başsız şahlıq quraq,
Başsız duraq, işıqlıdı. 
Guya etiraz şeiri olan “Qırdı milləti bu Nazirlər Soveti”
şeirində o binanın yanında alınmış ilk öpüş xatırlanır:
Hər dəfə o binanın yanından keçəndə
Ona ilk öpüşü qədər əziz gəlirdi o bina. 
Balam, belə getsə, digər inzibati binaların da əziz ola-
cağını ehtimal etməliyik... 
Bu şeirləri oxuyanda qəlizlikdə dərin fikir göstərməyə
çalışan V.B.Odərin əbəs cəhdlərinə üzüldüm. Şair
müasir poeziyanın mənfi cəhətlərindən biri olan ifrat
mübaligələrdən əl çəkə bilmir. Odər klassik şərq
şeirində olduğu kimi altqatı mənalar yaratmaq istəsə də,
cəhdləri boşa çıxmışdır, bu iş onun üçün təkbaşına Ever-
est dağına çıxmaq kimi çətin və uğursuzdur. 
“Dünyanın ən gözəl eşq bakalı” şeirində V.B.Odər ro-
mantik qəhrəman surətini yaratmağa cəhd edir, fəqət
yenə də özünəməftunluqdan və epiqonluqdan savayı heç
nə alınmır. Həmin şeir XIX əsr rus qusarlarının sevgi
əyləncələrini xatırladır. Deyirlər ki, qusarlar xanımların
çəkmələrindən şampan şərabı içməyi özlərinə şərəf
bilərlərmiş. Bizim şərqli Odər bəyimiz də bu aktı arzu-
layır:
əlimdə içi ləbələb 
şərab dolu, eşq dolu 
sevgilimin dikdabanı 
–yerüzünün, göyüzünün
ən gözəl eşq bakalı. 
Vallah, nə deyim... Bir şərqli şairin kübar xristianların
əyləncəsinə meyl göstərməsi çox düşündürücü...


АЛАТОРАН № 15, YANVAR 2010
89
“ A z ə r b a y c a n   k i t a b ı n ı n   d u r u m u   ç o x
a c ı n a c a q l ı d ı r ”
Şahbaz Xuduoğlu 
belə deyir
- Şahbaz bəy, bu günlərdə siz Frankfurt Kitab
Sərgisindən qayıtmısınız. Bu sərginin əhəmiyyəti
haqqında oxucularımıza danışmanızı istərdik.
- 500 ildən artıq yaşı olan Frankfurt Kitab Sərgisi
bütün dünyada keçirilən bənzəri sərgilər içərisində ən
prestijli statusunu qazanıb. 61-cisi keçirilən sərgiyə bu il
dünyanın müxtəlif ölkələrindən 7 mindən artıq naşir
qatılmışdı, sərgilənən kitabların ümumi sayı 400 minin
üzərində idi. 125min kv.m. əhatə edən ərazidə 6
pavilyonda nəhəng bir sərgini təsəvvürünüzə gətirin.
Təşkilatçıların hesabatına görə bu il sərgidə 300 min
ziyarətçi olub. Bütöv 1 pavilyon Alman kitabına
ayrılmışdı. Qalan 5 pavilyonu isə digər iştirakçı ölkələr
öz aralarında bölmüşdülər. Yarmarka binasının qarşı
meydanında isə, böyük bir sahədə, bütün ölkələrdən olan
bukinist kitablar satılırdı. Bu da çox maraqlı bir
mənzərəydi, ən müxtəlif dillərdə köhnə tarixli kitabları
görə bilərdin... 
Belə, ümumi məlumat verdim ki, hər kəsdə
müəyyən fikir formalaşsın. Əhəmiyyəti isə əlbəttə çox
böyükdür, dünya kitabı ilə tanış olursan, özünün bu vaxta
qədər gördüyün işi təhlil edirsən, nəyi düz edirsən, nəyi
yanlış, kitab sahəsində hansı yeniliklər var, hansı yazarlar
daha çox oxunur, elektron kitabla ənənəvi kitabın
mübarizəsini təhlil edirsən, kitab nəşrində yeni kompüter
proqramları, yeni mətbəə avadanlıqları, yeni boyalar, yeni
kağızlar, bir sözlə kitabı dünyaya gətirən bütün
ünsürlərdəki yeniliklərlə tanış olursan və təbii ki, bundan
sonra bu sahədə görəcəyin işləri planlaşdırırsan. Bir
məsələni də deyim ki, bu il Nobel ödülünü almış Herta
Mullerin jurnalistlərlə görüşündə iştirak elədim,
kitablarını çap edən nəşriyyatla görüşdüm, əsərlərinin
Azərbaycan türkcəsinə çevrilməsi perspektivlərini
müzakirə elədik. Ümid edirəm bu sahədə gəlişmələr
olacaq. 
- Necə oldu, bu sərgiyə dəvət aldınız?
- Geothe İnstitutun Cənubi Qafqaz ölkələri üzrə
Gürcüstanda yerləşən mərkəziylə Rasim Qaracanaın
yaratdığı əlaqələr nəticəsində bu səfər baş tutdu. Biz
əvvəlcə Gürcüstanda seminarda iştirak etdik, sonra isə
Frankfurtda. Almaniyada 3 gün Kitabın istehsalatı, satışı,
müəllif hüquqları, nəşriyyat idarəçiliyindən bəhs edən
müxtəlif leksiyaları, prizentasiyaları dinlədik. Sizə deyim
ki, o çıxışların hər biri çox qiymətli idi, o mənada ki,
alman kitabının həm bu günü həm də gələcəyi barədə
dolğun məlumat verilirdi. Ayın 13-də Kitab sərgisinin
rəsmi açılışı oldu, orada Almaniyanın kansleri Angela
Merkel və bu il yarmarkanın qonağı statusu olan Çinin
vitse prezidenti Xi Junipig iştirak etdilər. Keçən il
yarmarkanın rəsmi qonağı Türküyə olub. Çox ölkələr bu
beynəlxalq əhəmiyyətli tədbirdə nazirlər səviyyəsində
təmsil olunurdular.
Növbəti gündən yarmarka fəaliyyətə başladı. Biz
əslində yarmarkada iştirak məqsədilə getməmişdik,
sadəcə seminarımız eyni mövzuda olduğundan qalan 3
günü sərgidə qonaq qismində iştirak etməli idik, yəni
bizim səfər proqramımız daha öncədən başlamışdı. Orada
müxtəlif pavilyonlarda maraqlı məruzələri dinlədik.
Çap Evi nəşriyyatın direktoru Şahbaz Xuduoğlu 2009-cu ilin oktyabr ayında Almaniyada keçirilən 
Frankfurt kitab sərgisində iştirak edib. Dünya  kitabının döyünən ürəyi  sayılan  Frankfurt  Kitab 
Sərgisindən  hansı  izlənimlərlə  qayıtdığını  öyrəndik  və onları  öxucularımızla  bölüşmək  istədik.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə