Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   46   47   48   49   50   51   52   53   ...   81

Bir adam qələm satır. Başlayır qələmin üstünlüklərini
sadalamağa: dırnaqtutanı var, işığı var, qaranlıqda yandırmaq
olar. Açarı var. Bıçağı və kəlbətini var. Bir sözlə hər şeyi var...
Bu zaman ona bir sual verirlər:  “Bunlar hamısı çox gözəl,
amma deyin görək, bu qələm yazır?”.
Mən bu kitabda hər şey gördüm, ədəbiyyatdan savayı.
Belə kitablar qarşısında tənqid, peşəkar oxucu münasibəti
acizdir. Ona görə kitabı gənc psixoloq Orxan Zamanlıya verdim
ki, öz münasibətini bildirsin. Orxan Zamanlı iki gündən sonra
belə bir şərh verdi: “Bu müəllif gənc yaşlarından siyasət mey-
danına atılmışdır. O, lap uşaq vaxtlarında Əbülfəz Elçibəyin
ətrafında dolaşmışdır. Sonra Kərimlinin həndəvərində dolaş-
mağa məcbur olmuş, daha sonra isə Mirmahmud Mirəlioğlunun
yanında dolaşan görmüşlər. Lap sonra kitabın müəllifi İqbal
Ağazadəyə öz məhəbbətini izhar etməyə məcbur olmuşdur.
Ağazadə haqqında “Qara eynək arxasından görünən məmləkət”
adlı yazı yazmışdır. Lap-lap (başqa gücləndirici tapa bilmədim)
sonralar müəllifin tükənməz siyasi məhəbbəti aşıb-daşdığından
onu Qüdrət Həsənquliyevin ətrafında dolaşan görüblər. Lap-lap
sonralar qəhrəmanımız İsa Qəmbərin ətrafında gəzişib. Sonra
(lap yazmaqdan yoruldum) qəhrəmanımız Fazil Qəzənfəroğlu-
nun yanına getmişdir. F.Qəzənfəroğlunun yanında da özünə ra-
hatlıq tapmayan qəhrəman, təzədən İsa Qəmbərin yanına
qayıtmağa cəhdlər etmişdir. Bu zaman tale qəhrəmanın üzünə
gülür. O, deputat köməkçisi vəzifəsinə “seçilir”. O, deputatlara
vaxtilə iqtidar haqqında yazdığı xoşməramlı məqalələri göstərir.
Xahiş edir ki, onun bu məqalələrini “yuxarı”lara ötürsünlər. 
İlahi ədalətsizlik bərpa olunmalıdır. Amma cəhdlər heç
bir nəticə vermir. Onu deputat köməkçisi vəzifəsindən “azad”
edirlər. Deyilənlərə görə, o, vəzifəsini yerinə yetirmək əvəzinə,
bütün günü tanışlıq saytlarında özünə xoşbəxtlik (dırnaqsız) ax-
tarırmış. Ən pisi odur ki, bütün bu gəzintilər, cəbhə dəyişmələri,
keçidlər, əvvəlki lideri söymək və yeni tanıdığın lideri öyməklə
müşahidə olunub. Məhz buna görə onun haqqında “qeyri-ciddi
adamdır” fikri beton kimi bərkdir. Ona inanmırlar. O, keçmişini
unutdura bilmir. Halbuki Azərbaycanda xeyli adam cəbhə dəy-
işsə də, bunu unutdura bilib. Bəs, bizim qəhrəmanın keçmişi
niyə yaddan çıxmır. Çünki o, “kim, harda, nə vaxt” sualları
qarşısında öz xislətini ortaya qoyub. O, siyasətdə uğursuzluğa
düçar olub. O, publisistikada heç bir ciddi uğur qazana
bilməyib. O, QHT sahəsində də “ənənəsini” davam etdirib.
Ədəbiyyat isə onun uğursuzluq ənənəsinə sadiq qalacağı
sahədir. Və bundan sonra hara, kimin yanına gedəcəyini heç
kim bilmir. Hətta özü də. Bunu proqnozlaşdırmaq mümkün-
süzdür.”
Psixoloqun bu şərhinə nəsə əlavə etmək artıqdır. Hər
sahənin öz peşəkarı var. Ədəbiyyat elm deyil.
АЛАТОРАН № 15, YANVAR 2010
84
Azad qadın
Sən oxuyub-çalmağı sevdiyindən 
qol götürüb süzürsən hər havaya
yaxası açıq 
gödək geyinməyi xoşlayarsan
zənnimcə bu
az sözlə çox şey demək istəyindəndir
Metro darıxdırar səni 
avtobusa minməzsən
yayxanarsan taksilərin arxa oturacağına
bir siqaret yandırıb 
aralı qoyduğun ətli ayaqlarını boğarsan tüstüdə
sürücü fağır bilməz yola baxsın 
sənə baxsın
Gecələr işıq gəlməz kirayə qaldığın evdən
televizorun səsi getməz qonşuya...
Üstündə gecənin his-pası
səhərə yaxın qayıdarsan evə
fikrində qorxu-şübhə
görəsən xəstələnməmişəm ki?!
Sən canını belə fəda edərsən xalqın yolunda 
xalqsa günü-gündən aşağı salar qiymətini
Ancaq heç könlünü sıxma
sən öləndə 
sənə heykəl qoyacaqlar
ey azad qadın!
Rövşən Naziroğlu


***
Bircə sən
ehtirasın bitdiyi yerdə 
Incitdiyin yerlərin ağrısını belə götürdün:
Dizlərimdən, ayaqlarımın altından
Dabanlarımdan və əllərimin icindən öpərək.
Bircə mən 
ehtirasın bitdiyi yerdə
Incinən yerlərinin ağrısını götürə bilmədim
Natamam seir
Üstümə geyindiyim öz yalnızlığımdır
Çıxarsam yalnızlığımı altında sən varsan
Toxunsam çılpaqlığıma bu sənsən
Çünki üstümə geyindiyim öz yalnızlığımdır
Azad qadın heykəli
əlləriylə döşlərini sığallayan qadına 
yaddır xəyanət etmiş kişi əlləri
öz qadınlığına məğlubiyyətidir kişi əlləri
3 ay sonra qasığından qan içində axdı oğlu
oğulluğunu sübut etmədən
və daşındığı bədənə analığı daddırmadan
elə bu andaca üzündəki qırmızıyla
soyutdu bədəninin hərarətini
elə bu andaca qaşlarının çatmasında birləshdi
bədəninin sağ yanıyla sol yanı
döşlərini öz əlləriylə sığallayan qadının
ayaqlarının arasıdır sevgilisinin əxlaq sərhədləri
bədənini cırmaqlayıb yaraladı, öldü qadın
azad qadın heykəlidir qarşınızda! 
Maddənin ruh halı
indi mən ruh halındayam 
İt  ruhu, daş ruhu, agac   ruhuyam
Öz ətimi parçalayıram
Susuram, özümə tərəf atılıram.
Özümə dəyib yerə düşürəm
Öz əlimlə öz gözlərimi oyuram
Öz barmağımla səni qusuram içimdən
Öz barmaqlarımla- budaqlarımla
İndi mən maddənin ruh halındayam.
Atamın ölən günü
Bu gün noyabrın 24-ü
Atamın ölən günüdür
Bir daha gülməyən, ağlamayan, axtarılmayan günüdür
Müharibədə itirdiyi ayaqlarına heyfslənmədiyi
Dizdən aşağısı üçün ovcunun qaşınmadığı günüdür
Hamıdam çox anam bilirdi yerimək nə qədər yaraşırdı ona
O bilirdi üz-üzə ayaq üstə öpülməməyin dadını
Atam öz ölkəsində qürbətdə yaşayırdı
Başqasının istəkanından su içmir
Başqasının eynəyi ilə qəzet oxumurdu
Və heç vaxt başqasının ayaqlarıyla yerimədi
Bu gün noyabrın 24-üdür
Atamın ölən günüdür
Azalda-azalda öldürdülər atamı
АЛАТОРАН № 15, YANVAR 2010
85
Səda Hasan
r a d i k a l   ş e i r l ə r


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə