Alatoran-15-an-son-2010-1: Layout qxd


S e y m u r   B a y c a n l a m ü s a h i b ə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   42   43   44   45   46   47   48   49   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
78
S e y m u r   B a y c a n l a m ü s a h i b ə
“QƏLƏBƏMİZ GÖZ QARŞISINDADIR”
-Oxunduğunuzu hiss etmək sizi xoşbəxt edirmi? 
-Əlbəttə. Sevinirəm. Sizə doğrusunu deyirəm, kim deyir
ki, mən özüm üçün yazıram, mən özüm üçün çəkirəm o
saxtakarlıq edir. Moyem “Ay və qara şahı” romanında bu
məsələyə gözəl cavab verib. Bir rəssam olur. Deyir ki, mən
yalnız özüm üçün çəkirəm. Başqalarının fikri mənim üçün
önəmli deyil. Nə düşünürlər düşünsünlər. Onu atırlar adam
olmayan bir adaya. O adada heç nə çəkmir. Ona görə ki,
özündən başqa orda heç kim yox idi. Mən oxucularımı zülmlə
qazanmışam. Nə qədər əziyyət çəkdiyim ətrafımdakı adamlara
məlumdur. Düzdü, hərdən oxucularıma qarşı ərköyünlük
edirəm, amma onları çox sevirəm. Sağ olsunlar bacardıqlarını
edirlər. Kimisi kontur göndərir, kimisi qonaqlıq verir, kimisi
rayona hinduşka yeməyə çağırır, Rusiyaya dəvət edənləri də
var. Mən də çalışıram onların etimadını puç etməyim. Keçdiyim
yolla onlarda inam yarada bilmişəm. Bu müsahibədə
məcburam, yazılarımdan bəzi məqamları təkrarlayım.
Bilirsiniz, insan tirajlandıqca həm də başqalarının olur. Sən bir
növ öz oxucularına hesabat verməlisən. Əkrəm Əylisli özünü
bir deputat mandatına satanda həm də oxucuların satdı.
Yadımdadır, 525-ci qəzətdə bir səhifə vardı. Orda bir müxalifət
və bir iqtidar nümayəndəsini üz-üzə qoyurdular. Müxalifət
nümayəndələri “sevimli yazıçınız kimdir?”- sualına cavab
verəndə Dostoyevski, Hügo, Cek Londonla bərabər Əkrəm
Əylislinin də adını çəkirdilər. Onlar kifayət qədər mütaliəli
adamlar idi. Əkrəmin adını Dostoyevski ilə bərabər çəkəndə
onları bir səviyyəyə qoymurdular. Bu sadəcə Əkrəmin
mövqeyinə hörmət idi. Mən də o zamanlar Əkrəmin bütün
əsərlərin oxumağa başladım. Özü də həmişə məəttəl qalır ki,
Seymur mənim yaradıcılığımı çox dərindən oxuduğu halda niyə
haqqımda pis yazılar yazır? Adam özü də hələ nə etdiyinin
fərqində deyil. Demirəm ki, əgər sabah Azərbaycanda üsyan,
inqilab olsa, mən gedib barrikadada özümü güllə qabağına
verəcəm. Bunu sizə vəd edə bilmərəm, amma inanın ki, mən
heç vaxt əclaf olmayacam.
-Seymur Baycan kimin yazarıdır? Siz kimlər üçün
yazırsınız? 
-Oxucularım müxtəlif təbəqələrə mənsub adamlardır.
Polislər, tamadalar, müəllimlər, həkimlər, tələbələr, restoran
müdirləri...Mənə ən qeyri-ciddi yanaşan və az oxuyan adamlar
ədəbi mühitin adamlarıdır. Əsasən o adamlar haqqında yazmaq
asandır ki, onlar yazdıqlarımı oxumurlar. Sürücülər, qatar
bələdçiləri, ofisiantlar... Tanıdığım adamlar haqqında yazmaq
çətindir. Yolu çox sevirəm. Xüsusən qatarda yol getməyi. Ona
görə lap qonorar verməsələr bələ, ən pis şəraitli yerlərə həvəslə
gedirəm. Yol yeganə yerdir ki, orda darıxmıram. Bir lətifə var.
Tez-tez Rusiyaya, İsrailə gedib gələn adamdan soruşurlar, İsrail
yaxşıdır, yoxsa Rusiya? Deyir, nə Rusiya yaxşıdır, nə də İsrail.
Yol yaxşıdır yol. Biz bu davaya başlayanda heç birimizin kitabı
yox idi. Biz yazıçı kimi müsahibələr verər, qəzetlərdə ədəbiyyat
səhifələri hazırlayardıq. Topamızın yazdığını yığsaydıq, heç bir
kitab düzəlməzdi. Bir dəfə Həmiddən soruşdum ki, bunun axırı
necə olacaq? Alovlu inqilabçı kimi o mənə təskinlik verdi. Dedi
ki, narahat olma, kitab sonra olacaq. Hər zaman hamı belə
başlayıb. Doğurdan da, kitablar yazılmağa başladı. AYO yeganə
hərəkatdır ki, qələbə qazanıb. Biz qarşımızda dayanan titullu,
pullu , illərlə tirajlanmış adamlara öz əzmkarlığımızla qalib
gəldik. Onlar hər şey etməyə hazır idilər ki, təki özlərindən
sonra ədəbiyyat yaranmasın, amma biz yaratdıq. Mənim üçüncü
kitabım çıxdı. Əllərində vasitə olan adamların kitablarından
daha çox oxunur, daha çox müzakirə olunur. Onlarsa yenə də öz
iyrənc əməllərini davam etdirir, təqaüd, torpaq payı, vəzifə vəd
edib özləri haqqında yazılar yazdırırlar. Biz onları qəhrəman
kimi ölməyə qoymadıq, sağlıqlarında nə lazımdırsa, özləri
haqqında eşitdilər. Qələbəmiz göz qarşısındadır. Mübarizə
davam edir. Biz nəinki ədəbiyyatı, başqa sahələri də bir az
dirçəltdik. Ona göre mən öz uşaglarımızı çox istəyirəm. Hər bir
kəs bu mübarizədə maksimum dözüm, əzmkarlıq nümayiş
etdirdi. Saymız da günü gündən artır. 
-Oxucularınızla münasibətiniz necədir? Bütün
məktublara cavab yazırsınızmı? Onlarla görüşürsünüzmü? 
-Əsasən “Gündəlik Azərbaycan” qəzetində işləyəndə
məktub alırdım. O qəzetin ən çox oxunan yazarlarından biri
idim. O zaman bir-iki nəfər istədi, qız adi ilə məktub yazıb məni
dolasın. Duyuq düşdüm. Ona görə məktublara çox da ürəkdən
cavab verə bilmədim. Bəzən elə olurdu ki, bir yazıya görə 30-
40 məktub alırdım. Bəzən də heç bir dənə də məktub gəlmirdi.
Indi də hərdən yazırlar. Oxucuylarla ünsiyyətdə olmaq çox
gözəldir. Adama mövzu verirlər. Bilirsən ki, kiməsə lazımsan.
İndi o qədər də çox məktub almıram. Aktiv oxucuların isə
çoxusunu tanıyıram. Görüşürük, araq içirik, rayonlara qonaq
çağıran olur bəzən. Bir dəfə Firudin Allahverdi ilə Qaxda
kafedə qayğanaq yeyirdik. Bir nəfər kafeyə girib mənimlə
görüşdü. Xoş gəlmisən- dedi. Biz isə Şəkiyə getməliydik.
Məlum oldu ki, bu adam da, yəni mənim oxucum da Şəkiyə
gedir. Bizi maşınla Şəkiyə apardı. Özü də “Uaz” maşınında. O


АЛАТОРАН № 15, YANVAR 2010
79
adam fermerdir. Hərdən mənə bal göndərir Qaxdan. Bilir ki, bal
yeyənəm. Astaradan balıq, Beyləqandan toyuq göndərənlər var.
Restoran sahibləri olan oxucularım isə həmişə deyirlər ki, ayda
bir dəfə gəlib uşaqlarla burda yeyib-içə bilərsiniz. Onu deyim
ki, oxucularımın çoxu özüm kimi əylənməyi, yeyib içməyi
sevən adamlardır. 
-Ədəbi mühitdə belə bir fikir var ki, siz çox komplek-
sli adamsınız.
-Bəlkə də mənim davranışım onlara görə kompleksdir,
amma Murad Köhnəqala qəflətən vaqonda oxuduğu qəzeti
yeməyə başlayırsa, başqa birisi Nizami küçəsində təbii ehtiy-
acını ağac dibinə ödəyirsə, mən niyə onun yanında dayan-
malıyam? Bu hərəkətlərin heç nəyə dəxli yoxdu. Əgər həmin
anda mən öz dostlarımdan aralanmışamsa, qoy bunun adını nə
qoyurlar qoysunlar. Əgər başqasının telefonda yüksək səslə
danışması bütün əsəbimi yerindən oynadırsa, onda mənim
yanımda dayanan adam da yüksək səslə danışmamalıdır. Onun
ətəyindən yavaşca dartıb işarə edirəm ki, bir az astadan danış.
Bilirsən, onsuz da ölkədə oturub-durmalı adam azdır. Biz
uşaqlarla yığışanda görürəm ki, məclis artıq nəzarətdən çıxır,
yavaşca durub aradan çıxıram. Çünki qalsam, həm onların kefi
pozulacaq, həm də mənim. Yox əgər söhbət performansdan
gedirsə, Azerbaycanda həm yaradıcılıqda, həm də real həyatda
ən böyük performansı edən hələ ki bəndənizdir. Ölkədə susqun
bir vəziyyət yarananda mətbuat konfransı keçirərək elan etdim
ki, bu gündən xristian dinini qəbul edirəm.
-Seymur bəy, siz niyə hələ də qələmlə yazırsınız? 
- Qələmlə yazmaq rahatdır. Hələ ki, kompüterdə
yazmağa ehtiyac görmürəm. Bir ara yazılarımı kompüterdə
yazırdım, sonra yenidən qələmə qayıtdım. Adam yazı
prosesində ilişəndə kompüter gözləmir. Vərəq isə gözləyir.
Vərəq sədaqətli qadın kimidir ilişmisənsə, gözləyəcək. Onsuz
da sürətlə yazıram. Üç kitabım çıxıb, üçündə də tələsik
yazdığımı mənə irad tutublar. Sürət mənim üçün çox önəmlidir.
Yəqin beşinci kitabda anlayacaqlar ki, tələsik yazmıram.
Sadəcə üslubum belədir. Mövzuya çox hazırlaşıram. Beynimdə
hər şey hazır olur. Yazmaq ərəfəsində müxtəlif janrlara aid
kitablar oxuyuram. Nağıllar, dastanlar, uşaq hekayələri, yüngül
romanlar. Özü də Azəbaycan dilində. Bu çox önəmlidir. Sonra
bir az pul tapıb gedirəm Qaxa. Qax Azərbaycanda ən sevdiyim
rayondur. Hələ ki bir az təmiz qalmağı bacarıb. Həm də ora
sakitçilikdir. Qaxa çatandan sonra gedirəm bazara. Yaxşı
meyvələr, qoz , fındıq ləpəsi, çoxlu armud alıram. Və yaza-yaza
yeyirəm. Gündə elə olur ki, 5-6 saat yazıram. Sonra düşüb
dostlarla çay içirəm, yemək yeyirəm. Sonra isə yazdıqlarımı
özümə ucadan oxuyuram.Yazı prosesində çox yeyirəm. Əlimlə
bərabər ağzım da işləməlidir. Mən artıq Qaxda bir lətifə
yaratmışam. Bir dəfə mehmanxananın qarşısında fikirli-fikirli
gəzişirdim.Müdir soruşdu, niyə fikirlisən bir problem yoxdur
ki? Dedim, var. Romanda atayla oğlu görüşdürməliyəm, yer
tapmıram. O isə orijinal cavab verdi. Dedi, niyə tapmırsan ki,
gətir mehmanxanada görüşdür. Xeyli güldüm. Ona isə kənddən
araq gətirmişdilər. Getdik vurmağa. 
-Türk yazıçısı Yaşar Kamal “bir daha dünyaya gəl-
səm, traktorist olaram demişdi”. Sizsə, deyəsən yazmısınız
ki, əlimdən başqa iş gəlmədiyi üçün yazıram.
-Mən yazmışdım ki, yeməkdən və yazmaqdan savayı
elimden heç nə gəlmir. İnan heç özüm də bilmirəm necə
yazmağa başladım. Yadımdadır, orta məktəbdə oxuyanda heç
inşa yaza bimirdim. Uşaqlara yalvarırdım ki, kömək etsinlər.
Amma çox oxuyurdum. Beşinci sinifdə oxuyanda mən artıq
roman oxumağa başlamışdım. Əlimə nə keçirdi oxuyurdum.
Çox vaxt evdən icazə vermirdilər. Dərs kitablarının arasında
”Min bir gecə” nağılların oxuyurdum. Uşaq ədəbiyyatın çox
oxumuşam. Sonra onları bir də oxudum və dərk etdim ki,
əslində uşaq ədəbiyyatı uşaq ədəbiyyatı deyil. Daha sonra
girdim Naxçıvanski adına hərbi məktəbə. Ora girməyim də bir
möcüzə idi. Birdən-birə əyalətdən gəlmiş bir uşaq düşdü rus
dilində bir hərbi məktəbə. Birinci sinifdə keçdiyim dərsləri
ikinci kursun axırlarında başa düşməyə başladım. Tarix dərsin
əzbərləyirdim rus dilində. Müəllim saxlayanda donub qalırdım.
Amma orda bir qanun vardı, kursant çalışanda qiymət
yazırdılar. Sonra rus dilində keçdiyim dərsləri paralel
Azərbaycan dilində də oxumağa başladım. Artıq birinci kursda
oxuyanda anladım ki, məndən hərbiçi çıxmaz. AMMA
DÖZMƏYƏ MƏCBUR İDİM. Çünki çıxsaydım, deyəcəkdilər
ki, dözmədi. Ona görə üçüncü kursun axırına kimi dözdum.
Çox vaxt zeytunluğa gedib tək-tənha otururdum. Bir rus dərzi
arvad vardı, ya da onun otağına gedib otururdum. O da elə
dayanmadan danışırdı. Hərbi məktəbi bitirməyimə on bir gün
qalmış çıxdım məktəbdən. Hamı üstümə düşdü. Heç kimə heç
nə başa sala bilmədim. Doğurdan da, üç il oxuyasan və on bir
gün qalmış məktəbdən çıxmaq onlar üçün anlaşılmaz idi. Evdə
heç kim danışmadı mənlə. O zaman artıq atam ölmüşdü.
Dedilər, sən onun vəsiyyətin yerinə yetirmədin. Halbuki o heç
bir vəsiyət etməmişdi, məktəbə də öz gücümlə girmişdim. Düz
bir il evdən bayıra çıxmadım. Ancaq kitab oxudum. Nəsimi
bazarının yaxınlığında yerləşən Puşkin adına kitabxananın
Azərbaycan bölməsini oxuyub bitirdim. Sonra “Araz” kursuna
daxil oldum. Oranı bitirib, Qafqaz universitetinin “Dövlət və
bələdiyyə idarətməsi“ fakültəsinə daxil oldum. Orda da bizə iki
il ədəbiyyat oxutdular. Dilimizin inkişaf etməsi üçün. Texniki
fənnlərə tədris başlayanda darıxmağa başladım və universiteti
də üçüncü kursdan atdım. O vaxt “Reytinq” qəzetinin redaktoru
Ramil Hüseyn bizimlə bir universitetdə oxuyurdu. O
“Şərq”qəzetində işləməyə başladı. Mən də onun vasitəsiylə
mətbuata gəldim, ”Nəbz” qəzetində çalışdım. Xırda yazılar
yazırdım. Sonra “Reytinq”də işlədim. Yazıçılardan müsahibə
götürürdüm. Bu gün çiyin-çiyinə vuruşduğum uşaqların
çoxundan o vaxt müsahibələr almışam. Günlərin bir günü


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə