Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   39   40   41   42   43   44   45   46   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
72
mumələridir. Seymur Baycan ironik, Nərmin Kamal informativ,
Rasim Qaraca novator mətnlərin ustasıdır. Amma bizdə semi-
otik, mistik və ezoterik mətnlər yox dərəcəsindədir. Iki ildir ki,
semiotika və ezoterikanı öyrənirəm. Məqsədim semiotik, mistik
və ezoterik yüklü roman yazmaqdır. Azərbaycanda buna kifayət
qədər zəmin var. 
Bir də ki, bizdə yazıçının hədəf axtarması Diogenin
gündüz lampa işığına adam axtarmasına oxşayır. Nəyə nail ol-
mağı yox, nələri bədəl verməyə hazır olduğunu düşünmək
lazımdır. Söhbət əsil yazıçıdan gedir. Əsil yazıçının hədəfi ol-
mamalıdır. Oxucu sənin kitabını könüllü olaraq (məcburən yox)
pul verib alırsa, deməli hədəfi vurmusan. Yazıçı hədəfi, oxu-
cunu düşünərək yazmamalıdır. Azərbaycan oxucusunun
zövqünə hesablanmış əsər dünya ədəbiyyatında özünə yer tut-
mayacaq. By gün azərbaycanlı Yunan Akademiyasına yox,
Roma pozğunluğuna daha yatqındır. Guya günah qərb
mədəniyyətindədir. Qətiyyən elə deyil. Əgər intelleektual, azad,
ixtiraçı qərb sənin şüurunda əxlaqsız, qul, küt kimi əks ol-
unursa, bu sənin şüurunun, zehniyyətinin məhsuludur, günah
sənin yapındadır. Hekayələrimdə heç vaxt insanlara ad ver-
mirəm. Bu gün Sonqulu, Cəfərqulu kimi adlara necə
yanaşırıqsa, sabah Samirə də, Seymura da, Sabutaya da elə
yanaşacaqlar. Formaca dəyişməyə nə var, əsas məzmundur. Yüz
il bundan qabaqkı azərbaycanlı ilə müasir azərbaycanlı arasında
heç bir fərq yoxdur. Həmin təfəkkür, həmin zehniyyət. Yaradıcı
yox, təqlidçi zehniyyət var bizdə.
-Rayonda yaşayan bir yazıçı kimdir? Bilməyənlərə
bunu açıqlarmısınız?
-Bizdə əyalətdə yaxud paytaxtda yaşayıb yazıçılıqla
məşğul olmağın heç bir fərqi yoxdur. Orda da, burda da primitiv
kütlə ədəbiyyatı sevmir. Elita da, hələ ki, ədəbiyyata diqqət
ayırmır. Ona görə də, istər əyalətdə, istər paytaxtda böyük əsər-
lərin yaranması hələ çox çəkəcək. Bizim üzərimizə düşən belə
əsərlərin yaranması üçün zəmin hazırlamaqdır. Bir yazıçının
meyxanaçı qədər nüfuzu, yaşam şəraiti yoxdur. Çünki ürətdiyi
məhsul kütlənin zövqüncə deyil. Kütlə aqressivdir, kütlə xoruz
döyüşünü xoşlayır. Kütlə deyişmələrə, söyüşmələrə baxaraq
burda öz şüuraltındakı mübarizəsinin animasiyasını görür və
onanizmdə olduğu kimi qarşı tərəfsiz ləzzət yaşayır. Ona görə
də, Rafiq Tağı hər hansı meyxanaçıdan pis yaşayacaq. Əqli
fəaliyyət kütlənin umurunda belə deyil. Bizim vəzifəmiz böyük
əsərlər yaratmaq yox, kütlənin zövqünü dəyişmək olmalıdır. 
Əyalət daha mühafizəkardır. Sabutayla mən “Çərçivə-
siz” qrupunu yaradanda məhəbbətdən, ədalətdən, güldən, bül-
büldən kitab dolusu danışanlar tənqidə dözməyib üstümüzə
tökülüşdülər. Folklor yığıb təqaüd həsrəti çəkənlər, kitabının
yarısını Anara həsr edənlər, məddahlar, yaltaqlar, intriqantlar -
əyalətdə daha qara şəkildədir. 
-Sizcə hər şey məhvə doğru gedir, yoxsa nələrəsə
ümid var?
-Məncə top-yekun bir məhvdən, yoxolmadan söhbət
gedə bilməz. Aşırı maddiyyatçılıq, mənəviyyatsızlıq var. Orta
əsrlər müasir dövrümüzdən daha əxlaqlı idi. Amma bir gün
zehniyyətdə ayaqlanmalar olacağına inanıram. Ən azından fə-
dakar insanların hesabına. Məhvlə, qara rənglə razılaşmaq asan
deyil... 300 spartalı bütün Yunanıstanı xilas etdiyi kimi, bir qrup
insan da bəşəriyyətin məhv olmasının qarşısını alacaq.
-Əyalətdən baxanda ədəbi proses necə görünür?
-Ədəbiyyatın paytaxt səhnəsində bir ara canlanma oldu.
Azad yazarlar öz çabaları hesabına əsil ədəbiyyatın nə olduğunu
oxucuya çatdıra bildilər, istər dünya ədəbiyyatından nü-
munələrlə, istər öz mətnləri ilə. Mən demirəm ki, böyük əsərlər
meydana gəldi. Xeyr. Amma oxucu bir az ayıldı. 70 illik sovet
ədəbiyyatı indi az adamda istehza doğurmaz. Sovet
yazıçılarımızın sandığından heç nə çıxmadı. 70 ilə bir dissident
yazıçı yetişdirə bilməmişdik. Bu acınacaqlıdır. İndi deyirlər ki,
siz ortalığa nə qoymusunuz? Biz hələ ki, ortalığı təmizləyirik.
Həm də Həmid bəyin, Rafiq bəyin ciddi nəsr münunələri or-
tadadır. Qan Turalınin tənqidləri, Rasimin, Aqşinin, Günelin,
Nərminin şerləri, Azad Yaşarın tərcümələri və s. – bütün bunları
görməməzlikdən gəlmək olmaz. Amma bütün bunlara baxma-
yaraq ədəbiyyatımız sönükdür. Çünki, ədəbiyyat Azərbaycanın
ümumiyyətlə gündəmində deyil. Bu vəziyyətin az zaman içində
dəyişəcəyinə də inanmıram.
-İmkan olarsa ilk tərcümə edəcəyiniz hansı əsərlər var?
-Tərcümə ediləcək əsərlər çoxdur. Hər halda Avqust
Strindberqin “Dəlinin öz müdafiəsi üçün söylədiyi nitq”, Fran-
suaza Saqanın “Salam, kədər!”, Sartrın “Ögümə”, Knut Ham-
sunun “Misteriyalar”, Turgenevin “Çöl Kral Liri” əsərlərini
tərcümə edərdim.
-Son vaxtlar hansı kitabı oxumusunuz?
-Hekayələri, esseləri, fəlsəfi traktatları nəzərə almasaq,
Nobel mükafatçısı Jon Qolsuorsinin “Forsaytlar haqqında saqa”
sını bu yaxınlarda oxuyub qurtarmışam.
-Nə üçün özünüzü ədəbiyyata həsr etmisiniz?
-Ədəbiyyat əraziyə bənzəyir. Bu ərazidə güllük də var,
kolluq da, dağlıq da var, düzənlik də. Bizim payımıza düşən
bataqlıqdır. Mən bataqlığı qurutmaq istə yənlərdənəm, sonra
güllər əkən tapılacaq.


АЛАТОРАН № 15, YANVAR 2010
73
Bəxtiyar müəllim rayon mərkəzində yerləşən “Ay-
bəniz” şadlıq sarayında məskunlaşmış qaçqınlardandır.
Səməd Vurğunun qızının adını daşıyan bu şadlıq sarayı
zirzəmisi də sayılmaqla dörd mərtəbədən ibarətdir. 1-ci
mərtəbə ,daha doğrusu zirzəmi ancaq və ancaq narkomanların
iynələndiyi yerdir. 2-ci mərtəbədə gödəkcə tikən, avtomobil
təmir edən, saç düzəldən, gəvə toxuyan və s. bu kimi
sənətkarlar yerləşmişlər. 3-cü mərtəbədə sənətkarlardan daha
yuxarı silkə mənsub olan qaçqınlar məskunlaşıblar, ki onların
da ən demoqoq nümayəndəsi kimi Bəxtiyar müəllim adnan
idi. Və qaldı dördüncü mərtəbə - bu da lap vur-çatlasın sinfinə
məxsus bir məkandır. Toyxana. Bundan yuxarıda binanın qırlı
damı yerləşir ki ən üst sayılan bu mərtəbə əslində ən alt
vəziyyətdə idi. Binada tualet işləmədiyindən burda
məskunlaşan qaçqın uşaqları binanın damından istifadə
edirdilər. Bu binanın binalığı dönmüşdü nəcisə. Bəs tualet
niyə işləmirdi? 
Məhərrəmlik təzəcə girmişdi. Toylar bir müddət
fasilə verdiyindən şadlıq evinin müdürü binaya analıq gözü
ilə baxırdı. Su kəsildiyinə görə ümumi tualet dolmuş, iyim-
iyim iylənirdi. Qaçqınlar heç cınqırını da çıxarmırdı. Qadınlar
şadlıq sarayının sağ tərəfində Sovetin tamamlaya bilmədiyi
yarımçıq univermaq binasını, kişilər binanın sol tərəfindəki
yarımçıq mehmanxana binasını tualet kimi istifadə edirdilər.
Yalnız Bəxtiyar müəllim bir iki yerə yazıb-pozmuşdu bu
problem barədə. Amma nə xeyri - məhərrəmliyin
qurtarmasını gözləmək lazım gəlirdi. 
Rayon qaçqınlarına yardım da “Aybəniz”in yanında
paylanırdı. Bir az da şairliyi olan Bəxtiyar müəllim bu barədə
deyirdi: “Çörək bol olarsa basılmaz Vətən deyən şairin
qızının adına olan şadlıq sarayının ətrafında xaricdən gələn
yardımların Vətən övladlarına paylanması, o şairin puç
olması deməkdir”.
Axrıncı yardım zamanı Amerikadan göndərilmiş
“qavyəddin”lər də paylanmışdı qaçqınlara. Andıra qalmışlar
çox yağlı olduğundan bir dadım dadanı saldı qarınağrısına.
İndi gör 7-8 ailənin yaşadığı və hamının qarınağrısına
tutulduğu yerdə tualetin işləməməsi nə deməkdir.
***
Bəxtiyar müəllim gecə az qaldı özünü batırsın.
Birtəhər özünü yarımçıq tikiliyə çatdırdı. Bu vaxt kimsə
üzünə işıq saldı. Hələ şeirləri işıq üzü görməyən Bəxtiyarın
nəcisi işıq üzü görürdü.
Bu hal ona çox pis təsir etdi - görən bu kim ola,
onunla belə məzələnməıyə ürək eləyə?
-Aya, kimsən?
-Əə köpəkoğlu, sənə göstərərəm mən!
-Köpğkoğlu oğurluq etdiyi yetmir hələ bir bizə
çəmkirir də.
-Nə oğurluq?
-Bəs orda neynirsən?
-Sıçıram.
-Mədəni danış.
-Yaxşı, nəcis ifraz edirəm.
-Adam dilində danış
-Heyvan özünsən
Bəxtiyar müəllim gördü ki bu hər kimdisə çox
həyasız adama oxşayır. Buna görə də tələsik silinib adamların
yanına gəldi. Onlarda bir əda vardı ki guya dovşanı araba ilə
tuturlar.
-Nə var, nə istəyirsiniz?
Yaralı Bəxtiyar
Qarınağrısı
h e k a y ə


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə