Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   40   41   42   43   44   45   46   47   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
74
-Bu yarımçıq tikilinin üzündən mərmər daşları söküb
aparanı gəzirik. Xəbər gəldi ki adam iş başındadı, biz də
gəldik səni tutduq.
-Siz hələ bir özünüzü təqdim eləyin görüm həqiqi
polissiniz, ya bəlkə forma geymiş banditsiniz.? Onsuz da
belələri doludu.
Polislərdən biri lap acıqlandı:
-Sən kimsən ki biz sənə sənəd göstərək?
-Müəllim nə s....rir bu gecə vaxtı burda.
-Mən sizə göstərərəm.Adamsınız deyirəm nəcis ifraz
edirəm, yuxarıda tualet işləmir. İnanmırsınız gedin yoxlayın.
İkincisi də siz kimsiniz ki sizə nəsə sübut eləyim - heç
özünüzü təqdim də eləməyibsiniz.
Polislərdən ikincisi müəllimlə dirəşən tayına:
-Burax başını, xeyirli adama oxşamır. Deyəsən
demoqoqun yekəsidi.
- Dayım ona başa salar həyatı. O boyda narkao-
baronları diz çökdüdü, indi bir dılğır müəllimin əlində aciz
qalmışıq sən öləsən
Bəxtiyar müəllim acıqla:
-Dayın da belə-belə olsun sən də.
Polislər Bəxtiyarm müəllimin qolunu burub maşına
basdılar.
***
Gecə şöbədə qalan Bəxtiyar səhərə qədər öz haqqını
tələb edə-edə üç şeyi tələb edirdi. 1. adım qeydiyyat jurnalına
salınmalıdır. 2. vəkil verin mənə. 3. harda olduğumu ailəmə
bildirin.
Amma polislər onun bu qışqırıqlarına elə baxırdılar
sanki keçi afişaya baxırdı.
Səhərəcən siqaretdən püfləyən polislər səhər bölmədə
müvəqqəti saxlanılan məhbuslara iş böldülər-müəllimə
hörmət əlaməti olaraq elə axşam qaldığı otağı təmizləməyi
buyurdular. Daha tualetə filan göndərmədilər. Onlar öz
aləmlərində müəllimə çox böyük hörmət eləmişdilər,
axşamdan bəri, bəs necə, gör neçə dəfə müəllimin tualetə
getməsinə icazə vermişdilər.
Müəllim əlini heç nəyə vurmayacağını bildirdi.
-Xalqın müəllimini tut gətir ki gəl buraları süpür,
hələ bu da sənə hörmətdir. Vicdanınız olsun!
Polislərdən biri acıqla dilləndi:
-Sovet hökuməti elə düz eləyib bir müəllimdən vergi
almırdı bir də eşşəkdən. Biz buna hörmət eləyirik, bu da
qudurur. 
-Quduran itdi, o da sənin nəslindi
Taraqq Bəxtiyar müəllimə bir yumruq çattadı.
Bəxtiyar müəllimi vuran polisin əl qolunu tutdular.
-Vurma. Demaqoqa oxşayır.
Bəxtiyar müəllimi vuran polis alçaq davana qoydu:
-Keçi keçidi yatdığı yeri dırtmalayır. Burda nə var,
zapadlo zaddı?
-Sənin duxun çatmaz mən yaşadığım yerə siqaret
astafı atasan. Bura mən yaşadığım yer deyil. Siz deməli
zibilləməli, mən də təmizləməliyəm, eləmi.
Polislər öz aralarında xosunlaşmağa başladılar.
-Əşşi qoy rədd olsun. Adammı yoxdu buraları
təmizlətməyə.
Amma polislərdən biri lap hər şeyi radikalcasına ko-
rladı, müəllimə:
-Sən guya lotu zadsan?
-Yox, heç lotuya sən belə deyə bilərsən? Lotu belə
şeylər üstə sən nədi sənin rəisinin də anasını ağladar.
Söz gedib rəisə çatdı. Onsuz da bacoğlusu axşamdan
bəri olanları qoymuşdu rəisin ovcuna. Rəis müəllimin əlindən
zəncir çeynəyirdi. Bu lotu söhbəti də onu laap çıldırdı. Öz
işgəncələr kralını göndərdi müəllimin üstünə. Əlbəttə ki
yuxarılardan kiməsə zəng etdi. Zəng etdi ki burda bir müəllim
var, deyəsən kiməsə güvənir, onu döydürüb sındırsam
arxamda dura bilərsinizmi? Öz dediyi kimi dabro alandan
sonra qolbəyisini göndərdi müəllimin üstünə. Qolbəyi içəri
girən kimi gözlədi ki müəllim ayağa qalxacaq. Bu olmadıqda:
-Niyə qalxmırsan, s..ilibsəən ?
-Yox, sənin nəslini növbəyə düzmüşdüm axşam. İndi
taqətim yoxdu.
Qolbəyi yüz faiz yəqin elədi ki bu hər kimdisə lap
yuxarıda adamı var. Amma polislərin pıqqıldaşdığını görüb
müəllimə bir şapalaq vurdu. Sonra da:
-Hələ gör kabinetdə başına nə oyun açacağam deyib
geri döndü.
***
Bir azdan müəllim rəisin otağında idi.
-Deyirəm ki tualet işləmir, qarnım da ki sözə baxmır.
Allah Amerikanın evini yıxsın, onların qavyəddini bütün
qaçqınlara qarınağrısı verib. İnanmırsan burda işləyən qaçqın
polisləri yoxla, rəis.
-Yaxşı bəs o nə sözdü demisən?
-Əcəb eləmişəm.
-Səni çürüdəcəm buralarda - deyib rəis bayıra çıxdı.
Ona məlum olanda ki qaçqın polislərin hamısı “balnişni”dədi,
müəllimə inandı. Amma müəllimi özünü belə yekə aparması
xoşuna gəlmədi. Yenə yuxarı ilə danışıb hər şeyə arxayın
olandan sonra müəllimi sındırmaq qərarına gəldi.
İçəri keçib:
-Yoox müəllim sən biclik eləmə. Sadəcə mərməri


АЛАТОРАН № 15, YANVAR 2010
75
sökdüyün yerdə görübsən ki polislər gəlir, şalvarı çəkmısən
aşağı.
Bu sözdən müəllim elə acıqlandı, sanki ən ağır
söyüşə qonaq olmuşdu.
-Ay oğraş, mən heç kimin qabağında şalvar soyunan
deyiləm. Bunun hesabını ödəməli olacaqsan. Bu da o deyil ki
məni döyələr burda. O tikilişdən mərmərləri elə sən özün
sökdürüb öz qəhbəxanandakı saunanın divarlarına vurmusan!
Rəis əlini qaldırsa da saxladı. Müəllim üyüdüb
tökürdü:
-Sən bu rayonda bir-iki anasının əmcəyini kəsən
bariqanı sındırıbsan , elə bilirsən hamıya bata bilərsən.
Çaşma.
***
İş gəlib izahat yazmağa qədər irəlilədi. Rəis Bəxtiyar
müəllimə:
-Yaz ki Qazax rayon Polis Şöbəsinin rəisi...
-Yox, mənə yazı yazmaq da öyrədəcəksən. Özüm
yazaram
-Yaz görək!
Bəxtiyar müəllimi izahat yazmağı xeyli çəkdi. Rəis
otaqda var-gəl etməkdən bezdi. Nəhayət müəllim izahatı
yazıb rəisə təqdim etdi
Rəis izahat deyiləni oxuduqcan rəng alveri edirdi -
yəni rəng verib rəng alırdı.
-Bu ki izahat yox ərizədi, özü də prezidentə.
-Gördüyün kimi
***
Ərizənin qısa məzmunu beləydi - müəllim şadlıq
sarayındakı vəziyyəti izah edirdi. Daha sonra məhərrəmlik
başlayandan bəri bir şadlıq sarayının ətrafındakı sahibsız
itlərin bir də qaçqınların problemlərinin artdığını qeyd edirdi.
İtlərin problemi aclıq problemi (çünki toy yox idi),
qaçqınların problemi də tualet problemi idi ərizəyə görə (izah
edirdi ki toy olmadığından müdür su problemi ilə məşğul
olmur-tualet də dolub). Və daha sonra qavyəddin məsələsi,
qarınağrısı məsələsi, polislərin müəllimi həbs etməsi
ardıcıllıqla izah edirdi. Ən dəhşətlisi isə bu idi ki müəllim
vətəndaşlıqdan imtina edirdi - əgər bu ölkədə sıçmaq azadlığı
da yoxadursa mən bu ölkənin vətəndaşlığından imtina edirəm.
İmkan verin gedim qürbət torpaqlarda nəcis ifraz edim. Onsuz
da buraların hər yeri poxsaqxanadı.
Rəis müəllimə:
-Dəlinin biri dəli. Özün cəhənnəm məni də zibilə
salmaq istəyirsən? Bu nə ərizədi?
-Bəlkə düz yazmamışam?
Rəis başını yelləyə-yelləyə otaqdan çıxdı və yenə
yuxarı ilə nə isə danışdı.  Qəlbində xal qalmışdı ki müəllim
yəqin lap yuxarıdan kiminsə adamıdı. Rəis indi də lap
yuxarıdan dəstək alandan sonra yenidən otağa qayıtdı-
müəllimi xalqın gözünün qarşısında sındırmaq istəyirdi.
-Sübut elə ki o tikiliyə sıçırdın əə.
-Gedək göstərim.
Özünü lap itirən müəllim unutmuşdu ki bu gün “Ay-
bəniz” şadlıq sarayının yanında qaçqınlara yardım pay-
lanacaq. Yardım gününü yaxşı bilən rəis müəllimi
qoluqandallı öz kəndçılərinin yanında nəcis axtarışına məcbur
etməyin onu lap biabırçı vəziyyətdə sındırmaq olduğunu
düşündü.
Beləliklə müəllim polis maşınından düşürüləndə,
səhərdən növbə üstə bir-birini qıran camaat hadisə yerinə
yönəldi. Bu rəisin planının bir hissəsi idi. İkinci hissə isə
müəllimin nəcis axtarması olmalı idi.
Tikiliyə keçdilər. Buralarda tualet olmadığından
yardım almağa gələnlər - onlar hamısı amerikan qarınağrısına
tutulmuşdular - sovetdənqalma bu tikilini lap nəcisin maye
formasının ən bol məkanına döndərmişdilər. 
Rəis böyürə-böyürə:
-Burda hamısı təzə ifrazatlardı, hanı bəs səninki.
-Rəis, 20 gündü toy olmur. İtlər acından yeyib yəqin.
Camaatdan bir uğultu qopdu. Rəis müəllimə yağlı
bir şapalaq vurmaq istəyirdi ki tanış bir səsə əlini saxladı:
-Şair də şairi tutarmı, rəis.
Bu şair Həvəskar idi. Deyilənə görə son zamanlar
şairlik də eləyən rəisin yerinə şeirlər yazmaqla onun hörmə-
tini qazanmışdı.
-Bu da şairdimi, ustad.
-Şairdi özü də necə.
-Bəs bunu niyə demirsən mənə.
Sonra camaata acıqlandı:
-Cəhənnəm olun burdan!
Camaat öz yardımını almağa getdi. Müəllim də
rəisə: -Yaxşı görüşərik deyib, şair  Həvəskarı qoltuqladı:
-Şair xeyir ola buralarda?
-Burdakı çayxanada deyirlər yaxşı cökə çiçəyinin
çayını verirlər, ona görə gəlmişdim. Məsləhət olmasın, rəisə
bir şeir həsr elə, ol gözünün işığı. Onnan sonra heç 
İcra da
sənə bata bilməz. Qırımından gördüm ki sənin
hərəkətlərindən xoşu gəlib.
-Bağışla, şair andır qarınağrısı tutub məni, əhvalatı
sonra danışaram, bir yaxşı bəzəyərsən. 
Bəxtiyar müəllim tikilinin zirzəmisinə qaçdı.
Həvəskar maddım-maddım baxa-baxa qaldı.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə