Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   43   44   45   46   47   48   49   50   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
80
”Reytinq”də bir yazım çap olundu. Adı “Sırtıq sərçələr” idi.
dostlardan biri yazını oxuyub dedi ki, bu hazır hekayədi,
həvəsləndirdi məni. Elə Neftçilər metrosunun yaxınlığında
yerləşən bir kafedə pivə içə-içə hekayənin orasın-burasın
düzəldib müsabiqəyə verdik . Və mən orda üçüncü yer tutdum. 
-Azərbaycan tarixində ən çox sevdiyiniz şəxslər kim-
lərdir? 
-Təbii maarifçilər. Əgər real tarixdən söhbət gedirsə,
Axundov və Hacıbəyov. Axundovdan o tərəfə heç kimin şəxsən
mənə dəxli yoxdu. Nə Nizaminin, nə Füzulinin. Azərbaycan
tarixi Axundovdan başlayır. Üzeyir bəy isə pis-yaxşı bu xalqın
yaradıcısıdır. Üzeyir bəy o qədər böyük, nəcib şəxsiyyətdir ki,
biz onun böyüklüyünün yəqin tam mənada heç vaxt anlaya
bilməyəcəyik. Hətta onun heykəlinin qarşısından keçəndə belə
adamı müsbət enerji vurur. Mənim ikinci romanımda iki gün
ac-yalavac, soyuqda çörək axtaran adam bütün şəhəri dolaşıb
axırda çörəyi Üzeyir bəyin heykəli qarşısında tapır. Və həmin
adam heykələ üzün tutub deyir ki, yaşa Üzeyir bəy, əsl kişinin
dirisi də, heykəli də çörək verir. Bir düşünün bugünün özündə
adamları filarmoniyaya konsertə aparmaq olmur, amma əsrin
əvvəlində bir adam çıxıb vəhşilər üçün akademik musiqi
yaradır. Belə şeyləri düşünəndə adamın bədəni titrəyir. Bəzən
deyirlər ki, Seymur xaricilərdən pul alıb xalqı, onun ziyalılarını
təhqir edir. Kimdir ziyalı? Anar, Elçin, Əkrəm Əylisli? Yoxsa
Bəxtiyar Vahabzadə? Onlar ziyalı deyillər, onlar jek
müdirləridir. Nə vaxt görmüsünüz Axundov, Mirzə Cəlil,
Üzeyir bəy haqqında nəsə solaxay bir cümlə yazım. Olmayıb.
Olmayacaq. 
Əlim quruyar. Üzeyir bəyin ruhu adamı boğar. Üzeyir
bəyin adı Bakı Musiqi Akademiyasından götürüləndə onun
haqqında əsərlər, dissertasiyalar yazıb titul qazanmış, övlad
böyütmüş, ad almış adamların hamısı susdu. Başda Anar Rzayev
olmaqla. Halbuki iki seriyalı film çəkmişdi Üzeyir bəy haqqında,
amma yenə də danışan, yazılar yazan bizim uşaqlar oldu. 
-Dördüncü romanın üzərində işləyirsənizmi? Növbəti
romanınızın mövzusu nə olacaq?
-İşləmirəm, hazırlaşıram. Nəinki dördüncü, beşinci,
altıncı kitabların da mövusu hazırdı. Sadəcə hardasa beş yüz
manat pul lazımdır ki, Qaxa gedib bir aydan sonra məhsulla
qayıdım. İstəyirəm uşaq hekayələro yazım. Mövzu boldu.
Mənim üçün ən çətin iş yazacağım dəftəri almaqdır. Sonrası
asandır. Işi bütöv halda göz önünə gətirəndə adam işdən qorxur.
Amma başlayırsan və mərhələ-mərhələ hər şey qaydasına
düşür. Onu bilirəm ki, çalışmaq və yalnız çalışmaq lazımdır.
“Ət və ət məhsulları”na qədər bizim ədəbiyyatda bir roman
xofu vardı. Mən 137 səhifəlik bir romanı yazıb atdım ortalığa.
Az çox xofu sındırdım. Uşaqlar yazmalıdır. Dayanmadan.
Durmadan. Yəqin kimdəsə alınacaq. Mübarizənin nəticəsi var.
Kiməsə təsir edəndə kimsə mənim üslubumda yazanda
sevinirəm. Kitabsız, yazısız cəmiyyətin axırı yoxdur. Ona görə
adamları kitab atəşinə tutmalıyıq. Fikrim var, aprel ayına qədər
daha bir əsər yazım. 
“Körpüsalanlar” nə qədər uğurlu roman oldu? Satışı
gözlədiyiniz kimi oldumu?
-Körpüsalanlar”ın satışından narazı deyiləm. Azərbaycan
reallığını nəzərə alsaq hətta yüksək nəticədir. Roman müzakirə
olunur. Yayılır, oxunur, haqqında yazılar yazılır. Ən əsası odur
ki, adamlar real ədəbiyyatın necə olduğunu görməyə
başlayıblar. Şərtiliksiz ədəbiyyat mövcud ola bilməz. Bu
aydındır. Amma bizim yazıçılar çox zaman şərtiliklə
saxtakarlığı səhv salırlar. Məncə ədəbiyyata gələn hər bir kəs
bir-bir öz oxucularını tapmalıdır. Zarafat deyil. Müharibədən
çıxmış bir ölkə təzə-təzə özünə gəldiyi zaman yeni bir müharibə
başladı. Şou müharibəsi. Televiziyadan yazıçını yox ediblər.
Kitab sözünü adamlar eşitmirlər. Amma bu o demək deyil ki,
biz yazmamlıyıq. Adamlara başa salmaq lazımdır ki, ədəbiyyat
nə qədər vacib bir şeydir. Bu yaxınlarda mən bir xanımla söhbət
edirdim. Dedim ki, Yaponiyada mütailə edən o adam sayılır ki,
ildə iyirmi roman oxuyur. O isə mənə qəribə sual verdi.
“Ümumiyyətlə mən niyə roman oxumalıyam?” Suala hazır
deyildim amma cavab verə bildim. Birincisi, ədəbiyyat ən çox
itki verən sahədir. Yazıçıların timsalında- sürgünlər, edamlar,
intiharlar. İkincisi, ədəbiyyat ən çox imtahan verən sahədir.
Üçüncüsü, ədəbiyyat digər sahələrdən fərqli olaraq öz
missiyasın daha vicdanla yerinə yetib. Qalanları insanların
işidir. Fikrimi konkret faktla açıqlamaq istəyirəm. Qarabağ
müharibəsi başlayanda bəstəkarlar, aktyorlar, rejissorlar,
müğənnilər övladların vərəm xəstəsi adıyla gizlətdilər. Halbuki
onlar vətən haqqında mahnılar oxumaqla, kinolar çəkməklə,
vətəni müsiqiylə vəsf etməklə övladlarını böyütmüşdülər.
Qarabağ müharibəsidə iki tanınmış adamın övladı şəhid oldu.
Şair Xəlil Rzanın və yazıçı Sabir Əhmədlinin.
- Gündəlik hansı qəzetləri oxuyursunuz? Daim
oxuduğunuz köşə yazarları kimlərdir?
-Onsuz da qəzet az qalıb. Zaminin, Şahvələd
Çobanoğlunun, Qan Turalın, Elnur Astanbəylinin, Xalid
Kazımlının yazılarını oxuyuram. Bir də həftəlik qəzetləri.
Bunlarla bərabər qəribə qəzetlər var ki, onları mütəmadi
oxuyuram. O qəzetlər adama mövzu verir. Uşaqlar bilir ki, mən
belə qəzetlərin xəstəsiyəm. Ona görə kim nə qəribə məqalə
görürsə, həmin qəzeti gətirir mənə. Oxuduğum müəlliflərin
sırasına ən son əlavə olunan Natiq Güləhmədoğludur. Başqa
gənc müəlliflər var. Amma onlar hələ ki, sitat xəstəliyinə
yoluxublar. Çox ciddidirlər. Hələ ki, mövzu çıxara bilmirlər.
Yeri gəlmişkən, yaxud yeri gəlməmişkən mən birinci dəfə
Zaminə oxucu kimi məktub yazmışam. Sonra tanış olduq. Onu
deyim ki, Zaminin Azərbaycan publisistikasının inkişafında,
publisistikamızın ayağının yerə dəyməsində müstəsna xidməti


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə