Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   2   3   4   5   6   7   8   9   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
12
Z
. Freyd yazırdı: “Əqlin səsi gur deyil, lakin inadkardır və o
eşidilməyənəcən susmaz”. Yazıçı və tarixçi Aleksandr İsayeviç
Soljenitsının qanlı sovet gerçəkliyini ifşa edən asta, lakin bir an da
səngiməyən səsinə bütün dünya beləcə qulaq kəsilmişdi.
S
oljenitsın 1918-ci ildə Kislovodskda varlı kazak ailəsində
doğulub. Rostov Universitetinin riyaziyyat fakültəsini
bitirdikdən sonra orta məktəbdə riyaziyyat və astronomiya
fənlərindən dərs deyib, eyni zamanda qiyabi olaraq Moskva
Universitetinin ədəbiyyat kursunu başa vurub.
M
üharibənin başlanması ilə Soljenitsın cəbhəyə yollanır, orada
artilleriya kapitanı rütbəsinə çatır. 1945-ci ildə cəbhədən
göndərdiyi məktubda Stalinin ünvanına tənqid söylədiyinə görə
məhkəməsiz-filansız ömrünün 8 ilini həbsxanalarda, Sibirin islah-
əmək düşərgələrində keçirməli olur. O zamanlar hökumət yalnız
dissidentlərin özlərini deyil, həm də ailə üzvlərini təqib edirdi.
Məhz bu səbəbdən öz canı üçün qorxan arvadı Soljenitsından üz
döndərir.
T
aleyin dönüklüyü, həbs düşərgəsinin dəhşətləri Soljenitsının
iradəsini sındıra bilmir. Hələ düşərgədə olarkən öz ilk
hekayələrini yazmağa başlayır və yazdıqlarını gözətçilərin əlinə
düşməməsi üçün əzbərləyib yaddaşına köçürür. 1953-cü ildə Stalinin
ölümündən sonra Soljenitsın düşərgədən azad olunmaqla bərabər
müddətsiz sürgünə məhkum edilir. 1956-cı ildə onda xərçəng
xəstəliyi aşkar edildiyi üçün sürgündən azad olunur. O, ölmək üçün
azadlığa buraxılır (bu hadisələr onun “Xərçəng korpusu” adlı
povestində bütün təfsilatı ilə təsvir olunub), lakin möcüzə baş verir -
xəstəlik bir növ “geri çəkilir” və ona Ryazanda məskən salmağa
icazə verilir; buradakı məktəbdə o, riyaziyyatdan dərs deyir, öz ilk
hekayələrini yazıya almağa başlayır. 
1
960-cı ildə N. Xruşşovun antistalin kampaniyasından ruhlanan
Soljenitsın Sibirdəki islah-əmək düşərgəsi həyatından bəhs edən
və sonralar ona dünya şöhrəti gətirmiş “İvan Denisoviçin bir günü”
povestini qələmə alır. Povest 1962-ci ildə, yalnız Xruşşovun özü
məsələyə qarışdıqdan sonra çap edilir və dərhal da dünya
miqyasında ədəbi-siyasi sensasiyaya səbəb olur. 
S
talinizmlə mübarizə aparan Xruşşov təxminən 20 milyon sovet
vətəndaşının məhvi ilə nəticələnmiş kommunist rejiminin
cinayətlərini ictimaiyyətə çatdırmaq istəyən Soljenitsını
dəstəkləməyə başlayır. Lakin artıq 1963-cü ildə Xruşşovun özü
Soljenitsınin müasir sovet gerçəkliyindən danışan “ziyanlı”
hekayələrinin çapına yasaq qoyur.
1
964-cü ildə Xruşşov vəzifəsindən götürüləndən sonra Soljenitsın
yenə “sovet xalqının düşməni” elan edilir. DTK onu və onun
yaxın adamlarını izləməyə başlayır. Lakin Soljenitsın təslim olmur,
onun qanlı Stalin terroru haqqındakı povest və hekayələri
“samizdat” (yazı makinasında çap edilmiş əlyazmalar şəklində)
vasitəsilə bütün ölkəyə yayılır və Kreml rəhbərliyi üçün ən
dəhşətlisi odur ki, əcnəbi ölkələrdə dərc olunur.
S
oljenitsın həqiqətindən hiddətə gəlmiş hakimiyyət dairələri
bütün ölkədə Soljenitsınla bağlı təqib və böhtan kampaniyasına
başlayır. 1969-cu ildə onu Yazıçılar İttifaqı üzvlüyündən çıxarır,
bununla da yazıçını, demək olar ki, yaşayış vasitələrindən məhrum
edir, ölkə ziyalılarını onu “damğalayan” məktubları imzalamağa
vadar edir, hətta məktəblərdə də ona qarşı kin və lənətlə dolu
təbliğat aparırlar. DTK agentləri Soljenitsının mənzilində axtarış
aparır və onun əlyazmalarını müsadirə edir, telefon vasitəsilə onu
ölümlə hədələyir, yazıçının az qala hər addımını izləyirlər. Lakin
artıq gecdi! Soljenitsın bütün dünyada görkəmli yazıçı, dünyanın
yarısını idarə edən qüdrətli sistemə təkcanına meydan oxuyan
mərd, cəsur adam kimi tanınır və sevilir. 1970-ci ildə Soljenitsın
ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür, lakin mükafatı
almağa getməkdən imtina edir, bilir ki, getsə, onu bir daha öz
ölkəsinə buraxmayacaqlar.
1
973-cü ildə Soljenitsın qüdrətli DTK-nın “başını aldadaraq” öz
başlıca əsərini - “QULAQ arxipelaqı” epopeyasını Qərbə ötürə
bilir. Kommunist rejiminin 1924-1953-cü illərdə törətdiyi
cinayətlərdən danışan bu çoxcildli, sənədli romanı Soljenitsın
Xruşşov dövründə Sov. İKP və DTK arxivlərindən əldə etdiyi
materiallar əsasında qələmə almışdı. Sovet rəhbərliyinin bu əsərlə
bağlı xofu o qədər böyük idi ki, müvafiq orqanlar romanın Qərbdə
çapının qarşısını almaq üçün dövlət səviyyəsində bənzəri olmayan
səy və cəhdlər göstərirlər. Lakin onların səyi əbəs idi. 1973-cü ilin
dekabrında romanın birinci hissəsi Parisdə çap edilir və o vaxta
qədər Stalinin ölüm düşərgələrinə inanmaq istəməyən dünya
ictimaiyyətini lərzəyə gətirir.
B
u roman Avropa kommunist hərəkatına ağır zərbə vurur -
Avropanın sol təmayüllü ziyalıları kütləvi surətdə kommunist
partiyalarından çıxdıqlarını elan etməyə başlayırlar. Bu, Avropada
kommunizmin süqutunun başlanğıcı idi. Təlaşa düşmüş Sovet
rəhbərliyi yazıçının fiziki məhvi haqqında ciddi düşünməyə
başlayır, bu addımdan Kremli yalnız dünya ictimaiyyətinin ehtimal
olunan qəzəbi saxlayır; nəhayət, “çıxış yolu” tapılır: yazıçını sovet
vətəndaşlığından məhrum edib SSRİ-dən sürgün edirlər (1974).
Soljenitsın ABŞ-da Vermont şəhərində məskən salır, sovet
gerçəkliyindən bəhs edən roman və tarixi xronikaları üzərində işini
davam etdirir.
1
974-cü il fevralın 18-də “Vaşinqton post” qəzeti onun öz
həmvətənlərinə müraciətini - “Yalansız yaşamaq” başlıqlı
yazısını dərc edir. Bu müraciətnamə tez bir zamanda “samizdat”ın
köməyilə bütün ölkəyə yayılır. İnsan vicdanının ən incə tellərinə
toxunan bu müraciətnamə ölkədə əvvəlcə azsaylı dissident
hərəkatının, az sonra isə insan ləyaqətinin təsdiq olunması uğrunda
kütləvi hərəkatın, bir növ, manifesti olur.
S
oljenitsın burada güclü şəxsiyyətlərə, yaxud öz məslək
yoldaşlarına deyil, həmişəki kimi bütün xalqa da deyil, necə
deyərlər, “orta” vətəndaşa müraciət edir. Onların hər biri ilə
ürəkdən, bütün səmimiyyəti ilə danışır, sanki üzbəsurət öz həyat
tarixçəsini onlara nəql edir və bu müraciət, bu çağırış ürəklərə yol
tapır.
İ
stiqlaliyyət, demokratiya, tərəqqi, bütün bunlar hələ çox sonra -
bizim hər birimizin beynində dərin kök salmış yalan çıxıb
gedəndən sonra gələcəkdir. Yazıçı deyir ki, bizim ətrafımızda hər
şeyi udub məhv edən rəzalət və köləliyə görə təkcə dövlət,
cəmiyyət, iqtidar, yaxud müxalifət deyil, ilk növbədə bizim hər
birimiz şəxsən məsuliyyət daşıyırıq. O deyir ki, mübarizəyə
girmək, təkbaşına da olsa ilk addımı atmaq gərəkdir. Təklikdə çətin
olan ilk addımı... 
S
oljenitsının resepti sadədən də sadədir - heç
vaxt, hətta ən müqəddəs məqsədlər naminə
belə yalan söyləmə, həqiqəti ört-basdır eləmə.
Vicdansız cəmiyyətdə demokratiya mövcud ola
bilməz. Cəhd elə, yalandan qurtul. O vaxt daha
heç kəs səni alçaldıb əzə bilməz!
Hikmət Hacızadə
“ T Ə K   Ə L D Ə N   D Ə   S Ə S   Ç I X A R ”


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə