Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   2   3   4   5   6   7   8   9   ...   81

inkişafı insanın fiziki əziyyətlərini nə qədər azaldıb?
Amma optimistlərin nədənsə, daim “unutduqları” bir
fakt var: Bu, ölüm faktıdır. İnsan ömrü faktik olaraq iflasa
uğrayır. Özü də təkcə insan fərdi ölmür. Kulturalar da ölürlər,
dillər də, dövlətlər də, hətta Teşup kimi, Marduk kimi, İndra
kimi allahlar da! Hər şey keçicidir, olmaq olmamağa doğru
yoldadır. Hər birimiz ölüm hökmü altındayıq. Hamımız ölümə
lənətlənmişik. Sanki hər birimizə deyiblər: “Öl, kopoyoğlu!”
Bizə buranı tərk eləmək əmr olunub. Qaçış yoxdu, dayansan da
ölümdü, getsən də. Həyatın məqsədi ölümə çatmaqdır. Opti-
mizm isə sanki bunu görmür və bununla da o, həyatın hamısına
deyil, bir hissəsinə, sadəcə içinə baxmış olur.
Qəhrəmani-tragik pessimizm
Qəhrəmani ya da tragik pessimistliyin mənası budur ki,
bizim İ. Nəsimi kimi sən də deyirsən: “Dünya duracaq yer
deyil...”; amma Nəsimidən fərqli olaraq, dalını belə gətirmirsən:
“...ey can, səfər eylə”. “... ey can səfər eylə” deyən klassik pes-
simistlik zəiflərin və fərarilərin pessimizmidir.
Şayəd dünya pisdirsə və bu pis dünyanı düzəltmək
prinsipcə mümkün deyilsə (dünyanın düzəldilə biləcəyinə
inanan yazıq optimist marksistləri yada salın!), belə olan halda,
insana yazılmış alın yazısına inadkarcasına tabe olmur, bədbəxt
olmursan! Allah kimi dərk edilmiş kor şeytanın “planını” puça
çıxarırsan! “Sən məni bədbəxt edə bilmədin, ey bəd tale!” -
güclü pessimist belə danışır.
Optimistlər isə illüziyalarla başlarını qatırlar. Məsələn,
din xalq üçün opium (narkotik maddə) kimi illüzyonal opti-
mizmdir (Marks). Qəhrəmani ya da tragik pessimizm məğrur
güclülərin pessimizmidir. O, dünyanı olduğu kimi görməyə tab
gətirə bilir və yalançı xilaslarla özü öz başını aldatmır. Bu,
qürurlu, boyun əyməyən, əksinə, qiyam qaldıran, üsyan edən
pessimizmdir. Amma Sizif xoşbəxtdir! (Kamyu).
Dünyada heç nə sonadək əsaslandırıla bilməz (ni-
hilizm!). Dünyada qabaqcadan sənə verilmiş bütün mənalar
əsassızdır. Heç bir ümumi və əbədi məna yoxdur. Dünya o
qədər mənasızdır ki, heç intihar eləməyə də dəyməz. Heç
qiyamda da məna yoxdur, amma heç olmasa, qiyam vasitəsilə
şərəf qazana bilərsən. Məğrur pessimizm insanın öz taleyindən
intiqamıdır, öz alın yazısına ironiyasıdır.
“Xoşbəxt” sonluq?
Əgər acıqlansa, pessimist optimistə belə deyərdi: “Siz
cahil və sadəlövhsünüz. Bəlkə də saxtakar və yalançısınız”.
Optimist isə belə: “Siz də xəstə və zəifsiniz. Bədbəxt şəxsi
həyatınızı ümumiləşdirirsiniz (ontologizasiya edirsiniz)”.
A
xşam konsertdən sonra
qızım boynumda
universitet həyətilə
maşın dayanacagına tərəf gedirik
ata, sən burda harda işləyirsən
qızım soruşur
qaşlarımı qaldırıb
ətrafdakı ən işıqlı binanı göstərərək 
bax, orda, deyirəm
düz də deyirəm
bu axşam nə işdirsə
fakültəmizin yerləşdiyi binanı
gur projektorlarla işıqlandırıblar
qızım da mən də sevinirik
qızım iş yerinin işıqlı olmasına sevinir
mənsə dogru sözün 
A
ltı uşaq atasıdır Qədir
arvadı Daşa dindar olduğuyçün
uşaqların sayı durmadan artır
16 ildir Bakıya gedə bilmir 
evdə xalaoğlusundan
anasının dəfninə getməməsindən
ermənilərlə konfliktdən
Bakının küçələrinin köhnə adlarından
danışanda Daşa hirlsənir
АЛАТОРАН № 15, YANVAR 2010
10
Azər Əhmədov
4 şeir


АЛАТОРАН № 15, YANVAR 2010
11
Amma heç vaxt çimərliyə getmir Qədir
Sakit Okeanin sularını bəyənmir
Daşa hər dəfə təkid eləyəndə
Qədir səsini qaldırıb ötkəmcə yox deyir
deyir bu heç çimərlik deyil ki
suyu soyuq, özü də lilli 
nə çimə bilirsən
nə də qumu qum deyil ki uzanıb günəşə verəsən özünü
Zuğulbanı, Nabranı görməyənlər gedib çimsin orda
Daşa Qədirin tək bircə bu sözünə heç nə demir
Qədir də çox xüsusi bir şəkildə deyir bunu
pafosla, sifətində bir özgə ifadəylə, sözlərinə ara verə-verə
elə deyir ki
anasının ölümünə kədərlənməyi 
Bakının köhnə küçələrinə 
azərbaycanlı qızlara
Qarabağa 
xalaoglusuna olan 
sevgisi
tək bircəcik bu cümləyə 
sığır
B
u dəniz hər şeyi bacarır
nəğmə oxumagı da
şəkil çəkməyi də
söz soruşmağı da 
heç nə soruşmayıb susmağı da
sevməyi, unutmağı bacarırmı?
bacarır!
darıxmağı, darıxdırmağı
oynamağı, oynatmağı…
üzərindəki qağayılara deyə bilərmi
mənə tərəf uçsunlar?
istəsə deyər!
ağlıma nə gəlirsə
hansı feli, hərəkəti düşünürəmsə 
görürəm dəniz bacarır onu
bir an karıxıb dururam 
çömələrək
sahildə 
dənizlə üzbəüz otururam 
çantadan şahmat taxtasını çıxarıb
fiqurları düzürəm 
ağlar mənim qaralar dənizin
d2-d4!
başımı qaldırıb dənizə baxıram 
Q
ar üzərindəki izlərdən bəlli ki
bu cığır ilə 
artıq neçə gündür 
yalnız iki nəfər gedib-gəlir
mən və dovşan
heç rastlamadıq bir-birimizə
heç tapdamadıq bir-birimizin izlərini
onunla nə cürsə ünsiyyət qurmaq istəyirəm
məsələn belə bir şey
qar üzərində barmağımla bir kvadrat tənlik yazaram
altında da x1 = ?, x2 = ?
yazıb gözləyərəm 
görüm dovşan həll edə biləcəkmi
əmsalları da elə seçərəm ki
köklər kiçik müsbət tam ədədlər olsunlar
məsələn 2 və 3
sonra görəndə ki dovşan tənliyi həll edə bilmir
ona bir eyham verərəm
2 kökünün yerinə iki kök qoyaram
3 kökünün yerinə də üç kök
beləcə həm bir dil oyunu işlətmiş olaram
həm dovşanla aramızdan bir şuxluq keçər
həm də dovşan kökləri yeyib sevinər
dovşan da mənimlə ünsiyyətə can atırmı
o da belə maraqlı şeylər fikirləşib tapa bilirmi
o da bu fikiləri öz yaxınlarına, dost-tanışlarına deməyə
utanırmı


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə