Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   4   5   6   7   8   9   10   11   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
15
Aleksandr Soljenitsın:
“Öz tariximizi biz özümüz
yaradırıq, özümüz də özümüzü
quyuya salırıq”
Sual: - Siz hələ ilk əsərlərinizdən başlayaraq daim belə bir
fikri vurğulamısınız ki, QULAQ (siyasi məhbuslar üçün
ciddi rejimli düşərgə - Tərc.) həyatını keçməsəydiniz
sonrakı taleyiniz tam başqa cür ola bilərdi və hətta
düşünmək belə dəhşətdir ki, QULAQ təcrübəsi olmasaydı
allah bilir siz necə yazıçı  olacaqdınız. Bax buradan sual
doğur: siz necə yazıçı olacaqdınız ki? 
Cavab: - QULAQ-ın mənim ədəbi həyatımdakı həlledici
roluna dair dediyim fikirlərə aydınlıq gətirə bilərəm.
Həqiqətən mənim hələ 18 yaşım olanda (1936-da) 1917-ci il
rus inqilabının mahiyyətini ətraflı şəkildə təsvir və izah etmək
qərarına gəlmişdim. Təkcə elə bir bu əsaslı səbəbdən mənim
ədəbi inkişafım heç zaman loyal sovet yazıçısının keçdiyi
yolla   getməyəcəkdi. Ancaq 1945-də başıma QULAQ
müsibətinin gəlməsi ilbəil dünyagörüşümə və inamıma dərin
təsir göstərdi, bolşevizm, Sovet Kommunizmi deyilən şeylərin
mahiyyətini mənim üçün tam aşkarladı və hətta bundan başqa
bütün həyatımızın ümumi əsaslarına varmaq imkanı yaratdı.             
Sual: - Siz əsərlərinizdə realizmin böyük ənənələrini,
Tolstoy və Zolya ənənələrini davam etdirirsiniz. Hətta
“On dördüncü ilin avqustu” əsərinin elə ilk fəslindən
başlayaraq  Tolstoy üslubu meydana çıxır. Ümumiyyətlə,
yenə belə yazmağın mümkünlüyü, bu kimi ənənələrin hələ
heç də ölmədiyi şəxsən mənim üçün əsil kəşf oldu. Bəs Sizi
nə zamansa daha belə yazmağa lüzum qalmadığı barədə
fərqli nəzəriyyələr (ədəbi yaradıcılıq baxımından) heç
sıxıbmı?  
Cavab: - Realizm ənənəsini mən özüm seçməmişəm, o üzvi
şəkildə mənimlə doğulub. XX əsrdə onun artıq bitdiyi, yaxud
roman janrının “öldüyü” barədə haylı-küylü mülahizələr
məndə yalnız təbəssüm doğurur.     
Ancaq realizm ənənəsi öz daxilində təkcə realistcəsinə
rəvayət söyləmək üslubunu ehtiva etmir, başqa üsul və
formaları da nəzərdə tutur, təki onlar real hadisələri olduğu
kimi qavramaqda oxucuya kömək etsin. Ona görə də mən,
məsələn, “Qırmızı təkər”də ayrı-ayrı epizodlarda hadisələrin
kino-ekrandakı kimi nümayişi, tarixi sənədlərdən sitat
Deyirsiniz, çətin yoldur? Çətin yoldur. Ancaq mümkün
yolların ən asanıdır. Can üçün çətin olsa da, ruh üçün yeganə
yoldur. Çətin yoldur, ancaq artıq bizdə adamlar var ki (hətta
belə adamlar onlarcadır), neçə illərdir bu şərtlərə əməl eləyir,
yolun çətinliyinə qatlaşır, həqiqətlə nəfəs alırlar.
Və beləliklə, bu yolla biz birinci getmirik, gedənlərə
qoşuluruq! Sıralarımız nə qədər mehriban və sıx olsa,
yolumuz o qədər asan və qısa olar. Biz minlərcə olsaq, heç
birimizə heç nə eləyə bilməyəcəklər. On minlərcə olsaq,
ölkəni tanınmaz dərəcədə dəyişə bilərik!
Qorxaqlıq eləsək, onda kiminsə bizə aman vermədiyindən
gileylənməyək - özümüzə aman verməyən elə biz özümüzük!
Bəlkə hələ dözək, gözləyək ki, vaxt gəlsin, bioloq
qardaşlarımız bizim fikirlərimizi oxumaq və genlərimizi
dəyişdirmək məsələsini tezləşdirsinlər?..
Əgər bunda da qorxaqlıq eləsək, onda biz rəzilik, yararsızıq
və Puşkinin nifrətinə layiqik:
Azadlıq sürünün nəyinə gərək?
Nəsildən-nəsilə onun qisməti
Noxtadır, qamçıdır, bir də dəyənək.
Alman intellektualları üçün nəzərdə tutulan “Cicero” jurnalının xahişi ilə görkəmli rus
yazıçısı, Nobel mükafatı laureatı Aleksandr Soljenitsın Avstriyalı gənc yazar Daniel Kelmanın bəzi
suallarını yazılı cavablandırmağa razı olmuşdur. Həmin müsahibə 2006-cı ilin payızında “Cicero”
jurnalında, sonra fransız dilinə çevrilərək “Fiqaro” qəzetində və “Nyu York Tayms”da dərc
olunmuşdur.  Ötən ilin sonlarında isə dahi yazıçının 90 illik yubileyi ərəfəsində o,  Moskvada rus
dilində də işıq üzü gördü (“İzvestiya”, 11 dekabr 2008). 
Xatırladım ki, sabiq Sovetlər dönəmində SSRİ Yazıçılar İttifaqının bütün yerli filialları (o
cümlədən, AYİ) tərəfindən “planauyğun” şəkildə çox kəskin tənqid olunaraq əslində təhqirlərə
məruz qoyulan və dissident yazıçı kimi ölkədən qovulan A.Soljenitsının Azərbaycan dilində ilk çap
əsəri oxuyacağınız bu müsahibədə sözü gedən “Matryonanın ocağı” povesti olub. “Xəzər”
jurnalının 1990-cı il, 1-ci 
№-də mənim tərcüməmdə dərc edilmiş həmin povest kimi, ömrünün son
günlərini yaşayan ədibin qlobal tarixi hadisələrə, ictima-siyasi və ədəbi-mədəni proseslərə dair
orijinal fikirlərlə zəngin bu son müsahibəsinin də oxucularda maraq doğuracağını güman edirəm.
Tərcümə edəni: 
Akif  ƏLİ
yazıçı-publisist,
27 yanvar 2009


АЛАТОРАН № 15, YANVAR 2010
16
gətirilməsi, o dövrkü qəzetlərdən parçalar verilməsi, olayların
folklor (xəlqi düşüncə, zərb-məsəllər) şəklində dərki kimi
müxtəlif formalardan da istifadə etmişəm.      
Sual: - Siz tez-tez belə bir fikir söyləyirsiniz ki, Rusiyanın
baxtına bütün dünyanın əvəzindən XX əsrin acı
təcrübəsini yaşamaq, o yolu bütün bəşəriyyətin yerinə
keçib getmək taleyi düşdü.    
Eyni zamanda “Qırmızı təkər”də belə bir fikir də səslənir
ki, 1917-ci il fəlakətindən qaçmaq mümkün idi. Bəs onda
hər mənada bu dəhşətli əzabları yaşamaq hansı
zərurətdən doğurdu? Axı, bir halda ki onlardan
yayınmaq, qaçıb can qurtarmaq mümkün idi, onda bu
təcrübəni yaşamağın mənası və məqsədi nəydi axı? Başqa
sözlə desəm: yoxsa Allah hər şeyin məhz bu cür
qurulmasınımı istəmişdi?     
Cavab: - “Qırmızı təkər”in on cildi yalnız 1917-ci il Fevral
inqilabına həsr olunubdur  (1905-ci ildən, bəlkə də XIX əsrin
sonlarından başlayaraq). Mən o əsərdə Rusiyanın inqilab
naminə apardığı bütün sosial hazırlıqları, – təbii ki eyni
zamanda 1917-ci ilin fevralında hadisələri inqilaba doğru
sürükləyən qeyri-adi gedişatı da, - addım-addım izləməyə,
təsvir etməyə çalışmışam. Həmin hadisələr olmasaydı inqilab
da olmayacaqdı. Ancaq 1917-ci ilin oktyabrında bolşeviklərin
çevrilişi – Fevral inqilabının birbaşa və tamamilə labüd
nəticəsi idi.  
Allah hadisələrin bu cür inkişafını nəzərdə tutmuşdumu?
Allah heç vaxt bizləri ən azı bir dəfə əta etdiyi seçim
imkanından məhrum qoymur. Biz öz tariximizi özümüz
yaradırıq, özümüz də özümüzü quyuya salırıq. O ki qaldı
əzabların zəruriliyinə, yaxud mənasızlığına – bu artıq
insanların və xalqların çəkdikləri əzablardan necə nəticə
çıxartmaq bacarığından asılıdır.
Ümumiyyətlə, dünyanın taleyindən danışanda – hesab edirəm
ki, əgər Rus inqilabı olmasaydı, buna bənzər başqa bir şey
mütləq yer üzünü silkələyəcəkdi (XVIII əsr Fransa inqilabının
davamı olaraq). Çünki bəşəriyyət - öz həddini aşmaq,
arzuların, tələblərin çərçivəsini müəyyənləşdirmək hissini
itirdiyinə görə, hökmdarların və zənginlərin (istər insan olsun,
istər dövlət) tamahını saxlamadığına görə, xoş niyyətli insani
duyğuların yer üzündən yoxa çıxdığına görə - cavab vermək
məsuliyyətindən qaça bilməz.      
Sual: - Sizin əsərlərinizin mərkəzində xaosa qarşı
təkbaşına mübarizə aparan  sadə, ağıllı, əxlaqlı adamların
obrazları durur (Vorotınsev, və ya  Matryona kimi).
Məgər  sadə insani Əxlaqı qoruyub saxlaya bilmək
Mütləq Şərin qarşısını almaq üçün bəs edərmi? Bir də:
Şər nədir axı? Adi sərsəmlik və sarsaqlıq (məs., Müq.
Avqustin dediyi kimi), yoxsa nəhəng, hökmlü bir qüdrət?   
Cavab: - Bəli, Matryona kimi, yaxud İvan Denisoviç kimi
sadə, müdafiəsiz adamlar məndə həqiqətən böyük rəğbət hissi
oyadır. Ancaq daha böyük rəğbətim ümumi haqq-ədalət
naminə mübarizə aparan insanlaradır (Belələrinin adını mən
“QULAQ Arxipelaqı” əsərində  çox  çəkmişəm, “Qırmızı
təkər”də də belələri haqqında xüsusi olaraq yazıb
göstərmişəm). 
Əlbəttə, sadəcə əxlaqlı olmaq dünyəvi Şərə qarşı duruş
gətirmək üçün kifayət deyil. Dünyəvi Şər – sadəcə ağılsızlıq
və sarsaqlıq da deyil. O çox qüvvətli bir nüvəyə və vektoral
təsir gücünə  malikdir. Ona qarşı fəal mübarizə aparmaq
lazımdır. Məncə Şərin qüdrəti ondadır ki, o daha çox insanın
qəlbinə təsir edib onları zədələyə bilir.         
Sual: - “Birinci dövrə” əsərində dindar Dmitriy
Soloqdinlə ateist Lev Rubin arasında ardıcıl mübahisə
gedir, mövqeyi “hələ müəyyənləməmiş” Qleb Nerjin isə
hardasa  ikisinin arasında vurnuxur. Sizin özünüzün
yazıçı və mütəfəkkir kimi inkişafınıza bu prizmadan nəzər
salsaq belə təəssürat yaranar ki, Siz özünüz də həmin
“orta” mövqedən Soloqdinə doğru yol getmisiniz. Bu
belədirmi?
Cavab: - “Birinci dövrə”də Soloqdinlə Rubinin mübahisəsi
dialektika qanunları barədə düşüncələrdən başqa, həm də çox
güclü siyasiləşdirilibdir. Ümumən ehmallı skepsis
vəziyyətində olan Nerjin onların mübahisəsinə qarışmamalı
idi. O çox güman ki yalnız kommunizm problemindən daha
geniş, daha kardinal ümumi problemi araşdırmağa meyllidir. O
vaxt Nerjinlə birgə müəllif də hələ bu problemi görmürdü. O
problem sonralar nəhəng dünyəvi təfəkkür hadisəsi kimi
meydana çıxdı. O zamandan, illər boyu mən bir neçə dəfə bu
barədə fikir yürütmüşəm: problem – XX əsrdə Maarifçilik
fəlsəfəsinin və sekulyar antroposentrizmin (dindən kənar,
dünyəvi insanpərvərliyin – Tərc.) əsaslarının dağılmasıdır (Bu
dağılmanın dünya boyu nəticələri hələ indi də davam edir).     
Sual:- Ötən yüzilliyin ən kədərli təmayüllərindən biri –
Qərbin bəzi yazıçıları və fikir adamları tərəfindən Sovet
diktaturasının geniş şəkildə dəstəklənməsi oldu. Elə bu
səbəbdən Sartr Sovet İttifaqına gələndə siz onunla
görüşməkdən imtina etdiniz. Həmin vəziyyət yalnız siz və
sizin şahidliyiniz meydana çıxdıqdan sonra dəyişdi.
Düşünürsünüzmü ki, o vaxtlar bir qisim “qələm
adamlarının satqınlığı”, daha dəqiq desək -
intellektualların xəyanəti mövcud olub? Və bütün bunları
necə, nəylə izah etmək olar? 
Cavab: - XX əsrin 30-cu illərində Qərbin müəyyən fikir
adamlarının Kommunist diktaturasını dəstəkləməsi – məhz
dediyim həmən sekulyar humanizmin dağılmasının nəticəsi
və əlaməti idi. Bunun altını biz bu gün də çəkirik və hələ çox
çəkəcəyik.    
Sual: - Siz Volterdən ta indiədək yaşamış hər hansı
yazıçıdan daha çox siyasi və sosial sferaya təsir
göstərmisiniz. Sizin köməkliyinizlə diktatura çökdürüldü,
necə deyərlər, kötüyü vurub aşıran buzov (icazənizlə sizin
avtobioqrafiyanızın başlığından burada sitat kimi istifadə
edirəm) məhz siz oldunuz. Siz insanın (eləcə də


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə