Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə195/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   191   192   193   194   195   196   197   198   ...   203

468

Bu sözlərin mənası mənə yaxşı məlum idi. Potidə deyilən bu cümlə eynilə 

hər yerdəki mənanı verirdi və biz bunu dəfələrlə eşitmişdik. Bu o demək idi ki, 

evdə  dirəkdən  asılmış  iylənmiş  ət  parçalarından  savayı  heç  nə  yoxdur.  Bu  ət 

qalıqlarından isə itlər üçün ləzzətli bozbaş hazırlamaq olar dı.

– Bəlkə siz başqa ət istəyirsiniz? – Yakovun oğlu soruşdu.

– Əlbəttə, başqasını verin, – dedim.

– On dəqiqə sonra istədiyiniz hazır olar.

Həqiqətən,  beş  dəqiqə  sonra  həyətdən  səs-küy  eşidildi.  Pəncərədən 

boylandım: iki adam, qıçlarını yerə dirəyib müqavimət göstərməyə çalı şan bir 

qoçun buynuzlarından tutub çəkə-çəkə gətirirdilər.

Mən heyvanlar arasında qoçların üstünlük təşkil etdiyi bir yer dəy dim; an-

caq  bu  qoç  Xrizomalon

*

  deyildi.  Doğrudur,  yununun  sıxlı ğına,  buy nuzlarının 



iriliyinə görə onunla həmyaşıd ola bilərdi.

Yaşına hörmət etmədən onun başını kəsdilər, dərisini soyub ətini doğ radılar 

və məni tapıb ətin hansı yerini istədiyimi soruşdular.

Bax,  bu, Yakovun  və  onun  oğlunun  vəd  etdikləri  ətdən  tamamilə  fərq-

lənirdi.

Bir  az  əvvəl  diri  şəkildə  gördüyüm  heyvanın  ətindən  iyrəndiyimə  bax-

mayaraq, qoçun can ətini seçdim və kabab hazırlamaq üçün Qriqoriyə ağacdan 

“şiş” düzəltməyi tapşırdım.

Bir azdan axşam saat altı olacaqdı və səhərdən bəri üç stəkan çaxırdan və 

bir tikə çörəkdən başqa dilimizə heç nə dəyməmişdi.

Tövləyə oxşayan mətbəxə baş çəkdim. Orada tanış türk tacirini gör düm, 

muşketi də yanında idi. O, şam edirdi, qabağında qızardılmış to yuq və çörək 

vardı.  Mən  kitabxanada  qəzet  oxumaq  üçün  növbəyə  duran  adam  kimi  ona 

müraciət etdim:

– Sizdən sonra “Konstitüonel”i oxumaq istəyirəm.

O,  yediyi  toyuğu  yuxarı  qaldıraraq  sanki  mənə  deyirdi:  “Bundan 

istəyirsiniz?”.

Mən də közün üstündə qızaran qoyun ətini ona göstərdim, sanki ona cavab 

verirdim: “Ürəyinizdən keçirsə, buyura bilərsiniz”.

Biz gözlərimizlə bir-birimizə təşəkkür etdik.

On  dəqiqədən  sonra  ocaq  boş  olacaqdı  və  mən  də  öz  növbəmdə  on dan 

istədiyim kimi istifadə edəcəkdim.

Ayaqüstü  Moynenin  otağına  baş  çəkdim  və  orada  bizim  bəyaz  knyaz la 

nökərinin yemək yediyini gördüm.

Yemək yeyərkən onları seyr etmək çox maraqlı idi.

Onların ikisinin də qabağında bir boşqab kabab vardı. Nə artıq boş qab, nə 

bıçaq, nə çəngəl – başqa heç nə yox idi.

*    Qızıl yunlu qoç.




469

Onlar xoşladığı tikəni əllərilə götürür, yeyir, sür-sümüklərini isə ti kə ləri 

götürdükləri boşqabın içinə qoyurdular.

Vaxt gəldi, ətli tikələrin hamısı yeyilib qurtardı. Bundan sonra onlar sür-

sümüklərin böyür-başında qalmış ət qırıntılarını yenidən gəmirməyə başladılar.

Onlar sümükləri gəmirəndən sonra yenidən boşqaba tullayırdılar.

Nəhayət, ən axırda onlar sümükləri marçıltı ilə bir-bir sorub yemək lərini 

başa çatdırdılar.

Gecə knyaz yalnız ayağındakı çəkmələri çıxarıb pal-paltarlı yerinə uzandı, 

nökəri gəlib onun ayaqlarını qaşımağa başladı.

Yəqin mənə deyəcəksiniz ki, bunlar hamısı vəhşilik əlamətidir.

Qoy siz deyən olsun, ancaq bu vəhşilik ibtidai icma dövrünün ən yük sək 

keyfiyyətlərinin qalıqlarıdır. Bir vaxt gələr, mədəni tərəqqi bu in sanları da öz 

ağuşuna alar və qısa bir zamanda onların arasında özünə əbə  di yer tapar.

O zaman bu adamlar qara frak geyib, ağ qalstuk taxacaqlar və baş la rına 

dəyirmi şlyapa qoyacaqlar.

O  zaman  onların  silahlarının  qızılı  bəzək-düzəyi  və  qəlblərindəki  qı zıl 

hərisliyi yox olacaq.

Knyaz ayaqlarını qaşıtdırıb yuxuya getdiyi vaxt mən işləyirdim.

Bayaq söylədiyim kimi, mənim otağım çuqun soba ilə qızdırılırdı. İşin pis 

tərəfi elə bu idi. Sobanı yandıran kimi içəri elə isinirdi ki, qapı-pən  cərəni açmağa 

məcbur olurdum. Elə həmin dəqiqə çöldən gələn so yuq dan donurdum. Ancaq 

ikisindən birini – soyuqdan donmağı və ya isti dən nəfəsi kəsilib ölməyi seçmək 

lazım idi.

Mən Kazanda aldığım mis ləyənlərdən birini götürdüm, onu su ilə doldu-

rub sobanın üstünə qoydum. Bu ağıllı fikir otağımın havasını elə tənzimlədi ki, 

nəfəs almaq daha asan oldu.

Nəhayət, mən də yerimə uzandım.

Ancaq yatağıma uzanan kimi bir şey məni narahat etməyə başladı ki, bu da 

ayaqlarımın altından gələn səslər idi.

Qeyd etdim ki, usta Yakovun evi arakəsmələrin üstündə tikilmişdi. Deməli, 

ayaqlarımın altında böyük zirzəmi vardı.

Evin döşəməsi deşik-deşik idi.

Bütün  ətrafdakı  donuzlar  gəlib  bu  zirzəmiyə  yığışmışdılar.  Onların  çı-

xardığı səslərdən müəyyən etmək olardı ki, aşağıda əsl toy-bayramdır.

Elə təzəcə uzanıb yatmaq istəyirdim ki, işləyərkən diqqətimi bir o qə dər də 

yayındırmayan tappıltı səsləri daha dözülməz hal aldı.

Bu  donuzların  xortultuları,  cır  qışqırtıları,  biri-birini  gəmirərkən  çı xar-

dıqları  səslər  və  hərəkətlər  idi;  bunlar  qətiyyən  ara  vermir  və  getdikcə  da ha 

dəhşətlə güclənir, yenidən başlanırdı.




470

Hirsimdən qan beynimə vurdu; yorğunluq məni əldən salmışdı, an caq 

yata bilmirdim.

Nəhayət, ağlıma çox ağıllı bir fikir gəldi.

Sobanın üstündə istiliyi otuz dərəcəyə çatan su vardı, ayağımın al tın dakı 

döşəmə isə deşik-deşik idi.

Yerimdən qalxıb mis ləyəni götürdüm, taxtaların deşiyindən toy-bay ram 

edən dişi və erkək donuzların harada olduqlarını dəqiq təyin et dim və taxtaların 

arasından qaynar suyu düz onların üstünə tökdüm – san  ki onlar qaynar su ilə duş 

qəbul edirdilər.

Donuzlar tükürpədici səslə qışqırıb dəstə ilə həyətə götürüldülər. Zir zəmidə 

bir donuz da qalmadı.

Nəticədə səslər kəsildi və mən də rahatca yatdım.



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə