Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə192/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   188   189   190   191   192   193   194   195   ...   203

460

aldı. Qayıqçılarımızdan biri yerə düşdü, qayığı çəkdi və biz in di yə qədər həsrətini 

çəkdiyimiz Poti yarımadasında yerə düşdük və dizə qə dər palçığa batdıq. 

Təcili  gəmi  barədə  məlumat  aldıq:  gəmi  yanvarın  20-də  gəlmiş  və  21-

də,  yəni  bir  gün  qabaq  yenidən  yola  düşüb  getmişdi;  həmin  vaxt  biz  yolda 

olmuşduq…

Beləliklə, Potini nə zaman tərk edəcəyimizi bir Allah bilirdi.

Təəssüflə başımı aşağı salıb on-on iki taxta evə – yəni şəhərə tərəf irə-

liləməyə başladım.

Moynenin üzünə baxmağa ürək etmirdim.




461

LX FƏSİL

II ALEKSANDRIN FƏRMANI İLƏ DƏNİZ LİMANI 

VƏ ŞƏHƏR STATUSU ALMIŞ POTİ 

Əslində başını aşağı salıb getmək heç də pis şey deyil, başıaşağı ge dəndə 

ayağının altına baxırsan.

Yasonun dövründə Mars çölünün necə olduğunu deyə bilmərəm; bu gün 

isə həmin yer palçıq gölündən, yəni bataqlıqdan başqa bir şey deyil; əgər orada 

yarım saat eyni yerdə dayanıb dursan, birdəfəlik batarsan.

Qabaqdakı çuxurun üstündən tullanıb keçmək üçün gözlərimi qal dır  dıqda 

çuxurun  o  biri  tərəfində  yaraşıqlı  knyaz  İnqheradzeni  və  yanın da kı  adamları 

gördüm.

Aman Allah, onun əynindəki ağappaq, gözəl çərkəzi paltarı nə gün dəydi?! 



Palçıqdan başdan-ayağa ləkə-ləkə olmuşdu.

Artıq o, sehrli nağıllardakı gözəl knyaz deyildi, xeyr, o, indi Xallı bə birə 

oxşayırdı.

Onun əhvalı tamam pozulmuşdu. Knyaz Baryatinski gəmidə olma mışdı.

Yalnız bir şey ona təskinlik verirdi; məsələ burasında idi ki, əgər knyaz 

Baryatinski təyin olunmuş gündə gəlib çıxsaydı, indi yolda olardı. Bu elə belə 

də olmuşdu. O, Potiyə çatanda gəmi artıq yola düşmüşdü.

Mən ondan adamları ilə birlikdə yolu necə gəldiklərini və bura nə vaxt 

çatdıqlarını soruşdum. Onlar Potiyə axşam saat 11-də gəlib çatmış dı lar; knyaz 

və nökəri atla, onu müşayiət edən üç nəfər isə piyada.

– Deməli, siz bu üç adamınıza at tapa bilmədiniz? – ondan soruş dum.

– Atın olub-olmadığını bilmirəm, – o mənə cavabında bildirdi, – an caq 

deyəsən varıydı, lakin onlar özləri atla gəlmək istəməzdilər.

– Bəs nə üçün onlar ata minmək istəmirlər? – soruşdum.

– Çünki piyada getmək onların xidməti borcudur, – o cavab verdi.

Bunun  mənasını  başa  düşmədim,  odur  ki,  “xidməti  borc”  sözünün  nə 

demək olduğunu öyrənmək istədim.

Knyazların yanında özlərinin müəyyən sayda vassalları olur; onlar tor paq 

vergilərindən əlavə, şəxsi mükəlləfiyyətləri, borcları da yerinə ye tir məlidirlər. 

Onlardan bəziləri knyazı piyada, bəziləri isə atla müşayiət et  mə  lidir; bu, onların 

xidməti  borclarıdır.  Knyazın  sol  ayağına  uzunboğaz  çək  mə  tikmək  də  belə 

vəzifələrdəndir.  Bəziləri  ağa,  yəni  knyaz  yemək  ye yəndə  onun  milçəklərini 

qovurlar. Bəziləri ağa yatanda onun ayaqlarını qaşıyırlar.

Dünyada heç kim, heç nə knyazı atla müşayiət edənləri piyada get məyə 

məcbur edə bilməz. Heç bir qüvvə onun sağ ayağına çəkmə tikənə sol ayaq üçün 

də  çəkmə  tikdirə  bilməz.  Heç  bir  hədə,  yaxud  cəza  ilə  mil çək qovanları  ayaq 

qaşımağa, yaxud da əksinə məcbur etmək olmaz.



462

İndi qış olduğundan knyazın yanında milçəkqovan yox idi. Ancaq onun 

ayaqqaşıyanı yanındaydı, çünki ayağı bütün fəsillərdə qaşıyırdılar.

Minqreldə və İmeretiyada faytonların hərəkəti üçün yollar olmadı ğın dan 

qadınlar da kişilər kimi at belində gəzərlər; uzaqdan onları əyin lərindəki uzun, 

genqol mantolardan tanımaq olur.

Sankt-Peterburqda  görmək  şərəfinə  nail  olduğum  knyaginya  Da dia ninin 

mantosu qırmızı idi.

Knyazların  məiyyəti  –  nökərləri,  şahin  gəzdirəni,  atlı  və  piyada  mü şa-

yiətçiləri olduğu kimi, knyaginyaların da belə məiyyəti vardır. Bir qay da olaraq 

onların yanında keşiş, iki qadın, piyada və atlı beş-altı nəfər si lah lı nökər olur. 

Lazım gələndə keşişlər də silaha əl atırlar.

O, ova çıxarkən adətən öz dəstəsinə knyaginyaları, bir sədəqə pay layanı və 

iki xanımı da əlavə edir; bunlardan başqa, dəstəyə beş-altı nəfər at lı kişi, elə o 

qədər də piyada əlavə olunur.

Knyaginya Dadianini demək olar ki, həmişə on iki nəfər adlı-sanlı xanım 

müşayiət edirdi.

Onun iki iqamətgahı var idi – qış və yay iqamətgahı. Zuqdidi onun qış, 

Qordi isə yay iqamətgahı sayılırdı.

Minqrel təxminən yüz iyirmi min əhalisi olan otuz min ailəlik kiçik bir 

knyazlıqdır. Buraya hamının Dadianinin Svanetiyası adlandırdığı Sva  ne ti yanın 

bir hissəsini də əlavə etmək lazımdır.

Svanetiyanın o biri hissəsi isə müstəqil idi.

Nəhayət, Svanetiyanın üçüncü hissəsi isə Dadeşkeliani knyazlarının mül-

kü sayılır.

İki-üç il bundan əvvəl məhz bu knyazlardan biri Kutaisinin quber natoru 

knyaz Qaqarini qətlə yetirmişdi. Qafqazın Elbrus dağına söykənən bu guşəsində 

ədavət bəzən vəhşilik dərəcəsinə çatır.

Dadeşkelianilərdən  olan  digər  bir  knyaz  öz  yaxın  qohumundan,  əmi si 

oğlundan  intiqam  almaq  məqsədilə  gecə  vaxtı  evinə  od  vurub  yan dırır.  Evdə 

onun  və  düşməninin  nənəsi  yanıb  kül  olur.  Səhəri  gün  evə  od  vu ran  başına-

gözünə döyməyə başlayır – evdə yanan qadın onun da doğ ma nənəsi idi. Ancaq 

artıq gec idi, biçarə qadın tələf olmuşdu.

Svanetlər  dağlarda  yaşayırlar;  ruslar  onlardan  milis  dəstələri  yarat maq 

istəyirdilər, ancaq bütün svanet milislər düzənliyə enəndə müxtəlif xəstəlikdən 

ölürlər.


Svanetlər  xristianlıq  ənənələrini  qoruyub  saxlamışlar.  Ruslar  onlar dan 

çoxunu döndərib babtist etmişlər və deyilənlərə görə, mərhum krali ça Tamara 

həmin bu babtist kilsələrindən birində dəfn edilmişdir.

Valais  əhalisində  olduğu  kimi,  bunlarda  da  yod  çatışmazlığından  ağıl-

dankəm olanlara və ur xəstəliyinə tutulanlara rast gəlmək olur.

Minqrel ilə Abxaziya arasında kiçik, müstəqil bir yer də vardır ki, bu rada 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə