Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə200/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   195   196   197   198   199   200   201   202   203

483

göyərtəsində. Vasili heç bir etiraz etmədən təslim oldu. Ancaq gə mi dən düşərkən 

onun dediyi sözlər məni yaman kövrəltdi. 

– Dörd günə mənim pasportum olacaq və bir aydan sonra sizinlə Pa risdə 

görüşərik!

Mən zabitdən xahiş edərək bu oğlana kömək etmək üçün icazə is tə dim. 

Mən səyahət üçün lazımi məbləği ona verməkdən ötrü hələ onu ki fa yət qədər 

tanımırdım. 500-600 frank pul onu yolundan da çıxara bi lər di, necə deyərlər, 

şərait  adamı  oğru  edir.  Onu  özümlə  aparmağa  imkanım  ça tırdı.  Lakin  həmin 

pulu ona verə bilməzdim.

Hər şeydən əvvəl, mən ona polkovnik Romanova ünvanlanmış bir mək tub 

yazıb verdim və o, həmin bu məktubun köməyilə pasport əldə edə biləcəkdi. 

Sonra isə aşağıdakı məzmunda başqa bir kağız da verdim:

“Potidə  mənim  yanıma  xidmətə  götürülmüş  və  pasportu  olmadı ğın dan 

ölkəni tərk edə bilməyən gürcü Vasiliyə şəxsən zamin olaraq onun mü ra ciət et-

diyi hər kəsdən, xüsusilə də fransız gəmilərinin kapitanla rın dan və konsulluğun 

rütbəli məmurlarından ona kömək etməyi xahiş edi rəm. Bunun üçün sərf oluna-

caq bütün xərcləri öz boynuma götürəcəyimə dair söz verirəm, həmin xərcləri 

şəxsi vekselimə köçürə bilərsiniz. 

Paris şəhəri, Amsterdam küçəsi, ev №177 

ünvanda yaşayan Aleksandr Düma.

Poti, 1 fevral (rus təqvimi ilə) – 

13 fevral (fransız təqvimi ilə)”

Mən bu iki kağızı ona verib dedim:

– Get, əgər sən həqiqətən də düşündüyüm qədər fərasətlisənsə, bu ka ğız-

larla Parisə gəlib çıxa bilərsən.

Vasili bəxtinə və bu kağızlara ümid edərək zabitə və əsgərlərə təs lim oldu. 

“Böyük  hersoq  Konstantin”  lövbərini  qaldıranda  və  biz  Trabzona  tə rəf 

yola düşəndə onu aparan qayıq hələ suyun üzündə görünürdü. 

Dediyim  kimi,  “Böyük  hersoq  Konstantin”  gəmisi  çox  gözəl  bir  gə mi-

dir,  onun  yaxşı  bir  kapitanı  var  və  gəmi  onun  bir  sözü  ilə  hərəkətə  gə lir:  bu 

gəmidə fransızdan çox holland təmizliyi, səliqə-sahmanı hiss olu nur. Gəminin 

göyərtəsində və arxa tərəfində kapitanın iki kayutu var: o, ar xa dakı kayutu mənə 

verdi ki, lazım olsa, orada işləyə bilim. Kayutda tər-təmiz yataq dəsti, çarpayının 

üstündə  döşək  də  vardı  –  altı  ay  idi  ki,  mən  belə  səliqə-sahmandan  məhrum 

olmuşdum. Mən kilsənin mehrabı qar şısında diz çöküb səcdə etdiyim kimi, bu 

çarpayının qabağında da diz çök mək istəyirdim.

İşləmək? Yox, başqa gecə də işləmək olar! Bu gecəni isə səhərəcən bu ağ 

yataqda keçirəcəyəm.

Əgər yemək vaxtını bildirən gəmi saatı səslənməsəydi, elə o saat özü mü 

çarpayının üstünə salacaqdım.

Mən göyərtədəki yemək otağına gəldim.




484

Cəmisi beş, ya altı nəfər olmağımıza baxmayaraq, süfrədəki yemək iyir mi 

nəfərə çatardı. Təkcə naharın bol olması yox, xidmətin təmiz, səli qə li olması da 

çox xoşumuza gəldi.

Potinin  şəhər  statusu  alması  münasibətilə  keçirdiyimiz  ziyafətdə  də 

süfrəmiz belə zəngin idi, ancaq biz orada belə təmizlik yarada bil mə miş dik.

Qori şəhərindən çıxandan indiyə qədər, yəni Qriqorinin qaynının – yəni 

şəhərin bələdiyyə rəisinin evində yediyimiz nahardan sonra indiyə ki mi heç bir 

süfrədə barmaqlarımızı yalamaq fürsəti əldə etməmişdik.

İtalyanların  yarımallah  kimi  şərəfləndirdiyi  təmizlik,  icazə  ver,  səni  bir 

müqəddəs kimi vəsf edim! Bilmirəm nahar süfrəsinin bizə belə xoş gəl məsinin 

səbəbi süfrələrin, yoxsa dəsmalların ağlığı idi? Təkcə bunu bilirəm ki, “Böyük 

hersoq Konstantin”ində etdiyim nahar həyatımın ən yad daqalan naharlardan biri 

idi.


Nahardan sonra biz göyərtəyə çıxdıq, mövsümə görə hava gözəl idi, gəmi 

elə  yavaş-yavaş  hərəkət  edirdi  ki,  beş  franklıq  otaqlarda  yatanlar  da  ayağa 

qalxmışdılar.

Sahilin  görünüşü  ecazkardı;  Qafqaz  sanki  Qara  dənizi  köksünə  çək mək 

üçün iki nəhəng qolunu açmışdı: sanki bir əli Tamana, o birisi isə Bos fora qədər 

uzanmışdı.

Şərqin bütün axınları məhz bu iki qolun arasından keçib Asiyadan Avropa-

ya gəlmişdir.

Bu iki nəhəng dağ silsiləsinin arasındakı ərazi tamamilə düzənlik dir, hər 

yer başdan-ayağa kimi meşə ilə örtülmüşdür.

Sahilboyu bir dənə də olsun ev gözə dəymirdi.

Biz  Quriya  və  Lazistanın  sahilləri  boyu  irəliləyirdik;  son  müqavilə lərə 

görə, bu yerlər Rusiyaya birləşdirilmişdir və artıq çar II Aleksandr im pe riyasının 

sərhədləri  Müqəddəs  Nikolay  qalasına  qədər  uzanır;  indi yə cən  heç  vaxt  bu 

sərhədlər Türkiyəyə bu qədər yaxın olmamışdır.

Batum indi Rusiyanın Qara dənizdəki ən cənub dəniz limanıdır.

Biz saat on ikidə Batumda dayanıb sərnişin və yük götürməliydik; məhz bu 

səbəbdən də Trabzona otuz altı saata gedib çıxmışdıq, ancaq düz yolla getsəydik, 

on beş-on səkkiz saata ora çatmaq olardı.

Axşam düşdü və boz üfüqün arxasında hər şey bir-birinə qarışıb gö rün məz 

oldu, artıq ətrafda heç bir şey gözə dəyməyəndə Qafqaz sıra dağ larının hər iki 

qolunun gümüşü rəngli zirvələri hələ də yerindəcə ilişib qal mış buludlar kimi 

parlayırdı.

Mən oyananda gəmi yerində dayanmışdı, biz Batum limanında idik.

Şəhərə, yəni Batum kəndinə ötəri nəzər salan Moyne onun şəklini çək di, 

mən isə bütün günü kapitan kayutunda işləməklə keçirtdim.

Axşam saat səkkizdə gəmi yerindən tərpəndi. Kapitan əminliklə bil dir di ki, 

dan ağaranda Trabzonu görəcəyik.

Səhər  tezdən  mən  göyərtədə  idim,  yatağın  yumşaqlığına,  mələfə lərin 



485

təmizliyinə baxmayaraq, nədənsə, daxili narahatlıq məni yatmağa qoy mamışdı. 

Məsələ burasında idi ki, adətən, fransız gəmiləri Trabzondan şənbə gün ləri 

yola düşür, rus gəmiləri isə Krım sahillərində hava şəraitinin pis olması üzündən 

bir gün yubanır və Trabzona yalnız bazar günü çatır.

Narahatlığımı başa düşən kapitan məni sakitləşdirməyə başladı.

O,  dənizçi  gözü  ilə  Trabzon  limanında  fransız  gəmisinin  dayandığı nı 

görmüşdü, hətta onun fikrincə, bu, “Sülli” gəmisi idi.

Kapitan yanılmırdı, həqiqətən, bir saat sonra biz “Sülli”nin yanın dan keçir-

dik və mən “Böyük hersoq Konstantin”in göyərtəsindən qışqıra raq soruşdum:

– Saat neçədə yola düşürsünüz?

Növbətçi komandir köməkçisinin səsi eşidildi:

– Bu gecə saat dörddə.

Gecə saat dörddə, kapitanla vidalaşdıqdan sonra həddindən artıq ağır yükü-

müzü “Sulli”nin göyərtəsinə yüklədik və Samsun, Sinop və İne bol limanlarında 

lövbər salıb azacıq dayandıqdan sonra İstanbula doğru hə rəkət etdik.




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə