Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə202/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   195   196   197   198   199   200   201   202   203

489

Mən həmin deşikdən baxdım.

Qabardin  kişilər  və  qadınlar  ayrı-ayrı  oturmuş,  hamısı  fikir-xəyal  alə-

mindəydilər  və  onlar  indicə  gördüyüm  ikinci  gəzintidən  başqa  səhər dən  bəri 

yerlərindən tərpənməmişdilər. Bütün bunların hamısı adamda son dərəcə ikrah 

hissi oyadırdı. Ən qəribəsi bu idi ki, bir-birinə düşmən olan iki tayfa eyni vaxtda 

və eyni məqsədlə gəlib “Sülli” gəmisinə çıx mış dılar.

Bu arada yemək saatı yetişdi.

– Hazırsınız? – gəminin kapitanı baş mexanikdən soruşdu.

– Bəli, mənim kapitanım! – o birisi cavab verdi.

– Yaxşı, elə isə lövbəri qaldıraq və tam sürətlə hərəkət edək, onsuz da bir 

gün yubanmışıq və qarşıda hava pisləşə də bilər.

Həqiqətən,  skripka  köklənmişdi.  Əziz  oxucu,  yəqin  məndən  soruşa caq-

sınız ki, bu nə skripkadır? Skripka – gəmi yırğalanarkən qab-qacağın, qaşıq və 

şüşələrin diyirlənib masanın üstündən düşməməsi üçün kəndir dən düzəldilmiş 

bir vasitədir.

Biz kapitanın masasının arxasında üç nəfər idik: Moyne, Qriqori və mən.

Nəhayət, yalnız ikimiz: Moyne və mən qaldıq. Qriqori artıq öz ya ta ğında 

idi.

Hələ  sahildə  dayanan  gəminin  azacıq  yırğalanması  Qriqorinin  ürə yi ni 



bulandırmışdı.

Yemək zamanı gəmi yola düşdü.

Yeməkdən sonra biz böyük səs-küy, haray-qışqırıq səsləri eşitdik və elə 

həmin dəqiqə kapitanın növbətçi köməkçisi içəri girdi və həyə can la həkim lazım 

olduğunu bildirdi.

Həkim yerindən qalxdı.

– Nə baş verib? – hamımız bir səslə soruşduq.

– İki dəstənin başçısı dalaşıb, – kapitanın köməkçisi marselli ləhcə si ilə 

dedi, onun bu danışığı qulaqlarımızı oxşadı, bir ilə yaxın idi ki, biz yal nız rusca 

danışıq eşidirdik, – onlardan biri bıçaqla o birinin sifətini ya ra layıbdır.

– Yaxşı,  –  kapitan  öz  yerində  yenidən  oturaraq  dilləndi,  –  onda  bı çaq-

layanın əllərini qandallayın.

Həkim kapitan köməkçisinin ardınca çıxdı; aşağıdan ayaq səsləri eşi dildi, 

sanki yenə dalaşdılar; sonra araya sakitlik çökdü.

On dəqiqədən sonra həkim qayıdıb gəldi.

– Hə, de görək orada nə baş verib? – Kapitan Daqer soruşdu.

–  Xəncər  yarası  çox  ağırdır,  –  həkim  cavab  verdi,  –  yaralanan  ada mın 

sifətində qaşından çənəsinə qədər düz xətt boyunca şırım açılıb, sağ gö zü də tən 

ortadan iki yerə bölünüb.

– O bu yaradan ölməz ki? – kapitan soruşdu.

– Yox, ancaq bundan belə korlar səltənətinin kralı ola bilər. 

– Deməli, o, taygöz qalacaq, eləmi? – mən də öz növbəmdə dillən dim.




490

– Eh! O artıq taygözdür.

– Bəs, o zərbə vuran necə, – kapitan soruşdu, – əllərini qandalla dı nız, ya yox?

– Bəli, kapitan.

– Çox yaxşı.

Kapitan sözünü təzəcə bitirmişdi ki, “Sülli”nin dilmancı içəri daxil oldu.

– Kapitan, – o dedi, – qabardinlərin nümayəndə heyəti sizinlə da nış maq 

istəyir.


– Onlar məndən nə istəyirlər? 

– Sözlərini yalnız sizə deyəcəklər.

– Buraxın gəlsinlər.

Heyət içəri daxil oldu: bu, dörd nəfər kişi idi; onlara qadınları gə zin tiyə 

aparan həmin ahıl qoca başçılıq edirdi.

– Sözünüzü deyin, – deyə kapitan yerindən qalxmadan dilləndi.

Qoca danışmağa başladı.

– O nə deyir? – qoca sözünü qurtaranda kapitan Daqer dilmancdan soruşdu.

– Kapitan, o deyir ki, siz qandalladığınız adamı azad etməlisiniz.

– Mən nə üçün onu azad etməliyəm?

– Ona görə ki, savaşma dağlıların arasında baş verib, belə ki, bu işə fran-

sız məhkəməsi qarışa bilməz və həm də əgər ortada günahkar varsa, onu özləri 

cəzalandıracaqlar.

– Onlara çatdırın ki, kapitan deyir, gəmiyə ayaq basdıqları andan Fran-

sa  qanunlarına  tabedirlər,  nə  qədər  ki  bu  gəminin  kapitanı  mənəm,  bü tün 

mübahisələr fransız qaydası ilə, özü də mənim bildiyim kimi, mə nim tərəfimdən 

yoluna qoyulacaq.

– Ancaq kapitan… onlar istəyirlər ki...

– Gedin! Gedin! – kapitan dedi. – Bu insan tacirlərinə başa salın ki, yer-

lərinə qayıdıb səslərini kəssinlər, yoxsa başlarına elə oyun açaram ki, əlimdən 

qurtara bilməzlər!

Kapitan  Daqer  nadir  hallarda  and  içərdi;  ancaq  elə  ki  and  içdi,  de mə li, 

zarafatın yeri deyil.

Dilmanc nümayəndələri qabağa buraxaraq onların ardınca çıxdı.

Kapitan köməkçisi yemək otağına hövlnak daxil olanda biz qəhvə içir dik.

– Kapitan, – o dedi, – qabardinlər arasında qiyam başlayıbdır.

– Qiyam? – kapitan soruşdu. – Nə münasibətlə?

– Onlar həmvətənlərini azad etməyinizi tələb edirlər.

– Necə yəni, tələb edirlər? – kapitan hədələyici bir qəhqəhə ilə dedi.

Əks halda, onlar deyirlər ki…

Köməkçi dayandı:

– Yoxsa nə?

–  Hə,  deyirlər  ki,  onlar  sayca  çoxdurlar  və  silahlıdırlar,  istədiklərini  öz 

xoşunuza verməsəniz, bunu zorla ala bilərlər.




491

–  Göyərtədəki  top  yerlərinin  hamısını  bağlayın  –  deyə  kapitan  sa kit cə 

cavab verdi, – və ora qazanxanadan isti su tökün!

Sonra yerinə oturaraq:

Siz qəhvə ilə araq içmirsiniz, müsyö Düma? – o mənə dedi.

– Qətiyyən, kapitan.

– Bu heç yaxşı olmadı, siz özünüzü üçqat ləzzətdən məhrum edir si niz: heç 

sözsüz ki, qəhvə ləzzətli şeydir, ancaq araqla qəhvənin qarışığı ta mam başqadır, 

biz buna “qloriya” deyirik...

Kapitan öz “qloriya”sından bir qurtum aldı.

O,  əlindəki  fincanı  nəlbəkisinə  qoymaq  istəyirdi  ki,  qışqır-bağır  səs lə ri 

eşidildi.

– Kapitan, bu nə deməkdir? – soruşdum.

– Qabardinlərdir, maşinist onların üstünə qaynar su tökür.

Bu zaman dilmanc daxil oldu.

– Hə, bizim qiyamçıların halı necədir? – kapitan soruşdu.

– Kapitan, onlar heç bir şərtsiz tabe olurlar.

– Bu başqa məsələ. Su kranlarını bağlayın, ancaq deşikləri açmayın.

Su kranlarını bağladılar və hər şey qaydaya düşdü.

Gələn həftənin cümə axşamı biz Qızıl Buynuzda lövbər salacaqdıq.

Bizim  Qafqaza  səyahətimiz  sözün  həqiqi  mənasında  Potini  tərk  et di-

yimiz gün başa çatmışdı, təkcə bu qabardinlərlə ayrılmaq qalırdı… bu isə yalnız 

İstanbulda həyata keçdi.

***


Günlərin bir günü aşpaz qadın səhər saat altıda təlaşla otağıma daxil olub məni 

oyatdı.


– Müsyö, – o mənə dedi, – aşağıda bir nəfər var, heç bir dil bilmir, elə təkcə 

“Müsyö Düma” kəlməsini təkrarlayır və zorla içəri girmək istə yir.

Pilləkənləri  dörd-dörd  endim,  ürəyimə  dammışdı  ki,  mənim  yanıma  gə lən 

Vasili olacaq.

Yanılmamışdım. Bu qoçaq oğlan özü Kutaisidən Parisə gəlmişdi, iyir mi yeddi 

gün İstanbulda xəstə yatmış və bütün yolboyu cəmi altmış bir frank əlli santim pul 

xərcləmişdi. O, fransızca bircə kəlmə də bilmə dən gəlib Parisdə məni tapmışdı.

Hörmətli oxucu, ümidvaram ki, indi siz də Vasilinin fərasətindən ra zı qalarsınız.




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə