Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə199/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   195   196   197   198   199   200   201   202   203

480

Balıqçılar  bizi  burada  gözləyirdilər;  onlar  iki  qayığa  minmişdilər,  hər 

qayıqda ən aşağısı səkkiz-on nəfər adam vardı.

Üçüncü qayıq isə iki avarçəkənlə sahildə dayanmışdı; bu, bizim qa yıq idi. 

Biz ona mindik və şərqə tərəf üzməyə başladıq.

Get-gedə kanal genişlənirdi və bir azdan o, sahəsi üç lyö

 

olan gölə çevrildi. 



Elə ki gölün içinə doğru bir verst irəlilədik, balıqçıların qayıqları da yandı və 

onlar nəhəng toru hazırlamağa başladılar.

Qayıqlardan  biri  yerindəcə  dayandı,  o  birisi  isə  üzərək  böyük  bir  dairə 

cızmağa başladı, onun içindəkilər isə toru suya atırdılar.

Sonra dairə qapandı. Bir saat sonra hər iki qayıqdakı balıqçılar toru çə kib 

yığmağa başladılar.

Ovumla  kifayətlənməli  idim,  tordakı  balıqların  çəkisi  əlli  girvən kə dən 

artıq idi.

Ancaq maraq üçün xahiş etdim ki, toru ikinci dəfə də atsınlar.

Yenidən işə başladıq.

Tora ikinci dəfə əvvəlkindən ikiqat artıq balıq düşmüşdü.

İki  saat  idi  ki,  balıq  tuturduq;  balıqçılara  iki  rubl  verməliydim,  bu nun 

əvəzində isə onlardan, yüz-yüz əlli girvənkə təzə balıq alacaqdım.

Mən  bir  ədəd  otuz  girvənkəlik  çəki  balığı  ilə,  iki  iri  suf  və  hamının 

dabanbalığı adlandırdığı üç ədəd yastı balıqla kifayətləndim. Yerdə qa lan ları isə 

balıqçılara verdik. Balıqçılar ovdan çox razı qalmışdılar. 

Bizim  payımıza  düşən  balıqların  qəlsəmələrinə  bir  ip  keçirdilər,  ucu nu 

qayığın arxasına bağlayıb suya buraxdılar ki, balıqlar diri qalsın. Quruya çıxan 

kimi Vasili onların qəlsəmələrindən sallanan ipləri tutub balıqları dalına atdı: bu, 

lap onun yükü idi.

Balıqlar atılıb-düşərək can verdikcə, günəşin şüaları onların pulcuq lar da 

əks  olunaraq  qızılı  və  gümüşü  rəngə  çalırdı;  bundan  gözəl  mənzərə  tə səv vür 

etmək çətindir.

Yeməklərimizdəki rəngarənglik gündən-günə artırdı.

“Bəyaz” knyaz ömründə belə zəngin süfrə görməmişdi, hətta o bizə hə-

mişəlik burada qalmağı təklif edirdi.

Onun  adamları  da  böyük  təəccüb  içindəydilər;  onlar  süfrədəki  təam dan 

mədələri tutana qədər doyunca yeyirdilər.

Biz  süfrəmizdəki  yeməklərdən  türk  tacirimizə  göndərirdik.  O,  bi zim 

göndərdiyimiz  hər  şeyi  fərq  qoymadan  yeyirdi:  çaxırda  bişən  balığı,  do nuz 

piyində bişən kələmi…

Vasili başda olmaqla, evin bütün sakinlərinə də süfrəmizin artıq la rın dan 

pay çatırdı. Əgər burada bir az da qalsaydıq, bütün Potini yedirə cək dik.

Vasili ilə möhkəm dostlaşmışdım; bir gün Qriqorinin vasitəsilə mə nimlə 

Fransaya getmək istəyib-istəmədiyini soruşdum.



481

O,  sevincdən  qışqırdı,  dedi  ki,  bu,  onun  ən  böyük  arzusudur;  lakin  özü 

mənə deməyə ürək eləmirdi.

Qərara aldıq ki, mənimlə birlikdə Fransaya gedək. Təkcə bir şey ma ne ol-

urdu – ona pasport lazım idi.

Vasili Qoridən idi, pasport almaq üçün gərək qayıdıb Qoriyə gedəy di: ora 

getmək üçün ən azı beş gün gərəkdi, bir o qədər də qayıdanbaşa la zım idi – 

bu da eləyirdi on gün. On günə qədər də biz yəqin ki, yola dü şə cəkdik. O bu 

məsələni yoldaşlarından birinin pasportunu almaqla həll et mək niyyətində idi; 

belə bir pasport bizə Trabzona qədər lazım ola caq dı, Trabzonda biz bir fransız 

sərnişin gəmisinə minəcəkdik, mənim pas por tumda “bir nökərlə birlikdə” qeydi 

olduğundan, məsələ öz-özünə həll olu nurdu.

Deməli, bizim yola düşməyimiz üçün çatışmayan tək şey gəmi idi.

Nəhayət, fevralın birində səhər bir buxar gəmisi göründü və yarım saat 

sonra bizə xəbər verdilər ki, “Böyük hersoq Konstantin” gəmisi iki verst aralıda 

lövbər salmışdır və bu gəmi günortadan sonra saat üçdə yola dü şəcək. 

Bizi,  yəni  sərnişinləri  dənizdəki  gəmiyə  aparan  kiçik  çay  gəmisi  ar tıq 

tüstüləməyə başlamışdı, o, günorta yola düşəcəkdi.

Knyaz Baryatinski bu gəmi ilə də gəlməmişdi.

Bütün bunları bizə knyaz Solomon İnqheradze xəbər verirdi; o, hələ də 

gəlib  çıxmayan  knyazı  qarşılamaq  üçün  qəşəng  geyinib-keçinmişdi:  ala-bula, 

ləkəli  çərkəzinin  əvəzinə,  qızılı  işləməli  qara  çərkəzi  geymişdi.  Geyiminin 

üstündən və kəmərindən asdığı silahlar ona xüsusi yaraşıq ve rirdi.

Mən Qriqoriyə tapşırdım ki, Yakova olan borcumuzu öyrənsin. On də qiqə 

sonra o, qanıqara halda gəldi və haqq-hesab kağızını mənə təqdim etdi.

Bizim borcumuz səksən rubla çatmışdı. Bu isə üç yüz dörd frank edir di, 

yəni bizim başımıza at təpmişdi ki, üç yüz dörd frank pul xərc lə miş dik? Belə 

çıxırdı ki, günə qırx franka qədər xərcləmişdik?

Potidə  qaldığımız  səkkiz  günün  düz  bir  həftəsində  biz  öz  yeməyi mi zi 

yemişdik. Altı gün biz ya meşədə etdiyimiz ovun, ya da ki, tutdu ğu muz balığın 

hesabına yaşamışdıq.

Belə çıxırdı ki, bizim təkcə mənzilimizin haqqı iyirmi dörd rubl edir di.

Mənim otağımla – bunun necə otaq olduğunu siz bilirsiniz – yan ota  ğın 

kirayə haqqı gündə iki rubl edirdi. Bu qiymət Luvr mehmanxa na sın dakından da 

dörd frank baha idi!

Bəyaz  knyazla  öz  otağının  kirayə  haqqını  hesablayan  Moyne  –  bi zim 

bəyaz knyazımız xallı knyaz olandan sonra indi dönüb olmuşdu qara knyaz – 

cəmi dörd frank ödədi.

Qalan şeylər də eyni baha qiymətlə hesablanmışdı – biz qırx frank lıq çay, 

yüz franklıq çaxır içmişdik.

– Hə, gördün, – mən Qriqoriyə dedim, – dedim axı, haqq-hesabı qa baq-

cadan razılaşmaq lazımdır!




482

Biz pulu, yəni səksən rublu ödədik, daha doğrusu, mən ödədim. Tifl is dən 

Potiyə qədər min iki yüz frankdan artıq xərcləmişdik.

Knyaz İnqheradze bildirdi ki, biz gedən kimi, o da geri qayıdacaq, yə ni 

fevralın yeddisinə kimi tək-tənha oturub knyaz Baryatinskinin Poti yə gəlişini 

gözləməyəcəkdi.

Vasilinin  köməyi  ilə  bizim  bütün  yüklərimiz  Yakovun  mehmanxa na-

sından daşınıb kiçik buxar gəmisinə yükləndi, oradan isə onları böyük gə mi-

yə  aparacaqdılar.  Yüklərimizin  dalınca  biz  çıxdıq,  bizdən  sonra  isə  knyaz 

mehmanxananı tərk etdi.

Mən  belə  xoşsifət,  yaraşıqlı,  gümrah,  diqqətli,  şən,  və  suyuşirin  ada ma 

nadir hallarda rast gəlmişəm. Onu bir daha görəcəyimi deyə bil mə rəm, ancaq 

bütün ömrüm boyu xatırlayacağam.

Biz  yüklərimizi  daşıyan  hambalların  haqqını  verib  rahat  nəfəs  aldıq. 

Deməli, bu axşam son dəfə Potidə əlimizi cibimizə salırdıq və artıq İm pe rator 

Aleksandrın təzə şəhərində hər şeyin çox baha olduğunu bilirdik. 

Nəhayət,  bizim  balaca  gəmimiz  hərəkətə  gəldi;  bu,  yayda  Rioni  ça yı 

daşarkən Marandan Potiyə və əksinə nəqliyyat vasitəsi kimi istifadə olunan gəmi 

idi.

Yarım saatdan sonra biz artıq “Böyük knyaz Konstantin”in göyər tə sində 



idik. Əvvəlcədən Trabzona qədər yolpulumuzu ödəmişdik; bu dəfə xər ci miz az 

çıxmışdı: bizim hərəmizə üç rubl və bir rubl da Vasili üçün.

Onun  pasportu  Trabzona  qədər  etibarlı  olduğuna  görə  “Böyük  knyaz 

Konstantin”ə minərkən heç bir çətinlik olmadı və biz gəminin ar xa sında yer-

imizi tutanda o, gedib qabaqda oturdu.

Gəminin kapitanı yanımıza gəldi; o, fransızca bir az danışa bilirdi. Bu, old-

uqca suyuşirin, cazibəli, iyirmi səkkiz-otuz yaşlarında boylu-bu xun lu cavan bir 

oğlan idi, Sevastopol uğrunda döyüşdə sifətindən aldığı ya radan sonra gözlərini, 

daha doğrusu, kirpiklərini tez-tez qırpmağa vər diş etmişdi. Ancaq elə adam var 

ki, ona hər şey yaraşır, kapitanın da gö zü nü belə tez-tez qırpması onun baxışını 

daha da cazibədar edirdi.

Biz  günortadan  sonra,  saat  birin  yarısında  gəlib  gəmiyə  çatdıq  və  saat 

üçdə  yola  düşməliydik.  Deməli,  saat  üçə  qədər  yüklərimizi  rahatca  gəminin 

göyərtəsində  yerləşdirər,  üstəlik  özümüz  də  rahatlana  bilərdik;  ya  birisi  gün 

gecə, ya da səhər tezdən Trabzonda olacaqdıq.

Gəmiyə  gəldiyimiz  bir  saat  olardı,  mən  gəminin  salonunda  kapitan  kö-

məkçisi  ilə  söhbət  etdiyim  vaxt  xəbər  verdilər  ki,  bir  nəfər  zabit  və  on  iki 

nəfər rus əsgərin mindiyi bir qayıq elə indicə bizim gəmiyə yan alıb və zabit, 

ölkəni sənədsiz-pasportsuz tərk etmək istəyən Rusiya təbəəsi Va silinin gəmidən 

düşməsini tələb edir.

Yazıq Vasiliyə paxıllığı tutan dostu onu satmışdı. 

Rusiya qanunlarına qarşı çıxmaq mənasız idi, xüsusilə də rus gəmi sinin 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə