Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə198/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   195   196   197   198   199   200   201   202   203

477

Onu  da  nəzərə  alın  ki,  hazırlanmış  yemək  boşqaba  çəkilərkən  şirəsi nin 

çoxunu canına çəkir, bərkiyir və bu bərkimənin qarşısını almaq məq sə dilə ona 

bir az maye – xörəyin öz suyundan, şirəsindən əlavə etmək la zım dır. 

Hələ yağ! Siz mənə sual verə bilərsiniz – yağ istehsal olunmayan bir yerdə 

onu necə tapmaq olar? 

Harada  yağlı,  yaxşı  süd  tapsanız,  orada  özünüz  kərə  yağı  hazırlaya  bi-

lərsiniz. Bunun üçün böyük bir şüşə götürün, onu dörddə üç hissəsinə qə dər südlə 

doldurun, ağzını möhkəm bağlayın və sonra onu yarım saata qə dər yaxşı-yaxşı 

çalxalayın, bundan sonra sizin hinduşka yumurtası boy  da kərə yağınız olacaqdır. 

Təzə  yağı  şüşədən  çıxarmaq  istəyirsinizsə,  onu  yenidən  silkələyin,  yağ 

şüşənin ağzına tərəf gələcək və asanlıqla töküləcəkdir. O ki qaldı ça ya, yəqin ki, 

onu özünüz hazırlaya bilərsiniz, elə deyilmi? 

Bəs qəhvə?

Qəhvə iki üsulla hazırlanır: fransızsayağı və türksayağı. 

Fransızsayağı  qəhvə  hazırlamaq  üçün  on  cür  müxtəlif  texniki  vasitə 

lazımdır.  Bunlardan  ən  yaxşısı,  mənim  fikrimcə,  nənələrimizin  əl  süzgə ci dir. 

Ancaq bəlkə də bu on texniki vasitə də sizə kifayət etməz və hətta nə qədər sadə 

olsa da, nənələrimizin əl süzgəci də əlimizin altında olma ya bilər. 

Belə  olduqda  siz  qəhvəni  türk  üsulu  ilə  hazırlaya  bilərsiniz;  məncə,  bu 

daha sadə və ən yaxşı üsuldur: suyu çaydanda qaynadırsınız; bundan əv vəl bir 

neçə qaşıq qəhvə götürürsünüz və onu toz halına düşənə qədər hə vəngdəstədə 

döyürsünüz; neçə qaşıq qəhvə götürmüsünüzsə, bir o qə dər də şəkər, yaxud şəkər 

tozu əlavə edin, bundan sonra elə ki çaydanınız qay nadı və böyük qovuqcuqlar 

üzə çıxdı, qaynanmış qəhvəni fincanlara sü zün. Bir neçə saniyə sonra qəhvənin 

xıltı öz-özünə fincanın dibinə çö kə cək və siz şəffaf qəhvəni içə biləcəksiniz.

Bu yerdə deməmək olmaz ki, knyaz İnqheradze və türk taciri etiraf et dilər 

ki, onlar ömürlərində heç vaxt belə süfrə hazırlamamışdılar.

Moyne  və  Qriqoriyə  gəldikdə  isə,  mənim  mətbəx  bacarığım  olan  yer də 

onlara öyrənməyə bir şey qalmamışdı. Moyne üç-dörd dəfə Sankt-Peterburqda, 

Moskvada və Tiflisdə mənim köməkçim kimi çıxış edərək aşpazlıq sahəsində 

qələbə çaldığımın şahidi olmuşdu. 




478

LXIII FƏSİL

OVDA

Ovçuluq  azarına  tutulmuş  Moynenin  könlünü  almaq  üçün,  mən  sə hər 

ova getməyi, üçüncü gün isə balıq tutmağı təklif etdim. Knyaz İnqhe rad zenin 

Potidəki nüfuzu sayəsində yerlilərdən on iki ovçu da bizə qo şul du.

 Onların arasında knyazı müşayiət edən iki adam, onun nökəri və ayaq-

qaşıyanı da vardı. 

Poti  küçələrinin  palçığı  gündən-günə  bizim  bəyaz  knyazımızı  daha  ala-

bula, çirkli knyaza çevirirdi. Əgər knyaz Baryatinski beş-on gün də yu  bansaydı, 

onun ağ çərkəzi paltarının rəngini seçmək mümkün olma yacaqdı.

Ov edəcəyimiz yer uzaqda deyildi, Fransada deyildiyi kimi, Fazın bir qol-

unu keçsəydik, meşəlikdə olacaqdıq.

Qalın meşə üç-dörd il bundan əvvəl tamamilə budanıb doğranmışdı və indi 

əsl quş ovunun məskəninə çevrilmişdi.

Biz iki qayığa mindik və on dəqiqə sonra meşənin kənarına çatdıq. 

Qriqorinin köməyilə mən ovçulara ovu necə başa düşdüyümü izah et dim. 

Biz, yəni knyaz, Moyne, Qriqori və mən bir xətt boyunca dayan dıq; knyazın sol 

tərəfində dayanan nökərinə və Vasiliyə – get-gedə bu ada mın ağıllı olması daha 

çox hiss olunurdu – göstəriş verdim və ov baş lan dı.

Biz bir saata iki dovşan, iki qırqovul və bir cüyür ovlamışdıq.

Onu  da  deyək  ki,  Kolxida  qarınqulu  avropalıların  süfrəsini  ən  ləziz  ov 

quşları və ən dadlı meyvə ilə bəzəmişdi.

Yason Avropaya qırqovulu, Lukul isə şaftalı və gilası gətirmişdi.

Kolxidada hələ də qırqovula rast gəlmək olur; ancaq bura qədər keç diyim 

yollarda bir dənə də olsun şaftalı və gilas ağacına rast gəl mə mi şəm.

Böyük  şəxsiyyətlərin  hərəsinin  bir  şeyə  meyli  olur  –  qraf Vorontsov  da 

hər şeydən əvvəl yaxşı bağban idi və Potidə gözəl bir bağ salmışdı. De yi lənlərə 

görə, bu bağda xüsusilə dadlı naringi ağacları yaxşı yetiş miş di, ancaq sonun-

cu rus-türk müharibəsində Quriya və Minqrelin bir hissə si ni zəbt edən türklər 

həmin bağın altını üstünə çevirmişdilər.

O vaxtdan bəri bağı yenidən bərpa etmək heç kimin ağlına gəl mə yib.

Knyaz Vorontsovun Gürcüstanda saldığı iyirmi altı-iyirmi səkkiz bağ hələ 

bu gün də durur.

Biz  Yakovun  mehmanxanasına  qaliblər  kimi  qayıtdıq,  nahara  cüyür 

ətindən kotlet bişirdik, doğranmış dovşan ətindən qovurmamız və qızar dıl mış 

qırqovulumuz da vardı.

Knyaz  və  onun  nökəri  təəccübdən  özlərinə  gələ  bilmirdilər:  onlar  Ya-

kovun evində on il yaşasaydılar, qoç ətindən başqa heç nə yeməyi xə yal larına 

gətirməyəcəkdilər. 




479

Mən hər gün beş-altı saat işləyirdim və “Qafqaz səfəri”imi tamam lamağa 

çalışırdım. Artıq onun dörddə üç hissəsi hazır idi.

Knyaz  başa  düşmürdü  ki,  mən  əlimə  qazan,  abgərdən  və  tüfəng  al dı-

ğım kimi, qələmlə də işləmək qabiliyyətinə malik ola bilərəm; bu, onda xalqın 

mədəni tərəqqisi barədə geniş təsəvvür yaradırdı və bir adamın həm sənətkar, 

həm şair, həm ovçu və həm də aşpaz ola bilməsinə inan dırırdı.

Mən hələ Potidə gölə rast gəlməmişdim, ancaq Fazın sol tərəfində bö yük 

bir gölün olduğunu bilirdim.

Deyilənlərə görə, bu gölün yerində qədim yunan şəhəri Fazis yerlə şirmiş, 

zəlzələ zamanı bütün şəhər torpağın altında qalmış, yerində həmin göl əmələ 

gəlmişdir.

Dənizin, çayın və gölün əhatəsində olduğum bu yerdə təbii ki, mən təzə 

balıq yemək istəyirdim və gələn kimi ilk soruşduğum söz bu oldu:

– Göldə balıq var?

Mənə cavab verdilər ki, burada balıq-zad yoxdur.

Sonra mən bir az şübhə ilə buralarda balıqçı olub-olmadığını soruş dum. Nə 

qədər təəccüblü olsa da, müsbət cavab aldım. 

Əgər balıq yoxdursa, bəs balıqçı haradandır?

Əl çəkmədiyimi gördükdə bu məsələni mənə başa saldılar. Qarşı sa hil də 

həm çayda, həm göldə, həm də dənizdə çoxlu balıq var, ancaq Potidə balıq yox-

dur… Daha doğrusu, təzə balıq yoxdur…

Potinin  əhalisi  girvənkəsi  üç-dörd  su

*

olan  duzlu  balığı  yeməyə  adət 



etdiklərindən, təzə balığa ehtiyac duymurlar.

Təzə balığı avropalılar xoşlayırlar, asiyalıların isə bu barədə heç bir tə səv-

vürləri yoxdur; onlar əllərinə keçəni qarınlarına doldururlar, təki adət lərinə zidd 

olmasın.


Deməli,  balıqçılar  burada  çoxlu  balıq  ovlayırlar,  ancaq  onları  dərhal 

duzlayıb Rioni çayı ilə yuxarı qalxaraq Maranda və Kutaisidə satırlar.

Mən  balıqçıları  çağırıb  onlarla  belə  razılaşdım  ki,  sabah  onlar  saatı  bir 

rubla ancaq mənim üçün balıq tutacaqlar. Elə ki toru atdılar, bir saat ər zində 

onların toruna düşən balıqdan istədiyim qədərini özümə götürə cə yəm, qalanı isə 

onlara qalacaq.

Onlar razılaşdılar və biz hamımız saat on birdə balıq ovuna getmək qərarına 

gəldik. 


Mən gecə və səhər tezdən işləyəcəkdim.

Bizim  gedəcəyimiz  gəmi  haqqında  isə  düşünməyə  dəyməzdi,  onun  fev-

ralın 1-dən (13-dən) tez gələcəyinə ümid yox idi.

Saat on birin yarısında biz Yakov ağanın evindən çıxıb Poti kəndin də on 

beş dəqiqə dövrə vurandan sonra kanalın göllə və dənizlə birləşdiyi yerdə geniş 

bir əraziyə çatdıq.

*    Fransada xırda dəmir pul vahidi.



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə