Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə191/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   187   188   189   190   191   192   193   194   ...   203

458

gedirdi ki, Moyne kimi bir rəssam ancaq qanı qara olduğuna görə bu na biganə 

qalmışdı.  Sol  tərəfimizdə  zirvəsi  qarla  dolu  piyaləyə  oxşa yan  gözəl,  əzəmətli 

dağlar  ucalırdı;  bu  dağlar  günəşin  ilk  şüalarının  şəfə qi  altında  zərif,  çəhrayı 

rəngə çalır, adama elə gəlirdi ki, dünyanın ilk ya ra dılmışları elə bunlardır. Bun-

dan əlavə, Fazın hər iki sahilində meşələr get dikcə sıxlaşır, oradan bütün növ 

vəhşi heyvanların səsləri eşidilirdi.

Ayrı  vaxt  olsaydı,  Moyne  fırçasını,  qələmini  əlindən  yerə  qoymaz,  azı 

iyirmiyə qədər şəklin eskizini çəkərdi.

Mənə  gəldikdə  isə,  heç  bir  qeyd  götürmür,  diqqətlə  ətrafa  baxaraq 

yaddaşıma həkk etməyə çalışırdım.

Rioni çayının sahillərində tam sükut hökm sürürdü. Yaxşı olardı ki, bu çayı 

Faz adlandıraydılar və heç olmasa, qədim dövrün bircə şüası ilə ət raf nurlanardı, 

axı üç min il bundan əvvəl belə bir işıq parlamışdı.

Nəhayət, günəş çıxdı və biz günəşin ilıq şüaları altında canlanaraq qayıqda 

uzandıq, az da olsa, yaxamızı soyuqdan qurtardıq.

Bir  qayığa  rast  gəldik;  bu,  Marandan  yola  düşəndən  indiyə  kimi  gör-

düyümüz ilk qayıq idi; o, Rioni çayı ilə üzüyuxarı qalxırdı və bizim ya nımızdan 

keçdi. Biz onun içindəkilərdən Potiyə neçə verst yol qaldı ğını soruşduq.

Otuz verst, – deyə onlar cavab verdilər.

Bu isə yeddi mil demək idi.

Biz saatda bir mil yol gedirdik, bu minvalla yeddi saat getməli idik. İndi isə 

səhər saat 7-nin yarısı idi. Deməli, biz günorta saat üçdən, yaxud dörddən əvvəl 

Potiyə çata bilməyəcəkdik.

Ah! Mən indi necə də tarantasımın və istədiyim kimi sürətlə getmə yəndə 

cəzalandırdığım arabaçıların həsrətini çəkirdim…

Bütün  bunlara  baxmayaraq,  vaxt  keçirdi,  günəş  artıq  düz  başımızın 

üstündə parlayır, gözümün önündəki mənzərəni – füsunkar dağları, insan ayağı 

dəyməyən meşələri işıqlandıraraq qərbə doğru yönəlirdi.

Mən Luaranın nahamar sahillərini arzulayırdım.

Çayın mənsəbi tədricən genişlənirdi və nəhayət, saat üçə yaxın ge niş Fazın 

sahilindən başdan-ayağa qamışlarla örtülmüş bataqlığı gördük: də ni zi görməsək 

də, bu, ona yaxınlaşdığımızı bildirirdi.

Biz gözlənilmədən sol tərəfə döndük və Fazın hər iki qolunu birləş dirmək 

üçün əlverişli bir şəraitdə yerləşən adanın böyründən keçərək ka na la oxşayan bir 

axına tərəf istiqamət götürdük.

Mən belə gözəl kanal görməmişdim. Hətta qış vaxtı, hər tərəfi ağac larla 

əhatələnmiş bu adanın yanından keçərkən budaqların bir-birinə do laş dı ğını və 

kanaldan keçən qayıqların başının üstündə nənni kimi yır ğa lan dığını görürsən. 

Çox çəkmədi ki, biz durğun gölü xatırladan bir yerə çıxdıq və qarşı mızda, 

bir verst aralıda bir gəminin dor ağaclarını gördük.

Sevincdən qışqırdıq – deməli, buxar gəmisi hələ yola düşməmişdi.




459

Ancaq biz əbəs yerə qabağa getdikcə dor ağaclarının aşağısında gə mi nin 

tüstü borularını görməyə çalışırdıq. Sonra ağlımıza gəldi ki, Poti li man şəhəridir, 

limanda isə elə bircə gəmi olmur ki?!

Həqiqətən də, çox çəkmədi ki, bu dor ağaclarının buxar gəmisinə de yil, iki 

yüz əlli-üç yüz tonluq yelkənli ticarət gəmisinə məxsus oldu ğunu yəqin etdik…

Ümidimi itirməmişdim: bilmirəm haradasa, bəlkə də Rodoslu Apol londa 

oxumuşdum ki, Faz çayının dayaz bir yeri var ki, böyük tutumlu gə milər üçün 

keçilməz sədd hesab olunur, ola bilsin ki, bizim gedəcə yi miz gəmi həmin bu 

səddin o tərəfində qalıb və biz onu başqa səmtdən gö rə biləcəyik?!

Yeri gəlmişkən, “Arqonavtlar” poemasının müəllifi Fazın mənsəbi ni çox 

səhih, bütün dəqiqliyilə təsvir edir:

“Nəhayət, arqonavtlar bu yerlərə bələd olan Arqusun köməyilə Pont Evk-

sinin ən ucqar yerinə, Fazın mənsəbinə gəlib çıxdılar. Onlar yelkən ləri yığdılar, 

dor ağacını endirdilər və hamısını büküb gəminin içərisinə qoy dular. Bundan 

sonra onlar çayın axarına – kanala daxil oldular; su iki qat sürətlə çəkilən avarlara 

təslim olaraq köpüklənir, dalğalar isə gəmiyə yol verirdi. Sol tərəfdə Qafqaz və 

Ea sıra dağları görünürdü; sağda isə Mar sın şərəfinə adlanan çöl uzanıb gedirdi; 

qızıl yunlu qoyun dərisi oradakı palıd ağacının başından asılmışdı və bir əjdaha 

da gecə-gündüz oyaq qalıb onun keşiyini çəkirdi.

Bu vaxt Yason qızıl badəni əlinə götürür, onu saf şərabla doldurub çayın 

ortasında içki mərasimi təşkil edir, torpaqdan, bu ölkənin qoruyucu Al lahlarından 

xahiş  edir  ki,  ona  rəhm  etsinlər  və  sahilə  gedib  çıxması  üçün  əlverişli  şərait 

yaratsınlar.

– Dostlar, – Ansey deyir, – biz indi Fazdayıq, Kolxidaya gəlib çat mı şıq. 

Qoy indi hər birimiz belə bir vəziyyətdə yaxşı-yaxşı fikirləşsin, əgər biz Eanın 

qarşısında yolumuzu azmasaq, məqsədimizə nail olacağıq.

O danışarkən, Yason Arqusun məsləhəti ilə gəmini yaxınlıqdakı qa mışlı 

bataqlığa doğru sürməyi əmr edir və elə buradaca lövbər salırlar; qəhrəmanlar 

gecəni  gəmidə  keçirirlər  və  səbirsizliklə  dan  yerinin  ağar ma ğını,  şəfəqin 

görünməyini gözləyirlər”.

Ea  şəhəri  və  palıd  ağacının  başından  asılmış  qızıl  yunlu  dəridən  başqa, 

bütün deyilənlər bu gün də olduğu kimi qalır. Qafqaz dağları öz əvvəlki yerində 

durur;  geniş,  palçıqlı  Mars  çölündə  bu  gün  Poti  şəhəri  yer ləşir,  meşələr  isə 

Yasonun vaxtında olduğu kimi hələ də çox sıxdır. Biz kanalı keçdik və Fazın 

mənsəbinə yaxınlaşanda arqonavtların öz gə milərini gizlətdiyi qamışlı bataqlığı 

gördük.

Axı  Kutaisi  necə  Ea  şəhəri  ola  bilər,  deyilənlərə  görə,  Ea  şəhəri  Fa zın 



mənsəbində yerləşirmiş və bu yerlərin tək sahibi imiş?!

Əziz oxucular, bunun mənə heç bir dəxli yoxdur, mən alim deyi ləm, yaxşı 

olar ki, bu məsələni coğrafiyaşünas D’Anvillə

 

özünüz araşdı rasınız.



Nəyahət, bizim “kayuk” – Rionidə üzən qayıqlara belə deyirlər; sa hi lə yan 


Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə