«ALİ-İmran» surəSİ



Yüklə 1,23 Mb.
səhifə58/61
tarix12.10.2018
ölçüsü1,23 Mb.
#73508
1   ...   53   54   55   56   57   58   59   60   61

AYƏ 184:


﴿ فَإِن كَذَّبُوكَ فَقَدْ كُذِّبَ رُسُلٌ مِّن قَبْلِكَ جَآؤُوا بِالْبَيِّنَاتِ وَالزُّبُرِ وَالْكِتَابِ الْمُنِيرِ ﴾

TƏRCÜMƏ:


«Odur ki, əgər səni təkzib etdilərsə, həqiqətən səndən öncə aydın dəlillər, (hikmətli nəsihətli) yazılar, aydın (din şəriətə) aydınlıq gətirən kitab ilə gəlmiş peyğəmbərlər təkzib olundular

TƏFSİR:


Bu ayədə Allah-təala Öz Peyğəmbərinə təskinlik verərək buyurur: Əgər bəhanə axtaran bu şəxslər səni təkzib etsələr narahat olma və bil ki, bu, təzə bir məsələ deyildir. Çünki səndən əvvəlki peyğəmbərlər də təkzib edilmişdilər. Halbuki onların həm aşkar möcüzələri və nişanələri var idi, həm də mətin və möhkəm yazıları olan açıq-aşkar kitablar gətirmişdilər.

AYƏ 185:


﴿كُلُّ نَفْسٍ ذَآئِقَةُ الْمَوْتِ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيَامَةِ فَمَن زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ وَما الْحَيَاةُ الدُّنْيَا إِلاَّ مَتَاعُ الْغُرُورِ﴾

TƏRCÜMƏ:


«Hər bir canlı (mütləq) ölümü dadacaqdır. Qiyamət günü sizin mükafatlarınız tam şəkildə veriləcəkdir. Odur ki, oddan uzaqlaşdırılan Cənnətə daxil edilən kəs doğrudan da kama çatmışdır. Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir

TƏFSİR:

ÜMUMİ ÖLÜM QANUNU


Bu ayədə dünyanın bütün canlı varlıqlarına hakim kəsilən ümumi bir qanuna – ölüm hökmünə işarə edilir və buyurulur: Bütün canlı varlıqlar istər-istəməz ölüm şərbətini dadacaqlar. Camaatın çoxu isə ölümü özlərinə unutdurmaq istəyir. Lakin bu elə bir həqiqətdir ki, biz onu unutsaq da o heç vaxt bizdən qafil deyildir.

Sonra buyurulur: Dünya həyatından sonra əməllərə görə mükafatlandırılma və ya cəzaverilmə mərhələsi çatır. Siz Qiyamət günü əməllərinizin əvəzini kamil şəkildə alacaqsınız.

Cəhənnəm atəşinin cazibə dairəsindən xilas olaraq behiştə daxil olanlar nicat tapmışlardır. Onlar öz istək və arzularına çatmışlar.

Sanki cəhənnəm bütün insanları var-qüvvəsi ilə özünə tərəf cəzb edir. Doğrudan da, insanın ona tərəf çəkilməsinə səbəb olan amillər qəribə cazibəyə malikdir. Çox ötəri nəfs istəkləri, qanunsuz cinsi ləzzətlər, insanın haqqı olmadığı halda əldə etdiyi məqam və sərvətlər və s. - bunların hamısı insanı cəzb edir.

Qeyd olunan cümlədə əvvəlki bəhs təkmilləşdirilir və buyurulur: Dünya həyatında qürur yaradan və aldadıcı ləzzətlərdən bəhrələnməkdən başqa bir şey yoxdur.

Əsas məsələ budur ki, maddi aləm və onun ləzzətləri insanın əsl və yekun hədəfinə çevrilməsin. Təkamülə çatmaq yolunda dünyanın maddi nemətlərindən istifadə etmək nəinki məzəmmət olunmur, üstəlik çox lazım və zəruri işlərdəndir.


AYƏ 186:


﴿لَتُبْلَوُنَّ فِي أَمْوَالِكُمْ وَأَنفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَمِنَ الَّذِينَ أَشْرَكُواْ أَذًى كَثِيرًا وَإِن تَصْبِرُواْ وَتَتَّقُواْ فَإِنَّ ذَلِكَ مِنْ عَزْمِ الأُمُورِ﴾

TƏRCÜMƏ:


«Mallarınız canlarınız barədə mütləq imtahan ediləcəksiniz mütləq sizdən əvvəl (səmavi) kitab verilmiş şəxslərdən həmçinin müşriklərdən (dinin Peyğəmbərin inkarı istehza olunması, eləcə insanların İslam əleyhinə təhrik olunmaları barəsində) çoxlu cansıxıcı sözlər eşidəcəksiniz. Əgər səbr təqvaya yiyələnsəniz, bu (dözümlülük), həqiqətən, böyük əhəmiyyətli işlərdəndir

TƏFSİR:


Müsəlmanlar Məkkədən Mədinəyə hicrət edən zaman müşriklər onların mal-dövlətlərini müsadirə etdilər. Hər kəsi tapsaydılar ona əzab-əziyyət, işgəncə verirdilər. Digər tərəfdən də başda Kəb ibn Əşrəf adlı bir yəhudi olmaqla Mədinə yəhudiləri onlara dil yarası vurur, hətta bəziləri son dərəcə həyasızlıqla müsəlman qızları və qadınları üçün qəzəl oxuyur, onları həcv edirdilər. (Rəsuli-Əkrəm (s) Kəb ibn Əşrəfin qətlinə fərman vermişdi və sonralar da onu cəhənnəmə vasil etmişdilər.)

Bu ayədə müsəlmanlara təskinlik verilir və onlardan istənilir ki, səbr və təqva sayəsində xatircəm olaraq qərara gəlsinlər.



İNCƏ MƏTLƏBLƏR

1. Sizin imtahan olunmağınız ciddi və qəti bir məsələdir, özünüzü bu işə hazırlayın.

2. Düşmən tərəfindən təhqir olunmağınız və əzab-əziyyət görməyiniz sizin imtahan olunmağınız üçün bir vasitədir.

3. İmtahanların ən çoxu insanın malı və canı ilə əlaqədar baş verir.



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə