«ALİ-İmran» surəSİ



Yüklə 1,23 Mb.
səhifə57/61
tarix12.10.2018
ölçüsü1,23 Mb.
#73508
1   ...   53   54   55   56   57   58   59   60   61

AYƏ 181:


﴿ لَّقَدْ سَمِعَ اللّهُ قَوْلَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَاء سَنَكْتُبُ مَا قَالُواْ وَقَتْلَهُمُ الأَنبِيَاء بِغَيْرِ حَقٍّ وَنَقُولُ ذُوقُواْ عَذَابَ الْحَرِيقِ ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, Allah (Onun insanlardan borc istəməsini eşidib) «həqiqətən, Allah yoxsuldur, biz isə dövlətliyik» deyən kəslərin sözlərini eşitdi. Tezliklə dediklərini Allahın peyğəmbərlərini nahaq yerə öldürmələrini yazacaq (Qiyamət günü) «dadın yandırıcı əzabı» deyəcəyik.»

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


Bu və bundan sonrakı ayə yəhudiləri məzəmmət etməklə əlaqədar nazil olmuşdur. Peyğəmbəri-Əkrəm (s) Bəni-Qəynuqa yəhudilərinə bir məktub yazaraq onları namaz qılmağa, zəkat verməyə və Allaha borc verməyə dəvət etdi (Allaha borc dedikdə məqsəd Allah yolunda infaq etmək nəzərdə tutulur ki, bu da cəmiyyətdə insani atifələrin, duyğuların son dərəcə təhrik edilməsinə səbəb olur.) Peyğəmbərin göndərdiyi şəxs yəhudilərin dini tədris mərkəzi olan Beytül-Mədarisə varid olub Peyğəmbərin məktubunu yəhudilərin böyük alimi Finhasın əlinə verdi. O, məktubu mütaliə etdikdə dedi: «Əgər sizin sözləriniz düzdürsə, onda deməliyik ki, Allah fəqirdir, biz isə qəni ehtiyacsızıq! Əgər Allah fəqir olmasaydı bizdən borc istəməzdi. Bundan əlavə, əgər Məhəmməd Allah tərəfindən sələmçiliyin qadağan edilməsinə inanırsa, necə olur ki, özü infaq müqabilində sizə daha artıq sələm vədəsi verir?!» Lakin sonralar Finhas belə sözlər dediyini inkar etdi. Bu zaman yuxarıdakı ayə nazil oldu.

TƏFSİR:


Bu ayədə buyurulur: Allah-təala yəhudilərin dedikləri «Allah fəqirdir, biz isə varlıyıq» - kimi küframiz sözləri eşitdi. Buna əsasən, onların sonradan inkar etmələrinin heç bir faydası yoxdur.

Sonra buyurulur: Təkcə onların sözlərini eşitmədik, üstəlik həm onları, həm də peyğəmbərləri nahaq yerə qətlə yetirmələrini qeydə alacağıq.

Onların əməlləri buna görə qeyd olunub saxlanılır ki, Qiyamət günü onların qarşılarında qərar verilsin. Qiyamətdə də onlara «indi öz əməllərinizin nəticəsini yandırıcı əzab şəklində dadın!» – deyilər.

AYƏ 182:


﴿ ذَلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللّهَ لَيْسَ بِظَلاَّمٍ لِّلْعَبِيدِ ﴾

«TƏRCÜMƏ:


«Bu (əzab) öz əllərinizlə qabaqcadan göndərdiyiniz işlərə görədir, yoxsa Allah əsla bəndələrə zülm edən deyildir

TƏFSİR:


Bu ayədə buyurulur ki, hazırda acılığını hiss edib daddığınız dərdli əzab dünyadakı öz yaramaz əməllərinizin niticəsdir. Özünüzə zülm edən məhz özünüz olmusunuz. Allah heç kəsə zülm etməz.

Ümumiyyətlə, sizin kimi cinayətkarlar öz əməllərinizin cəzasını görməsəniz və yaxşı əməl sahibləri ilə bir cərgədə olsanız, bunun özü zülmün ən bariz nümunəsi olar. Əgər Allah belə etsə zəllam (çox zülm edən) olar.


AYƏ 183:


﴿الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ عَهِدَ إِلَيْنَا أَلاَّ نُؤْمِنَ لِرَسُولٍ حَتَّىَ يَأْتِيَنَا بِقُرْبَانٍ تَأْكُلُهُ النَّارُ قُلْ قَدْ جَاءكُمْ رُسُلٌ مِّن قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَادِقِينَ﴾

«TƏRCÜMƏ:


«Həmin o kəslər ki, “həqiqətən, Allah (səma kitablarında) bizə (qəbul əlaməti olaraq göydən gələn) odun yandırdığı bir qurbanlıq gətirməyincə heç bir peyğəmbərə əsla iman gətirməməyimizi tapşırmışdırdedilər. De: “Şübhəsiz, məndən öncə (Zəkəriyya Yəhya kimi) bir sıra peyğəmbərlər sizin üçün aydın dəlillər dediklərinizi gətirmişdilər, əgər doğruçusunuzsa bəs onları üçün öldürdünüz?!”»

TƏFSİR:


Bəziləri İslamı qəbul etməkdən, iman gətirməkdən imtina edir və bəhanə gətirib deyirdilər: «Allah bizdən belə bir əhd-peyman almışdır: bir peyğəmbərə yalnız o vaxt iman gətirək ki, hər hansı heyvanı qurbanlıq desin, asimandan gələn atəş (ildırım) bizim gözlərimiz önündə o qurbanlığı vurub yandırsın və biz də onun peyğəmbər olmasına yəqin edək.» Bu ayə nazil oldu və Peyğəmbərə (s) göstəriş verildi ki, inadkarların və bəhanə gətirənlərin qarşısında belə desin: Əgər doğru deyirsinizsə, onda nə üçün məndən qabaqkı peyğəmbərlərə iman gətirmədiniz. Halbuki, onlar sizə müxtəlif möcüzələr göstərmişdilər. Hətta dediklərinizi, yəni qurbanlıq gətirməyi də göstərmişdilər.

İNCƏ MƏTLƏBLƏR

1. Hər bir millətin tarixi və onlara hakim olan keçmiş əhval-ruhiyyələr onların iddialarına ən yaxşı dəlildir.

2. Haqqı qəbul etməməyə din vasitəsilə bəraət qazandırmayın.

3. Tarix boyu müxaliflərin gətirdikləri bəhanələrin hamısı bir-birinə oxşayır.1



4. İnsan təkəbbür və zorakılıq kimi ruhiyyələrə malik olan zaman Allaha töhmət vurur, heç bir peyğəmbər qarşısında təslim olmur, həmçinin möcüzələrin onların istəklərinə uyğun baş verməsini təvəqqe edir.

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə