Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə12/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

masip  Mehemmed  Hüseyin.  “Aşık”  arap  menşcli  bir  söz  mü?”) 

(154) məqaləsini nəşr etmişdir.

Xavər  Aslanın  “Xəzər”  dərgisinin  1980-ci  ildəki  12-ci  sa­

yında  yayınlanan  “Azərbaycan  aşıq  ədəbiyyatı”  məqaləsi  də  saz 

sənətkarlarının yaradıcılığına həsr olunmuşdur.  M üəllif aşıq  ədə­

biyyatını  türk  kültüründə  zəngin  söz  xəzinəsi  kimi  dəyərləndir­

miş,  həmişə saz ustalarının  doğma xalqın başa düşə biləcəyi  sadə 

dildə  yazıb-yaratdıqları  və hər kəsə məhrəm olan  duyğuları  tərən­

nüm  etdikləri  üçün  əbədilik  qazandıqlarını,  hətta  qonşu  millətlə­

rin  mədəniyyətinə  böyük  təsir  göstərdiyini  bildirmişdir:  “Klassik 

yazılı  ədəbiyyatımız  fars,  ərəb  təbir və  sözləriylə  dolub-daşarkən, 

aşıqlarımız  dil  və  düşüncəsiylə  hər  zaman  xalqın  yanında  olmuş, 

sazıyla  onun  səsini,  sözünü  dilə  gətirmiş,  nəsillərdən-nəsillərə 

duyurmuşdurlar.  Aşıqların  bu  gün  də  Orta  Asiyada,  Azərbay­

canda,  Kərkükdə  və  Anadoluda  sonsuz  sevgi  ilə  sevilmələrinin, 

sayğı  və  ehtiram  görmələrinin  başlıca  səbəbi  bu  deyilmidir? 

Qonşu  xalqların  ədəbiyyatına  da  təsir  göstərən  böyük  və  zəngin 

bir aşıq ədəbiyyatına sahibik” (81, s. 13).

Xavər xanım bu məqaləsində  Aşıq Abbas Tufarqanlı,  Xəstə 

Qasım,  Aşıq  Ələsgər  haqqında  da  geniş  məlumat  vermişdir  ki, 

müvafiq  bölmələrdə  bu  barədə  danışılacaqdır.  Azərbaycan  aşıq 

sənətinin tarixi köklərini,  uzun ömrünü  araşdıran  Xavər xanım bu 

sənətin  əbədiyaşarlığının  səbəbini  məhz  xalqın bağrından  qopma­

sına,  onun  müdrikliyinə,  onun  sadə  dilinə  söykənməsi  ilə  əsas­

landırmışdır  ki,  bu  yerdə  biz  də  ona  haqq  veririk:  “Kökləri  çox 

əskilərə  dayanan  aşıq  ədəbiyyatımızın  bu  gün  də  sevilməsi  və 

yaşamasının başlıca səbəbi  də  bu  sağlam  xalq  dilinə,  xalq  düşün­

cəsinə əsaslanmasıdır”(8 1,  s. 16).

“Aşıq  Oləsgər”  kitabına  yazdığı  “ Eldən  ayrı  aşıq  niyə  yaşa­

dı”  adlı  ön  sözdə  Xavər  xanım  Azərbaycanda  saz  sənətinin  tarixi 

köklərinin  çox  əski  dövrlərə  uzanmasına  diqqəti  yönəldərək 

yazır:  “ ...  son  illərdə  türk  torpaqlarında  (Güney  Azərbaycanın 

Cığamış  şəhərində)  aparılan  arxeoloji  qazıntılar  və  bu  qazın­

tılarda  əldə  edilən  saxsı  qablar  üzərindəki  rəsmlər  milli  aşıq  sə­

46

nətimizin,  müqəddəs  çalğı  alətimiz  qopuzun  tarixin  çox  əski 



çağlarında var olduğunu bir daha isbatlamışdır” (85, s.  5).

“Əbədi  yaşayanlar”  məqaləsində  isə  Xavər  Aslan  türk  xalq 

şeirinin  əvəzsiz  nümayəndəsi  Qaracaoğlan  yaradıcılığı  haqqında 

ətraflı  məlumat  vermiş,  onun  şeirlərindən  örnəkləri  təhlil  etmiş­

dir.  Xavər xanım:  “Türk  aşıq  ədəbiyyatının  qüruru”  (84,  s.4)  ad­

landırdığı  Qaracaoğlanm  əsərlərinin  uzun  illərdən  bəri  yaşama 

səbəbini  onun  təmiz,  saf  ana  dilinin  şirinliyini,  təbiiliyini  qoru­

masında,  xalqının  qəlbindən  keçən  azadlıq  duyğularının  poetik 

və sadə ifadələrlə şeirlərində əksini  tapmasında görür: “Türkcənin 

əzəmətini,  zənginliyini  Qaracaoğlanm  əsərlərilə  yaşayır,  duyuruq 

bizlər.  Sənətkarın qoşmalarındakı  misra  və  bəndlərin  çoxunu  adi 

danışıq  dilindən  ayınnaq  imkansızdır  və  bu  sadəlikdəkı  böyük­

lük,  əzəmət  Qaracaoğlanımızı  sənətin  əlçatmaz  zirvələrinə  yük­

səldə bilmişdir” (84,  s.5).

Maraqlıdır ki,  Xavər  xanım  Qaracaoğlan  yaradıcılığını  həm 

Aşıq  Ələsgər,  həm  də  Molla  PənahVaqifm  şeirlərilə müqayisə  et­

miş,  sənətkarlıq  və  dil  baxımından  incələmişdir.  Qaracaoğlanm 

yaradıcılığının  Azərbaycan  sənətkarlarının  əsərlərinə  cox  yaxın­

lığını,  onun  şeirlərində işlənən  bəzi  sözlərin  Osmanlı  türkcəsində 

olmadığını,  Azərbaycan  dilində  isə  hələ  də  yaşadığını  və  bu  gün 

də  fəallığını  itirmədiyini  bildirən  müəllif  həmin  kəlmələrin  bir 

qismini  (gizlin,  yudu,  boz,  meşə  və  s.)  tədqiqatına əlavə  etmişdir 

(84,  s. 10).

Aşıq  sənətilə  bağlı  qeyri-adi  yanaşma  tərzinə  Fransada  ya­

şayan,  uzun  illər  Strasburq  Türk  Etüdləri  İnstitutunda  çalışan, 

1970-ci  ildən  “Turcica”  dərgisinin  əsasını  qoyan  (135,  s.  14)  İren 

Melikoffun  yaradıcılığında  təsadüf edilməkdədir.  İren  xanım  dini 

inancların  aşıq  sənətinin  inkişafındakı  roluna  diqqət  yetirmiş,  xü­

susən  xalq  təsəvvüf  ədəbiyyatının  yaranmasında  bu  amilin  mü­

hüm  təsirindən  bəhs  etmişdir.  İıcn  xanımın  “Dastandan  masala 

türkoloji  yolçuluqlanm”{ 134)  (“Dc  T’epopee  Au  Mythe:  İtineraire 

turcologiquc”)  (168)  kitabında  Anadolu  aşıq  məktəbinin  tanınmış 

simaları 

“Turk  xalq  ədəbiyyatının  öncüsü”  adlandırdığı  Yunus

47



İmrə  (s.131),  Pir  Sultan  Abdal  (s. 137),  Qayğusuz  Abdal  (  s.164), 

Aşıq  Veysəl  (s.156)  və  başqalarının  yaradıcılığı  ilə  bağlı 

məqalələr  verilmişdir.  Həmin  tədqiqatlarında  daha  çox  bəktaşi- 

ələvi  təriqətinin  yaranma  və  yaşama  tarixinə  diqqət  yetirən  İren 

xanım  ənənəvi  araşdırmaçılıqdan  uzaqlaşaraq,  xalq  şairlərinin 

yaradıcılığını  tam  fərqli  istiqamətdə  -   dini  təsəvvüf  baxış 

prizmasında dəyərləndirmişdir.

48

Ш FƏSİL



USTAD AŞIQLARIN YARADICILIĞI 

MÜHACİRƏT FOLKLORŞÜNASLARININ 

TƏDQİQATLARINDA

Azərbaycan  aşıq  ədəbiyyatının  böyük  ustadlarından  Qur- 



bani  (1483-1557)  mühacirət  folklorşünasları  tərəfindən  çox 

tədqiq  edilən  sənətkarlarımızdandır.  Mehmet  Şakirin  “Aşaq  Qur- 

baninin  üç  mənzuməsi”( 150),  Əhməd  Cəfəroğlunun  “Tərəkəmə 

ağzı  ilə  hüdutboyu  saz  şairlərimizdən  Qurbani  və  şeirləri”  (101) 

məqalələri  onun  yaradıcılığına  həsr  edilmiş,  Məmməd  Sadıq 

Sənanın  “Azərbaycan  saz  şairləri”  (148),  Xavər  Aslanın  “Azər­

baycan  aşıq  yaradıcılığı”  (81),  “Güney  Azərbaycan  ədəbiyyatı 

üzərində  araşdırmalar”  (83)  məqalələrində  isə  Qurbanidən  də 

bəhs  edilmişdir.  Bunlardan  başqa,  Əhməd  Cəfəroğlu  Qurbaninin 

şeirlərini  toplayıb  “Anadolu  elləri  ağızlarından  dərləmələr,  Van, 

Bitlis,  Muş,  Karaköşə,  Əskişəhir,  Bolu  ve  Zonquldak  elləri  ağızları” 

(111)  kitabında  nəşr  etdirmiş,  “Azərbaycan  türklərinin  ədəbiy­

yatı” (25) əsərində  aşıqla bağlı mülahizələrinə yer vermişdir.

Mühacirətdə  ilk  dəfə  Qurbani  ilə  bağlı  məlumata  M.S.Sə­

nanın  “Azərbaycan  saz  şairləri”  məqaləsində  təsadüf  edilmək­

dədir.  Burada  müəllif Qurbani  haqqında  çox  qısa  məlumat  ver­

miş,  şeirlərinə  əsasən  onun  hieri  X  əcrdə  yaşadığını  müəyyən­

ləşdirmiş,  lakin  nədənsə  aşığın  adını  “Qurban” yazaraq,  üç  şeirini 

və  onunla  bağlı  dastandan  kiçik  bir  parçanı  məqaləsinə  daxil 

etmişdir  (148,  s.55-57).  Elə  həmin  ildə  “Azərbayean  yurd 

bilgisi”nin  dörd-beşinci  sayında  Mehmet  Şakirin  “Aşıq  Qurba­

ninin  üç  mənzməsi”  məqaləsi  dərc  edilmişdir  ki,  bu  da  söz 

sənətkarına  olan  böyük  maraqdan  xəbər  verir.  Müəllif  müxtəlif 

mənbələrə  əsasən  Azərbaycanda  və  Anadoluda  çox  sevilən  bu 

aşığın  adının  Qurbani  olduğunu  müəyyənləşdirdiyini,  şeirlərinin

49



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə