Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə17/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   ...   13   14   15   16   17   18   19   20   ...   36

yazıya  alman  bu  qoşma  da  aşığın  yazı  üslubuna  uyğun  olaraq 

nəsihətamiz ruhda deyilmişdir:

Dəli  könül, gənə sultan olmuşsun,

Özbaşına sultan olmax, yani nə?

Bir kimsə ki,  sənnən qalxıp oturmaz,

Ona ha can, ha can demək, yanı  nə?

Varar suyu gözəsindən bağlallar,

Ciyərmə eşq oduna dağlallar.

Yaman işə əzəl başdan ağlallar

Geri  dönüp pişman olmax, yani nə?  (110, s. 123)

Azərbaycan  xalq  ədəbiyyatında  fəlsəfi  düşüncələri,  qeyri- 

adi  üslubu  ilə  özünəməxsus  yer  tutan  Aşıq  Abbas  Tufarqanlı  öz 

ənənəsinə  bu  şeirdə  də  sadiq  qalmış,  insanları  yaman  işlərdən, 

sonrakı  peşimanlıqlardan  kənar  olmağı,  nə  olursa-olsun,  doğru 

yolu  tapmağı,  hər zaman  yaradana (“üstümüzdə hazır olan,  şahlar 

şahı  qibləgaha”) sığınmağı  məsləhət bilmişdir.

Çağır Aşığ Abbas ol  şahlar şahı 

Üstümüzdə hazır o qıblagaha.

Ya bir pək  dəvrüş ol, ya da isbaha,

Ara yerdə  sərgan  qalmax,  yani  nə?  (1  10,  s. 123)

Əhməd  Cəfəroğlu  Aşıq  Abbasın  “Gəlin”  rədifli  ikinci  bir 

şeirini  kitaba  daxil  etmişdir.  “Abbas  və  Gülgəz”  dastanında buna 

uyğun  şeir  olmasa  da,  “72  şeir”  kitabında  eyni  rədiflə  tamamilə 

fərqli  bır  qoşma  verilmişdir.  Azərbaycan  türklərinin  daha  sıx 

məskən  saldığı  Iqdır  mahalının  Qaraqoyunlu  kəndindən  Əhməd 

Qaranlığın  dilindən  yazıya  köçürülən  bu  qoşma  da  aşığın  zəngin 

yaradıcılığının mühüm bir parçası  kimi  çox dəyərlidir.

66

inci,  sədəf,  dür demişəm bu dişə,



Boynu bənzətdim qarğı qəmişə.

Şeydə bülbül kimi madarım düşə,

Bir əziz qonağım  olasan, gəlin.

Abbas diyər:  dur gülşəni gəzginən,

Qələm götür, bu sözləri  yazginən.

Öz əlinnən məzarımı  qazginən,

Bəyəm  qoymıyassan məzara,  gəlin (110,  s.120)

Yuxarıda  verilən  Əhməd  Cəfəroğlu  variantmdakı  “Gəlin” 

qoşması ilə “72 şeir” kitabındakı:

Abbas deyər:  qızılgülü dərginən 

Dərib-dərib  sinən  üstə sərginən.

Ağ üzündən bir cüt busə  verginən,

Hesab elə qonşuluqda pay,  gəlin  (76,  s.28),  -

şeir arasındakı  fərq  isə göz qabağındadır.

Əhməd  Cəfəroğlunun  “Doğu  ellərimiz  ağızlarından  topla­

malar  Qars,  Ərzurum,  Çoruh  ilbaylıqları  ağızları”  kitabına  daxil 

etdiyi  üçüncü  şeir  isə  qüsurludur.  Belə  ki,  həmin  örnəyin  birinci 

bəndi  tam  şəkildə  deyil,  ikinci  bəndi  “Şah  İsmayıl”  dastanına  aid 

bır parçadır,  yalnız  üçüncü  bəndi  Aşıq  Abbas  Tufarqanlıya aiddir 

və  “Abbas-Gülgəz” dastanın  məzmunu  ilə  səsləşir.

Azərbaycan  aşıq  poeziyasını  zirvələrə  ucaldan,  fəlsəfi 

baxışları,  qeyri-adi  istedadı  ilə  ürəkləri  fəth  edən  Aşıq  Abbas 

Tufarqanlının  bir  sənətkar  kimi  əsrlərdən  bəri  öz  təravətini  itir­

məyən  zəngin  yaradıcılığı  folklorşünasların  diqqət  mərkəzində 

qalmaqdadır.  Bu  böyük  ustadın  yaradıcılığı  ilə  bağlı  mühacirət 

folklorşünaslarınm  tədqiqatları  və  ustad  aşığın  vətənindən  kənar­

da  toplanıb  çap  edilən  şeirlərinin  Azərbaycanda  nəşri  sənətkarın 

ruhuna ən böyük ehtiram olardı.

67



Azərbaycan  mühacirət  folklorşünaslarmın  tədqiqata  cəlb 

etdikləri  söz  sərraflarından biri  də  Dədə  Qasımdır  (1720-1779). 

Onunla  bağlı  araşdırma  aparan  ilk  mühacir  folklorşünas  da  Əh­

məd  Cəfəroğlu  olmuş,  alimin  1948-ci  ildə  İstanbulda nəşr  edilən 

“Zeytun  dalı”  dərgisinin  ikinci  sayında  işıq  üzü  görən  “Hüdud 

boyu  saz  şairlərimizdən  Dədə  Qasım”  (100)  məqaləsi  böyük 

ustadın yaradıcılığına həsr edilmişdir.  Beş  il  sonra isə bu görkəm­

li  aşığın  fəaliyyətinə  olan  yüksək  marağı  nəzərə  alan  Əhməd 

Cəfəroğlu  Ankarada  nəşr  olunan  “Azərbaycan”  dərgisinin  1953- 

cü  il  iyun  sayında  həmin  məqaləni  (102)  bir  qədər  təkmilləş­

dirərək yenidən nəşr etdirmişdir.

Hər  şeydən  əvvəl,  qeyd  etmək  lazımdır  ki,  bu  araşdınna 

əslində  Xəstə  Qasımla  bağlı  qələmə  alınsa  da,  mühacir  alimin 

doğma  torpağa  həsrəti  elə  səmimi  ifadə  edilmişdir  ki,  məqaləni 

həyəcansız  oxumaq  mümkün  deyil.  Tədqiqatın  ilk  cümləsi  belə 

kifayətdir ki,  mühacirətdə ömür sürməyə məhkum olanların hansı 

iztirabları  çəkdikləri  əyani  şəkildə  göz  önündə  canlansın:  “Üç 

doğu  türk  elinin  qovşağı  olan  Qars  və  yörəsi  ötədən  bəri  adlı  və 

sanlı  bir çox  şairlərimizin  yatağı  olmuşdur.  Sözlü  və  sazlı  aşıqlar 

yetişdirməyə  təbiətilə  əlverişli  olan  bu  sahə  Vətən  üçün  yanan 

istiqlal  eşqini  tərənnüm  edənləri  öz  sinəsində  bəsləmiş,  onları 

Cənub  və  Şimal  Azərbaycan  ilə  Doğu  ellərimizin  müştərək  birər 

ilham  qaynağı  halına  gətirmişdir.  Zaman  və  məkana  görə  bu  saz 

şairlərimizdən  bir  qismi  Arazın  ötəki  qıyılarında,  bir  qismi  isə’ 

bizim  tərəflərdə  şöhrət  tapmış,  yaşamışdır.  Bunlardan bu  gün  hər 

üç  türk  elində  zövqlə  dinlənən  və  şöhrətini  mühafizə  edənlərdən 

biri,  şübhəsiz ki, Dədə Qasımdır” (102,  s.6).

Göründüyü  kimi,  müəllif  Dədə  Qasımı  təkcə  o  taylı  -  bu 

taylı  -   Bütöv  Azərbaycanın  deyil,  həmçinin  ümumtürk  ellərinin 

rəğbətini  qazanaraq  tanınan  və  çox  sevilən,  məşhur  bir  sənətkarı 

kimi  təqdim  edir  (Ayrıca,  alimin  artıq  otuz  ildən  də  çox  vətə­

nindən  kənarda  yaşamasına  rəğmən,  Azərbaycanın  şimalına  “bi­

zim  tərəflər” yazaraq  işarə  etməsi  də nəzərdən  qaçmamalıdır).  Bu 

da  təbiidir,  çünki  Əhməd  Cəfəroğlu  aşığın  öz  şeirlərinə  əsasən

68

onun  Çildir  mahalının  Tikmədaş  kəndindən  olduğunu  müəyyən­



ləşdirir.  Çildir  mahalı  özəlliyi  ilə  folklorşünasların  hər  zaman 

diqqətini  cəlb  etmişdir.  Belə  ki,  professor  Məhərrəm  Qasımlı 

“Ozan-aşıq  sənəti”  monoqrafiyasında  Çildir  aşıq  mühitinin  üç 

bölümdən  ibarət  olan,  bir  hissəsi  Türkiyədə  -   Şərqi  Anadoluda 

qalan, hələ  də Çildir adlanan,  ikincisi  sonradan  Ermənistana qatı­

lan  Ağbaba  və  Qızılqoç,  üçüncüsü  Gürcüstana  qatılan  “Məsxət- 

Cavaxetiya” adlanan böyük bir ərazini əhatə etdiyini bildirmişdir: 

“Borçalı  və  Qars  aşıq  mühitləri  arasında yerləşən  Çildir aşıq  mü­

hiti  özündə  həm  Azərbaycan,  həm  də  Anadolu  aşıqlığmın  özəl­

liklərini  cəmləşdirmişdir” (47, s. 198).

Ümumiyyətlə,  bu məqalədə  Dədə  Qasımın  həm həyatı,  həm 

də  yaradıcılığı  ilə  bağlı  Əhməd  Cəfəroğlunun  düşüncələri  ilə 

Azərbaycan  folklorşünaslığından bizə  indiyədək məlum  olan  bəzi 

müddəalar  arasında  ciddi  fərqlər  vardır.  Belə  ki,  müəllif  aşığı 

XVI-XVII  əsrin  nümayəndəsi  hesab  edir  və  yuxarıda  bəhs  olun­

duğu  kimi,  doğulduğu  yerin  də  Çıldırm  Tikmədaş  kəndi  oldu­

ğunu  göstərir.  Əgər,  doğrudan da,  aşıq  Çildir mahalından olsa  idi, 

burada  onun  şöhrətinin  geniş  yayılmasının  həm  də  iri  miqyaslı 

mühitinin  təsiri  kimi  də  düşünmək  mümkün  idi.  Lakin  Azər­

baycanda  aparılan  tədqiqatların,  demək  olar  ki,  hamısında  Xəstə 

Qasımın  Güney  Azərbaycanın  Tikmədaş  kəndindən  olduğu  qeyd 

edilir (27,  s. 193;  63,  II  c.,  s.  167; 45,  s.222).

Bundan  əlavə,  Əhməd  Cəfəroğlu  özü  də  tədqiqatlarını  da­

vam  etdirərək,  daha  sonralar “Azərbaycan  türklərinin  ədəbiyyatı” 

əsərində  Xəstə  Qasımın  Təbriz  yaxınlığındakı  Tikmədaş  kən­

dində doğulduğunu bildirmişdir (25,  s. 134).

Ə.Cəfəroğlu  Xəstə  Qasımın yaşadığı  zamanın  Səfəvi  hökm­

darlarından  Birinci  Şah  Abbasın  hakimiyyəti  illərinə  təsadüf et­

diyini  müəyyənləşdirir.  Onun  hakimiyyətinin  1587-1628-ci  illər 

olduğunu  nəzərə  alaraq,  ustad  aşığın  XVII  əsrdə  yaşaması  qəna­

ətinə  gəlir,  lakin  alim  bu  yazısında  Aşıq  Şenliyin  də  müla­

hizələrini  xatırladır:  “Halbuki  93  ildən  sonra Qarsın  və Tərəkəmə 

uruğunun  ən  böyük  aşığı  olan  Şenlik,  yerli  aşıqlardan  bəhs  edər­

69



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə