Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə18/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   ...   14   15   16   17   18   19   20   21   ...   36

kən  bir  qoşmasında,  Dədə  Qasımın beş  yüz  il  öncə  yaşadığını  və 

özünün  ustad  aşıqlar  içərisində  “yüzdə  bir”  yetişən  aşıqlardan 

olduğunu söyləməkdədir (102,  s.6).

Azərbaycan  folklorşünaslığında  Xəstə  Qasımın  həyatı  və 

yaradıcılığı  ilə  bağlı  mübahisələr  müasir  dövrümüzdə  də  davam 

etməkdədir.  Salman  Mümtazın  1929-cu  ildə  “İnqilab  və  mədə­

niyyət”  jurnalında  dərc  etdirdiyi  “Molla  Qasım  və  Yunus  İmrə” 

(57,  s.  354-358)  məqaləsi  ilə  başlanan  mülahizələri  Azad  Nəbi- 

yev  (63,  II  c.,  s.  172), Nizami  Xəlilov (41,  s.  66-93),  Ağalar Mir­

zə  (55,  s.  63)  və başqaları davam  etdirərək,  Xəstə  Qasımla Şirvan 

aşıq  mühitinin  nümayəndəsi  Yunus  İmrənin  müasiri  olan  Molla 

Qasımın  (1230-1325)  adlarının  qarışıq  salındığım  göstərirlər,  bu 

fakt Aşıq Şenliyin fikirlərinə aydınlıq gətirmiş olur.

Xəstə  Qasımın  yaradıcılığından  bəhs  edərkən,  professor 

Azad  Nəbiyev  yazır:  “Xəstə  Qasım  yaradıcılığını  Təbriz  aşıq 

məktəbinin yeni  tarixi  ölçüləri  istiqamətində  nəzərdən  keçirdikdə 

onların bir çoxunun XVII-XVIII əsrlərdən xeyli qabaqkı dövrlərlə 

bağlandığını,  aşığın  ümumi  dünyagörüşü  və  yaradıcılıq  ənənələri 

ilə  uyuşmadığını  görmək olar” (63,  II,  s.172), bundan başqa,  alim 

onun doğum tarixini də  1720-ci il  şəklində vennişdir.

Qeyd  edək  ki,  mühacirət  folklorşünaslarmdan  Xavər  Aslan 

da  Şirvanda  XIII  əsrdə  Molla  Qasım  adlı  sənətkarın  varlığından 

bəhs  etmişdir:  “Böyük  Yunus  İmrə  iiə  eyni  çağda yaşayan,  ondan 

təsirlənən  Azərbaycan  xalq  şairi  Molla  Qasım  Şirvaninin  qoşma 

və  gəraylıları  XIII  əsr  ədəbiyyatımızda  yüksək  sənət  örnəkləri 

sayıla bilər (85, s.  6)

Paşa  Əfəndiyev,  Məhərrəm  Qasımlı  1741-ci  ildə  Nadir  şah 

Əfşarın  Dağıstana  yürüşü  zamanı  digər  aşıqlarla  birlikdə  Xəstə 

Qasımın  da  oraya  aparıldığını,  Ləzgi  Əhmədlə  deyişmələri  oldu­

ğunu,  müəyyən müddət  Şamaxıda  yaşadığım  qeyd  etməkdədirlər. 

Məhərrəm  Qasımlı  Xəstə  Qasımın  Molla  Qasım  kimi  tanın­

masının  səbəblərinin  də  şərhini  vermiş,  aşığın  Güney  Azərbayca­

nın  Tikmədaş  kəndində  doğulduğunu  və  qəbrinin  üzərindəki

70

yazıya əsasən  1702-1778-ci  illər  arasında,  yəni  XVIII  əsrdə yaşa­



dığı müəyyən etmişdir (1 5 ,1 c., s.548).

Maraqlıdır  ki,  Əhməd  Cəfəroğlu  “Hüdudboyu  saz  şairləri­

mizdən  Dədə  Qasım”  məqaləsində  bu  ustad  aşığın  doğum  və 

ölüm  tarixlərini,  (görünür,  dəqiq  olmadığına  görə)  göstərməmiş, 

bütün  tədqiqatlarında  onun  yaşadığı  dövrü  təxminən  XVII  əsr 

kimi  müəyyənləşdirərək,  istedadını  çox  yüksək  dəyərləndirmiş­

dir:  “Hansı  dövrə  aid  olursa  olsun,  Dədə  Qasım  ruhən  tərəkə­

mələrin ən  qabiliyyətli  və  ən  çox  sevilən  saz  şairi  olmuş,  onların 

varlığını,  eşqini  və  hürriyyət idealım  yana-yaxıla  sazıyla,  sözüylə 

yaymış, dinləyicilərinə aşılamışdır (102,  s.  6).

Digər  bir  məqam  ustad  aşığın  təxəllüsü  ilə  bağlı  meydana 

çıxır, bu məqaləsində Əhməd Cəfəroğlu onu  əvvəldən axıra qədər 

Dədə Qasım kimi təqdim  edir.  Məlum  olduğu  kimi,  folklorşünas- 

alim  Azərbaycanda  gedən  ədəbi  prosesləri  hər  zaman  izləmiş, 

aparılan  tədqiqatlara mühacirət mətbuatında  vaxtaşırı  öz  münasi­

bətini  də  bildirmişdir  və  onun  aşığın  təxəllüsü  ilə  bağlı  araş­

dırmalar  barədə,  yəqin  ki,  məlumatı  olmuşdur.  Öz  tədqiqatında 

bir  dəfə  də  olsun,  “Xəstə”  sözünü  xatırlamaması,  yalnız  aşığı 

“Dədə”  kimi  qəbul  etməsi,  bir  tərəfdən,  türklərdə  həmin  təxəl­

lüsün  ən  böyük  ozanlara  aid  edilməsindən  irəli  gəlirsə,  digər  tə­

rəfdən,  həm  sovet  siyasi-ideoloji  ırıüstəvisindəki  bununla  bağlı 

şərhlərə  Əhməd  Cəfəroğlunun  etirazı,  həm  də  ustad  sənətkara 

sonsuz ehtiramı  kimi  düşünülə bilər.

“Azərbaycan  türklərinin  ədəbiyyatı”  əsərində  isə  Əhməd 

Cəfəroğlu  aşığın  təxəllüsünün  “Dədə”  adlandırılmasının  səbəbini 

onun  qeyri-adi  istedadı,  sənətkarlığı  ilə  şərh  etmişdir:  “Xəstə 

Qasım  daha  çox  dini-əxlaqi  mövzulu,  nəsihətvari  şeirlər,  lirik 

qoşma  və  ustadnamələri  ilə  tanınır.  Çox  güman  ki,  elə  bu 

səbəbdən  də  xalq  arasında  Dədə  Qasım  kimi  şöhrət  qazanmışdır. 

Azərbaycanda,  adətən,  ustad  aşıqlardan  danışarkən  “Dədə” 

ünvanından istifadə olunur” (25, s. 134-135).

Aşığın  təxəllüsü  ilə  bağlı  Azərbaycan  folklorşünaslığında 

məhz  sosialist  ideologiyasına  müvafiq  fikirlərlə  razılaşmayan

71



professor  Azad  Nəbiyev  yazır:  “Araşdırıcıların  böyük  əksəriyyəti 

bu  fikirdədirlər  ki,  Xəstə  Qasımın  şeirlərində  tez-tez  işlətdiyi 

“xəstə”  sözü onun səhhəti  ilə  yox,  cəmiyyətdəki  ictimai  vəziyyəti 

-   kasıblığı,  yoxsülluğu,  ağır həyat  şəraiti  ilə  biğlıdır.  Əslində,  bu 

ikinci  mövqe  sovet  tədqiqat  metodologiyasından  irəli  gəlir... 

Bizcə,  bu  yanlış  nəzəri  baxış  olmuşdur”  (63,  II  c.,  s. 171)  və 

alimin  fikrincə,  aşıq  həqiqətən  də  xəstəliyi  ilə  bağlı  bu 

təxəllüsdən istifadə etmişdir.

Professor  Məhərrəm  Qasımlı  isə  aşığın  təxəllüsünü  bir  qə­

dər  fərqli  şərh  etmiş,  onun  təsəvvüf düşüncələrinin  təsirinə  bağ­

lamışdır:  “Deyilənə  görə,  o  otuz beş  yaşında  ikən  elə  bir xəstəlik 

tapmışdır  ki,  nə  qədər  təbib-loğman  yanma  getsə  də,  pirə-ocağa 

pənah  aparsa  da,  dərdinə  şəfa  tapa bilməmişdir...  Çox  olsun  ki, 

Qasım  özünə  “Xəstə”  təxəllüsünü  illərlə  şəfa  tapmayan  xəstə­

liyinin  ilahi  eşqlə  -   haqq  aşıqlığı  ilə  bağlı  bir  məsələ  olduğunu 

yəqinləşdirdikdən sonra götürmüşdür” (15,  I c.,  s.548).

Əhməd  Cəfəroğlu  “Hüdudboyu  saz  şairlərimizdən  Dədə 

Qasım”  məqaləsində  Dədə  Qasım  adı  ilə  bağlı  yaranan  dastan 

haqqında  da  geniş  məlumat  vermişdir.  Təəssüf  ki,  alim  infor- 

mator  haqqında  heç  bir  məlumat  verməmişdir,  lakin  danışılan 

əhvalat,  verilən  şeirlər,  mətndəki  obrazlar  bu  gün  də  folklor- 

şünaslağımız  üçün  böyük  dəyərə  malikdir.  Belə  ki,  çox  vaxt 

folklorşünaslıqda  sənətkarların  həyat  və  yaradıcılığı  ilə  bağlı 

qaranlıq  məqamları  aydınlaşdırmaq  üçün  onların  öz  yarat­

dıqlarına  istinad  edilir.  Bu  faktı  nəzərə  alan  Ohməd  Cəfəroğlu 

Xəstə  Qasımın  həyatı  ilə  bağlı  “Azərbaycan  türklərinin  ədə­

biyyatı”  əsərində  yazır:  “Bir  çox  tanınmış  sənətkarlar  kimi  Xəstə 

Qasımın  həyatı  da  xalq  arasında  nağıl  və  əfsanə  mövzusuna  çev­

rilmişdir.  Bioqrafık  səviyyəli  bu  xalq  hekayələrinin  yaranmasında 

ustad  aşıqların  şagird  və  davamçılarının  böyük  rolu  olmuşdur. 

Bəziləri  isə  davamçıları  gözləmədən  özləri  həyat  hekayələrinin 

dastana çevrilməsinin qayğısına qalmışlar” (25,  s. 135).

Beləliklə,  Xəstə  Qasımın  da  haqqında  mülahizələr  yü­

rütmək  üçün  tədqiqatçılar  məhz  onun  yaradıcılığına  əsaslanır  və

72

aşığın  çox  yoxsul  bir  ailədə  dünyaya  göz  açdığını,  yuxanda  qeyd 



olunduğu  kimi,  hətta  təxəllüsünün  də  kasıblığı  ilə  bağlı  götür­

düyünü təxmin  edirlərsə də,  Əhməd Cəfəroğlunun verdiyi  rəvayət 

tam fərqli bir mülahizələr meydana çıxarır:  “Dədə  Qasım  Tikmə- 

daşda  zəngin  bir  bəzirganm  oğlu  imiş.  Yeddi  yaşında  yetim 

qalmış,  atasından  qalma  var-dövlət  az bir zaman  sonra tükənmiş, 

zavallı  çocuq  də  heç  bir  məslək  sahibi  olmadığından  çobanlıq 

etməkdən başqa bir çarə bulamamışdır” (102, s.6).

Göründüyü  kimi,  verilən  əhvalata  əsaslansaq,  aşıq  varlı  ai­

lədən  olsa  da,  yetim  qaldığından  çətinliyə  düşür  və  çobanlıq 

etmək məcburiyyətində qalır, daha sonra isə,  ənənəvi olaraq,  gənc 

Qasıma haqq  aşıqlığı  verilməsindən danışılır:  “Günlərdən bir gün 

danalan  güdərkən,  şiddətli  bir  borana  tutulmuş,  danaları  ilə 

bərabər  anasının  gündəlik  azuqə  gətirəcəyi  otlaqdan  uzaqca  bir 

yerə  sığınmışdır.  Aclıqdan  və islanmaqdan  taqətsiz bir halə  gələn 

zavallı  Dədə  Qasım  dərin  bir  uyquya  dalmış;  oyanınca  buğu 

havaya yüksələn  isti bir çörəyə gözü ilişmişdir.  Anasının  fırtınaya 

rəğmən,  gətirmiş  olduğunu  sandığı,  gerçəkdə  isə  ərənlər  piri 

tərəfindən  yanma  qoyulan  bu  çörəyi  almış,  doyuncaya  qədər 

yemişdir” (102,  s.6.).

Rəvayətin  bu  məqamında  Təzdi  Əhmədin  də  haqq  aşığı 

statusunu  necə  qazanması,  eyni  zamanda  onların  qarşılaşması 

səhnəsi  öz  əksini  tapmışdır,  ərənlər pirinin  verdiyi  qutsal  çörəyin 

çox  hissəsini  yediyi  üçün  Dədə  Qasımın  daha  qabiliyyətli,  ağıllı 

olmasına  işarə  edilmişdir:  “Tam  bu  sırada  oradan  Ləzgi  Ohməd 

adlı  zəngin  bir  karvanbaşı  keçərkən,  çobanın  çörək  yeməkdə 

olduğunu  görmüş  və  ondan  bir parça  çörək  istəmişdir.  Aclığın  nə 

olduğunu  dadmış  olan  Dədə  Qasım  dərhal  çörəyinin  yarısını 

bəzirganbaşına  uzatmış,  o  da  ancaq  çörəyin  bir  loxmasını  alıb 

yoluna rəvan olmuşdur” (102,  s.  7).

Maraqlıdır  ki,  Əhməd  Cəfəroğlunun  verdiyi  dastan-rəva­

yətdə  Dədə  Qasım  Ləzgi  Əhmədlə  iki  dəfə  qarşılaşır.  Xatırladaq 

ki,  A.Nəbiyevin mülahizələrinə görə,  “Xəstə  Qasım Tikmədaşdaıı 

kənara  çıxmamış,  elə  Arazətrafı  kəndlərdə  yaşamış,  Təbriz  aşıq

73



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə