Alqoritm, xassələri və təsvir üsulları


AButtons  : TMsgDlgButtons;  HelpCtx :  Longlnt): Word



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə158/169
tarix29.11.2023
ölçüsü3,74 Mb.
#140128
1   ...   154   155   156   157   158   159   160   161   ...   169
Alqoritmlesdirme-ve-Programlasdirma

 
AButtons 
: TMsgDlgButtons; 
HelpCtx : 
Longlnt): Word;
 
funksiyası - ekranın mərkəzində məlumat pəncərəsi təsvir edir. Burada, 
Msg -
ekrana 
çıxarılan məlumardan ibarət mətndir. 
AType 
parametrindən asılı olaraq məlumat 
pəncərəsi müxtəlif növ olur, məlumatla yanaşı pəncərədə şəkil də təsvir edilir. 
AType 
parametri aşağıdakı qiymətləri ala bilər: 
mtWarrıing
-pəncərə sarı rəngli üçbucaqlı daxilində qara rəngli nida işarəsindən 
və Warning sərlövhəsindən ibarət olur;
mtError
-pəncərə qırmızı rəngli dairə daxilində ağ rəngli xaç işarəsi və Error 
sərlövhəsindən ibarət olur;
mtlnformation
-pəncərə ağ rəngli dairə daxilində göy rəngli i hərfindən və 
Information sərlövhəsindən ibarət olur; 
mtConfirmation
-pəncəra ağ rəngli dairə daxilində göy rəngli işarəsindən və 
Confirmation sərlövhəsindən ibarət olur; 
mtCustom
- pəncərədə şəkil olmur, sərlövhədə isə icra olunan əlavə faylının adı 
təsvir olunur, 
downloaded from KitabYurdu.org


211 
AButton
parametri pəncərədə təsvir olunan düymələri əks etdirir və aşağıdakı 
qiymətlər kombinasiyasını ala bilər: mbYes, mbNo, mbOk, mbCancel, mbHelp, 
mbAbort, mbRetry, mblgnore, mbAll. Düymələrin sərlövhəsi bu qiymətlərə uyğun olaraq 
Yes, Ok, Cancel və s. olur. Bu düymələrdən hər hansı birini (mbHelp-dən başqa) 
basdıqda məlumat pəncərəsi bağlanır. 
HelpCtx
parametri istifadəçi Fl klavişini basdıqda ekrana çıxan kontekst məlumatı 
müəyyən edir və onun qiyməti adətən sıfra bərabər olur. 
MessageDlgPos (const Msg: String; AType : TMsgDlgType; 
AButtons :TMsgDlgButtons; HelpCtx : Longlnt; 
x, y : Integer): Word; 
funksiyası - göründüyü kimi, MessageDlg funksiyasmdan yalnız x və y parametrləri 
ilə fərqlənir və bu, ekranda məlumat pəncərəsinin vəziyyətini idarə edir. 
InputBox(const ACaption, APrompt, ADefault: String) : string; funksiyası - mətndən 
ibarət sətri daxil etmək üçün dialoq pəncərəsini ekranda təsvir edir. Bu pəncərədə 
sərlövhəli mətn sahəsi, Ok və Cancel düymələri mövcud olur. Burada ACaption 
parametri pəncərənin sərlövhəsini, APrompt parametri mətn sahəsinin sərlövhəsini, 
ADefault parametri isə mətn sahəsinə çıxarılan sətri bildirir; əgər istifadəçi Cancel 
düyməsini və ya Esc klavişini basarsa, funksiyanın nəticəsi bu sətirdən ibarət olur. 
Məsələn, əgər proqramda 
InputBox ('İstifadəçi', 'Soyadı', 'Abbasov'); 
yazılarsa, pəncərənin sərlövhəsində İstifadəçi, məto sahəsinin sərlövhəsində Soyadı, mətn 
sahəsində isə Abbasov sözləri təsvir olunacaqdır. 
InputQuery (const ACaption, APrompt : String; 
var Value : String): Boolean; 
funksiyası
- inputBox funksiyasından onunla fərqlənir ki, üçüncü parametrin (susmaya görə 
sətrin) yerində Value dəyişəni istifadə olunur. Bu paramer istifadəçi Ok düyməsini basdıqda 
daxil edilən sətirdən ibarət olur. İstifadəçi Ok düyməsini basdıqda, funksiyanın nəticəsi True, 
Cancel düyməsini və ya Esc klavişini basdıqda isə False olur. Məsələn, əgər proqramda 
Soyad:= 'Abbasov'; 
downloaded from KitabYurdu.org


212 
InputQuery ('Istifadəçi', ' Soyadı ', Soyad); 
yazılarsa, InputBox funksiyasınm ekrana çıxardığı məlumat pəncərəsi ilə eyni olan sorğu 
ekrana çıxarılır. 
Dialoq komponentləri
Delphi-nin Komponentlər palitrasının Dialogs səhifəsində yerləşər komponentlər 
dialoqlan həyata keçirməyə imkan verir. Bu dialoqlar Windows sistemində adətən faylları 
açmaq, saxlamaq, çap etmək və s. kimi əməliyyatları yerinə yetirmək üçün istifadə 
olunduğundan onlara standart dialoqlar deyilir. 
Komponentlər palitrasının Dialogs səhifəsində standart dialoqları yerirə yetirən 
aşağıdakı komponentlər yerləşir: 
OpenDialog 
- açılacaq faylın seçilməsi
SaveDialog 
- yadda saxlanılacaq faylın seçilməsi; 
OpenPictureDialog 
-açılacaq 
qrafik 
faylın 
seçilməsi; 
SavePictureDialog 

yadda 
saxlanılacaq 
qrafık 
faylın 
seçilməsi; 
FontDialog 
- şrift parametrlərinin təyini; 
ColorDialog 
- rəngin seçilməsi; 
PrintDialog 
- printerdə çapetmə; 
PrinterSetupDialog - printerin seçilməsi və onun parametrlərinin təyini; 
FindDialog 
- axtarılacaq mətn sətrinin daxil edilməsi; 
ReplaceDialog - axtarılacaq və əvəz olunacaq mətn sətrinin daxil edilməsi 
Standart dialoq komponentləri qeyri-vizual komponentlərdir, belə ki layihələndirmə 
zamam onlan forma üzərində yerləşdirdikdə müvafiq nişanlarla təsvir olunur, layihə 
yerinə yetirildikdən sonra isə onlar forma üzərində görünmür. Formada yerləşdirdikdən 
sonra, bu komponentlərin xassələnmə qiymətlər müəyyənləşdirilir və onlar hər hansı bir 
hadisə ilə əlaqələndirilırəcək. Belə hadisə kimi adətən ya menyuların bəndlərinin 
seçilməsi, ya da düymətlər basılması hadisələri istifadə edilir. 
İstənilən standart dialoq Execute metodu ilə çağrılır. Bu funksiyanın nəticəsi məntiqi 
qiymət olur: Ok düyməsini basdıqda, funksiyanin qiyməti True, imtina düyməsini 
basdıqda isə False olur. Dialoq bağlandıqdan sonra o öz xassələri vasitəsilə seçilmiş və 
ya təyin olunmuş qiymətləri proqrama qaytarır. Məsələn, əgər proqramda OpenDialogl. 
downloaded from KitabYurdu.org


213 
FileName və Color yazılmışdırsa, onda istifadəçinin seçdiyi fayl və ya rəng 
yüklənəcəkdir. 
Fayllarm açılması və yadda saxlanılması 
Yuxarıda qeyd etdiyimiz kimi, bu əməliyyatlar uyğun olaraq penDialog və 
SaveDialog komponentləri ilə həyata keçirilir. Bu konponentlərin əsas xassələri 
aşağıdakılardır: 
FileName
- faylın adını və ona tam yolu göstərir; 
Title
- dialoq pəncərəsinin sərlövhəsini müəyyən edir, əgər bu xassəyə 
qiymət verilməzsə, susmaya görə pəncərənin sərlövhəsi Open (vəya Save) File olur;
InitialDir
–dialoq pəncərəsi açıldıqda təsvir olunan qovluğu müəyyən edir, əgər bu 
xassəyə qiymət verilməzsə, pəncərədə cari qovluq təsvir olunur;
DefaultExt
-əgər istifadəçi faylın tipini göstərməzsə, avtomatik olaraq fayla onun tipi 
mənimsədilir;
Filter
-faylların adlarının örtüyünü (*.*,*.doc və s.) müəyyən edir. Bu xassəyə 
susmaya görə qiymət verilməmişdir ki, bu da bütün tip fayllanın təsvir edilməsi 
deməkdir.
Filterlndex
-Filter xassəsində göstərilmiş örtüklərdən hansınm istifadə olunduğunu 
bildirir; susmaya görə onun qiyməti 
l
-dir, yəni birinci örtük istifadə edilir.
Options
- pəncərənin xarici görünüşünü və funksional imkanlarını idarə etmək 
üçün istifadə edilir. Options xassəsinin iyirmiyə qədər parametrləri vardır və hər bir 
parametrin qarşısında bayraq qoymaqla onu qoşmaq olar. Bu parametrlərdən bir neçə 
ən vaciblərinə baxaq: 
ofAllowMultiSelect
– eyni vaxtda siyahıdan bir neçə fayl seçmək olar; 
of CreatePrompt
-fayl mövcud olmadıqda onun yaradılması üçün sorğu verilir; 
of NoLongNames
-faylların adları qısa formada (ad üçiin 8 simvol, tip üçün 3
simvol) təsvir edilir. 
Standart dialoqların hansı fayllarla işləməsi filtrlə (Filter) müəyyləşdirilir. Filtr 
bir-birindən "|" işarəsi ilə ayrılan qiymətlərdən iir. Hər bir qiymət təsvir və örtükdən 
downloaded from KitabYurdu.org


214 
ibarət olur. Təsvir örtüyü izah edən mətndir (məsələn, "mətn faylları") örtük isə faylın adı 
və tipindən ibarət olur (məsələn, *.*, *.txt və s.). Əgər bu təsvir üçün bir neçə örtük

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə