Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə159/169
tarix29.11.2023
ölçüsü3,74 Mb.
#140128
1   ...   155   156   157   158   159   160   161   162   ...   169
Alqoritmlesdirme-ve-Programlasdirma

göstərilərsə, onda 
onların arasında ; işarəsi qoyulur. Filtri proqram yolu və ya xüsusi 
redaktorla müəyyən etmək olar. Məsələn, proqramla filtr belə müəyyənləşdirilə bilər: 
Open Dialogl.Filter: ='Mətn faylları 
I*.TXT;*.DOC;*.Wri;|Bütün fayllarl*.*'; 
Burada, fıltr iki örtükdən ibarət olur: mətn faylları üçün və bütün fayllar üçün. 
Filtr adətən layihələndirmə zamanı tərtib edilir. Bunun üçün forma üzərində 
komponenti seçərək Obyektlər inspektorunda Filter xassəsi qarşısında mausun düyməsini 
iki dəfə basmaq lazımdır. Bu zaman ekranda Filter Editor (Filtr redaktoru) adlı 
redaktorun pəncərəsi təsvir ediləcəkdir. Bu redaktor Filter Name (Filtrin adi) və Filter 
(Filtr) sütunlarından ibarətdir. Birinci sütunda fıltrin təsviri, ikinci sütunda isə uyğun 
örtük göstərilir. 
OpenPictureDialog və SavePictureDialog
komponentləri qrafık faylları açmaq və 
yadda saxlamaq üçün istifadə edilir. Bu komponentlər OpenDialog və SaveDialog 
komponentlərindən pəncərənin görünüşü və Filter xassəsində müəyyən edilən qiymətlərlə 
fərqlənir. Filter xassəsində susmaya görə aşağıdakı tip qrafik faylların təsviri müəyyən 
edilmişdir: *.jpg *.bmp, *.ico, *.emt və *.wmf. 
Bütün bu dialoq komponentləri Execute metodu ilə çağrılır. 
Şriftin parametrlərinin seçilməsi 
Şriftin adının, ölçülərinin, tərzinin və s. seçilməsi üçün Delphi FontDialog 
komponenti təklif edir. Bu komponentin əsas xassələri bunlardır: 
Font -şriftin parametrlərini təyin edir. Şriftin parametrləri bu xassənin Name (ad), Style 
(tərz), Size (ölçü), Color (rəng) və s. kimi alt xassələri İlə idarə olunur. 
MaxFont Size -şriftin maksimal ölçüsünü miüəyyən edir;
MinFont Size -şriftin minimal ölçüsünü müəyyən edir; 
Device -şriftin quraşdırıldığı qurğunun tipini müəyyən edir. 
Device parametri öz növbəsində aşağıdakı üç qiymətdən birini ala bilər: 
downloaded from KitabYurdu.org


215 
fdscreen
-ekrana çtxarma; 
fdPrinter
-printerə çıxarma; 
fdBoth
-həm ekrana, həm də printerə çtxarma. 
Options
-dialoqun ayrı-ayrı parametrlərini sazlamaq üçün istifadə olunur. 
Options xassəsinin özünün bir çox parametrləri mövcuddur. 
Misal. 
ıf FontDialogl. Execute then 
Labell.Font:=FontDialogl.Font;
Bo kodla dialoq pəncərəsindən istifadəçinin seçdiyi şrift yazı üçün tətbiq olunur. 
Mühazirə 23: Menyularla iş 
Menyu Windows sistemində və onun əlavələrində ən vacib elementdir və demək olar 
ki, elə bir pəncərə yoxdur ki, orada menyu sətri olmasın. Menyu müəyyən funksional 
əlamətlərə görə birləşdirilmiş bəndlər yığımından ibarətdir və hər bir bənd müəyyən əmri 
icra edir. Windows sistemindən bilirik ki, menyular əsas menyu və kontekst (peyda olan) 
menyulardan ibarətdir. 
Əsas menyu 
menyular sətri kimi pəncərədə həmişə təsvir olunur 
və bütövlükdə əlavənin bütün funksiyalarını idarə edir. 
Kontekst menyu 
isə obyekt 
downloaded from KitabYurdu.org


216 
üzərində mausun sağ düyməsini basdıqda peyda olur və həmin obyektə aid müəyyən 
əmrləri icra etmək üçün istifadə edilir. 
Delphi-də əsas menyu MainMenu, kontekst menyu isə PopupMenu komponentləri ilə 
yaradılır. Bu komponentlər Standart səhifəsində yerləşir. Hər iki menyu TMenuItem 
tiplidir. TMenuItem sinfi əsas və kontekst menyuların bəndlərini təsvir etmək üçün 
istifadə olunur. Bu menyuların əsas ümumi xassələri aşağıdakılardır: 
Caption xassəsi - String tipli Caption xassəsi menyunun sərlövhəsindən ibarət sətirdir. 
Əgər sərlövhədə mətn əvəzinə "-" işarəsi yazılarsa, onda uyğun menyu bəndinin yerində 
ayrıcı qırıq xətt çəkiləcəkdir. 
Bitmap xassəsi - TBitmap tipli Bitmap xassəsi menyu bəndinin sərlövhəsinin sol 
tərəfində piktoqramın təsvir edilməsini müəyyənləşdirir, susmaya görə bu xassənin 
qiyməti Nil olur, yəni piktoqram yoxdur. 
Enabled xassəsi - Boolean tipli Enabled xassəsi menyu bəndinin aktivliyini bildirir
əgər onun qiyməti False olarsa, onda menyu bəndi aktiv olmur və sərlövhəsi solğun 
rəngli olur. Bu o deməkdir ki, həmin menyu maus və ya klaviatura ilə icra oluna bilməz. 
Susmaya görə Enabled xassəsinə True qiyməti verilmişdir, yəni o aktivdir. 
Visible xassəsi - Boolean tipli Visible xassəsi ekranda menyu bəndinin görünməsini 
müəyyən edir. Susmaya görə ona True qiyməti verilmişdir və menyu bəndi ekranda təsvir 
olunur. 
ShortCut xassəsi - TShortCut tipli ShortCut xassəsi klavişlər kombinasiyasını 
müəyyən edir, yəni menyu bəndinin yerinə yetirdiyi funksiyanı müəyyən klavişləri 
basmaqla da icra etmək mümkün olur. Klavişlər kombinasiyası Caption xassəsi ilə də 
müəyyənləşdirilə bilər (& simvolunun köməyi ilə). Bunların fərqi ondadır ki, klavişlər 
kombinasiyası Caption xassəsi ilə müəyyənləşdirildikdə, sərlövhədə simvol altdan xətt 
çəkilməklə nəzərə çarpdırıldığı halda, ShortCut xassəsində klavişlər kombinasiyası 
menyu bəndinin sağ tərəfində təsvir olunur. Bu xassəyə qiymət vermək üçün Obyektlər 
inspektorundan istifadə etmək daha əlverişlidir. Klavişlər kombinasiyasını proqramla 
müəyyən etdikdə isə 
ShortCut (Key: Word; Shif t: TShif tState) : TSortCut;
 
downloaded from KitabYurdu.org


217 
funksiyasından istifadə etmək lazımdır. Burada Shift parametri idarəedici klavişi, Key isə 
hərf-rəqəm klavişini göstərir. Məsələn
Ctrl+
A klavişlər kombinasiyasını təyin etmək 
üçün bu funksiya belə yazılmalıdır: 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə