Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə157/169
tarix29.11.2023
ölçüsü3,74 Mb.
#140128
1   ...   153   154   155   156   157   158   159   160   ...   169
Alqoritmlesdirme-ve-Programlasdirma

Dəyişdiricilər
Dəyişdiricilərin köməyi ilə istifadəçi lazım olan parametrləri seçmək imkanı əldə 
edir. Dəyişdiricilərə demək olar ki, Windows-un bütün pəncərələrində rast gəlmək 
downloaded from KitabYurdu.org


207 
mümkündür. Dəyişdiricilər iki növ olur: müstəqil qeyd olunmuş və asılı qeyd olunmuş. 
Müstəqil qeyd ol
u
nmuş dəyişdiriciyə sadəcə olaraq bayraq da deyirlər. Bayraqlar iki 
vəziyyətdə - qoşulmuş va qoşulmamış vəziyyətlərdə olur. Asılı qeyd olunmuş 
dəyişdiricilərə isə sadəcə olaraq dəyişdiricilər deyirlər. Onlar da həmin iki vəziyyətdə 
olur, lakin bayraqlar təklikdə işlədikləri halda, dəyişdiricilər tək işləyə bilmir. 
Dəyişdiricilərdən biri həmişə qoşulmuş vəziyyətdə olur. Bu halda digər dəyişdiricilər 
qoşula bilmir. Dəyişdiricilərlə işləmək üçün Delphi CheckBox, RadioButton və 
RadioGroup komponentləri təklif edir. CheckBox və RadioButton c dəyişdiriciləri Button 
düyməsinin əmələ gəldiyi TButtonControl sinfindən yaranmışdır. 
Müstəqil qeyd olunmuş dəyişdirici 
Bu dəyişdirici CheckBox komponenti ilə yaradılır. Dəyişdirici sərlövhədən ibarət 
düzbucaqlı şəklindədir. Düzbucaqlı daxilində mausun sol düyməsini basdıqda işarəsi 
əmələ gəlir. Bu halda dəyişdirici qoşulmuş hesab olunur və deyirlər ki, "bayraq" 
qoyulmuşdur. Düzbucaqlı boş olduqda deyirlər ki, bayraq atılmışdır, yəni istifadəçi 
həmin parametrdən imtina edir. 
Bayrağın vəziyyətini Checked xassəsi müəyyən edir. Susmaya görə onun qiyməti 
False-dıv, yəni bayraq atılmışdır. 
İstifadəçi bayrağın vəziyyətini mausla dəyişdirə bilər. Belə ki, əgər bayraq 
atılmışdırsa, mausun düyməsini basdıqda bayraq qoyulur və əksinə, bayraq 
qoyulmuşdursa, mausun düyməsini basdıqda bayraq atılır. Buna müvafıq olaraq Checked 
xassəsinin qiyməti də dəyişir. Əgər CheckBox komponenti fokus almış vəziyyətdə olarsa, 
onda bayrağı probel klavişini basmaqla da qoymaq və ya atmaq olar. Checked xassəsinə 
kod vasitəsilə də qiymət vermək olar: 
CheckBoxl.Checked:=true; 
CheckBox2.Checked:=false; 
Əgər Enabled xassəsinə False qiyməti verilərsə, onda bayrağın dəyişdirilməsi 
mümkün olmur, məsələn, CheckBoxl. Enabled: =false; 
Müstəqil qeyd olunmuş dəyişdiricinin üçüncü vəziyyəti imtina olunmuş vəziyyətdir. 
Bu vəziyyəti AllowGrayed xassəsi idarə edir. Əgər bu xassənin qiyməti True olarsa, 
mausun klavişini basdıqda bayraq üç vəziyyət arasında dövrü dəyişir: qoşulur, qoşulmur 
və imtina olunur. İmtina olunmuş vəziyyətdə düzbucaqlı daxilində işarəsi olmasına 
downloaded from KitabYurdu.org


208 
baxmayaraq dəyişdirici boz rəngli olur. 
Bayrağın üç vəziyyətindən birini seçmək və onu təhlil etmək üçün, TCheckBoxState 
tipli State xassəsindən istifadə olunur. Bu xassə aşağıdakı qiymətləri ala bilər: 
cb
u
nChecked - bayraq atılmışdır;
cbChecked - bayraq qoyulmuşdur;
cbGrayed - bayraq qadağan olunmuşdur. 
Dəyişdiricinin hansı vəziyyətə keçməsindən asılı olmayaraq, onun vəziyyətini 
dəyişdikdə OnClick hadisəsi baş verir. 
Misal. Vurma cədvəlinin tərtib edilməsi. 
Vurma cədvəlini proqramlaşdırmaq çox asan məsələdir. Lakin, biz adi vurma cədvəli 
tərtib etməyəcəyik. Biz vuruqları klaviaturadan deyil, şkala adlanan idarəedici 
elementdən daxil edəcəyik. 
Qiymətlər diapazonu ilə işləmək üçün Delphi şkala adlanan TrackBar komponentini 
təklif edir ki, onun köməyi ilə qiymətlər diapazonundan tam ədədləri seçmək 
mümkündür. Bu komponent də Windows sistemində geniş istifadə olunur. Buna ən sadə 
misal olaraq audio-qurguların səs gücləndirici şkalasmı göstərmək oiar. Bu komponentin 
xassəiərini məsələnin həlli prosesində öyrənscəyik. 
Vurma cədvəlində iki vuruq olduğuna görə, bizə iki şkala komponenti lazım 
olacaqdır. Ona görə də forma üzərinə Win32 səhifəsindən iki TrackBar, Standart 
səhifəsindən isə üç Label, bir CheckBox və bir GroupBox komponenti yerləşdirin.
Şkala üzərində hərəkət edən (maus və ya idarəetmə klavişləri ilə) məkiyin mövqeyi 
vuruqlarını qiymətini müəyyən edir. Bu qiymətləri şkalaların sağ tərəfındə yerləşdirilmiş 
yazı komponentləri üzərində təsvir etdirəcəyik. Hər iki şkala tamamilə eyni işləməlidir. 
Ona görə də hər iki şkalanın xassələrinə eyni qiymətlər verəcəyik. Şkalaları növbə ilə 
seçərək Obyektlər inspektorunda aşağıdakı xassələrin qiymətlərini müəyyənləşdirin. 

Orientation xassəsi - şkalanın üfqi və ya şaquli vəziyyətdə olmasını müəyyən edir.
Bu xassə ttHorizontal qiyməti verin. 
Min (Minimum) xassəsi - şkalanın minimal qiymətini müəyyən edir. Bu xassəyə 2 
qiyməti daxil edin.
downloaded from KitabYurdu.org


209 
Max (Maksimum) xassəsi - şkalanın maksimal qiymətini müəyyən edir. Bu 
xassəyə 99 qiyməti daxil edin. Bu halda ikirəqəmli ədədlərin xassənin qiymətini 
dəyişmək lazımdır {999, 9999 və s.). 
Position (Mövqe) xassəsi - məkiyin mövqeyini bildirir. Məkiyi hərəkət 
etdirdikdəonun qiyməti avtomatik olaraq dəyişir. 
Position xassəsi ilə məkiyin başlanğıc vəziyyətini müəyyən etmək olar. Bu 
qiymət Min və Max diapazonunda olmalıdır. Başlanğıc anda məkiyin kənarda 
yerləşməsi üçün bu xassəyə də 2 qiyməti daxil edin. 
LineSize (Dəyişmə addımı) xassəsi - məkiyi idarəetmə klavişləri ilə (sağa, sola, aşağı 
və yuxarı) hərəkət etdirdikdə dəyişmə addımını müəyyən edir. Bu xassəyə 1, yəni 
minimal qiymət daxil edin. 
PageSize (Dəyişmə addımı) xassəsi - məkiyi PageUp və PageDow klavişləri ilə 
hərəkət etdirdikdə dəyişmə addımını müəyyən edir. Bu xassəyə ixtiyari, məsələn, 7 
qiyməti verin. 
Frequency (Şkala tezliyi) xassəsi - şkalada bölgülərin yerləşmə sıxlığını müəyyən 
edir. Bu xassəyə də 7 qiyməti verin. Bu zaman məkik bir bölg digər bölgüyə atılacaqdır. 
İndi isə GroupBox qrup komponentini seçin. Bu komponent də yenidir. GroupBox 
komponenti düzbucaqlı haşiyədən və onun sol yuxarı küncündə yerləşən sərlövhədən 
ibarətdir. Bu komponentin xassəsini Hasil adlandırın. Onun üzərindəki Label3
komponentinin Aligment xassəsinə taLeft Justify qiyməti verin. 
Mühazirə 22: Dialoqlarla iş 
Ms Windows sistemi və onun əlavələri ilə işlədikdə biz dialoqlarla demək olar ki, 
hər addımda rastlaşırıq. Bu dialoqlar ən müxtəlif xarakterlidir. Delphi-də dialoqlar iki 
üsulla yerinə yetirilir: 
-
xüsusi prosedur və funksiyalar vasitəsilə; 
-
dialoq komponentləri ilə. 
Dialoq prosedur və funksiyaları 
downloaded from KitabYurdu.org


210 
Delphi-də bir neçə xüsusi prosedur və funksiyalar mövcuddur ki, onlar ümumi 
təyinatlı sadə dialoqları ekranda əks etdirmək üçün nəzərdə tutulmuşdur. Bu prosedur və 
funksiyaların bəziləri ilə qısa tanış olaq. 
Xüsusi prosedur və funksiyalar iki qrupa bölünür: 
-
məlumatı pəncərəyə çıxarmaq üçün; 
-
məlumatı pəncərədən daxil etmək üçün. 
ShowMessage, MessageDlg və MessageDlgPos prosedur və funksiyaları birinci 
qrupa, InputBox və InputQuery funksiyalan isə ikinci qrupa aiddir. 
ShowMessage (const 
Msg 
: String); proseduru - icra olunduqda ekranda məlumat 
dialoq pəncərəsi peyda olur ki, onun sərlövhəsi icra olunar əlavə faylının adından, 
pəncərənin özü isə 
Msg 
məlumat sətri və 
Ok 
düyməsindən ibarət olur. Biz bu proseduru 
həil etdiyimiz məsələlərdə dəfələrlə tətbiq etmişik. 
MessageDlg (const 
Msg
: String; 
AType 
: TMsgDlgType; 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə