Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə22/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   ...   18   19   20   21   22   23   24   25   ...   187
Azf-296066

təqvaya daha yaxındır”
(əl-Maidə, 8).
Allah Rəsulu 
(salləllahu əleyhi və səlləm)
və onun tərbiyəsi 
altında yetişmiş möminlər pislik gördükləri kimsələrə qar-
şı ədalətlə davranmanın ən gözəl nümunələrinı vermişlər. 
Çünki təqvalıydılar. Ədalətli təqvasız ola, yəni bir çox gü-
nahlardan çəkinməyə bilir. Lakin təqvalı insan ədalətsiz ol-
maqdan qorxar, Rəbbinə qarşı gəlməkdən çəkinər.
İBRƏT 
Allah Rəsulunun 
(salləllahu əleyhi və səlləm)
sağ-
lığnda Hz.Aişəyə 
(radiyallahu ənhə)
iftira atılarkən bu olay-
da adı hallandırılanlardan biri də tanınmış şair Hassan ibn 
Sabit idi. Möminlər anasının qəlbi ondan qırılmışdı. La-
kin Hz.Peyğəmbərin 
(salləllahu əleyhi və səlləm)
vəfatından 
sonra bir məclisdə bu dəyərli şairin əleyhinə danışılarkən 
məclisdə bulunan Hz.Aişə dərhal müdaxilə edərək dedi:
“Xeyr! Hassandan incik olsam da haqqımı ona ha-
lal etmişəm. Hassan Rəsulullahı kafirlərin hücumundan 
çox güclü şəkildə müdafiə etmişdir. O müdafiə bütün 
qəbahətlərinin əfv olunmasına kafidir. Onun əleyhində bu-
lunmaq bizə yaraşmaz.”
Bizi məhv etsə mənəmlik mərəzi məhv edəcək
Qəlblərin qəlblərə qəsdi-qərəzi məhv edəcək.


38
Daş tapılmaz bizə, ölçülsə kiçik suçlarımız
Başqa şey yox, bizi mizan-tərəzi məhv edəcək.
Bizə bizdən irəli olanların xətti gərək
Hal budur ki, bizi bizdən gerisi məhv edəcək.
Əhli zöhd içrə ara xalqa xilaskar arasan
Xalqı, yox şübhə ki, xalqın hərisi məhv edəcək.
Rəhbərin fərlisinin Rəhbəri Rəhman özüdür
Rəhbərin fərsizini yan-yörəsi məhv edəcək.
Əsli torpaqdı qulun, tapdandıqca mətin olur
Su kimi axanları su pərisi məhv edəcək.
Ədalət hər bir halda haqqı ortaya qoymaqdır. Bu isə istər 
kinlilər, istərsə də sevgililər üçün eyni dərəcədə çətindir. 
Çünki sevənlər sevdiklərinin nöqsanlarını, sevməyənlər 
sevmədiklərinin fəzilətlərini görmür yaxud görmək istə-
mir lər. Adil olmayanlar amir də, alim də, arif də, aqil də 
ola bilər, amma nəbi ola bilməzlər. Ədalət peyğəmbərlik 
xislətindəndir. Ona görə də birisi qənimətlərin bölgüsü 
zamanı Allah Rəsulunu 
(salləllahu əleyhi və səlləm)
ədalətli 
olmamaqda günahlandıranda o Həzrət buyurmuşdu: 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə