Altay cəMİl V ciLD


“Məni qəlbiqırıqların yanında axtar.”



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə25/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   ...   21   22   23   24   25   26   27   28   ...   187
Azf-296066

“Məni qəlbiqırıqların yanında axtar.”
Allah Rəsulu 
(salləllahu əleyhi və səlləm)
kimsənin qəlbinə 
toxunmamağa xüsusi diqqət edər, küsülüləri barışdırar, 
əshabını küsməkdən və küsdürməkdən çəkindirərdi.


42
İBRƏT 
Əbu Sufyan bir dəstə adamla Hz.Salman, Hz.Su-
heyb və Hz.Bilalın 
(radiyallahu ənhum)
yanından keçirdi. O 
əsnada Əbu Sufyan haqqında belə dedilər: “Allahın qılınc-
ları heç cür bu Allah düşməninin boynuna tuş gəlmədi!”
Hz.Əbu Bəkir 
(radiyallahu ənh)
onlara irad tutdu: “Siz nə 
haqla Qüreyşin böyüyü barəsində belə sözlər söyləyirsiniz?” 
Ardınca da Rəsulullahın 
(salləllahu əleyhi və səlləm)
yanına 
gedərək olanları danışdı.
Allah Rəsulu 
(salləllahu əleyhi və səlləm)
ona buyurdu: 

İn-
şaallah, qardaşlarını qəzəbləndirməmişsən. Onların qəlbini 
qırdınsa, Rəbbini də incitmiş oldun.”
Hz.Əbu Bəkir üzrxahlıq etmək üçün dərhal qayıdıb yoldaş-
larından soruşdu: “Qardaşlarım, sizin qəlbinizi qırdımmı?”
Onlar da: “Xeyr. Allah səni bağışlasın, qardaşım!” dedilər.
İncidin nəfsləri, siz ürəyə toxunmayın
Sındırın köntöyləri, siz kövrəyə toxunmayın.
Qula Mövlası yetər, qulun varı onsuz da yox
Toxunun mülkə-mala, duz-çörəyə toxunmayın.
İçlərə yaxşı baxın, daş-kəsəkdən təmizləyin
Vurun hər cür alağı, gül-çiçəyə toxunmayın.
Küsdürmək bir-birini cavanların adətidir
Ey gənclər, ağsaqqala, ağbirçəyə toxunmayın.
Sizlər, ey xalqa xeyri toxunmayan ziyanlılar
Sizə vermirsə zərər, heç böcəyə toxunmayın.
Çox zaman kin nifrətin sinonimi kimi işlənsə də bunları 
ayıran cəhətlər vardır. Əsas fərq ondan ibarətdir ki, nifrət 
canlı-cansız hər şeyə aid edilə bildiyi halda, kin ancaq in-
sanlara qarşı olur və tədbir görülməsə qəlbdə daha çox kök 
salır. Bəzən o qədər dərinə işləyir ki, təkcə diriləri deyil
ölüləri də əhatə edir. Halbuki hədislərdə buyuruldu:

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə