Altay cəMİl V ciLD


“Peyğəmbər onlara haqla gəldi. Lakin onların əksəriy­



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə30/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   ...   26   27   28   29   30   31   32   33   ...   187
Azf-296066

“Peyğəmbər onlara haqla gəldi. Lakin onların əksəriy­
yəti haqqı xoşlamır. Əgər haqq onların nəfslərinin istək­
lə rinə uysaydı, göylər, yer və bunlarda bulunanlar pozu
-
lub gedərdi. Xeyr, Biz onlar üçün gətirdik, onlar isə zikrə 
arxa çevirirlər” 
(əl-Muminun, 70-71).
Ümumiyyətlə, haqqa nifrət iki şəkildə özünü biruzə verir:
1) 
Haqqın özünə nifrət;
2) 
Haqqı gətirənə, təbliğ edənə nifrət;
Haqqın özünə nifrət, əsasən, Allaha şərik qoşanlarda
Axirətə inanmayan yaxud yalnız dünya həyatı üçün çalışan 
kimsələrdə olur. Haqqın kim tərəfindən gətirilməsi onlar 
üçün çox önəm daşımaz. Vacib olan, belələrinin dünyasını 
təhdid edən bir şeyin gətirilməməsidir. İstər İslam, istər də 
əvvəlki haqq dinlər Axirət həyatını önə çəkdiyi, zəiflərin, 
məzlumların müdafiəsində durduğu üçün daima ən barış-
maz müqavimətlə qarşılanmışlar. 
“Tayfasının kafir olan, Axirətə qovuşacaqlarını yalan 
hesab edən və
dünyada nemət
verdiyimiz əyan­əşrafı 
(tabeliklərində olanlara) dedi:
“Bu sizin kimi ancaq adi bir insandır, yediyinizdən ye
-
yir, içdiyinizdən içir. Əgər siz özünüz kimi adi bir insana 
itaət etsəniz, şübhəsiz ki, ziyana uğrayarsınız. O sizə ölüb 
torpaq və sür­sümük olduqdan sonra çıxarılacağınızımı 
vəd edir? Vəd olunduğunuz şey çox uzaqdır, çox uzaq! Bi
-
zim həyatımız yalnız bu dünyadadır”
(əl-Muminun, 33-37).
Hz.Muhəmməd 
(salləllahu əleyhi və səlləm)
peyğəm bərli-
yinin Məkkə dövründə həcc mövsümü zamanı Yəmənin 
Kində qəbiləsinə İslamı anladarkən onlar soruşdular: 
“Müvəffəq olduğun təqdirdə səltənəti özündən sonra bizə 
verərsənmi?”
Rəsulullah 
(salləllahu əleyhi və səlləm)

“M
ülk və səltənət 
Allaha aiddir, onu dilədiyinə verər” buyurduqda Kindənin 
öndə gedənləri bu həyasız cavabda bulundular: “Onda bi-
zim sənin gətirdiyinə ehtiyacımız yoxdur.”


52
Fəzilət əhli olmaq, sanma yalnız fitrətdəndi
Hər kim olmazsa, səbəb, nəfslərdə nifrətdəndi.
Sevgidən ayrı düşən, şeytanıyla baş-başadı
Sevgidən ayrı düşmək Rəbbi ilə firqətdəndi.
Qəlbə hicrət edənlər xeyirləri götürdülər
bəla gəlsə qula, qəlbdən nəfsə hicrətdəndi.
Dünyaya aşiq olan Axirətə asi düşər
Orda qəm-qüssə görmək burda eyş-işrətdəndi.
Ey könül, arif isən, bir anı da zay eləmə
Hər gələn gün xeyratdan, hər gedən gün ibrətdəndi.
Haqqa nifrət zamanla haqqı gətirənə də nifrət oyadır. 
Necə ki, Hz.Muhəmmədə də 
(salləllahu əleyhi və səlləm)
peyğəmbərliyə qədər Məkkəlilərin bir kini-küdurəti yoxdu. 
Əksinə, o Həzrət 
(salləllahu əleyhi və səlləm)
onu tanıyanların 
etibarını qazanmış, “Əmin” ləqəbi ilə məşhur olmuşdu.
Məsələn, 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə