Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə30/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

 
76 
 
6.8.
 
İnsan sağlamlığı 
Ətraf  mühitin  keyfiyyəti  insanların  sağlamlığı  üçün  çox  mühüm  amildir.  Zəngin  təbii  və  əmək 
ehtiyatları olan Azərbaycanda bu potensialdan düzgün istifadə edərək əhalinin sağlamlığını təmin edən 
ekoloji mühit yaratmaqla dayanıqlı inkişafı təmin etmək mümkündür.  
İqtisadi  inkişaf  təmin  edilərkən,  ekoloji  amillərin  nəzərə  alınmaması  ilə  əlaqədar  ölkəmizin  ciddi 
problemlərlə  üzləşməsi,  respublika  ərazisinin  bir  hissəsinin  –  Dağlıq  Qarabağ  və  ətraf  rayonların 
Ermənistanın  işğal  altında  qalması  və  insanların  yaşayış  yerlərindən  didərgin  düşməsi  ətraf  mühitin 
mühafizəsi sahəsindəki problemləri daha da dərinləşdirmişdir.  
Hazırda  insan sağlamlığının təmini baxımından bir sıra ekoloji  problemlərin, xüsusilə əsas içməli su 
mənbələrinin, çayların çirklənməsinin qarşısının alınması, atmosfer havasına atılan zərərli maddələrin 
azaldılması,  Xəzər  dənizinin  ekoloji  vəziyyətinin  yaxşılaşdırılması,  ozon  qatının  mühafizəsi, 
biomüxtəlifliyin qorunub saxlanması kimi ekoloji problemlərin həlli edilməsi zəruri məsələlərdir. 
Ətraf  mühitin  keyfiyyətinin  yaxşılaşdırılması  ilə  bərabər,  iqtisadiyyatın  müxtəlif  sahələrində  çalışan 
əhalinin  iş  şəraitinin  yüksəldilməsi  bütövlükdə  əhalinin  ümumi  sağlamlığına  xidmət  edən  başlıca 
amillərdəndir. Lakin qeyd etmək lazımdır ki, respublikada mövcud olan sənayenin əsasını təşkil edən 
bir  çox  müəssisələrdəki  iş  şəraiti  ekoloji,  sanitar-gigiyenik  baxımdan  müvafiq  tələblərə  cavab 
vermədiyindən,  orada  çalışan  insanların  sağlamlığı  təhlükə  qarşısında  durur.  Belə  vəziyyət  xüsusilə 
neft-kimya, maşınqayırma müəssisələrində daha qabarıq şəkildə təzahür edir.  
Uzun  illərdən  bəri  müəssisələrin  baxımsız  vəziyyətdə  olması,  köhnəlmiş  avadanlıqların  müasir 
texnoloji  avadanlıqlarla,  eləcə  də  qaz-toz  tutucu  filtrasiya  sistemlərinin  yeniləri  ilə  əvəz  edilməməsi 
problemin həllini qeyri-mümkün edir.  
Əhalinin  sağlamlığını təmin etmək üçün isə iş  şəraitinin  yaxşılaşdırlması və işsizliyə qarşı mübarizə 
əsas  şərtlərdən  biridir.  Yeni  iqtisadi  siyasətin  həyata  keçirilməsində  işsizliyin  tədricən  aradan 
qaldırılması  dövlətimizin  əsas  vəzifələrindən  biridir.  Hazırda  respublikamızda  hüquqi  dövlətin 
yaranması ilə əlaqədar bu problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir.  
Azərbaycanda dayanıqlı  insan inkişafına nail olunması  əhəmiyyətli  dərəcədə  ölkənin  həm  səhiyyə  və 
həm  də  ətraf  mühitin  mühafizəsi  sahələrindəki  problemlərin  həllindən  asılıdır.  Mövcud  vəziyyətdən 
çıxış  yolu  olaraq,  həm  iqtisadi,  həm  də  ekoloji  baxımdan  müasir  tələblərə  cavab  verən  müəssisə  və 
xidmətlərin yaradılmasından ibarətdir. 
Azərbaycanda əhalinin sayı və insan sağlamlığının cari vəziyyəti aşağıdakı cədvəllərdə verilmişdir.  
 
 
 
 
 


 
77 
 
Azərbaycanda əhalinin  sıxlığı və təbii hərəkəti
9
 
 
 
2009 
2010 
2011 
2012 
2013 
 
Əhalinin sıxlığı  
(1 kv.km-ə düşən əhali, nəfər) 
104 
105 
107 
108 
109 
 
Əhalinin hər1000 nəfərinə
 
 
 
 
 
 
təbii  artım 
11.3 
12.5 
13.5 
13.0 
12.8 
 
doğulanların sayı 
17.2 
18.5 
19.4 
19.0 
18.6 
 
ölənlərin sayı 
5.9 
6.0 
5.9 
6.0 
5.8 
 
 
 
 
 
 
 
 
Son iki ildə Azərbaycanda ölüm hallarına əsas səbəb olan xəstəliklər qan dövranı  sisteminin xəstəlikləri, 
tənəffüs və onkoloji xəstəliklər və digərləri hesab edilir: 
 
 
Xəstəliklər 
2010 
2011 
2012 
2013 
Bütün səbəblərdən ölənlərin sayı 
53580 
53762 
 
55017 
54383 
o cümlədən: 
 
 
 
 
- bəzi infeksion və parazitar xəstəliklərdən 
1013 
875 
580 
597 
- yenitörəmələrdən 
6633 
5999 
5886 
6383 
- qan və qanyaradıçı orqanların xəstəlikləri və 
immun mexanizmin prosesə cəlb olunması ilə gedən 
ayrı-ayrı pozğunluqlarından 
70 
112 
91 
89 
 
- endokrin sistemin xəstəlikləri və qidalanma
maddələr mübadiləsi pozğunluqlarından 
1094 
942 
920 
971 
 
- psixi pozğunluqlar və davranış pozğunluqları 
xəstəliklərindən 
35 
31 
23 
21 
 
- sinir sisteminin xəstəliklərindən 
789 
1284 
1338 
985 
 
- qan dövranı sisteminin xəstəliklərindən 
32554 
32835 
34832 
34379 
 
- tənəffüs orqanlarının xəstəliklərindən 
2377 
2185 
1743 
1529 
 
- həzm sisteminin xəstəliklərindən 
3137 
3097 
2970 
2806 
 
- dəri və dərialtı toxumanın xəstəliklərindən 
31 



 
- sümük-əzələ sisteminin və birləşdirici toxumaların 
xəstəliklərindən 
56 
95 
97 
125 
 
- sidik-cinsiyyət sisteminin xəstəliklərindən 
1163 
1023 
912 
913 
 
- hamiləlik, doğuş və zahılıq dövründə 
26 
27 
26 
25 
 
- perinatal dövrdə meydana çıxan bəzi hallardan 
367 
627 
937 
1142 
 
- anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, 
deformasiyalar və xromosom pozgunluqları) 
357 
392 
355 
287 
 
- digər rubrikalarda təsnif olunmayan klinik və 
laborator müayinələrlə aşkar edilən simptomlar
əlamətlər və normadan kənaraçıxmalardan 
1343 
1771 
1836 
1892 
 
- travmalar, zəhərlənmələr və xarici səbəblərin 
təsirinin digər nəticələrindən 
2529 
2460 
2467 
2234 
 
- digər səbəblərdən 




 
                                                           
9
 AR Statistika Komitəsi, 2014 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə