59
və nüfuz sahibi olmuşdur. O, yeri gələndə bu nüfuzdan və qazi-
liyindən məharətlə istifadə etmişdir. Şamaxı qazısının fəaliyyə-
tində dövrünə görə bə'zi mütərəqqi cəhətlər də olmuşdur. Bu da
onun dövrün, zamanın yeniləşmə tələbini duyaraq, onunja
ayaqlaşmaq cəhdindən irəli gəlmişdir. Həmin cəhəti nəzərdo tutan
Ö.F.Ne'ıııanzadə (1902-ci il zəlzələsindən əvvəl o, Şamaxıda
müəllim işləmiş və Hacı Məcid əfəndini şəxsən tanımışdı) yazırdı:
“Hacı Məcid əfəndi yaxşı natiq və psixoloq idi. Yeniliyə, yeni
üsulla tərəfdar kimi görünürdü... Bu isə məktəbdə uşaqlarını
oxutmaq istəyən alverçilərin xatiri üçün idi.
Camaatın az-çox yeniliyə doğru getdiyini, gələcəkdə yeniliyin,
yenilərin qüvvətlənəcəyim duyurdu. Buna görə də istər
ıııəsciddəki və'zlərində, istərsə tez-tez olan qonaqlıqlardakı
söhbətlərində... dini şüarları təkyə edərək yeniliyin, az-çox za-
mana uymanın faydasına danışardı... Yenilərlə yenicə, köhnələrlə
köhnəliyə dair söylərdi".
Həqiqətən, Hacı Məcid əfəndi erməni-müsəlman qırğım za-
manı, 1906-cı ildə Qarabağ zərərdidələrinə maddi yardım gös-
tərmək üçün ianə toplanmasına xeyli kömək etmişdir. Sabirin
həmin vətəndaşlıq tədbirlərində yaxından iştirak edərək görülən
tədbirləri bəyəndiyi haqda əvvəlki səhifələrdə bəhs elmişik.
Həmin günlərdə Hacı Məcid əfəndinin bir qazı kimi, Qarabağ
zərərdidələri ilə əlaqədar gördüyü işlər Sabirin nəzərindən yayına
bilməzdi. O da mə'lumdur ki, erməni-müsəlman davasının
müsəlmanlarla ermənilərin birgə yaşadığı Şamaxı kimi bir yerdə
olmamasında hər iki millətin dini rəhbərlərinin müəyyən
xidmətləri vardır. Bu da Sabiri məmnun etmiş və şair məqalələ-
rində Şamaxıda erməni-müsəlman davasının baş verməməsi üçün
dini rəhbərlərin gördüyü işlərdən razılıqla danışmışdı. Şübhəsiz,
bu tədbirlərdə dini rəhbər kimi Hacı Məcid əfəndi də fəal iştirak
etmişdi.
XIX əsrin II yarısında xüsusən Şirvan əyalətində, o cümlə-
60
dən Şamaxı ətrafında və şəhərdə təriqətçilık güclənmişdi. Sabir
də dövrün qabaqcıl görüşlü ziyalılarından olan H.Zərdabi,
S.Ə.Şirvani, M.Mahmudbəyov və b. kimi təriqətçiliyə qəti düş-
mən münasibəti bəsləmiş, bu hərəkatın xalqı ətalət və cəhalət
girdabına daha sür'ətlə sürükləməsini, xalqı parçalamasını öz
yaradıcılığında dəfələrlə tənqid edərək xalqı birliyə və tərəqqiyə
çağırmışdır. Təriqətçilik, o cümlədən sünnilik və şiəliyin vətənə
və millətə vurduğu zərərin tənqidi Sabir yaradıcılığının lap ilkin
mərhələsindən başlayaraq sonuna kimi davam etmişdir. “Baba
sünni...”, “A şirvanlılar” və s. satiralarından başqa “Sual- cavab”,
“Müəllimlər siyezdi”. “Fəxriyyə” və s. əsərlərdə də sünnilik və
şiəliyin zərərlərindən bəhs olunmuşdur. Sabir bu işləri də əsl
şair-vətəndaş mövqeyindən yerinə yetirirdi. Hacı Məcid əfəndi
də sünnilərlə şiələr arasındakı ixtilafları sakitləşdirir, təriqətlər
arasında daima sülh olmasına çalışır və müvəffəq olurdu. Onun
bu fəaliyyəti də xalqı əmin-amanlıqda saxlayırdı. Sabiri də
qazinin gördüyü işin məhz bu tərəfi razı salırdı.
Bundan başqa, Sabiri ömrü boyu maarifin, məktəblərin inki-
şafı məsələsinin narahat etməsini, başqa materiallarda olduğu
kimi, yuxarıda Ö.F.Nemanzadədən gətirdiyimiz sitatda da Şa-
maxı qazisinin dövrün yeni tipli məktəblər açmaq tələbi ilə
ayaqlaşmağa çalışmasını da nəzərə almaq lazımdır. Bır faktı da
unutmaq olmaz məlumdur ki. Sabir “Molla Nəsrəddin də və
başqa mətbuat orqanlarında inqilabi ruhlu satiralarla çıxış etdiyi
üçün qaragüruhçuların təkid və tə siri ilə tə qib və təktır olunurdu.
Bu çətin anların birincə Hacı Məcid əfəndi qaragürahçuların
cəngindən Sabiri xilas etmişdi. İslam dinində ölən adamın dalınca
danışmamaq, onun ancaq yaxşılıqlarını xatırlayıb, rəhmət
oxumaq haqqında mövcud qaydanı və Sabirin dindar bir
müsəlman kimi bu qaydaya riayət etməsini də nəzərə alsaq, onun
Hacı Məcid əfəndiyə belə yanıqlı növhələr həsr etməsinin
obyektiv səbəbləri xeyli aydınlaşar. Bundan başqa. Hacı Məcid
61
əfəndi din alimi idi. Sabir də onu daha çox alim kimi yad edirdi.
Bütün bunların əksinə olaraq, C.Məmmədquluzadə din xadimi
adında heç bir adamın xeyirxahlığına qəti surətdə inanmırdı.
Yeri gəlmişkən böyük şairin dinə münasibətinin bə'zi spesifik
cəhətlərinə diqqət yetirək.
Sabir haqqında yazan tədqiqatçıların, demək olar ki, hamısı onun
dinə münasibətinin elmi təhlilini verməyə çalışmış və təbii ki, bu
məsələdə müxtəlif mövqedə durmuşlar. Alimlərin bir qrupu şairin
yaradıcılığı ilə şəxsiyyəti arasındakı sərhədləri incəliyinə qədər
araşdırmadan onu gah dindar, gah ateist adlandırır, bə ziləri Sabirin
dinə münasibətdə idealist mövqedə durduğunu söyləyir, digərləri isə
heç bir ədəbi-tarixi faktla hesablaşmadan xalq şairini ateist e'lan
edərək bu yolla, guya, onu gözümüz qarşısında bir az da ucaldırlar.
Bu məsələdə Ə.Mirəhmədov, M.Cəfər, M.Məmmədov və
A.Zamaovun tutduğu mövqe daha obyektiv və inamlıdır. Sabirin
dinə münasibətindən xüsusi bəhs edən Ə.Mirəlmədov onun bir
şəxsiyyət kimi dinə inanmasını xalq şairinin dünyagörüşünün zəif
nöqtəsi kimi istərmiş, eyni zamanda, yaradıcılığının obyektiv
tə'sirinin dinin əsaslarını sarsıtması faktını xüsusi qeyd etmişdir.
1
Sabirin dinə münasibətindən danışarkən nəzərə almaq lazımdır ki, o,
bir şəxsiyyət kimi dinə inanmış (hansı dinə və necə?.Bu barədə
sonra), lakin bu onun realist sənətkar kimi öz dövrünün, yaşadığı
mühitin real bədii rəsmini verməsinə qətiyyən mane olmamışdır.
Sabirin yaşadığı dövr təlatümlü, ictimai-siyasi və mədəni oyanma
dövrü idi. Ölkənin mərkəzlərində şö'lələnən zəka və inqilab
qığılcımları get-gedə ucqarlara da yayılır və yavaş-yavaş alova
çevrilib yüzilliklər boyu hökm sürməkdə olan istismar dünyasını
qarsır, sanki bir təmizlənmə, saflaşma prose-
1. Ətraflı bax: Əziz Mirəhmadov. Sabir. Bakı, 1958, səh 211-?6S
Dostları ilə paylaş: |