65
lar hər şeyə dözümlü olmalı, qarşıya çıxan bəlalara mərdliklə
sinə gərməli, müvəqqəti dünyada dözdüyü çətinliklər, zülm va
təhqirlərin müqabilində “haqq” dünyada çatacaqları “Behişti-
ə'lanın xəyalı ilə yaşamalıdırlar. Ona görə də zülm və istismara,
təhqir və tə qiblərə qarşı çıxmaq lazım deyildir. Bu tələblərə qarşı
əməl etməyənlər günaha batırlar.
1905-1907-ci illər inqilabı, Bakı proletariatının başqa millətdən
olan zəhmətkeşlərlə birlikdə azadlıq uğrunda mübarizəsi ilə
yaxından tanışlıq, Azərbaycan kəndində zülmün ərşə dayandığını
görüb dərindən tə'sirlənməsi və s. səbəblər Sabiri obyektiv surətdə
islam dininin bu tə'liminə qarşı e'tiraza gətirib çıxarmışdı. O, aydın
dərk etmişdi ki, bu dözüm və əzaba qatlaşmalara çağırış insanların
fəaliyyətlərini, həyat eşqini öldürür və istismarı “dövri-qəza” kimi
qələmə verərək hər şeyə kor-koranə dözməyi, öz haqqını tələb
etməməyi məsləhət görənlər xalqı xəyanət edirlər:
Yetərkən zalimin zülmıı suna, dövri-qəzadan hil,
Çalarkən amirin zəcri, onu seyri-səmadan hil!
Özün öz oğzinə bais olarkən masəhadən hil!
Du məş'uliyyəti biganədən gör, aşinədən hil!
Əzil, pama! ol, axlarına huna hir çarə, səhr eylə!
Bəlayi fəqrə düşdün, razı ol, biçarə, səhr eylə!
Əgər çox təngdil olsan bu işdən, qıl fəqan, ağla!
Girişmə başqa bir tədbirə, ancaq hər zaman ağla!
Bütün dünyadən əl çək, aşikar ağla, nihan ağla!
Qapansın gözlərin: fikrin, düşünmə, görmə, yan, ağla!
Tüpür namusa, baxma ııəngə, gəlmə arə, səbr eylə!
Bəlayi fəqrə düşdün, razı ol, biçarə, səbr eylə'
(II, 36)
66
Şe'rdə əvvəldən axıradək zülınə, əzaba dözüm, fəaliyyətsizlik,
ətalət tənqid atəşinə tutulmuşdur. Burada mənfi qəhrəman
insanların başına gələn hər bir işi “dövri-qəza”dan bilməyi təbliğ
edir. Bu fəlsəfəyə görə, insan düçar olduğu müsibətlərdən xilas
yolunu axtarmamalıdır. Çünki allah-təala belə məsləhət bilib.
Guya, səbrin, dözümün, “ayaqlar altında pamal olmağın” və sairin
əvəzi o dnyada çatacaq. Lakin şe'rin hər bir ifadə və misrasında
özünü göstərən şair idealı bu fəlsəfənin tam əksinədir. O, oxucunu
fəaliyyətə, xoşbəxt həyat və gələcək uğranda mübarizəyə səfərbər
olmağa səsləyir. Şair göstərir ki, insan nə qədər səbrli və əzaba,
zülmə dözümlü olsa, o qədər tapdanacaq, qazancı müftəxorlara
qismət olacaq, əvəzində isə çoxlu söyüş, təhqir, nifrət alacaq. Sabir
ictimai həyatın bu qanunauyğunluğunu görür və bir vətəndaş
narahatlığı ilə oxucusuna göstərərək onu mübarizəyə səsləyirdi.
Başqa bir əsərində şair “Bimərhəmət ə'yanlarına şükr, xuda-
ya!” (1, 137)— deyə öz üsyankar səsini daha da ucaldır. “Həya-
sızlıq artıb, el mütəhəmmil” olduqda isə Sabirin e'tiraz və üs-
yankarlığı yeni, daha qüvvətli çalar kəsb edir:
...Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış,—
Bilməm belə dövranları neylərdin, ilahi?!
Məzlumların göz yaşı dərya olacaqmış,—
Dəryaları, ümmanları neylərdin, ilahi?! (J, 145).
“Şair artıq ayılıb öz insani hüquqlarını dərk etmiş olan, müasir
dünyanın havası ilə nəfəs alan qabaqcıl xalq kütlələrinin fikrini
ifadə edərək haqlı bir nəticəyə gəlirdi ki, bu fırıldaqçı lotular din
və şəriəti açıqdan-açığa “quldurçuluq tüfəngi”nə, alver vasitəsinə
çevirmişlər”
1
. Sabir üzünü belələrinə tutaraq deyirdi:
1. Məmməd Cəfər. Seçilmiş əsərləri. İki cilddə, 1 cild, Bakı, 1973,
səh.329-330.
67
Aldanmaram ki, doğrudur aynin, ey əmu!
Kəssin məni, həqiqi isə dinin, ey əmu!
İmanına qəsəmlə çapırsan cəmaəti,
Quldurçuluq Hifəngimidir dinin, ey əmu! (1, 146).
Sabirin “...tənqid atəşinə tutduğu "dindarlıq”, “mö'münlük”
artıq mücərrəd din təbliğatı vəzifəsindən çox-çox kənara çıxmış,
pulu, kapitalı, sərvəti, xüsusi mülkiyyəti, mütləqiyyət üsul-
idarəsini, köləliyi müdafiə və təbliğ edən bir "dinçilik” idi”.
1
Şairin
tanıyıb qəbul etdiyi insanlıq, bəşərilik dinidir. Soyğunçuluq, talan
vasitəsi olan hər hansı bir din Sabir ruhuna yaddır. Bu cür din və
din xadimləri satira hədəfinə çevrilirsə, insanları xeyirxahlığa.
qardaşlığa, birlik və müsəlmanlığa çağıran adamlar Sabirin
rəğbətinə səbəb olur, təqdir edilirlər. Odur ki, Sabiri ateist e'lan
etməklə onun böyüklüyünü sün'i surətdə şişirtməyə ehtiyac
yoxdur.
Bütün bunları xatırlayıb, nəzərə aldıqda Sabirin ən yaxın dostu.
ideya silahdaşı Cəlil Məmmədquluzadənin narahatlığının səbəbi,
hətta şairi çox səmimi bir dillə və təəssüflə tənqid etməsinin sirri
tanı aydınlaşır.
***
Mə'lumdur ki. Sabir yaradıcılığında maarif və məktəb məsə-
lələrinə xeyli yer ayırmaqla bərabər, Şamaxıda və Balaxanıda
müəllim işləmişdir. Məktəbdarlıq, pedaqoji fəaliyyət şairin ömür
yolunun parlaq səhifələrindən olduğu üçündür ki, tədqiqatçılar
onun haqqında yazarkən ictimai-pedaqoji fəaliyyəti barədə də
qiymətli elmi fikirlər söyləmişlər. Əmir Tağıyev və Əhməd
Seyidov isə Sabirin pedaqoji görüşlərini əsas tədqiqat obyekti
kimi götürmüşlər.
Əvvəlki səhifələrdən mə'lumdur ki, 1906-cı ildən Sabir
I. Məmməd Cəfər. Seçilmij əsərləri. İki cilddə, I cild Bakı 1973
səh.331-332.
Dostları ilə paylaş: |