62
si yedirdi. Dünyanın yeniləşmə alovu köhnəliyin üfunət ocaqlarını
bürüdükcə həyəcan, təşviş, şikayət, qəzəb nidaları daha çox
eşidilirdi. Məzlum kütlələr arasında tərpəniş, oyanma, öz hüquq və
ləyaqətini dərketmə duyğusu qüvvətlənirdi. Bu isə “köhnələri”,
“yaşdıları” heç cürə razı sala bilmirdi. Onlar öz “həmcinslərini”
maarif ziyasının çoxalmasına qarşı tədbir görməyə, “saşdılar”ın
aşıb-daşmalan, hər yerə dtrmaşmalarmın qarşısını almağa
çağırırdılar. Sabir iti sənətkar müşahidə və fəhmi ilə köhnələrin
qorxduqları işin baş verdiyini görür və təsvir edirdi. Ancaq şüurun
dialektikası, ictimai-siyasi şüurun tam, kompleks formalaşması
uzun bir prosesdir və bu halı həyatı realist təsvi- retrnə qabiliyyəti
ilə eyniləşdirmək olmaz. Sabir Şamaxıda doğulmuş, orada da
böyüyüb boya-başa çatmışdı. O dövrdə Azərbaycan ictimai
həyatında, xüsusilə Şamaxıda dini ideologiya güclü idi. Yuxarıda
deyildiyi kimi, hətta şəhərdəki müsəlmanlar şiə və sünni kimi iki
cəbhəyə ayrılaraq, bir-biri ilə daimi münaqişə şəraitində ömür
sürürdülər. Sabir hələ uşaq ikən bu cür çəkişmələrin acı nəticələrini
hiss etmiş və bir xalqın iki cəbhəyə ayrılmasına qarşı etirazını
bildirmişdi. (“Babam sünni, nənəm şiə...”).
Bununla bərabər yaşadığı mühit və aldığı tərbiyənin tə'siri şarini
ömürlük həyatına hakim kəsilmiş, dindarlıq onu daim izləmişdir.
Bunu ömrünün sonlarında dostlarının birinə yazdığı məktubundan
gətirilən aşağıdakı sözlər də sübut edir: 'Bəradər, yəqin et ki, şər'ən
məs'ul olmasaydım, özümü məsmum edərdim... Lakin nə etməli,
tərbiyeyi-ibtidaıyyenin təsirindənmi, dindarlıqdandırmı (kursiv
bizimdir—A.B.) ki, buna vicdanən razı olmayıram...” (III, 231). O
da təsadüfi deyildir ki, şair müsəlmanlıqda əsas şərtlərdən biri
sayılan səbr və təhəmmüjlə bağlı “Sabir” (səbr edən) sözünü özünə
təxəllüs götürmüşdür. Bu təxəllüsə işarə ilə əsərlərinin birində
yazır:
63
Aqibət iqtidarımız getdi,
Sabir ikən təhəmmülüm bitdi (III, 46).
Deyilənlərə Sabirin Şamaxıda açdığı məktəbdə və Balaxanıda
ana dili və ədəbiyyat tədrisi ilə yanaşı şəriəti öyrətməyə ciddi
əhəmiyyət verildiyini əlavə etmək olar.
1
Nəhayət, ciddi məsələlərdən biri Sabirin islam ehkamından o
zaman xalq arasına düşən ayrseçkilik, müxtəlif təriqət və cərə-
yanlara parçalanma kimi hallara qarşı mübarizədə istifadə etmə-
sidir. O, belə mə'nasız ixtilaflaruı qarşısını almaq əvəzində dini
“quldurçuluq tüfənginə". Qur'anı “təfriqə” alətinə çevirənləri ifşa
edirdi:
Dai bəiixiivvəl olur ikəıı bizə Qur'an,
Əmr eylər ikən birliyə peyğəmbəri-zişaıı,
Tapmazsan iki müttəfiqiirrə'y müsəlman
Qafqazda olan bir neçə milyon arasında!
Dinməz əcəbu ınə'niyi Qıtr'ani bilənlər,
İslamı belə təfriqədə xar görənlər,
Aya, oxumazlar nə iiçiiıı dini bölənlər,
“Kamı şiyən " rəmzini Qur'an arasında! (III. 27)
Sabir bir din tanıyır ki, o da insanlıq dinidir. Çünki şairin e'ti-
qadına görə, “insanı sevənlər aşiqi-hürriyyət olurlar”. O. islam
dinində də zülmə, istismara, birinin digəri üzərində ağalığına haqq
qazandıran ehkamı yox, məhz birliyə, qardaşlığa çağırışı bəyənib
qəbul edir və bunu sünni-şiə ixtilafına qarşı mübarizədə əlverişli yol
sayırdı.
Sabir, dinin istismarçı siniflər əlində vasitəyə çevrilməsini
1. Ətraflı bax: “İllifaq” qəz., 20 iyul 1909, N65; “Həqiqət" qəz., 22 mart 2 iyun
1910, N62, 124; “Səda" qəz.. 22 mart 1910, N64, 16 iyun 1911 Ⅶ93 “Günəş” qəz.,
5 noyabr 1910. N60 və s.
64
görüb, bunun tərəqqi üçün əngəl olduğunu, insanlıqdan uzaqlı-
ğını müşahidə etdikdə dözə bilmir, üsyankar səsini ucaldırdı.
Lakin bu e'tiraz islam dininin mahiyyətinə, özünə qarşı yox, onu
əldə vasitə edənlərə qaışı çevrilmişdi. Həmin tiplər öz mənafeləri
naminə dini insanlığa deyil, ətalətə, geriliyə xidmətə yönəl-
dirdilər. Onlar öz mənafelərinə toxunan hər cür cəhdə qarşı səs-
səsə verirdilər. “Müəllimlər syezdi” şe'rində məhz belə irticaçı-
lar, tərəqqipərvərlərin sünniliklə şiəliyi aradan qaldırmaq
cəhdlərindən narahat olanlar ifşa olunurlar:
Lakin bu yamandır ki, iki məzhəbə rəğmən,
Bir məs 'əh üstündə də gö/tar olacaqdır.
Sünnilik ilə şiəliyi qaldıracaqlar,
İslama yetib rəxnə, xələldar olacaqdır.
Qardaş biləcək bir-birini şiə və sünni,
Hər əmrdə hənirə 'yü həməfkar olacaqdır.
Məzhəbləri biryanlıq edib bu uçitellər,
Ancaq yavan islam aılı Əzkir olacaqdır (1, 123).
“Sual-cavab” şe'rində də dini, təriqətlərə bölməklə insanların
qüvvəsini parçalayan tiplərin iç üzünün başqa bir tərofı açılır.
Cavan, oxumuş oğlan qocaya şiə-sünnilik təəssüblərinin ləğv
olunub-olunmaması barədə sual verəndə qoca hövsələdən
tamam çıxaraq az qalır ki, müsahibini öldürsün.
Deməli, bütün bu hallarda Sabiri maraqlandırıb məşğul edən
xalqların, millətlərin qardaşlığı, bəşər cəmiyyətində insanlığın
bərqərar və təbliğ olunması idi. Elə ki, din söhbətlərinin arxa-
sında gizlənən pis niyyətlər özünü büruzə verir. Sabirin üsyankar
səsi ucalır.
İctimai-siyasi şüurun inkişafını ləngidən, insanları kütləşdi-
rən əngəllərdən biri də təvəkkül fəlsəfəsidir ki, başqa dinlər kimi,
islamda da bu fəlsəfə xeyli yer tutur. Bu təlimə görə insan-
Dostları ilə paylaş: |