Amar niyazları 500 ədəddən ibarət olub, həm təsərrüfat xarakterli,həm də nomlar arası xarakterli münasibətləri öyrənmək üçün əhəmmiyyətlidir


Son orta əsrlər və yeni dövrün əvvəllərində beynəlxalq münasibətlər



Yüklə 1,54 Mb.
səhifə13/20
tarix29.10.2017
ölçüsü1,54 Mb.
#7326
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

Son orta əsrlər və yeni dövrün əvvəllərində beynəlxalq münasibətlər

Məlum olduğu kimi, XIV-XVI yüzilliklər nəinki Avropada, habelə Şərqdə də mərkəzləşmiş feodal dövlətlərinin yaranmasında mühüm mərhələ hesab edilir. XVI əsrdə İngiltərə hələ ancaq adalardan ibarət olub, 3,5-4 mln əhaliyə malik idi. Ancaq burada mərkəzləşmiş feodal dövlətlərinin yaranması 1066-cı ilə aid edilir. Son dərəcə böyük əraziyə və əhaliyə malik Rusiya imperiyası beynəlxalq münasibətlərdə dominantlıq etmək imkanlarına malik deyildi və Avropa siyasətinə təsir göstərmirdi. XVI əsr Avropasının əsas dövlətləri Fransa və İspaniya sayıla bilər.

Habsburqlar imperiyasının ayrı-ayrı qolları Alman knyazlıqlarını da əhatə edirdi. Dünya siyasətinin müəyyənləşməsində Portuqaliyanın da rolu vardır. 1492-ci ildə Amerikanın kəşfi, 1498-ci ildə Ost-Hində gedən dəniz yolunun açılması tezliklə dünya ticarətinin yaranmasını şərtləndirdi. Dünya ticarəti ilə birlikdə isə təbii ehtiyatdan məhrum, qiymətli metalların təsadüfən müəyyənləşdiyi Avropada zənginləşmə prosesi başladı. Bu proses burjua istehsalını şərtləndirdi.

Tədqiqatçılardan Tarle qeyd edirdi ki, Avropanın beynəlxalq münasibətlərdə dominantlıq etməsi öz başlanğıcını coğrafi kəşflər nəticəsində yaranmış dünya ticarətindən götürür. Kapitalist istehsalı üsulunun ən qədim vətəni İtaliya hesab edilir. İlk burjua millətçilərinin vətəni də buradır. Burjua istehsalı nəticəsində tarixi vətən anlayışı və onun qorunması leksikona daxil olur. Dövlətlərin ticarət marağı meydana gəlir. Dəniz yollarının açılmasının digər nəticəsi dünya müstəmləkə sisteminin yaranması oldu. Lakin müstəmləkə siyasətində İngiltərə Portuqaliya, İspaniya və Fransadan sonra sonuncu yerdə gəlirdi.

XIV-XV əsrlərdə Portuqaliyanın tədricən Afrikanın qərb sahilləri boyu apardığı ekspedisiyalar artıq XVI əsrin ortaları üçün Portuqaliya mülklərinin Yaponiyanın sahillərinə qədər yayılmasına gətirib çıxardı. 1516-cı il də Habsburqlar sülaləsindən olan I Karlın hakimiyyətə gəlməsi Avropanın siyasi həyatına təsir göstərdi. Belə ki, Maksimilian Habsburqun nəvəsi olan I Karl nə özünə qədərki, nə də özündən sonrakı nəsillərin malik olmadığı şöhrəti qazandı və 1519- cu ildən etibarən Müqəddəs Roma imperiyasının imperatoru seçildi. Məhz bu dövrdə İspan imperiyasının şimal hüdudları İngiltərə və Skandinaviyaya qədər Avropa ölkələrini, qərb hüdudları isə qərb və Mərkəzi Amerikanın şərqini əhatə edirdi.

V Karl adını almış bu imperatoru “günəş kral” adlandırırdılar. XIX əsrin ortaları etibarən məlum oldu ki, iki qat diplomatiyadan istifadə və dini müharibələrin qızışdırılması V Karlın adı ilə bağlıdır. Dünya ticarəti meydana gəldikdən sonra onun mərkəzinə çevrilən Antverpen və Amsterdam şəhərlərini illik gəliri İspaniyanın tarixi ərazilirinin verdiyi illik gəlirə bərabər idi. 17 Niderland əyaləti isə İspaniyanın bütün müstəmləkələrinin verdiyi gəlirə bərabər gəlir verirdi.Habsburqların möhləknəməsində cənubi Almaniya burjuaziyasının və tacirlərinin böyük rolu olmuşdur.Almaniyanın ən qədim bankir evi sayılan Fuggerlər bankir evi İspan Habsburqları ilə qadın xəttilə qohum idi.

Cənubi Almaniya bankir evinin başçısı Yakov Fugger 1523-cü ildə V Karla yazmışdır:” İndi hamıya gün kimi aydındır ki, əgər mənim köməyim olmasaydı Siz Müqəddəs Roma imperiyasının imperatorunun tacını başınıza qoya bilməzdiniz.” Müqəddəs Roma imperiyasının imperatoru o demək idi ki, İspaniyadan başlamış Almaniya, İtaliya, Amerika koloniyaları, Niderland, Neopolitankrallığı və Sardiniya onun hakimiyyətində idi.

Ancaq V Karl bununla kifayətlənmir, bütün katolik dünyasını birləşdirmək istəyirdi. Məhz onun dövründə inkvizisiya məhkəməsi bütün Avropada tüğyan etmişdi. Məhz onun göstərişilə, katoliklərlə protestantlar arasında başlamış dini müharibələr 20 ildən çox Avropada bütün dövlətlərarası münasibətlərə təsir göstərmiş, V Karlın yaratdığı intriqalar olduqca çətinliklə aradab qaldırılmışdı. Məhz V Karl bu nəhəng imperiyanı saxlamaq üçün başlıca diqqəti diplomatik işə və intriqaya vermişdi.

Lakin Roma papasının hesabdan silinməsi V Karl diplomatiyasına ağır zərbə vurdu. Papanın təhriki ilə həm Almaniyada, həm Fransada katoliklər öz fəaliyyətlərini İspan kralına qarşı çevirmişdilər. Lakin 1555-ci ildə dini müqavilə imzalanarkən məlum oldu ki, protestantları və katolikləri bir-birinin üzərinə salışdıran məhz V Karl olmuşdu.

Məlum olduğu kimi, müstəqilliyə can atan alman protestant feodalları 30-cu illərdən etibarən Şimali kalden ittifaqı adlanan ittifaq yaratmışdılar. V Karl bu ittifaqı dağıtmaq üçün protestant knyazlıqlarının ən qüvvətlisi saksoniyalı Morislə ittifaqa girmiş və nəticədə Şimal kalden ittifaqının üzvləri darmadağın edilmişdi. 1526-1555-ci illəri əhatə edən və dini müharibə adı altında tarixə düşən mübarizənin gedişində əvvəlcə nəticə V Karlın xeyrinə idi.Roma papası protestantları lənətlədiyinə baxmayaraq V Karlın güclənməsi müqabilində protestant alman knyazlarına dəstək verməyə başladı. Şimal Kalden ittifaqının qüvvələri dağıldıqdan sonra saksonlu Morisə əhəmiyyət verməyən V Karl çox tezliklə səhv etdiyini başa düşdü. Belə ki, V Karldan üz döndərən Moris yenidən köhnə ittifaqın üzvləri ilə birləşdi.Roma papasının maddi və hərbi yardımı ilə V Karla qarşı hərbi əməliyyatlara başladı. Beş ildən çox davam etmiş mübarizə 1555-ci il Ausburq dini müqaviləsi ilə başa çatdı.

Roma papasının protestantların tərəfinfində durması nisbi idi. Papa əslində onları yiretik – dindən dönmüş hesab edir və onlara qarşı mübarizədən imtina etmirdi. 1572-ci ilin avqustunda Varfolomey gecəsində iki min nəfərdən çox protestantın qırılması papanın protestantlara qarşı münasibətini göstərirdi.

Diplomatik leksikona “V Karlın sirri” adı ilə daxil olmuş ifadə onu iki qat diplomatiyadan və intriqadan istifadə etməsi ilə bağlı olmuşdur. Sonralar kardinal Rişelye tərəfindən son dərəcə geniş şəkildə tətbiq olunmuş bu siyasətin mahiyyəti- V Karl diplomatları seçərkən onlara etimad göstərmir, diplomatın fəaliyyətinə nəzarət etmək üçün mandatı I-dən daha güclü olan II şəxsi göndərirdi. Əgər I şəxs satqınlıq etsəydi, II – diplomat onu kənarlaşdıraraq danışıqları özü aparırdı. Əgər əksinə olsaydı, I göndərilən şəxs V Karlın etibarlı şəxslərindən olardı.

V Karlın diqqət verdiyi məsələlərdən biri də nigah diplomatiyası idi. Bu yolla İspan Habsburqları öz sülalərini digər sülalələrlə qohum edir və bu qohumluğu siyasi təsir vasitəsinə çevirirdilər. İspan kralının az yaşlı oğlu Filip bu məqsədlə özündən 16 yaş böyük İngiltərə şahzadəsi Mariya Mediçiyə nişanlamış, lakin nigah baş tutsa da, fransız səfirinin işə qarışması nəticəsində onun uğursuzluğu təmin olundu. İngiltərə parlamentinin hazırladığı nigah müqaviləsinə görə, İspaniya İngiltərədən Fransaya qarşı mübarizə üçün istifadə etməməli, İngiltərənin mənafeyinə zərər gətirməməli, Mariya Mediçi vəfat edərsə, İngiltərə taxt-tacına iddialı olmamalı idi. Nigah müqaviləsində İngiltərə kralı ifadəsi ingilis kraliçasının əri ifadəsi ilə əvəzlənmişdi. Bu da son nəticədə II Filippin və onun varisinin İngiltərə taxt-tacına olan iddiasına son qoymuşdu.

Ausburq sülh müqaviləsi imzalandıqdan sonra V Karl hakimiyyətdən əl çəkərək monastıra getmiş, oğlu II Filipdə xarici və daxili siyasətdəki uğursuzluqdan yaxa qurtara bilməmişdi. Çünki Fransanın beynəlxalq aləmdə qüvvələr müvazinətini pozması ona qarşı kontinental Avropanın birləşməsi ilə nəticələnmişdi.

İspaniyanın belə ağır vəziyyətə düşməsi ilk növbədə onun həddindən artıq dərəcədə qüvvətlənməsi və bu zəmində Avropa ölkələrinin koalisiyası ilə qarşılaşması nəticəsində yaranmışdı. V Karlın istifadə etdiyi üsullara üstünlük verən Rişelye xarici siyasətdə daha ehtiyatlı hərəkət etmiş, Fransaya qarşı düşmən dövlətlərin koalisiyasının yaranmasına imkan verməmişdi.

XIV-XVII əsrlər Fransız mütləqiyyətinin formalaşması dövrü kimi göstərilir. Belə ki, XI Lüdovik və onun varislərindən sayılan VIII Karl, XII Lüdovik, I Fransisko və II Henrnin hakimiyyəti illərində İspan Habsburqları tərəfindən sıxışdırılan Fransa yardım əldə etmək üçün alman protestant knyazları və türk sultanları ilə ittifaqa girməyə çalışırdı. Türk sultanı Süleyman Qanuninin 1526-1529-cu illər Viyana yürüşü bununla əlaqədar idi. Sultanın vəziri İbrahim paşa Fransa ilə yaradılacaq ittifaqa Türkiyənin Avropada uğurlarının başlanğıcı kimi baxdığını gizlətmirdi.

Məhz buna əsasən 1535-də Türk sultanı fransız kralı I Frasisklə sonralar “kaputiliyasiya müqaviləsi adını almış ittifaq və ticarət müqaviləsi” imzaladı. Müqaviləyə görə, Türkiyə boğazlarına gələn Avropa gəmiləri Fransız bayrağı qaldırmalı idilər. Kapitulyasiya müqaviləsi diplomatik leksikona qeyri-bərabər hüquqlu müqavilə kimi daxil olmuşdur. Kapitulyasiya iki fəsildən ibarət müqavilənin fəsillərinə verilmiş ad idi. Fransanın şərq ölkələri ilə ittifaqa böyük ehtiyacı var idi.

Məlum olduğu kimi IV Xaç yürüşündən sonra 1261-ci ilə qədər Konstantinopol Avropa səlibçiləri ilə mübarizə aparmış və onların qovulmasına nail olmuşdur. Elə bu dövrdə Anadoluda, Kiçik Asiya torpağında Osmanlı knyazlarının əsası qoyulur və 1299-cu ildə Osmanlı dövləti təşəkkül tapmışdı. Bu dövrdən Türkiyə Avropa siyasəti meydanına çıxmış, Ərəbistandan, sonra isə 2-ci dəfə Balkanlardan Prineyə qədər əraziləri nəzarəti altına aldı. Artıq XV əsrin II yarısı və XVI əsrdə Türkiyə Avropa siysətində əsas faktora çevrilmlşdi. Təsadüfi deyildir ki, Avropa monarxları bu faktorun təsiri ilə Fransaya münasibətdə mövqelərini dəyişmiş, Fransa da Antitürk koalisiyasına qatılmışdı.

Rüşelyenin hakimiyyətinə qədər Fransa ayrı-ayrı məqəmlara baxmayaraq Avropadakı siyasətdə o qədər də güclü rola malik deyildi. XVI əsr Avropa diplomatiyasında İngiltərə də özünəməxsus şəkildə rol oynayirdı. Artıq bu dövr üçün İngiltərədə 2 palatalı parlament monarxiya quruluşu bərqərar olmuşdu. Lakin İngiltərə mütləqiyyəti heç vaxt İspaniya və Fransadakı kimi qüvvətli olmamış, məhz buna görə İngiltərə parlamenti ilə Kral arasında daxili və xarici siyasət məsələlərində güclü siyasi antoqonizmə yol verilməmişdi. Kral həmişə xüsusi xarici siyasət məsələləri ilə bağlı problemlərə nəzarəti parlamentlə bölüşmüşdü.

XVI əsrin II yarısından etibarən İngiltirə ilə İspaniya arasında Avropa hegemonluğu uğrunda mübarizə kəskin xarakter aldı. İngilis dəniz quldurları İspaniyanın Amerikadan taladığı sərvətlərə şərik çıxırdı.

Ingilis diplomatiyası İspaniyanın Avropa hegomonluğunun köklərini qazırdı. Yaranmış şəraitdə İspaniyada dəfələrlə İngiltərəyə qarşı xaç yürüşü keçirilməsi ideyası baş qaldırmışdı. İspaniya bu mübarizənin əvvəlində diplomatik fəaliyyətə üstünlük vermiş və 1558-1603-cü illərdə İngiltərə kraliçası olmuş Yelizaveta Stüartı fiziki baxımdan məhv etmək üçün konkret plan hazırlamışdı. Məlum olduğu kimi, Yelizaveta Stüartın atası VII Henrix həm Şotlandiya varisinin qızına, həm də İngiltirə şahzadəsi Anna Bolyuna nigahlı idi və hər nigahdan bir qızı doğulmuşdu.

Şotlandiyada hakimiyyət uğrunda mübarizənin gedişində Yelizavetanın bacısı Mariya Mediçi Şotlandiyadan qaçmağa məcbur oldu. Londonda məskunlaşdıqdan sonra çox tezliklə II Yelizavetaya qarşı müxalifətin mərkəzi fiquruna çevrilmişdi. İspaniya ilə aparılan yazışmaların bir neçəsinin ələ düşməsi İngiltərədəki hakimiyyət uğrunda mübarizənin konturlarını müəyyənləşdirməyə imkan verdi. Bununla belə, nə xəfiyyə xidməti, nə də parlamentin müvafiq strukturları Yelizavetanı öz bacısını edam etməyə sövq edə bilmədi.

Yaranmış şəraitdə Mariyanın həqiqətən Yelizavetaya düşmən olmasını sübut etmək üçün parlament bir sıra diplomatları səfərbər etdi. Bunlardan biri də Uol Sinqem idi. Müxtəlif Avropa dillərində danışan, gözəl xəttatlıq qabiliyyəti olan diplomatik ustalığa malik Uol Sinqem tezliklə Mariyanın hazırladığı qəsdin üstünü açdı və Yelizavetanın göstərişi ilə Mariya Mediçi edam olundu.

Ingiltərə öz müstəsna mövqeyindən çıxış edərək Avropa siyasətinə fəal şəkildə təsir göstərməyə çalışırdı. Təsadüfi deyil ki, İspaniya tərəfindən sıxışdırılan Fransa bu məsələdə İngıltərənin müttəfiqinə çevrildi. 1588-ci ildə İspaniyaya məxsus məğlubedilməz Armadanın La-manş boğazında dağıdılması ilə Avropanın tarixində Fransanın hegemonluğu dövrü başladı.

XVI əsrdə dünya siyasi meydanına çıxan dölətlərdən biri də çar Rusiyası idi. 1480- ci ildə Monqol imperiyasının əsarətindən qurtaran Rusiyanın xarici siyasətində 3 əsas vəzifə dururdu:

- Baltik dənizinə çıxmaq;

- Qara dənizdən çıxmaqla isti dənizlərə çıxış əldə etmək;

- Avropa sərhədlərinə yaxınlaşmaq.

Qərb dövlətlərinin Rusiya haqqında məlumatları epizodik xarakter daşıyır. Monqollar Rusiyadan qovulandan sonra Sileziyalı tacir Nikolay Peppel Rusiyada olur və burada gördüklərindən heyrətə gəlir. O, geri qayıtdıqdan sonra gördüklərinə dair kitab yazmış və Avropada sensasiya yaratmışdı.O vaxta qədər Avropada hesab edilən Böyük Moskva knyazlığı Polşanın qəyyumluğu altındadır. Üç il sonra Moskvaya qayıdan Peppel Müqəddəs Roma imperiyasının agenti kimi imperatriçanın məktubunu gətirmiş və rus çarı III İvanla görüşmüşdür.Peppel III İvana təklif etdi ki, o, Roma papasından kral adı almaq üçün xahiş etsin. Lakin III İvan imtina etmiş,yalnız IV İvan Qroznı papadan çar titulunu almışdı.

Müqəddəs Roma imperiyası ilə münasibətlərin qurulması üçün hətta Bizans şahzadəsi Zoya Paleoqolun Rusiya sarayına gəlin köçməsi də Rusiya ilə imperiya arasında və ya Roma papası arasında münasibətlərə start vermədi. Doğrudur, III İvan İtaliyaya-papanın yanına öz nümayəndəsini göndərdi. Onu burada elə “təmtəraqla” qarşılamışdılar ki, IV İvanın çar titulu aldığı dövrə qədər, Roma ilə Rusiya arasında münasibətlər kəsilmişdi.Müasir Avropa müəlliflərindən biri yazırdı ki, son 500 il ərzində Rusiya özünün Avropaya aid olub-olmamasını müəyyənləşdirə bilməmişdir. Xarici siyasəti qarşısında Avropa ilə bağlı konkret vəzifələr duran əski və müasir Rusiya özünü bu dilemmadan qurtara bilməmişdi.

Rusiyanın papa İtaliyası ilə diplomatik münasibətlərinin olmaması bu dövlətin heç də beynəlxalq münasibətlər orbitindən kənarda qalması demək deyildi. XVI əsr üçün Rusiyada xarici siyasət orqanları təşəkkül tapmış, Boyar dumasında bu sahə konkret fəaliyyət növünə çevrilmiş, Rusiyanın paytaxtında xaricilər üçün sonralar “Kitay qorod” adını almış məhəllə meydana gəlmişdi. Lakin Avripa ölkələrindən fərqli olaraq, Rusiyaya gələn səfirlər, elçilər, tacirlər əhalidən təcrid olunmurdular. Onların çar sarayında qəbulu, ticarət üçün imtiyazların verilməsi, cavab elçilik heyətlərinin göndərilməsi mərasim forması almışdı.

Avropadan fərqli olaraq Rusiyada qonşu ölkələrlə sülalə nigahlarına geniş yer verilirdi.Bir qayda olaraq elçi tacirlər Rusiyada olarkən onların gələcək xidmətindən istifadə edilməsi üçün təkliflər verilirdi. Məsələn: İngiltərənin Moskva şirkətinin agenti Antoni Cenkinson rus çarının yanında xidmətə götürülmüş və ona Rusiya adından Səfəilərlə danışıqlar aparmaq və müqavilə imzalamaq səlahiyyəti verilmişdi. Cenkinson analoji səlahiyyətləri Mərkəzi Asiya dövlətlərindən və Səfəvilərdən də almışdı.

Rusiyanın beynəlxalq aləmə çıxması İvan Qroznunun fəaliyyəti ilə sıx bağlıdır. Rusiyanın I Pyotrun hakimiyyətinin sonuna qədər xarici siyasət strategiyasından çıxmayan iki vəzifə vardır.

- Baltik dənizi vasitəsilə Avropaya çıxış əldə etmək.

- Qara dəniz boğazları vasitəsilə dünya okeanına çıxmaq.

Bu iki vəzifənin reallaşması Rusiyanı Avropanın ayrılmaz hissəsinə çevirdi.1547-ci ildə İvan Qroznı Roma papasından çar titulunu aldı. Bundan sonrakı rus çarlarının hamısı həmin titulu daşıyirdı. Rurikoviçlər sülaləsinin son nümayəndəsi olan IV İvan Qroznı Rusiyanın türk-tatar ünsüründən təmizlənməsində mənfur rol oynamış şəxsiyyətlərdən biri idi.Bu yolda o, yaxın məsləhətçisi və uşaqlıq dostu Andrey Kurpskini də qurban vermişdi. IV İvanın 1564-1572-ci illərdə həyata keçirdiyi “Opriçnina” siyasəti Rusiyanın xarici siyasətində olduqca böyük dəyişikliklərə gətirib çıxardı.Ancaq bu dəyişikliklər Rusiyanın xeyrinə olmadı.

Məlum olduğu kimi, Polab slavyanları vaxtilə Baltik dənizinin sahilində məskunlaşmış, sonralar bu ərazilər Kiyev Rus dövlətinin himayəsində olmuşdu.Lakin Rusiyanın zəifləməsi üzündən Baltik dənizinin sahillərində İsveçin, finlərin yaşayış məskənləri peyda olmuş və bu ərazi XIII-XIV əsrdən etibarən İsveç krallığının tərkibinə daxil olmuş və bu ərazilərin geri qaytarılması uğrunda mübarizə müharibəyə gətirib çıxarmışdı. Rusiyanın xarici siyasətində Livoniya müharibəsi mühüm yer tuturdu.

İvan Qroznunun dövründən etibarən Boyar dumasının içərisindən seçilmiç xüsusi istedada malik ayrı-ayrı adamlar Avropaya və şərq ölkələrinin sarayına elçi kimi göndərilirdi.Əsas məqsəd Rusiyanın kənd və meşə təsərrüfatı mallarına alıcı tapmaqdan ibarət olurdu. Bismark sonralar yazırdı ki, 3 ilə yaxındır ki, Rusiyanın aqrar sahələrinin məhsullarının başlıca alıcısı alman knyazlıqlarıdır. Sonralar Almaniya ilə Rusiya arasında başlanmış gömrük müharibəsi bu zəmində baş vermişdi.

IV İvanın dövründən etibarən meydana gəlməkdə olan prikazçılıq sistemi xarici siyasət və xarici ticarət məsələlərini əhatə edirdi. Xarici siyasətlə əsasən puşkar və yam prikazları paralel məşğul olurdular. Çox keçmədən bu sahəyə qoşulan və ordu quruculuğunu həyata keçirən daha iki prikaz meydana gəldi.
Mövzuya dair suallar

1. Son orta əsrlərdə dünyanın siyasi xəritəsi.

2. Böyük coğrafi kəşflər və beynəlxalq nəticələri.

3. Dünya ticarəti və ticarət marağının yaranması.

4.Dünya müstəmləkə sisteminin əsasının qoyulması.

5.XIV-XVI əsrlərdə Avropada dövlətlərarası münasibətlər

6.İspaniyanın dəniz hegemonluğuna son qoyulması.

7.V Karlın Avropa diplomatiyası. İkiqat diplomatiya.

8.Türkiyənin Şərq və Qərb siyasəti. (XV-XVII əsrlərdə)

9.Rusiyanın dünya siyasət meydanına çıxması.


Ədəbiyyat

  1. Документы по истории внешной политики Франции. М., 1963

  2. Европа в средний века. Экономика, политика, культура. Сб. статей. М., 1972

  3. Гуревич А.Я. Походы викингов. М., 1966

  4. История Византии. Т. 1, т.2, т.3. М., 1967

  5. История Средних веков. Учеб. М., Просвещение, 1986

  6. История Франции, т.1, M., 1972

  7. Заборов М.А. Крестове походы. М., 1956

  8. Люблинская А.Д. Франса в начале XVIIв.(1610-1620). Л., 1959

  9. Люблинская А.Д. Французский абсолютизм первой трети XVIIв. М-Л., 1965

  10. Сапрыкин Ю.М. Английская колонизация Ирландии в XVI – нач. XVIIв. М., 1958

  11. Чистозванов А.Н. Нидерландская буржуазная революция XVIв. М., 1958

  12. Штокмар В.В. Очерки по истории Англии XVIв. Л., 1957



XII Mövzu

Avropa diplomatiyası XVII əsrdə
Avropa ölkələri və Türkiyə XVII əsr üçün feodal monarxiyası mərhələsinin ən yüksək fazasına daxil olmuşdu. Formalaşmış mütləq monarxiyalar konkret xarici siyasət strategiyasına və taktikasına malik olurdu ki, biz bunu hazırda dövlət marağı adlandırırıq. XVII əsr üçün Avropa dövlətinin marağı və bunu həyata keçirmək üçün vasitələr öz rəngarəngliyi ilə seçilirdi. Bir tərəfdən bu sahə ilə bağlı nəzəri hüquqi baza formalaşır, digər tərəfdən isə Avropa monarxları sülalə nigahlarının geniş tətbiq olunduğu şəraitdə bu maraqlar daxilində çıxış edirdilər.

Fransa qarşısında Dövrün siyasi nəzəriyyəçilərindən və dövlət xadimlərindən sayılan Syulli ”Dövlət təsərrüfatının prinsipləri” əsərində aşağıdakı üç vəzifəni konkretləşdirirdi:

-dövlətin fəaliyyət mexanizmini müəyyənləşdirir;

-Fransanın ətrafında yaranmış siyasi tarazlığı qiymətləndirir,

-Fransanın xarici siyasəti qarşısında duran başlıca vəzifələrə diqqəti cəlb edirdi.

Bu dövrdə artıq Fransa kralı IV Henrixin hakimiyyəti illərində Fransa Avropa siyasətində liderliyi həyata keçirməyə müvəffəq olmuşdur.

1589-1610-cu ildə hakimiyyətdə olmuş IV Henrixin baş köməkçisi və strategi olan Syülli fəlsəfi - hüquqi traktadında belə bir məqama toxunurdu ki, Fransa Böyük Karl imperiyasının varisidir və buna görə də Avropa siyasətində liderliyi əldən verməməlidir. Lakin Syülli müşahidılərinə əsasən belə bir fikrə gəlirdi ki, ərazi iddiasında olmasından asılı olmayaraq Fransa öz ərazilərinin həddindən artıq genişlənməsi kimi təhlükəli risqə getməməlidir. Müəllifə görə, Əgər dövlətin qüdrəti müəyyən sərhəd daxilindən çıxarsa, düşmən dövlətlərinin koalisiyası ilə üzbəüz gələ bilər. Fransanın qüdrəti artıqca, onun Avropada hegemonluq mübarizəsi gücləndikcə problemin nəzəri-fəlsəfi cəhətləri müzakirə obyektinə çevrilirdi. Düşmən dövlətlərinin koalisiyasından ehtiyat edən Syülli “Böyük düşüncə”əsərində yazırdı ki, Avropa müharibələrdən,sarsıntılardan qurtulmaq istəyirsə, Fransanın bayrağı altında birləşməlidir. Bu ideya Fransa kral sarayının prokuroru Pyer Dübuanın irsindən bəhrələnirdi. Vaxtilə Dübua Avropada 12 dövlətin yaranmasını, bunların 6-nın respublika, 6-nın monarxiya olmasını arzu edirdi. O, həm də Avropa monarxlarının Fransa monarxının hakimiyyətini qəbul etməsini vacib şərt kimi göstərirdi.

Bu dövrdən etibarən “dövlət” marağı anlayışının konkret məzmunu formalaşmağa başlayırdı. “Dövlət marağı” dedikdə, elə bir ideya nəzərdə tutulur ki, bu ideyaya görə dövlətin sərhədləri xaricində elə bir şərait təmin olunmalıdır ki, bu həmin dövlətin mövcudluğu üçün təhlükə yaratmasın.

Fransa krallarından IV Henrix “dövlət marağını” son dərəcə ciddi şəkildə reallaşdıran hökmdarlardan biri kimi tarixdə qalmışdır.Onun xarici siyasət xəttində iki məqsəd güdülürdü:

- birincisi, Habsburqların qüdrətini sarsıtmaq.

- ikincisi, Fransanın ətrafında siyasi müvazinəti bərpa etmək və saxlamaq.

IV Henrix “siyasi müvazinət” dedikdə, “dövlət marağına” təhlükə törədən, sərhədlərə təhlükə törədən faktorların olmamasını nəzərdə tutmuşdur. Bu dövrdə Avropanı siyasi sarsıntılarla müşayət edən başlıca hadisələr: İspaniya vərəsəliyi və 30 illik müharibə ilə bağlı olmuşdur. Təsadüfi deyildir ki, fransız krallarının sonrakı nəsilləri də IV Henrixin siyasətini davam etdirmiş, lakin xarici siyasətdə Avropa və şərq istiqamətini ayırmışlar.

Fransız krallarından biri 1535-ci ildə Türkiyə ilə imzalanmış müqaviləni 1604-cü ildə təzələmiş və ona xüsusi bənd əlavə olunmuşdu.Həmin bəndə görə, Fransanın ticarət gəmiləri Qara dəniz boğazından keçə bilər və gömrük xərcləri ödənilərkən müəyyən imtiyazlar əldə edə bilər. Analoji müqavilə dörd il əvvəl İngiltərə ilə imzalansa da, lakin İngiltərəyə icarəyə götürdükləri ölkələrin gəmiləri ilə bağlı bu imtiyazlardan istifadə şamil edilməmişdi.

Fransanın xarici siyasəti öz klassik məzmununa kardinal Rişelyenin hakimiyyəti dövründə malik oldu. Rişelye öz dövrün müasirləri kimi kilsə təhsili almış, müxtəlif kilsə vəzifələrini yerinə yetirmiş və 1614-cü ildə Baş ştatlara nümayəndə seçildikdən sonra siyasi karyerası başlamışdı. Rişelye “Siyasi vəsiyyətnamə” əsərində hakimiyyətə gəlişinin məqsədlərini izah edərək yazırdı:”Mənim əsas məqsədim qədim Qalliya torpaqlarında yeni Qalliyanın, yəni Fransanın siyasi yüksəlişinə nail olmaqdı.” Öz məqsədlərini iki hissəyə bölən Rişelye yazırdı.“Mənim birinci məqsədim kralı yüksəltmək, ikinci məqsədim krallığı əzəmətli etməkdir.”

Artıq XVII əsrin əvvəlləri üçün fransız mütləqiyyətinin daxili və xarici siyasət məsələləri iki orqanın vasitəsilə həyata keçirilirdi. Başlıca orqan Kral Şurası idi.Kral buraya hər 3 təbəqənin seçilmiş adlı-sanlı nümayəndələrini daxil etmişdi. Ikinci orqan gizli Kral Şurası idi.Bu orqan müxtəlif vaxtlarda 5,7,9 nəfərdən ibarət olmuş, lakin onun üzvlərini heç kəs tanımırdı. Dövlətin daxili və xarici siyasəti ilə bağlı strategiya və taktika məsələləri gizli Kral Şurasının prereqativi idi. Bu orqan müttəfiqləri və rəqibləri müəyyənləşdirərək konkret fəaliyyət diapazonunu müəyyənləşdirirdi.

Yeddi illik müharibə dövrünə aid “diplomatik inqilab” Rişelyenin dövründə başladı. XVII əsrin I yarısımda Fransanın hərbi və siyasi uğurları Rişelyenin adı ilə bağlıdır. 1618-də hakimiyyət elitasına daxil olan və gənc kralın regentinə hamilik edən Rişelye 1630 -cu ildən etibarən Birinci nazir postunu əlində cəmləşdirmiş və 1642-ci ilə qədər bu vəzifəni davam etdirmişdir. Rişelye Fransanın ərazi bütövlüyü uğrunda amansız mübarizəsi ilə məşhur idi.

Hələ XIV əsrdə Fransanın cənub əyalətlərinə Roma papasının təşkil etdiyi xaç yürüşlərindən sonra burada öz fəaliyyətini bərpa etmiş və tarixə Hugenot respublikası adı ilə daxil olan dövlət yaranmışdı. Hugenotların iqamətgahı okean sahilindəki Tulon şəhəri ingilis hərbi mütəxəsislərinin köməyi ilə alınmaz qalaya çevrilmişdi. Rişelye artıq mövcudluğu yüz ili keçmiş Hugenot respublikası ilə mübarizəyə bütün Fransanın qüvvələrini cəlb etmiş və özü 13 ilə yaxın bu ərazi uğrunda mübarizə aparmışdı. Rişelye siyasi “Vəsiyyətnamə”əsərində yazırdı:” Hugenont respublikası dövlət içərisində dövlət olub Fransanın ərazi bütövlüyünü parçalayır və onun dövlət maraqlarına təhlükə yaradır.”

Dənizdən və qurudan alınmaz olan Tulon şəhərinin 1629 –cu ildə tutulması ona səbəb oldu ki, gizli Kral Şurası Rişelyeyə “generalisisimus” hərbi dərəcəsini verdi .

Rişelye Fransada duelin ən məşhur pərəstişkarlarından biri və eyni zamanda onu qanunla qadağan edən şəxs idi. Rişelye yazırdı ki, fransız zadəganları mütləqiyyətin şah damarıdır. Onlar müharibə meydanlarında qan tökməlidir. Dueli qadağan etdikdən sonra münasibəti müəyyənləşdirmək üçün yenidən həmin üsula müraciət edən öz yaxın dostu Butvili Paris meydanında yeddi metr hündürlükdə dar ağacından asdırmışdır.

Rişelyenin Fransanın mədəniyyətində və mətbuatında əvəzsiz xidmətləri olmuşdur. Onun dövründə ”Fransa xəbərləri” adlı Avropada ilk qəzet çap olunub.Rişelyenin diplomatik yüksəlişində onun yaratdığı ənənələrin ,məktəbin çox böyük rolu olub .Rişelye diplomatik məktəbinin yetirmələri olan Fankan, Jozef Ata Şarnasse kimi diplomatlar bütün Avropada məşhur idilər.

İspan kralı V Karla məxsus olan diplomatik üslubdan istifadə edən Rişelye xüsusilə İngiltərə ilə münasibətlərdə kifayət qədər ehtiyatlı və ardıcıl idi. Onun diplomatik fəaliyyəti 30 illik müharibə dövründə xüsusi əhəmiyyətə malik olmuşdu. Mövcud tədqiqatlarda 1618- 1648-ci illəri əhatə edən 30 illik müharibə 5 dövrə bölünür.

1.1618-1624-cü illər

2.1624-1628-ci illər

3.1628-1631-ci illər. (İtalyan dövrü)

4.1631-1635-ci ilər.

5.1648-ci ilə qədər.

Rişelyinin diplomatik ustalığı nəticəsində bütün Avropanın bir-birinə qarşı vuruşduğu dövrdə Fransa hərbi əməliyyatların iştirakçısı olmamış, öz siyasətini hərbi sahədə İsveç vasitəsilə həyata keçirirmişdi. Yalnız IV mərhələnin sonlarına doğru vəziyyət dəyişmiş, Fransa daha çox dividend götürmək üçün hadisələrə müdaxilə etməyə başlasa da, hərbi əməliyyatlara yalnız 1640-cı ildən etibarən qoşulmuşdu. Rişelye bir strateq kimi, Fransanın ətrafında yaranmış siyasi müvazinətin taleyinin parçalanmış alman knyazlıqları ilə bağlı olduğunu görürdü və buna görə də həmin parçalanmanın saxlanmasında ondan istifadə etdi. Otuz illik müharibə dövründən etibarən Rişelye Avropadakı siyasi vəziyyəti öyrənmiş və dəqiq müəyyən etmişdi.

Rişelyenin İsveç kralı Qustav Adolfla siyasi ittifaqı təsadüfi olmamışdı.Müharibənin hər ili üçün Fransa İsveçə 1mln.livrə yaxın pul vermiş, üstəlik Hollandiyadakı silah emalatxanadan Fransa vasitəsilə alınmış silahlar İsveçə daşınmışdı. Müharibənin Rişelye dövrü diplomatik kombinasiyaların mürəkkəbliyi ilə xarakterizə olunurdu.Belə ki. Rişelyenin yeritdiyi siyasi xətt nəticəsində təkcə hərbi əməliyyatlardakı nəticələr müəyyənləşmirdi.Habelə siyasi müvazinət üzərində bərqərar olacaq gələcək Avropa yaradılırdı.

Otuz illik müharibə hələ dini müharibə dövründə ərazi dəyişiklikləri ilə müəyyənləşən Avropanın siyasi xəritəsini cızmışdı.Məlum olduğu kimi, Frank imperiyasının yerində yaranmış dövlətlərin ikisi - Almaniya və İtaliya feodal parçalanmaları dövrünü yaşayırdı. Rişelyenin əsas məqsədi Prusiyanın Almaniyanı birləşdirmək siyasətini dəfn etməkdən ibarət olmuş və buna da nail olmuşdu.

Müasir geosiyasətdə “Vestfaliya sistemiⅦ anlayışından geniş istifadə olunur. Haushoferdən - Frans Mandolfa qədər siyasi realizm nəzəriyyəçilərinə görə, Vestfaliya sistemi müasir dünya qaydasının beşiyi başında durur. 1644-cü ilin iyulundan etibarən başlanmış danışıqlar - Vestfaliya müqaviləsi iki müqavilədən ibarətdir. 1644-cü ildən 1648-ci ilə qədər davam etmiş danışıqlar nəticəsində Osna Bruyk və Vestminister şəhərlərində III Ferdinandla onun rəqibləri arasında iki müqavilə imzalandı.

Müqavilənin şərtlərinə görə, Prussiya bir sıra ərazilərdən imtina edir, Fransa dini müharibələr dövründə əldə etdiyi şəhərlərlə yanaşı Almaniyanın qərb ərazilərindəki yeni torpaqlara sahiblənir, Şərqi və Qərbi Pomeraniyanın bir sıra ərazilərini ələ keçirir, bununla da Avropanın şimalında bütün su yollarına nəzarət etdirdi. Fransa Strasburqla yanaşı, Mets, Tul, Verden qalalarını tutdu ki, bununlada Lotaringiyada həmişəlik möhkəmləndi.

Vestfaliya sisteminin qurulması Vyana konqresi çağırılana qədər beynəlxalq münasibətlərdə başlıca qayda hesab olunurdu. Vestfaliya sistemi 3 dəfə-Vyana konqresi dövründə, 1918-20-ci il Versal sistemi dövründə və Yalta sisteminə uyğun dəyişmişdi.

XVII əsrin II yarısı fransız mütləqiyyətinin apardığı və ona uğur gəyirməyən 4 müharibə ilə səciyyələnir. Bütövlükdə yüzillikdə Avropanın siyasi xəritəsində yeni burjua respublikalarının yaranmasını şərtləndirən Hollandiya və İngiltərə burjua inqilabları baş vermiş və bunun nəticəsində Avropanın siyasi həyatı dəyişmişdi.
Mövzuya dair suallar

1. Avropanın siyasi xəritəsi XVII əsrin əvvəllərində.

2. “Dövlət marağı” anlayışının meydana gəlməsi. Syulli.

3. Fransanın Avropada hegemonluğu.

4. Otuzillik müharibə dövründə beynəlxalq münasibətlər.

5. Rişelye diplomatiyası.

6. Vestfaliya sisteminin yaranması.

7. Türkiyənin Avropa siyasəti

8. İngiltərə burjua inqilabı dövründə beynəlxalq münasibətlər.

9. Rusiyanın Avropa siyasəti.

10. XVII əsrin II yarısında Avropada beynəlxalq vəziyyət.
Ədəbiyyat


  1. Английская буржуазная революция XVII века.. Т.1-2. М.,1954

  2. Вайнштейн О.Л. Россия и Тридцатилетняя война М-Л., 1947

  3. Ерофеев Н.А. Империя создавалась так. Английский колониализм в XVIII в. М., 1964

  4. Зимин А.А. Россия на пороге нового времени. М., 1970

  5. Иванова И.И. История международных отношений от античности до конца первой мировой войны. Владивосток, 2001. ч.1

  6. Ивонин Ю.И. У истоков европейской дипломатии Нового времени. Минск, 1984

  7. Ивонина Л.И., Прокопьев А.Ю. Дипломатия Тридцатилетней войны. Учеб. пособие. Смоленск, 1996

  8. История политических и правовых учений. Средние века и возрождение. М., 1986

  9. История Франции. Т.1. М., 1972

  10. Колесницкий Н.Ф. Священная Римская империя: притязания и действительность. М., 1977

  11. Лозинский С.Г. История папства. М., 1986

  12. Люблинская А.Д. Франция при Ришелье. Л., 1982

  13. Павлова Т.А. Кромвель. М., 1980

  14. Поршнев Б.Ф. Тридцатилетняя война и вступление в нее Швеции в Московского государства. М., 1976

  15. Тарле Е.В. Очерки истории колониальной политики западноевропейских государств (конец XV-нач. XIX вв.) М., 1965

  16. Щеголев П.П. Очерки из истории Западной Европы. XVI-XVII вв. Л., 1938

  17. Эпштейн А.Д. История Германии от позднего средневековья до революции 1848 г. М., 1961


XIII mövzu


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə