Amerika niYƏ MƏhv olacaq? MÜƏLLİF: oleq platonov ooo «Evro-press» ooo «Mediцina» zao «Slavяnskiй dom kniqi» Moskva 2003



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix13.11.2017
ölçüsü0,59 Mb.
#9834
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

61

Sənaye fəaliyyəti nəticəsində atmosferin karbon

oksidi  (dəm qazı)  ilə çirkləndirilməsinin üçdə bir

hissəsi ABŞ-ın payına düşür.  Amerika TMŞ-nin

xaricdəki fəaliyyəti də nəzərə alındıqda,  bu ölkənin

təbiətə vurduğu ziyan ümumi ziyanın  40  faizini təşkil

edəcək,  başqa sözlə,  onun dünya gəliri sistemindəki

payına təxminən bərabər olacaq.

1990-cı ildə Avropa parlamenti Honduras və

Qvatemala gecəqondularında uşaqları pulla satın

aldığına və onların bədən orqanlarından köçürmələr

üçün istifadə etdiyinə görə ABŞ-ı qınayan qətnamə

qəbul etdi.  Lakin təəccüblənmək əbəsdir.  Bir çox

amerikalının

dəstəklədiyi

patoloji 

(zooloji) 

xudpəsəndlik və fərdiyyətçilik şəxsən onların rifahına

xidmət edən istənilən cinayətə bəraət qazandırır.

Başqa ölkələri istismar etmək hüququnu təsdiqləmək

və qoruyub saxlamaq üçün Amerika vaxtaşırı olaraq

zorakılığın ən ifrat formalarına,  ilk növbədə hərbi

zorakılığa əl atır. İkinci dünya müharibəsindən sonrakı

onilliklər ərzində ABŞ bəşəriyyətə qarşı o qədər cinayət

törədib ki,  bunlara görə Amerika sistemi Nürnberq

prosesinə,  onun administrasiyası isə hitlerçi canilərin

taleyinə layiqdir.

1948-1953-cü illər ‒  Filippində hərbi əməliyyatlar. 

Filippin xalqına qarşı cəza əməllərində həlledici iştirak. 

Minlərlə filippinlinin qətli.

1951-1953-cü illər ‒  1  milyona yaxın Amerika

əsgərinin Koreyaya silahlı müdaxiləsi.  100  minlərlə

koreyalının həlak olması.

62

1964-1973-cü illər ‒  Vyetanama qarşı hərbi təcavüz. 



Yarım milyondan artıq vyetnamlının məhv edilməsi. 

Hitlerin nümunəsilə bütöv kəndlər məhv edilir, 

sakinləri ilə birlikdə rayonlar napalmla külə döndərilir. 

Qadınların və uşaqların kütləvi qırğını.

1964-cü il ‒  Panama kanalı bölgəsində Panamanın

hüquqlarının bərpasını tələb edən milli qüvvələrin

qanına qəltan edilməsi.

1964-1973-cü illər ‒  50000  ABŞ əsgərinin Laos

respublikasına qarşı cəza əməliyyatlarında iştrakı. Yenə

minlərlə qurban.

1982-1983-cü il ‒ 800 ABŞ dəniz piyadasının Livanda

hərbi təcavüzü. Yenə çoxsaylı qurbanlar.

1986-cı il ‒  Liviyaya xaincəsinə basqın.  Tripoli və

Benqazinin bombardman edilməsi. Çoxsaylı qurbanlar.

1989-cu il ‒  Panamaya silahlı basqın.  Minlərlə

panamalı həlak oldu.

1991-ci il ‒ İraqa qarşı genişmiqyaslı hərbi əməliyyat. 

450000  hərbi qulluqçu və minlərlə müxtəlif müasir

hərbi texnikadan istifadə.  150  minədək dinc sakinin

öldürülməsi.  İraq əhalisini qorxutmaq məqsədilə dinc

obyektlərin bilərəkdən bombardman edilməsi.

1992-1993-cü illər ‒  Somalinin silahlı işğalı.  Dinc

əhali üzərində silahlı zorakılıq, mülki şəxslərin qətli.

Lakin iş təkcə açıq silahlı müdaxilərlə bitmir. 

Onilliklər boyu ABŞ Salvador,  Kuba,  Qvatemala, 

Əfqanıstan, İran əleyhinə e᾽lan olunmamış müharibələr

aparmış,  əldəqayırma amerikapərəst hökumətləri

dəstəkləmək, 

yaxud

bölgədə


Amerikanın

hökmranlığını qəbul etməyən qanuni hökumətləri




63

yıxmağa can atan qiyamçılara yardım göstərmək üçün

nəhəng xərclər çəkmişdir.

1948-1996-cı illər arasında Amerika hərbiçilərinin və

terrorizminin qurbanlarının ümumi sayı  1  milyon

nəfərdən çoxdur və burada hələ yaralılar və evsiz-

eşiksiz qalanlar daxil deyildir.  SSRİ dağılandan sonra

ABŞ artıq öz təcavüzkar iddialarını həyata keçirmək

yolunda heç bir ciddi maneə ilə üzləşmir. Terrorçu güc

strukturlarının yaradılmasına dəhşətli bir meyl

yaranmaqdadır.  Bütü n dünyanı xərçəng xəstəliyi kimi

bürüyən belə təşkilatların tə᾽sirini bir çox ölkələr,  ilk

növbədə,  İraq və Balkan dövlətləri hiss etməkdədir. 

ABŞ BMT-ni öz terrorçu fəaliyyətinin alətinə

çevirməkdədir.

Öz fikrini bürurzə verməkdə və bəyan etməkdə

Amerika cəmiyyəti qədər qeyri-müstəqil ikinci bir

cəmiyyət yoxdur.  Amerikanı  «pərdə arxasında» 

məharətlə yaradılan bütlər idarə edir.  Sosioloji

sorğuların nəticələrinə görə,  amerikalıların  80  faizinin

şəxsi rə᾽yi yoxdur və onlar  «pərdə arxası»  nöqteyi-

nəzərləri təkrarlayırlar.

Amerika cəmiyyəti planetdə demək olar ki,  ən

totalitar cəmiyyətdir. Amerikalıların böyük əksəriyyəti

ictimai baxımdan mü hüm olan bir çox predmetlərlə

bağlı eyni fikirdədir.  Seçim olmayan seçkilər ali

vəzifəyə amerikalılara başqalarının hesabına daha da

çox pul və əmtəə söz verən kovboy,  yaxud pleyboy

görünüşlü birinin yüksəldilməsi üçün keçirilir. 

Amerika prezidentləri manekenlər sırasından başqa bir

şey deyil.

64

Onların şəxsiyyətlərinin səciyyəvi əlaməti isə hər



hansı mənliyin,  mə᾽nəviyyatın olması,  stereotip

təbəssümlər,  jestlər və sözlərdir.  Gözə görünməz

«pərdə arxası»nın idarə etdiyi maneken ‒  avtomatlar

dünyası xristian mədəniyyəti zirvəsindən miskin və

zəifdir.  Amerika prezidentlərinin,  məsələn,  Niksonun

yaxud Reyqanın xatirələrini oxumaq kifayətdir. Orada

bayağı ifadələrdən və məhdud xudbinlikdən savayı bir

şey tapmayacaqsınız.  Belə cızma-qaralardan sonra

Brejnevin qondarma xatirələri də şedevr tə᾽siri

bağışlaya bilər.

Amerika partiya qurultaylarından reportajları

görəndə,  nə üçün isə,  dərhal nasistlərin toplantıları

yada düşür. Cuşa gəlmiş kütlə əldəqayırma prezidentə, 

yaxud Fürerə - insani insanlar baxımından tamamilə

puç bir şəxsə qarşı qondarma hisslərinin tə᾽siri altında

bağırır, əl çalır.

İnsanları bütün azadlıqlardan məhrum etməyin, onu

totalitar sistemin vintciyinə çevirməyin iki yolu var. 

Birincisi

insanları

bir

sıraya


düzmək,  onları

addımlamağa və lazım olan sözləri deməməyə məcbur

etmək. Hitler bu yolu seçmişdi.

İkincisi ‒  insanı uşaqlıqdan birtərəfli şəxsiyyətlə, 

müt᾽i bir avtomata çevirmək.  Körpə yaşlarından onu

seçim iradəsindən məhrum etmək,  şüurunda həyatın

bütün xırdalıqları və məqsədinə dair ümumi stereotip

təsəvvürlər yerləşdirmək.  Bu halda insanı heç sıraya

yerləşdirməyə də ehtiyac yoxdur,  çünki o,  şüuruna

yeridilən

kumirlərin

göstərdiyi

istiqamətdə

addımlayacaq. Amerika bu ikinci yola üstünlük verdi.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə