8
Qədim Misir
Misirin coğrafi mövqeyi
Tarixdə ibtidai icma quruluşu dağıldıqdan sonra
qədim dövlətlər yarandı. İlk dövlətlər
Şərqdə
yaranmışdır. Bu dövlətlərdən biri də qədim Misir
dövlətidir. Misir
Afrikanın şimal-şərqində yerləşir.
Misirin ərazisindən Aralıq dənizinə tökülən və misirlilər
tərəfindən
Böyük çay adlanan
Nil çayı axır. Coğrafi
mövqeyi ticarət üçün çox əlverişli olan Misir bir çox
ölkələrlə
quru və
su yolları vasitəsilə əlaqə saxlayırdı.
Dağlıq ərazidən müxtəlif növ tikinti daşları və qiymətli
daşlar (zümrüd, firuzə və s.) əldə edilirdi.
Misirdə sənətkarlığın
dulusçuluq, metalişləmə,
zərgərlik, toxuculuq, daşişləmə, sümükişləmə sahələri
yaxşı inkişaf etmişdi. Misirin ticarət karvanları uzaq
Ön
Asiya ölkələrinə qədər gedirdi. Gəmiçiliyin inkişafı
ticarətin daha da genişlənməsinə səbəb olmuşdu.
Ticarətin inkişafında Nil çayı mühüm rol oynayırdı. Bir
çox ölkələr Misiri müxtəlif sərvətlərlə təmin edirdi:
Nubiyadan qızıl gətirilirdi.
Suriya və
Fələstindən mis gətirilirdi.
Efiopiya və
Finikiyadan tikinti
üçün ağac
gətirilirdi.
Nil daşqınları
Nil çayı
ildə bir dəfə daşaraq öz məcrasından çıxırdı. Çay sularının gətirdiyi
mineral maddələrlə zəngin olan lil vadidə çöküntü təbəqəsi yaradırdı. Nilin gətirdiyi lilli
qara torpaq asanlıqla şumlanırdı. Qədim dövrdə Misir
Qara torpaq adlanırdı. Misirin
Qara torpaq adlandırılmasının səbəbi
Nil vadisindəki torpağın münbit və məhsuldar
olması idi. Vadidə əhalinin məskunlaşdığı məntəqələri və əkilən torpaq sahələrini
daşqından qorumaq məqsədilə Nil sahili boyunca
damba deyilən bəndlər tikilirdi.
Bəndlər təpə formasında olur və doğranmış qamış qatılan gildən qurulurdu.
Misirdə süni suvarma inkişaf etmişdi. Hündürdə yerləşən tarlalara, bağlara su
vermək üçün
şadufdan istifadə olunurdu. Nil vadisində müxtəlif növ bitkilər bitirdi.
Bunlardan ən əhəmiyyətlisi
papirus qamışı idi. Qədim misirlilər papirus qamışından
kiçik lövhələr kəsir və bu lövhələrin üzərinə
yazı yazırdılar.
Qədim Misirdə nomların meydana gəlməsi
Nil vadisində əkinçi və maldar tayfalar məskunlaşmışdı. Həmin tayfalar öz aralarında birləşərək ayrı-ayrı təşkilatlar
yaradırdılar. Bu təşkilatlar «
nom» ( yunanca
vilayət deməkdir) adlanırdı. İlk vaxtlar nomların sayı çox idi. Hər bir nomun öz
hökmdarı, özünəməxsus dini və tanrıları var idi. Nomların mərkəzi müdafiə divarları ilə əhatə olunurdu. Nomların
mərkəzində
hökmdara, əyanlara məxsus saraylar, baş tanrının məbədi yerləşirdi.
Qədim Misirdə vahid dövlətin yaranması
Nomlar arasında daim rəqabət gedirdi. Hər bir nomun hökmdarı istəyirdi ki, zəif nomları özünə tabe etsin. Nomlar
birləşdikcə onların sayı azaldı. Nəticədə
e.ə. IV minilliyin 2-ci yarısında iki müstəqil padşahlıq -
Yuxarı Misir və
Aşağı
Misir dövləti yarandı. Bu iki padşahlıq arasında uzun müddət
vahid Misir dövləti yaratmaq uğrunda mübarizə
getmişdi.
E.ə. IV minilliyin sonunda Yuxarı Misir ilə Aşağı Misir padşahları arasında müharibə
nəticəsində:
İqtisadi cəhətdən güclü olan Yuxarı Misir qalib gəldi
.
Yuxarı və Aşağı Misir birləşdirildi
.
Qədim Misirin vahid dövlətdə birləşdirilməsi başa çatdı
.
Vahid Misir dövləti yarandı
.
Qədim Misir dövlətinin ilk paytaxtı Memfis,
e.ə. II minillikdə isə
Fiv (Fiva) şəhəri olmuşdur.
Şaduf
9
Qədim Misir dövlətinin idarəetmə sistemi və ordu
Qədim Misir dövlətinin hökmdarı
firon adlanırdı. Ölkədə aparılan
bütün hərbi, dini və inşaat tədbirləri fironun
adından həyata keçirilirdi. Misirdə ali məmur və fironun ən yaxın köməkçisi
çati hesab olunurdu. Firon çati vəzifəsinə
adətən,
öz övladlarını təyin edirdi. Çatinin səlahiyyətlərinə aşağıdakı məsələlər daxil idi:
Təsərrüfat və məhkəmə orqanlarını idarə edirdi.
Firon dəfətəxanasına və dövlət xəzinəsinə nəzarət edirdi.
Bütövlükdə fironun əlində olan
Hərbi idarənin başında
hərbi rəis dururdu.
Misirdə ordunun əsasını
piyada qoşun təşkil edirdi. Döyüşçülər
ox, yay və
qısa xəncər
ilə silahlanırdılar.
Qədim Misir dövlətində dini idarələrə başçılıq edən
kahinlər çox böyük nüfuza
malik idilər
. Kahinlər:
Fironu müqəddəsləşdirərək ona sitayiş edir, onu yer üzünün tanrısı,
«
Günəş
oğlu
»
adlandırırdılar.
Əhalini fironu yer üzünün yeganə allahı olmasına inandırmağa çalışırdılar.
Misirdə sosial qruplar
Qədim Misirdə əhali
üç sosial qrupa (təbəqəyə) bölünürdü:
I təbəqəyə varlı əyanlar, kahinlər, varlı icma üzvləri daxil idi.
II təbəqəyə azad icma üzvləri (əkinçilər, maldarlar və sənətkarlar) daxil idi.
III təbəqəyə istismar olunan təbəqə, əsasən qullar daxil idi.
Birinci və ikinci təbəqəyə daxil olan adamlar
azad insanlar idi. İcmanın üzvü
olan xırda əkinçilər və maldarlar ―
kiçiklər” adlanırdı.
Misirdə üçüncü təbəqə hesab olunan qulların əsas mənbəyi
müharibələr idi.
Müharibə zamanı tutulan əsirlər kölə -
qul halına salınırdı. Misirlilər qulları «
canlı
ölülər»
adlandırırdılar. Qulun sahibi onu döyə, sata və hətta öldürə bilərdi. Qədim
Misirdə qul əməyindən əsasən aşağıdakı sahələrdə istifadə olunurdu:
Dövlət və məbəd təsərrüfatında.
Zadəganların malikanələrində.
Fironların hərbi yürüşləri
E.ə II minilliyin əvvəllərində firon
I Tutmos hakimiyyətə gəldiyi zamandan başlayaraq Misir işğalçılıq
müharibələrini genişləndirməyə başladı. I Tutmosun hakimiyyəti dövründə:
Misir
işğalçılıq müharibələrini genişləndirdi.
Şərqi Aralıq dənizi ölkələrinə uğurlu hərbi yürüşlər təşkil edildi.
I Tutmosun Şərqi Aralıq dənizi ölkələrinə uğurlu yürüşləri
nəticəsində Misirin ərazisi Fərat çayına qədər çatdı.
I Tutmosun nəvəsi
III Tutmosun (1504-1450) hakimiyyəti dövründə Misirin siyasi hakimiyyəti altında olan
Ön
Asiya ölkələri firona tabe olan
canişinlər tərəfindən idarə edilirdi.
Firon
II Ramzes (1301-1235) hakimiyyətə gələn zaman Misirin Ön Asiyada nüfuzu zəifləmiş, Fələstin, Finikiya və
Suriya Misirin itaətindən çıxmışdı. Lakin II Ramzesin hakimiyyəti dövründə:
Misirin yenidən geniş işğalçı yürüşləri başlandı.
E.ə. XIII əsrin əvvəllərində II Ramzes
het tayfalarını məğlub edərək onlarla sülh bağladı.
Fələstin, Finikiya və
Suriyanın cənubu yenidən Misirin hakimiyyəti altına düşdü.
Beləliklə, II Ramzes III Tutmos kimi işğalçı müharibələr apararaq Fələstini, Finikiyanı və Suriyanı Misirə tabe etdi.
Lakin II Ramzesin vəfatından sonra Misirin mövqeyi
Ön Asiyada zəiflədi.
II Ramzes 66 il fironluq etdiyi dövrdə Misirdə aşağıdakı
quruculuq işləri həyata keçirdi:
Yeni şəhərlər saldırdı, Misir və Nubiyada böyük sərdabələr, saraylar və məbədlər tikdirdi.
Nubiyadakı məbəddə 24 metrlik heykəli ucaldıldı.
Misir işğalçılıq
müharibələri apardı
Şərqi Aralıq dənizi
ölkələrinə uğurlu
yürüş edildi
Fələsti, Finikiya və
Suriya Misirə tabe
edildi
I Tutmosla II Ramzesin ümumi
cəhətləri
Misirin sərhədləri
xeyli genişləndi
Firon
Çati
Hərbi rəis