Anemiya nəyə deyilir?



Yüklə 211,76 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix30.04.2018
ölçüsü211,76 Kb.
#40446
1   2   3   4   5   6   7   8

82

Endokardın hansı növ iltihabı revmatik endokarditlər üçün xarakterik deyil?

A.  Kəskin ziyilli endokardit.

B. Qayıdan ziyilli endokardit.

C. Fibroplastik endokardit.

D. Diffuz endokardit (və ya valvulit).

E. Polipoz- xoralı endokardit.

83

Hansı perikardit  revmatizm zamanı imkişaf edə bilir?



A. Seroz ekssudativ perikardit

B. Kataral ekssudativ perikardit.

C. İnterstitsial proliferativ perikardit.

D. Kəskin ocaqlı perikardit.

E. Kəskin ziyilli perikardit.

84

Revmatizm zamanı xaraterik dəyişiklik kimi damarlarda nə baş verə bilər?



A. Vaskulit (iltihabi dəyişikliklər).

B. Arteriyalarda aterosklerotik dəyişikliklər.

C. Arteriollarda sistem şəkildə hialinoz və skleroz.

D. Kapilyarlarda yayılmış hialinoz və skleroz.

E. Popov qranulomaları.

85

Qurdeşənəyi hüceyrəsi nəyə deylilir?



A. Qırmızı qurdeşənəyi xəsəliyinin törədicisinə.

B. Nüvələrində DNT-nin miqdarı çoxalmış hüceyrələrə.

C.Hematoksilin cisimciklərinə

D. Hematoksilin cisimciklərini natamam faqositoza uğratmış makrofaqlara.

E. İçərisində qırmızı qurdeşənəyi virusları olan örtük epiteli hüceyrələrinə.

86

Revmatomidli artritin klinik- morfoloji forması hansıdır?



A. İldırımvari forma.

B. Böyük yaşlı şəxslərin revmatoidli artriti.

C. Septiki forma.

D. Generalizə olunmuş forma.

E. Meninqo – vaskulyar forma.



87

Birləşdirici toxumanın sistem dezorqanizasiyası hansı xəstəlik üçün xarakterikdir?

A. Hipertoniya xəstəliyi.

B. Şəkərli diabet.

C. Qırmızı qurdeşənəyi.

D. Nekrotik vaskulitlər.

E. Səpkili yatalaq.

88

“Nüvə patologiyası” hansı xəstəlik üçün xarakterikdir?



A. İrsi genetik xromosom patologiyaları

B.  Qırmızı qurdeşənəyi xəstəliyi.

C. Şeqrenin quru sindromu.

D. Bədxassəli şişlərdə nüvə dəyişiklikləri.

E. İİV- infeksiya (QİÇS).

89

Hansı qranuloma revmatizm üçün xarakterikdir?



A. Popov qranuloması.

B. Aşoff- Talalayev qranuloması.

C. Xockin qranuloması.

D. Qumma


A. Lanqhans qranuloması.

90

Aşağıda revmatik miokarditlərin hansı forması göstərilmişdir?



A.Ocaqlı kataral miokardit.

B. Diffuz kataral miokardit.

C. Ocaqlı proliferativ və ya qranulomatoz miokardit.

D.Kəskin ziyilli miokardit.

E. Apostematoz miokardit.

91

Kiçik xoreya xəstəliyi nədir?



A. Vəba xəstəliyinin ocaqlı dəyişiklikləri.

B. Revmatizmin serebral forması.

C. Beyin damarlarının aterosklerotik dəyişiklikləri.

D. Uşaq yaşlarda vəba xəstəliyi.

E. Uşaqlarda revmatik mənşəli ürək qüsuru.



92

 Revmatizm zamanı ürəkdən başqa xarakter olaraq daha hansı üzv zədələnə bilər?

A. Ağız suyu vəziləri.

B. Böyrəklər (revmatizmin böyrək forması).

C. Orta qulaq boşluğu.

D. İri oynaqlar.

E.Müsariqə arteriyaları (revmatizmin müsariqə forması).

93

Hansı dəyişiklik revmatik prosesin aktivliyini göstərir?



A. Xordaların kiçilməsi və qalınlaşması.

B. Aşoff- Talalayev qranuloması.

C. Perivaskulyar kardioskleroz.

D. Mitral qapağın stenozu

E. Aortal qapağın çatışmazlığı.

94

Aşağıda göstərilən hansı patoloji proses interstitsial pnevmoniyaların bir 



formasıdır?

A) Pnevmonik forma 

B) Deskvamativ forma

C) Alveollararası interstitsial pnevmoniya 

D) Alveolyar interstitsial pnevmoniya

E) Kataral forma

95

Aşağıda göstərilən hansı patoloji proses krupoz pnevmoniya xəstəliyinin bir 



mərhələsidir?

A) Sorulma mərhələsi (və ya sağalma mərhələsi)

B) Proliferasiya

C) Funksional mərhələ

D) Fibrinoid şişmə

E) Alterasiya mərhələsi (və ya distrofik-nekrotik mərhələsi)

96

“Ağ ciyər ürəyi” (Cor pulmonale) ürəyin hansı hissəsinin böyüməsi hesabına 



formalaşır?

A) Mədəciklərarası arakəsmə

B) Sağ mədəcik 

C) Sağ qulaqcıq

D) Sol mədəcik

E) Sol qulaqcıq




97

Aşağıda ağ ciyər emfizemalarının hansı növü göstərilmişdir?

A) Yarımkəskin emfizema

B) Yuvenil emfizema 

C) Atelektatik emfizema

D) Atrofik emfizema

E) Qocalıq emfizema 

98

Aşağıdakı hansı xəstəlik zamanı “şanabənzər ağ ciyər” inkişaf edir?



A) Bronxopnevmoniya

B) Bronxoektaziya xəstəliyi 

C) Krupoz pnevmoniya

D) Ağ ciyər vərəmi

E) Kəskin bronxit

99

“Boz hepatizasiya”  prosesi hansı xəstəlikdə olur?



A) Qara ciyərin lipofussinozu

B) Xroniki ümumi venoz hiperemiya (“ağ ciyərin boz bərkiməsi”nin sinonimi)

C) Krupoz pnevmoniya 

D) Bronxoektaziya xəstəliyi

E) Orqanizmin ümumi atrofiyası (kaxeksiya) zamanı

100


Bronxopnevmoniya başqa adla necə adlanır?

A) Kəskin bronxit pnevmonit komponenti ilə

B) Ocaqlı pnevmoniya 

C) Qrippoz pnevmoniya

D) Ara pnevmoniya

E) Krupoz pnevmoniya 

101

Ağ ciyər xərçəngi əsasən ağ ciyərdəki hansı hüceyrələrdən inkişaf edir?



A) Bronx epitellərindən

B) Alveolyar makrofaqlardan

C) Alveollararası arakəsmələrdəki interstitsial hüceyrələrdən

D) Alveolyar epitellərdən

E) Bronxların qığırdaq hüceyrələrindən



102

Aşağıda göstərilən hansı patologiya pnevmokoniozlara aid edilmir?

A) Silikatoz

B) Alüminoz

C) Antrakoz

D) Azbestoz 

E) Sarkoidoz 

103


Aşağıda kəskin tonzillitlərin hansı forması göstərilmişdir?

A) Kriptogen tonzillit

B) Kəskin qranulomatoz tonzillit

C) Damaq badamcıqlarının kəskin empieması

D) Septiki tonzillit

E) Fibrinoz tonzillit 

104

Aşağıdakı hansı patoloji proses mədənin xroniki xora xəstəliyinin ağırlaşması ola 



bilər?

A) Böyrəyin ikincili amiloidozu

B) Mədənin vərəmi

C) Penetrasiya

D) Appendisit

E) Sepsis

105

Aşağıda göstərilən hansı patoloji proses mədənin xərçəngönü xəstəliklərinə aiddir?



A) Yarımkəskin qastrit

B) Mədənin xroniki xora xəstəliyi 

C) Mədənin ekzofit adenokarsinoması 

D) Hipertrofik qastropatiya

E) Kəskin fibrinoz qastrit

106


Göstərilən hansı patologiya mədə xərçənginin ağırlaşmalarından hesab edilə bilər?

A) Qara ciyərin absesi 

B) Perforasiya və peritonit

C) Hepato-renal sindrom və kəskin böyrək çatışmazlığı

D) Qanhayxırma və qanitirmə

E) Mədənin selikli qişa epitellərinin metaplaziyası və maliqnizasiya




Yüklə 211,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə