Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə224/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   220   221   222   223   224   225   226   227   ...   236

 

662 


Qar topası 

 

Sxem üzrə hərəkət edilir 

 

 



 

 

 



 

 

 



 

 

1-ci mərhələ. Müəllimin qoyduğu suala şagirdlər fərdi şəkildə 

cavab verir, öz fikirlərini kağız vərəqində qeyd edirlər. 

2-ci  mərhələ.  Qruplara  bölünmə  aparılır,  uşaqlar  elə  həmin 

məsələ üzrə qrup işinə başlayır və öz rəyini ümumiləşdirirlər. Qrup 

öz  rəyini  vatman  kağızı  vərəqi  üzərində  qeyd  edir,  sonra  öz  işini 

təqdim edir. 

3-cü mərhələ. Müəllim qrupların rəyini ümumiləşdirir, təqdim 

olunmuş işlərdəki oxşar bəndləri aşkar edir və bunları ayrıca vatman 

kağızı vərəqinə yazır. 

 

 

Konkret hadisənin tədqiqi (situativ praktikum) 

 

Məqsəd: 

Konkret  hadisənin  tədqiqi,  hadisənin  təhlili,  qavranılması, 

səhvlərin  müəyyənləşdirilməsi  və  həlli  vasitəsilə  tənqidi  təfəkkürü 

stimullaşdıran tədqiqata  əsaslanmış bir üsuldur. Problemin həllində 

aktiv və səmərəli iştirak etmək ideyasını vurğulamaq üçün real situ-

asiyalardan  istifadə  olunur.  Müəllim  şagirdlərə  həyatda  tez-tez  baş 

verən  maraqlı  situasiyaları  və  ya  sinifdə  ciddi  müzakirəyə  ehtiyacı 

olan problemləri nəzərdən keçirməyi təklif edə bilər. 

Bu üsulun vasitəsi ilə aşağıdakı bacarıqların formalaşdırılma-

sına nail olunur: 

1.

 

Hadisənin səmərəli həlli yollarını araşdırmaq; 




 

663 


2.

 

Məntiqi və tənqidi təfəkkürü inkişaf etdirmək: təhlil etmək, 



səhvləri müəyyənləşdirmək

3.

 



Hadisənin  səbəbinin  həlli  vasitəsilə  tənqidi  təfəkkürü  inki-

şaf etdirmək

4.

 

Tədqiqatçı bacarıqlarını aşılamaq; 



5.

 

Məlumatı sistemləşdirmək; 



6.

 

Nəticə çıxarmaq və əsaslandırmaq. 



Alqoritm: 

1.

 



Müəllim tərəfindən hadisənin seçilməsi. 

2.

 



Müəllim nəzərdən keçirilən problemə dair situativ praktiku-

mu  hazırlamalıdır.  O  hər  bir  problemli  vəziyyətə  dair  müzakirə 

üçün məqsədyönlü sualları öncədən düşünməli və hazırlamalıdır. 

3.

 



Vəziyyətlərdən hər biri ayrıca kartda yazıla bilər. 

4.

 



Şagirdləri hər biri 4-5 nəfərdən ibarət qruplara bölürlər. Hər 

qrup təklif edilən vəziyyətlərdən birini müzakirə etməlidir. 

5.

 

Şagirdlər  hadisəni  tədqiq  edir  və  öz  münasibətini  bildirir. 



Şagirdlərə kömək etmək üçün aşağıdakı sualları verin: Nə baş ver-

di? Mühüm elementlər hansılar idi? Faktların təqdimatında çatışma-

yan bir şey var idimi? Nə üçün maraqlı tərəflər bu cür hərəkət edirlər? 

6.

 



Bu mərhələdə iştirakçılar öz şəxsi və subyektiv qavrayışla-

rına əsasən həll yollarını ifadə edirlər. Şagirdlərdən ilk təəssüratları-

nı söyləməyi xahiş edin. Hər şagird hadisənin həlli yollarını göstə-

rir.  Bu  həll  yollarına  hadisənin  bütün  elementləri  daxil  olmur.  Bu 

səbəbdən də fikirlər müxtəlif və bir-birinə zidd ola bilər. 

7.

 



Müəllim konkret hadisəyə yenidən qayıdır, problemlə bağlı 

bütün  məlumatları  nəzərdən  keçirir,  onu  konseptləşdirir,  qaydaya 

salır və sistemləşdirir. Hadisənin həlli yolunda meydana çıxan lehi-

nə/əleyhinə  olan  arqumentlərə  münasibəti  aydınlaşdırır.  Müəllim 

belə suallar verə bilər: lehinə və əleyhinə olan cəhətlər hansılardır? 

Siz hansı arqumentləri dəstəkləyəcəksiniz? Digərinin nəticəsi nə ola 

bilər?  Alternativlər  hansılardır?  Şagirdlər  öz  arqumentlərini  gətirə-

rək konkret hadisəyə istinad edir. 

8.

 

Şagirdlər  konkret  hadisə  ilə  bağlı  son  qərarı  verməlidirlər. 



Əgər onların qərarı rəsmi həll ilə üst-üstə düşmürsə, eybi yoxdur. 

9.

 



Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzaki-

rə  başlanır.  Müzakirə  mərhələsi  aşağıdakı  istiqamətlərə  yönəldil-

məlidir: 



 

664 


 

Konkret  hadisənin  şəraiti  və  məzmunu  ilə  bağlı  “arxaya 



baxmaq”; 

 



Ümumiləşdirilə biləcək əməliyyat prinsipləri üçün “aşağıya 

baxmaq”; 

 

Başqa oxşar situasiyalar üçün “ətrafa baxmaq”; 



 

Bu cür hadisələri səmərəli şəkildə həll etmək istəyiriksə, öz 



şəxsi münasibətimizi dəyişmək üçün “irəli baxmaq”. 

10.  Sonda  şagirdlər  hadisənin  həlli  üzrə  son  qərar  verirlər, 

başqa situasiyalar üçün də yararlı olan nəticələrə gəlirlər. 

Şərtlər: 

1.

 



İş forması: böyük qruplarla iş, bütün siniflə

2.

 



Auditoriyanın bilik səviyyəsi (hadisə haqqında məlumat); 

3.

 



Vaxt: 35 dəqiqə; 

4.

 



Dərsin  mərhələsi:  tədqiqat,  nəticənin  çıxarılması  (bütün 

mərhələlərdə); 

Konkret hadisə meyarlara əsasən seçilir. Heç də bütün situasi-

yalar  konkret  hadisə  olmur.  Konkret  hadisə  olması  üçün  situasiya-

nın aşağıdakı xüsusiyyətləri olmalıdır: 

 



Gerçək olmalıdır; 

 



Dərhal  müdaxilə  tələb  etməlidir:  maraq  doğura  biləcək 

problemi vurğulamalıdır; 

 

Qrupların  maraqları  ilə  əlaqəli  olmalıdır  ki,  hadisəni  həll 



etməyə  çalışan  iştirakçılar  lazımi  informasiyaya  malik  olsunlar  və 

həll yollarını tapsınlar; 

 

Tam olmalıdır. Onun təqdimatında həlli üçün tələb olunan 



bütün detallar əks olunmalıdır. 

Vasitələr:  Lövhə, iş  vərəqləri, kağız, flomaster, video, televi-

zor (motivasiya mərhələsi üçün); 



Yarana biləcək problemlər: 

1.

 



Hamının iştirak etməməsi

2.

 



Arqumentlərin inandırıcı olmaması; 

3.

 



Arqumentlərin qanunla əsaslanmaması; 

4.

 



Düzgün nəticə çıxarılmaması. 

 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə