Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə227/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   223   224   225   226   227   228   229   230   ...   236

 

671 


 

Hansı məna daşıyır? 



 

Harada istifadə olunur? 



 

Necə dəyişir? 



 

Nəyə görə dəyişir? 



 

Nəyə təsir göstərir? 



 

Başqa hadisələrlə necə bağlıdır? 



 

Tapşırıq 7. Problemi ifadə et. 

Təlimat:  “İnsanda  təbiətlə  bağlı  yaranan  bir  neçə  problemi 

adlandır”. 



Qiymətləndirmə meyarları: 1) Problemlərin miqdarı çox de-

yil, standart məzmunludur. 2) Standart olmayan, orijinal problemlə-

rin daxil edilməsi ilə onların miqdarı çox və müxtəlifdir. 

 

Tapşırıq 8. Sərbəst mövzuya yönələn sualların verilməsi 

Təlimat:  “Açarları və mövzunu sərbəst seçərək “açar sözlər” 

dən istifadə edib sual qur” 



Qiymətləndirmə meyarları: 

1)  Mövzu  ilə  əlaqədar  açarların  xaotik  istifadə  olunması. 

Mövzunun həm məlum, həm də naməlum aspektlərini əks etdirir. 

2)  Mövzunun  əhəmiyyətli  aspektlərini  əks  etdirən  sualların 

sistem şəklində verilməsi. 

 

Modelləşdirmə 



 

Modelləşdirmə – ciddi problem qoyan hər hansı bir mücərrəd 

və ya uydurma hadisənin canlandırılması və bunun vasitəsilə prob-

lemin həllidir. Bu hadisə çox zaman real həyatda baş verən hadisə-

nin  sadələşdirilmiş  lakin  canlı  nümunəsi  olur.  Problemi  həll  etmək 

üçün iştirakçılar həyatda və bu hadisədə rast gəldikləri müəyyən rol-

ları  ifa  edirlər.  Lakin  rolların  ifası  tam  sərbəstdir  və  onun  nəticə-

sində  alınan  problemin  həllini  heç  kəs  əvvəlcədən  proqnozlaşdıra 

bilmir. Nəticələr rolun ifasından asılıdır. Modelləşdirmə zamanı şa-

girdlərə bu rolun ifasında öz nöqteyi-nəzərindən çıxış etməyə icazə 

verilir. 




 

672 


Məqsəd: 

1.

 



Yaradıcı qabiliyyətləri və təxəyyülü  inkişaf  etdirmək üçün 

şagirdləri zəruri əsaslarla təchiz etmək

2.

 

Cütlük  şəklində  öz  baxışlarını  və  dəyərlərini  müzakirə  et-



mək üçün şagirdlərə sərbəst diskussiya təklif etmək; 

3.

 



Şagirdləri  problemi  tapmağa  və  onu  real  həyatı  modelləş-

dirən şəraitdə həll etməyə həvəsləndirmək; 

4.

 

Şagirdlərə  təhlil  aparmaq  və  alternativ  hərəkətləri  qiymət-



ləndirmək bacarığını aşılamaq; 

5.

 



Şagirdləri  ictimai  və  ya  qrup  fəaliyyətinin  tərkib  hissəsi 

olan qərarların qəbul edilməsi prosesinə cəlb etmək

6.

 

Məşğələ  ərzində  qəbul  edilmiş  qərarlara  yenidən  baxmaq 



və  təhlil  etmək,  habelə  uydurma  situasiyanı  gerçək  vəziyyətlə  mü-

qayisə etmək üçün şagirdlərə imkan yaratmaq. 

Modelləşdirməni əyləncəli və maraqlı edən onun qeyri müəy-

yənliyi, məchulluğudur, çünki ən yaxşı halda da nəticələri qabaqca-

dan  yalnız  qismən  müəyyən  etmək  olur.  Məhz  bu  bilinməzlik  əsl 

həyata daha çox oxşayır, onu daha çox xatırladır ki, bu da nəticələri 

qəti  müəyyən  edilmiş  tamaşalar  və  ya  oyunlarla  müqayisədə  mo-

delləşdirmənin xeyrinə çox əsaslı dəlil ola bilər. 



Alqoritm:  1.  Şagirdlər  qarşısında  ciddi  dilemma  və  problem 

qoyulur. Onlara təklif olunur ki, bu problemi təklif edilmiş şəraitdə 

-  sinif  yoldaşları  ilə  birlikdə  həyatda  rast  gəlinən  müəyyən  rolları 

oynamaqla həll etsinlər. 

2. Hadisə bölünmüş rollar vasitəsilə inkişaf etdirilir. Beləliklə, 

sinif  bir  növ  miniatür  və  ciddi  tamaşaya  çevrilir.  Modelləşdirmədə 

müəyyən mənada oyunun və tamaşanın bir çox cəhətləri müşahidə 

olunur. Lakin oyundan və həqiqi tamaşadan fərqli olaraq, modelləş-

dirmənin  maraqlı  cəhəti  qeyri  müəyyənlik  faizinin  yüksək  olması-

dır. Modelləşdirmə bu mənada sərbəstdir, belə ki, heç kəs əsl həqi-

qətdə son nəticəni görə bilmir, heç kəs deyə bilməz ki, əhvalat nə ilə 

bitəcək, çünki son nəticə əsasən rolların necə oynanılacağından asılı 

olur. Modelləşdirmə yalnız eskizi, rolun qısa təsvirini təklif edir, ro-

lun  ifaçısı  bu  müxtəsər  məlumata  əsaslanaraq,  öz  həyat  duyumunu 

yaratmalı, öz nöqteyi-nəzərini inkişaf etdirməlidir. 

3. Alınan tamaşanın müzakirəsi. 




 

673 


4.  Nəticələrin  çıxarılması  və  problemin  həlli  yollarının  ümu-

miləşdirilməsi. 



Şərtlər: 

 



Mübahisə  və  diskussiyalar  üçün  mövzunu  özündə  daşıyan 

əhvalat seçilməlidir; 

 

Modelləşdirmə  gerçək  həyatı  əks  etdirən  problem  üzərində 



cəmlənməlidir; 

 



Mövzunu seçdikdən sonra bir neçə problemi müəyyənləşdir-

mək lazımdır, əks halda oyun maraqlı olmaması səbəbindən öz mə-

nasını itirər; 

 



Oyun onun yerli şəraitə uyğunlaşdırılması, rolların artırılma-

sı və ya ixtisar edilməsi, problemin əvəzlənməsi yolu ilə dəyişdirilə 

bilər. 

Vasitələr:  Əvvəlcədən  hazırlanmış  hadisələrin  misalları.  Bu 

cür əhvalat, nümunələri cari reportajlarda və digər mənbələrdə tap-

maq olar. 

Yarana biləcək problemlər: 

 



Şagirdlər modelləşdirməyə başlayarkən, inanırlar ki, konkret 

məqsədə nail ola biləcəklər, lakin çox vaxt başları oyuna qarışdığın-

dan ilkin məqsədi unudur, qarşılarına yeni məqsədlər qoyurlar. 

 



Rolların zəif oynanılacağı ehtimalı. 

 

Auksion 

 

Məqsəd: 

1.

 



Cisim və hadisələrin xüsusiyyətlərini öyrənmək; 

2.

 



Bilik və anlamanı müəyyənləşdirmək

3.

 



Bilikləri aktuallaşdırmaq; 

4.

 



Təhsil proseslərini inkişaf etdirmək

5.

 



Qiymətləndirmə prosesini inkişaf etdirmək; 

6.

 



Dinləmə  mədəniyyətini  inkişaf  etdirmək.  (şagirdlərin  keç-

miş biliklərinin müəyyənləşdirilməsi, qaydaları izah etmək). 



Alqoritm: 

1.

 



Müəllim öyrənilən cisim və ya hadisəni müəyyən edir

2.

 



Şagirdləri auksionun keçirilmə qaydaları haqqında təlimat-

landırır: 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə