Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə235/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   228   229   230   231   232   233   234   235   236

 

695 


dımçı olur, öz münasibətlərini düzlük və qarşılıqlı anlaşma prinsip-

ləri əsasında qurmağı öyrədir. 

Lakin bu qiymətlər qeyri-səmimilik və ya özünüaldatma ucba-

tından  təhrif  edilə  bilər.  Ancaq  insanın  öz-özünü  necə  gördüyünü 

müəyyən  etmək  daha  vacibdir,  çünki  özünüqiymətləndirmə  ilə  kə-

nardan  verilən  qiymətlərdəki  fərq  öz-özlüyündə  qrup  və  fərd  üçün 

zəngin informasiya mənbəyi ola bilər. Dərsə aşağıdakı suallar yazıl-

mış kiçik anketin köməyi ilə yekun vurmaq mümkündür: 

1.

 

Dərsdə sizin ən çox xoşunuza gələn nə oldu? 



2.

 

Daha çox xoşlamadığınız nə idi? 



3.

 

Vəziyyətin yaxşılaşması üçün nə təklif edirsiniz? 



 

Şagirdin qrupdakı işini necə qiymətləndirməli? 

Şagirdin  qrupdakı  işinin  qiymətləndirməsini  hər  bir  şagirdin 

qrupun  işinin  ümumi  nəticəsinə  verdiyi  töhfənin  faizlə  nisbətinə 

əsasən  müəyyənləşdirmək  olar.  Müəllim  bütövlükdə  qrupun  aldığı 

balların miqdarını müəyyən edir. Məsələn, dörd nəfərdən ibarət qru-

pa 20, üç nəfərlik qrupa 15 bal verilir. Şagirdlər bu balları hər kəsin 

ümumi naliyyətdəki roluna, verdiyi töhfəyə əsasən müstəqil olaraq 

bölüşdürürlər.  Qrupdakı  işə  görə  alınmış  ballara  sinifdə  aparılmış 

diskussiyada iştirak üçün müəllim tərəfindən verilmiş mükafat balı-

nı da əlavə etmək zəruridir. Balların  yekunu xüsusi jurnala yazılır. 

Orijinal cavablara görə daha üç bal vermək olar. Rübün və ilin so-

nunda  balların  yekunu  reytinq  qiymətini  təşkil  edir  ki,  bu  da  şa-

girdlərin düşünmək və öz fikirlərini şifahi ifadə etmək, diskussiyada 

təşəbbüsü  öz  üzərinə  götürmək  qabiliyyətini  əks  etdirir.  Dərslərdə 

şagirdlər, onların fikrincə, qrupun işinə faiz hesabı ilə nə kimi töhfə 

verdiklərini elan edirlər; onlar təsadüfi qaydada cütlüklərlə bir-biri-

nin rolunu, töhfəsini izah edirlər, qrup ayrı-ayrı şagirdlərin öz töhfə-

si ilə bağlı təəssüratını ümumilikdə ya təsdiq, ya da təkzib edir. Şa-

girdlər  bir-birinin  biliklərini  qiymətləndirməklə  sinif  yoldaşına  öz 

səhvlərini  aradan  qaldırmaqda  kömək  edə  bilərlər.  Qrupun  özünü-

qiymətləndirməsi  üçün  müəyyən  formalı  vərəqələrdən  istifadə  et-

məklə bütövlükdə qrupun necə işlədiyinə, öz tapşırığını necə yerinə 

yetirdiyinə qiymət vermək olar. 

 



 

696 


Dərslərin qiymətləndirilməsinin əsas prinsipləri. 

Dərslərin  qiymətləndirilməsi  zamanı  əsas  diqqət  təkcə  infor-

masiyasının mənimsənilməsinə deyil, həm də cəmiyyətin həyatında 

bir  vətəndaş  kimi  iştirak  etmək  üçün  zəruri  olan  bacarıqların  mə-

nimsənilməsinə  yönəlir.  Müasir vətəndaş  cəmiyyətində bu bacarıq-

lar  fəaliyyətin  dörd  növündə  cəmlənir:  tədqiqat  (tənqidi  təhlil); 

kommunikasiya (ünsiyyət,  informasiyanın  verilməsi  və  başa düşül-

məsi,  əqidə);  qərar  qəbulu;  fərdi  və  kollektiv  fəaliyyətin  təşkili. 

“Yanlış cavablar ola bilməz, onlar müxtəlif ola bilər” müddəası əsas 

prinsiplərdən biri olmalıdır. Bu prinsiplərin ardıcıl həyata keçirilmə-

si bir-birilə rəqabət aparmamağa, əksinə, əməkdaşlıq etməyə, ümu-

mi mövqe işləyib hazırlamağa imkan verir. Ümumiyyətlə, fəal təlim 

metodlarının  tətbiq  edildiyi  dərslərdə  müəllim  etibara,  hörmətə 

əsaslanan əməkdaşlığa hazır olmalıdır. 

Aşağıda  qruplarda  iş  və  təqdimatla  iştirakın  qiymətləndiril-

məsinin bəzi meyarları və şagirdlərin özünü qiymətləndirməsi üçün 

vərəqlər  verilmişdir  ki,  müəllimlər  bunlardan  fəal  təlim  metodla-

rının tətbiq olunduğu dərslərdə istifadə edə bilərlər. Göstərilən me-

yarlara  müəllimin  lazım bildiyi  başqa  qiymətləndirmə  parametrləri 

də əlavə edilə bilər. 



 

Qruplarda işin qiymətləndirilməsi. 

Qrupun  işində  şagirdlərin  fəallığının  qiymətləndirilməsi  me-

yarları: 

1.

 



Şagird tapşırığın məqsədləri üzərində diqqətini cəmləşdirirmi? 

2.

 



O, qrupun digər üzvləri ilə qarşılıqlı əlaqədə çalışırmı? 

3.

 



Başqalarına mane olmadan işləyirmi? 

4.

 



O, qrupun bütün üzvləri ilə nəzakətlə rəftar edirmi? 

5.

 



Şagird tapşırığın yerinə yetirilməsinə nə kimi töhfə verir? 

6.

 



Qrup  halında  işin  yaxşılaşdırılması  yollarını  tapmağa  kö-

mək edirmi? 



 


 

697 


 

Suallar və tapşırıqlar 

 

1. Təlimdə təkamül prosesi mövcud olur yoxsa onu doğuran səbəb-

lər meydana çıxdıqdan sonra baş verir? 

2. Konstruktiv öyrənmənin fəlsəfi mahiyəti nədən ibarətdir? 

3. “Fəal inkişaf zonası”nın mahiyyətini aç. 

4.  Təhsilimizə  interaktiv  təlim  üsullarının  tətbiqini  zəruri  edən  sə-

bəblər hansılardır? 

5. “Kub strategiyasını” hər hansı bir mövzunun tədrisinə tətbiq et. 

6. Təlimin ənənəvi prinsipləri ilə yeni təlim texnologiyalarının prin-

sipləri arasında hansı oxşarlıq və fərqləer vardır? 

7. İstənilən mövzuya yeni təlim texnologiyalarını tətbiq etmək olarmı? 

8. “Sosial şagird” kimə demək olar? 

 

Ədəbiyyat 

 

1.

 



Azərbaycan Respublikasının Konstitutsiyası. Bakı: Azərbaycan, 

1996. 


2.

 

Azərbaycan Respublikasının Təhsil İslahatı Proqramı. Azərbayc-



an Respublikası Nazirlər Kabineti 168 №li sərəncamı, 15 iyun 1999-cu il. 

3.

 



Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  Kollegiyasının 

materialları. Bakı: Təhsil, 2003. 

4.

 

Ağayev Ə.Ə. Yeni təlim metod və texnologiyalarından istifadə-



nin  nəzəri  və  praktik  məsələləri  //  Azərbaycan  Respublikasının  Təhsil 

Problemləri İnstitutunun Elmi əsərləri. Bakı, 2006, №1. səh. 29-44. 

3.

 

Beynəlxalq konfransın materialları. Bakı, 2006. 



4.

 

Bədiyev S.R.. Fəal təlim metodları. Fizikanın tədrisində şagirdlə-



rin  yaradıcılıq  qabiliyyətinin  inkişafında  onlardan  istifadə.  Bakı:  ADPU, 

2005. 


5.

 

Bədiyev S.R.. Yeni təlim texnologiyaları dərslərdə. Şəki: 2006. 



6.

 

Delta Kappan. Konstruktivizm  nəzəriyyəsi.  /Beynəlxalq  konfran-



sın materialları. Bakı, fevral, 2004. 

7.

 



Əhmədov B.A., Rzayev A.Q. Pedaqogikadan mühazirə konspekt-

ləri. Bakı: Maarif, 1983. 

8.

 

Əhmədov  H.H.  Azərbaycan  təhsilinin  inkişaf  strategiyası.  Bakı: 



Elm, 2010. 

9.

 



Əbdəl-Həqq, İsmət. Müəllim hazırlığında konstruktivizm. Təcrü-

bəni nəzəriyyə ilə əlaqələndirmək üçün düşüncələr. / Beynəlxalq konfran-

sın materialları. Bakı: fevral, 2004. 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə