Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə230/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   226   227   228   229   230   231   232   233   ...   236

 

680 


alınan cavabların keyfiyyəti iştirakçıların  debatların mövzusunu nə 

dərəcədə  dərindən  və  hərtərəfli  mənimsədiklərini  göstərir.  Bu  za-

man həm də spikerin  alınmış cavabları nə dərəcədə ustalıqla oppo-

nentin  mövqeyini  zəiflətmək  və  öz  mövqeyini  gücləndirmək  üçün 

istifadə edə bilməsi qiymətləndirilir. 

Şərtlər: 

1.

 



Qrupda şagirdlərin sayı 20 nəfərdən çox olmamalıdır. 

2.

 



Mövzu qısaca ifadə edilən zaman aşağıdakı prinsiplərə ria-

yət olunmalıdır. 

 

mövzu aktual olmalıdır; 



 

mövzu maraqlı olmalıdır; 



 

mövzu  “münaqişəli”  olmalıdır,  məsələn,  əgər  A  mövqeyi 



mövcuddursa, bu o deməkdir ki, əks fikir də (B mövqeyi) mövcuddur; 

 



mövzu elə ifadə edilməlidir ki, heç kəs bir mövqeyin üstün-

lüyünü hiss etməsin

 

mövzu nə çox dar, nə də çox geniş olmalıdır. Məsələn, “Ev-



tanasiya xərçəng xəstəliyinə tutulmuş insanlar üçün leqallaşdırılmalı-

dır”-dar, “Təhsil rəsmi dövlət dilində olmalıdır” isə geniş mövzudur. 

3.

 

Hazırlıq  prosesində debatçılar idrak prosesinin  mühüm ün-



sürlərindən olan sualların ifadə texnikası və məharətinə yiyələnmə-

lidirlər. 

4.

 

Şagirdlərin  mənbələrlə  işləyə  bilməsi,  dəstək  və  sübutların 



məntiqi, mövzuya, problemə uyğun seçilməsi vacibdir. 

Vasitələr:  Müzakirə  üçün  əvvəlcədən  hazırlanmış  suallar, 

müxtəlif məlumat mənbələri. 



Yarana biləcək problemlər: 

 



Ünsiyyət ilə bağlı problemlər (bir –birini dinləmək, şəxsi rə-

qabətin işə təsiri və s.) 

 

Müzakirənin uzanması, 



 

Artıq səs-küy, aqressivlik



 

Tolerantlığın olması, 



 

Mövzudan yayınmaq və yayındırmaq, 



 

Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı, 



 

Kimin qərar çıxarma bacarığının zəifliyi. 



 


 

681 


İnsert metodu 

 

 İnsert səmərəli mütaliə və təfəkkürün inkişafı üçün interaktiv 

qeydetmə  sistemidir.  İşarələr  sistemindən  istifadə  edib  mətni  başa 

düşmək üçün biliyini yoxlamaqla düzgün cavab axtarmaq üsulu. 

Yeni dərsi oxumamışdan əvvəl müəllim şagirdləri cütlərə ayı-

rır.  Beş  dəqiqə  ərzində  onlardan  xahiş  edir  ki,  Hindistan  haqqında 

nə bilirlərsə, təsəvvürlərinə gələnləri qısa şəkildə yazsınlar. Müəllim 

bildirir  ki,  ola  bilsin,  sizin  yazdıqlarınız  dəqiq  olmasın,  buna  bir  o 

qədər fikir verməyin, dərsin gedişi zamanı düzəliş aparacağıq. Hin-

distan haqqında bildiklərinizi siyahı şəklində, alt-alta yazın. Cütlər-

də iş qurtardıqdan sonra bütün sinif müzakirəyə başlayır. Hindistan 

haqqında  məlumatlar  lövhədə  qeyd  edilir  və  ümumiləşdirilir.  Bun-

dan  sonra  mətn  paylanılır  və  oxutdurulur,  şagirdlərə  müraciət  edə-

rək  müəllim  deyir:  “oxuduqca  səhifələrin  kənarında  işarələr  qoya-

caqsınız, işarələr aşağıdakı kimi olmalıdır”: 

1.

 

Əvvəl  bildiyin  məlumatı  təsdiq  edən  informasiya  varsa, 



qarşısında (V) işarəsini qoy. 

2.

 



Oxuduğun bir informasiya əvvəllər bildiyini inkar edirsə (-) 

işarəsi qoy. 

3.

 

Rast  gəldiyin  informasiya  sənin  üçün  təzədirsə  (+)  işarəsi 



ilə göstər. 

4.

 



Haqqında əlavə məlumat almaq istədiyin məsələ varsa, qa-

bağında (?) işarəsi qoy. 

Sonra qruplar işarələr qoyulmuş informasiyaları cədvəldə ka-

teqoriyalara aşağıdakı kimi ayırırlar. 

 





1.Hindistan İngil-



tərənin müstəm-lə-

kəsi olmuşdur. 

2.Hindistan şah-

matın vətənidir. 

1.Elmə “O” 

işarəsini hind-

lilər gətirib. 

2.Tac mahalı 

Təbrizli me-

mar inşa edib. 

1. Avropada 

işlətdiyimiz rəqəm-

lərə ərəb rəqəmləri 

deyirlər, amma 

onları hindlilər kəşf 

ediblər. 

1.Hindistanda 

olan dinlər 

haqqında. 

2. Yoqa haq-

qında. 

 

Bu cədvəli müəllim lövhədə çəkir və hər qrup öz yazdıqlarını 



orada qeyd edir. 


 

682 


Bundan  sonra  sinif  müzakirəyə  başlayır.  İlk  məlumatla,  yəni 

Hindistan haqqında bildikləri ilə mətni oxuduqdan sonra bildiklərini 

müzakirə  edirlər.  Bu  metod  çox  vaxt  tələb  etdiyindən  2  dərsi  bu 

strategiyaya həsr etmək olar. 

 

BİBÖ cədvəli 

 

Müəllim  dərsə  “beyin  həmləsi”  strategiyası  ilə  başlayır.  Şa-

girdləri cütlərə ayırandan sonra sinfə sual verilir. 

Delfinlər haqqında nə bilirsiniz? 

Cütlər  bu  sual  ətrafında  işləyirlər.  Bildiklərini  kağıza  qeyd 

edirlər.  Həmin  vaxt  ərzində  müəllim  aşağıda  verilmiş  cədvəli  yazı 

taxtasında çəkir. Cütlər verilən sualla əlaqədar müəllimlə öz fikirlə-

rini  bölüşürlər.  Ümumi  razılığa  gələrək  fikirlər  yazı  taxtasındakı 

cədvəldə “Biz nəyi bilirik?” sualı altında yazılır. Sonra müəllim ye-

ni  sualla  şagirdlərə  müraciət  edir.  Delfinlər  haqqında  daha  nələri 

bilmək istərdiniz? 

Şagirdlər  yenə  də  öz  aralarında  fikir  mübadiləsi  edir  və  hər 

qrup öz fikrini söyləyərək yazı lövhəsindəki cədvəldə qeyd edirlər. 

 

 

Bildiklərimiz 



İstəyirik bilək 

Öyrəndiklərimiz 

1.Təlim olunmağa 

meyllidirlər. 

2.Məməlilər sinfinə 

aiddir. 


3.Xəzər dənizində 

yaşamır. 

1.Çoxalması haqqında 

 

2.Daha hansı dənizlərdə 



yaşayırlar? 

 

 



Müəllim mətni şagirdlərə paylayır. Mətni oxuduqca şagirdlər 

Öyrəndiklərimiz? sualına cavab axtarırlar və öz cədvəllərində qeyd 

edirlər. 

Mətni oxuduqdan sonra qruplar yeni öyrəndiklərini yazı taxta-

sındakı cədvəldə qeyd edirlər. 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə