Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə226/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   222   223   224   225   226   227   228   229   ...   236

 

668 


3. Müzakirə olunan cisim və ya hadisəni müəyyənləşdirmək

4.  Sinfi  6  qrupa  bölmək  və  tapşırıq  mövzuları  vermək.  Hər 

qrup kubun 1 göstərişi üzrə iş aparır. 

5. Şagirdləri təlimatlandırmaq (nümunə, hər bir addımın izahı); 

6.  Şagirdlər  təsvir,  müqayisə,  əlaqələndirmə,  təhlil,  tətbiq, 

mübahisə edir: 

a) Təsvir etmək: rənglər, formalar, ölçülər və s. 

b) Müqayisə etmək: oxşar və fərqli cəhətlər hansılardır? 

c) Əlaqələndirmə (assosasiya yaratmaq): Bu sizi nə haqda dü-

şünməyə vadar edir? Nəyi xatırladır? 

d) Təhlil etmək: onun nədən və necə hazırlandığını təsvir et. 

e) Tətbiq etmək: Sən onunla nə edə bilərsən? Sən ondan necə 

istifadə edə bilərsən? 

f) Onun lehinə və ya əleyhinə çıxış et və öz mövqeyini dəstək-

ləmək üçün arqumentlər təqdim et: O yaxşıdır yoxsa pisdir? Niyə? 

7.  Təqdimat  edirlər;  İştirakçılar  mövzu  haqqında  sonradan 

təqdim edəcəkləri bir-iki paraqraflıq təqdimata daxil edə biləcəkləri 

yeni ideyalar axtara bilərlər. İştirakçılar yekun paraqraflar ilə bölüşə 

bilərlər. 

8. Nəticə çıxarırlar, ümumiləşdirmə aparırlar; 

9. Yekun iş lövhədən və ya sinif otağının divarlarından asıla 

bilər. 


Şərtlər: 

1.

 



Kiçik qruplar və bütün siniflə

2.

 



Bilik və bacarığının səviyyəsinin mövcudluğu

3.

 



20-25 dəqiqə (materialdan və yaş səviyyəsindən asılı olaraq); 

4.

 



Ümumiləşdirmə, inteqrativ blok dərs

5.

 



Dərsin mərhələləri – tədqiqat mərhələsində

Vasitələr: lövhə, markerlər, iş vərəqləri, kağız, paylayıcı ma-

teriallar,  tablolar  –  anlayışları  açmaq  üçün,  ensiklopediya,  dərslik, 

əlavə ədəbiyyat, maqnitofon, audiokaset, şəkillər, videofilm, qutular; 

Yarana biləcək problem: 

1.

 



Vaxt çatışmazlığı; 

2.

 



Nəticə çıxarılmasında problemlər

3.

 



Tam əhatə olunmaması. 

 

 


 

669 


Suallar 

 

Məqsəd: 



Şagirdlərdə  idrak fəallığının  artırılması  və həmçinin  təfəkkü-

rün inkişafı üçün bu tapşırıqların böyük rolu var. Biliyin  əldə edil-

məsində  və  xüsusən  tədqiqatın  aparılmasında  sualların  böyük  əhə-

miyyəti var. O tədqiqat zamanı tədqiqat işinə təkan verən amil kimi 

çıxış edir. 

Dəqiq sualı vermək və alınan məlumatları tutuşdurmaq baca-

rıqları, məntiqi və tənqidi təfəkkürü formalaşdırır. 

 



Sual verməyin keyfiyyətini bilmək üçün aşağıdakı meyarlar-

dan istifadə etmək olar: 

1.

 

Sualların sayı; 



2.

 

Məntiqi ardıcıllığı; 



3.

 

Orijinallığı; 



4.

 

Təsviri və ya “dərin” suallar; 



5.

 

Sualın məzmununun əhəmiyyətliliyinin dərəcəsi



6. Açıq və qapalı suallar; 

Təlimat:  Bu  tapşırıqları  yerinə  yetirərkən  siz  sualların  təlim 

prosesində olan əhəmiyyətini daha da aydın hiss edəcək və sualların 

arasında  olan  fərqi  dərk  edəcəksiniz,  çünki  sualların  çətinlik  dərə-

cəsi fərqlidir. Hər tapşırığı yerinə yetirəndən sonra sizə verilən qiy-

mətləndirmə meyarları əsasında onların yerinə yetirilməsinin səviy-

yəsini müəyyənləşdirə bilərsiz. 



 

Tapşırıq 1. Sən nə öyrənmək istərdin

Təlimat: Hansı suallara sən cavab tapmaq istərdin? 

Qiymətləndirmə  meyarları:  1)  Aşağı:  Sualların  az  miqdarı. 

Suallar stereotipdir (oxşar və təkrarlanan). 

2) Orta: Sualların çox olması. Suallar xüsusiyyətlərə, funksi-

yalara,  növlərə  və  s.  görə  fərqlənir.  Suallar  faktoloji  xarakter  daşı-

yır: “Nə?”, “Harada?”, “Nə zaman?” 

3)Yüksək:  Sualların  çox  olması.  Suallar  əşyalar  və  hadisələr 

arasında əlaqələrin seçilib ayrılmasına yönəlib. (“Necə?”, “Nəyə gö-

rə?”, “Hansı əlaqə var?”) 



 


 

670 


Tapşırıq 2. Açar sözlərin köməyi ilə sual ver. 

Təlimat: “Hansısa bir əşya və ya hadisə seç və bu əşya və ya 

hadisə  haqqında  hansısa  yeni  bir  şey  öyrənmək  üçün  açarların  kö-

məyi ilə sual ver”. 

 

Tapşırıq 3. Şəkil üzrə sualları ver. 

Təlimat: “şəkilə bax və bu şəkil üzrə hekayə qurmaq üçün su-

alları ver”. 

Qiymətləndirmə meyarları: 1) Suallar xaotik xarakter daşıyır. 

2) Suallar şəklin əsas anlarını qeyd edir. 



 

Tapşırıq 4. Sualları başqa cür ifadə et. 

Təlimat: “İlkin sualı necə dəyişdirmək olar?” 

Məsələn: Siz yağışa necə yanaşırsınız? 



Qiymətləndirmə  meyarları:  1)  Tapşırığın  mənasını  başa 

düşmür. 


2)“Yağış yağanda Sizdə hansı hisslər oyanır?, 

“Yağış zamanı Siz özünüzü necə hiss edirsiniz?” kimi suallar 

verir. 

 

Tapşırıq 5. Sualların yaradıcı şəkildə dəyişdirilməsi. 

Təlimat: “Qapalı” sualı “açıq” suala çevir. 

 

Tapşırıq 6. Tədqiqata yönələn suallar: “Bu nədir?” 

Təlimat:  “Fotoşəklə  baxın.  Bunun  nə  olmasını  başa  düşmək 

üçün suallar verin. Daha çox müxtəlif suallar verməyə çalışın”. 



Qiymətləndirmə meyarları: 1) “Bu nədir?”, “Harada?”, “Nə 

zaman?”,  “Haraya  Haradan?”,  “Necə?”,  “Nəyə  görə?”  suallar  sis-

temsiz, xaotik şəkildə və  ya əşyada olmayan  əlamətlərini (xüsusiy-

yətlərini) qeyd edir; 2)“Bu nədir?”,”Necədir?”, “Harada?”, “Nə za-

man?”,“Haraya?”,Haradan?”,“Necə?”,”Niyə?”,  “Nəyə  görə?”  sual-

lar sxemi üzrə verilir və həmçinin əşyaların əlamətlərini qeyd edir; 

3) Suallar tədqiqatı və ümumiləşdirilmiş xarakter daşıyır, açar söz-

lərlə bağlıdırlar. 



Məsələn: 

 



Hansı növ hadisələrə aiddir? 

 



Hansı xüsusiyyətlərə malikdir? 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə